Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-685/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il, FİN: 0ZEYOYM) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablan ması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-2838/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1987-ci il tarixindən hal-hazıra kimi hakim vəzifəsində işləyir.
2. İddiaçıya xx.xx.2019-cu il tarixdə ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək 2 aylıq əmək haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu və xx.xx.2010-cu il tarixdən səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində pul təminatı və 1 aylıq vəzifə maaşına əlavə nəzə rə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmiş, müraciətə cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2 aylıq əmək haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu, xx.xx.2010-cu il tarixdən səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində pul təminatı və 1 aylıq vəzifə maaşına əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1987-ci il tarixindən hal-ha zıra kimi hakim vəzifəsində işləyir. Hakim işlədiyi dövrdə, həmçinin Şuşa Rayon Məhkəməsində müvəqqəti olaraq sədr əvəzi kimi də fəaliyyət göstərmişdir. 2019-cu ilin may ayının 14-dən yaşa görə əmək pensiyası alır. Ona sonradan məlum olmuşdur ki, pensiyanın hesablanması zamanı səhvə yol verilmiş, ödənilən pul təminatları pensiya məbləğinə daxil edilməmişdir. Belə ki, pensiyanın hesablanması zamanı 2 aylıq əmək haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu, səlahiyyətlərin icrası ilə əlaqədar vəzifə maaşının 25 faizi həcmində pul təminatı və bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə nəzərə alınmamışdır. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsaslarına görə iddiaçı pensiyanın hesablanması zamanı cavabdeh ə yox, ilkin olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdehə müraciət etməmişdir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr pensiya yaşına çatmış sabiq hakimlərə şamil edildiyindən, iddiaçıya isə 2019-cu ildə hakim kimi deyil, yaşa görə pensiya təyin edildiyindən iddia əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 28.3.2022-ci il tarixli, 2-1(112)- 1276/2022 nömrəli qərarı ilə iddia təmin edilərək iddiaçının 2 aylıq əmək haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu və xx.xx.2010-cu il tarixdən səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 fa izi həcmində pul təminatının və 1 aylıq vəzifə maaşına həcmində vəzifə maaşına əlavənin nəzərə alınmaqla əmək pensiyasının yığılmış pensiya kapitalına əsasən yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.10-cu, 10-cu maddələrinə əsasən əmək pensiyasının məbləği müəyyən edilərkən pensiya kapitalında yığılmış vəsait nəzərə alınmalı olduğundan, bu vəsait isə fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğindən ibarət olduğundan iddiaçının aldığı ödənişlərin yaşa görə əmək pensiyası təyin edilərkən nəzərə alınmaması üçün qanuni əsas yoxdur.
9. Cavabdeh həmin qərardan apellyasi ya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-2838/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28.3.2022-ci il tarixli, 2-1(112)- 1276/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. İd diaçı Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən 2019-cu il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal - hazırda pensiyanın ödənişi davam etdirilir. O, pensiyanın yenidən hesablanması üçün pensiya təyin etmiş orqana deyil, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Daha sonra məhkəmə tərəfindən cavabdeh Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial olaraq müəyyən edilmişdir. Əlavələr pensiya yaşına çatmış sabiq hakimlərə şamil olunur. İddiaçı hal - hazırda hakim kimi peşə fəaliyyətini davam etdirdiyi üçün yuxarıda göstərilən hallar ona şamil edilməməlidir. Belə olduğu təqdirdə iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmamışdır. Eyni zamanda qanuni əsaslar da mövcud deyildir.
14. İddianın mad di hüquqi əsası kimi “Məhkəmələr və hakimlər haqqında” Qanununun 109-cu maddəsinin 5-ci və 6-cı hissələrinə, “Əmək pensiyaları haqqında” Qanununun 20.1.4-cü, 20.7-ci maddələrinə istinad edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tər əflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqd im olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. M übahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şik ayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır.
20. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
21. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu o nun xidməti vəzifəsindən irəli gəlir.
22. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia “bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin nəzərə alınması” hissəsində rədd edilməli, qalan hissədə iş yenidən baxılması üçün həmin məhkəmə göndərilməlidir. 23. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinin 1-ci hissəsinin 1 sentyabr 2019-cu il tarixə kimi qüvvədə olmuş redaksiyasında qeyd edilirdi ki, “hakimlərin aşağıdakı məbləğdə vəzifə maaşları müəyyən edilir:”. Həmin normanın 1 sentyabr 2019-cu il tarixdən qüvvədə olan redaksiyasında isə qeyd edilir ki, “hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödə nilir:”.
24. Həmin Qanunun 109-cu maddəsində qeyd edilmişdir ki, hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
25. Göründüyü kimi, iddiaçıya 14 may 2019-cu il tarixdə əmək pensiyası təyin edilərkən “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinin 1-ci hissəsində “bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə” müddəası nəzərdə tutulmamışdı.
26. Beləliklə, həmin müddəanın iddiaçıya tətbiq edilməsi üçün hüquqi əsas olmamışdı. Bu səbəbdən, iddia həmin hissədə təmin oluna bilməzdi.
27. İddianın digər hissələrinə münasibətdə də, apelyasiya instansiyası məhkəməsi düzgün araşdırma aparmamış, iddiaçıya pensiya təyin edilərkən cavabdeh tərəfindən 2 aylıq əmək ha qqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu, xx.xx.2010-cu il tarixdən səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının faizlə müəyyən edilən həcmində pul təminatının (nəzərə alınmalıdır ki, 1 sentyabr 2019-cu il tarixədək həmin təminatın məbləği birinci instansiya məhkəməsinin hakimlərinə münasibətdə vəzifə maaşının 15 faizi həcmində müəyyən edilmişdi, bu səbəbdən də iddiaçı vəzifə maaşının bütövlükdə 25 faizi miqdarında həcminə iddia edə bilməz) nəzərə alınıb-alınmadığı müəyyən edilməmişdir. Belə ki, iddiaçıya aid “Sığortaolunanın fərdi hesabı haqqında” çıxarış işə əlavə olunsa da, həmin çıxarışda qeyd olunan hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları məbləğlərinin tərkibində məzuniyyətə çıxarkən ödənilmiş 2 aylıq əmək haqqı həcmində müavinətdən, 2 aylıq əmək haqqı həcmində müalicə pulundan və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının faizlə müəyyən edilən həcmində pul təminatından tutulan məcburi dövlət sosial sığorta haqlarının da olduğu məlum deyil.
28. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia “bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin nəzərə alınması” hissəsində rədd edilməli, qalan hissələrə münasibətdə həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməlidir.
29. İş yuxarıda istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya ba xışına göndərilməli olduğundan, şikayət “2 aylıq əmək haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu və xx.xx.2010-cu il tarixdən səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində pul təminatı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması barədə” iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 21(103)-2838/2022 nömrəli qərarı ləğv edilir. İddia “bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin nəzərə alınması” hissəsində rədd edilir. İş “2 aylıq əmək haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu və xx.xx.2010-cu il tarix dən səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində pul təminatı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması” hissəsində təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.