Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-685/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxqarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsinin plan və ölçü sənədinə düzəliş edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı **********18-10301 reyestr nömrəli MA seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evi və o nun yerləşdiyi 0,12 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın texniki pasportu”nda torpaq sahəsinin planının həmin torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nə (AR DTXK tərəfindən tərtib edilmiş **********2000047 nömrəli torpaq sahəsinin kadastr planında göstərilən şəkildə) uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 noyabr 2023-cü il tarixli, 2-1(107)-495/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Yevlax rayonu Tanrıqulular bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 27 nömrəli qərarı ilə iddiaçıya 0,12 ha həyətyanı torpaq sahəsi satılmış və həmin torpaq sahəsinin dəyəri xx.xx.2006-cı il tarixli, 68 nömrəli qəbzlə iddiaçı tərəfindən ödənilmişdir.
2. Qeyd edilən torpaq sahəsi X3ı kitabında xx.xx.2007-ci il tarixdə 207-ci nömrə ilə uçota alınmışdır.
3. Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və onun üzərinə inşa olunmuş fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququ xx.xx.2011ci il tarixdə dövlət qeydiyyatına alınmış və ona müvafiq olaraq MA seriyalı ******* nömrəli çıxarış verilmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək qeyd edilən torpaq sahəsinin sərhədləri və koordinatları düzgün tərtib edilməməsini və keçmiş “hamamın həyəti” deyilən yer X3 kitabında 2007-ci ildə onun həyətyani torpaq sahəsinə daxil olduğunu bildirmiş və ona məxsus torpaq sahəsinin planı və ölçüsü sənədində göstəri lən koordinatların dürüstləşdirilməsi və yeni plan-ölçü sənədinin verilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********59 nömrəli imtina məktubunda qeyd etmişdir ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi dövlət reyestrində qeydiyyata alınarkən fərdi yaşayış evinin texniki pasportu həyətyanı torpaq sahəsinin mövcud vəziyyətə uyğun fiziki sərhədləri və DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli torpaq sahəsinin kadastrı planında göstərilən cizgiyə əsasən tərtib olunmuşdur. DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin kadastrı planında döngə nöqtələrinin koordinatlarında hər hansı bir düzəlişin və ya kadastr planının ləğv edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏ HKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “**********18-10301 reyestr nömrəli MA seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın texniki pasportu”nda torpaq sahəsinin planının həmin torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nə (AR DTXK tərəfindən tərtib edilmiş **********2000047 nömrəli torpaq sahəsinin kadastr planında göstərilən şəkildə) uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Tanrıqul ular kəndində, keçmiş “hamamın həyəti” deyilən yeri - 0,12 ha torpaq sahəsini yerli Bələdiyyədən xx.xx.2002-ci il tarixində xüsusi mülkiyyətə almış və torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsində saxlanılan X3 kitabında xx.xx.2007-ci ildə uçota alınmışdır. Lakin sonralar cavabdeh tərəfindən verilmiş **********18-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya 0,12 ha torpaq sahəsinin sərhədləri və koordinatları düzgün tərtib edilməmişdir. Həmin keçmiş “hamamın həyəti” deyilən yer X1 2007-ci ildə iddiaçının həyətyanı torpaq sahəsinə daxil idi.
8. Cavabdeh tərəfindən iddia tələbinə imtina məktubuna uyğun yazılı etiraz verilərək, iddianın rədd edilməsini xahiş etmişdir.
9. Cavabdehin xx.xx.2022-ci il tarixli **********00 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı naturada göstərdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçı naturada göstərdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi və istifadəçisi İddiaçı, **********18 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür, həmçinin sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır.
10. Şəki İnzibati Məhkəməsinin 6 iyul 2023-cü il tarixli, 2-1(116)-164/2023 nömrəli qərarı ilə (hakim F.İsmayılzadə) iddia təmin edilmiş, cavabdehin üzərinə **********1 8-10301 reyestr nömrəli MA seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın texniki pasportu”nda torpaq sahəsinin planının həmin torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nə (AR DTXK tərəfindən tərtib edilmiş **********2000047 nömrəli torpaq sahəsinin kadastr planında göstərilən şəkildə) uyğunlaşdırılması öhdəliyi qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericil iyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 noyabr 2023-cü il tarixli, 2-1(107)-495/2023 nömrəli qərarı ilə (hakimlər: V.Məlikov - sədrlik edən, R.Rəfiyev və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 6 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evi cavabdeh inzibati orqan tərəfindən onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır. Lakin cavabdeh tərəfindən texniki pasportun tərtib edilməsi zamanı səhvə yol verilmişdir. Odur ki, cavabdeh tərəfindən iddia tələbinin təmin edilməsindən imtina olunması əsaslı olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı torpaq sahəsinin planı və ölçüsü sənədini ilkin torpaqayırma sənədinə uyğun tərtib etmək və yol verilmiş yanlışlıqları aradan qaldırmaq qanunverici tərəfindən cavabdehin əsas vəzifələrinə aid edilmişdir.
15. Apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.2, 16.2, 16.3, 23.1, 23.2, 23.3-cü, “İnzibati İcraat haqqında” haqqında Qanunun 11.1, 11.2, 17, 19.1, 24.1-ci maddələrinə istinad etmişdir.
16. Cava bdeh həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7-ci maddəsi və Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1 və 5-ci bəndlərinə istinad etdiyi kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. M addə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
20. Torpaq Məcəlləsi: Maddə
65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpa q sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir....
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət... 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın d övlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
22. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir:... 3.0.11. hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; 3.0.23. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; 3.0.24. tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək; 23. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”
3. DƏDKR-in vəzifələri və hüquqları... 3.1.29. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatda çıxarışların və yerquruluşu planının verilməsini təmin etmək;...
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qə bulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə m übahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 20 20-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hü quq normaları düzgün tətbiq olunmuşdur.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli g ələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki halların a hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası, həmçinin kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
33. İddiaçının hazırkı iş üzrə hüquqi marağı mülkiyyətində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinin “Daşınmaz əmlakın texniki pasportu”nda torpaq sahəsinin planının həmin torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nə (AR DTXK tərəfindən tərtib edilmiş **********2000047 nömrəli torpaq sahəsinin kadastr planında göstərilən şəkildə) uyğunlaşdırılmasına yönəlmişdir.
34. Cavabdehin imtinasının, eləcə də apellyasiya və kassasiya şi kayətinin təkrarlanan yeganə dəlili ondan ibarətdir ki, fərdi yaşayış evinin texniki pasportu həyətyanı torpaq sahəsinin mövcud vəziyyətə uyğun fiziki sərhədləri və DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli torpaq sahəsinin kadastrı planında göstərilən cizgiyə əsasən tərtib olunmuşdur.
35. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evi cavabdeh inzibati orqan tərəfindən onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır. Lakin cavabdeh tərəfindən texniki pasportun tərtib edilməsi zamanı səhvə yol verilmişdir.
36. Belə ki, iş materiallarında olan mütəxəssis rəyi əsasında müəyyən edilmişdir ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar olmaqla **********18 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür, həmçinin sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. İddiaçıya məxsus fərdi yaşayış evinin xx.xx.2011-ci il tarixli 133 inventar nömrəli texniki pasportunda göstərilən torpaq sahəsinin planı iddiaçıya ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nə (AR DTXK tərəfindən tərtib edilmiş **********2000047 nömrəli torpaq sahəsinin kadastr planına) uyğun hazırlanmamışdır.
37. Həmçinin birinci instansiya məhkəməsinin iclasında ifadə vermiş mütəxəssis X2 bildirmişdir ki, iddiaçının fərdi yaşayış evinə aid texniki pasportda torpaq sahəsinin planı hissəsi iddiaçıya ilkin torpaqayırma sənədlərində göstərilən şəkildə tərtib edilməmişdir.
38. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir.
39. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.
40. Belə olan halda, cavabdeh tərəfindən texniki pasportun tərtib edilməsi zamanı səhvə yol verilməsi mütəxəssis rəyi ilə sübut olduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23.2-ci maddəsinə uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına qeydiyyat orqanının vəzifəli şəxslərinin cavabdeh olduğu nəzərə alındıqda, iddiaçı hazı rkı məzmunda tələb irəli sürməkdə haqlı olmuşdur.
41. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hazırki qərarın 19-24a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsass ız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 noyabr 2023-cü il tarixli, 21(107)-495/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.