Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-686/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi və fərdi yaşayış sahəsinə çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələ ləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 noyabr 2020-ci il tarixli 2-1(103)-58/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 2066 saylı 1997-ci il 30 dekabr tarixli sərəncamına əsasən iddiaçıya Badamdar qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçıya ayrılmış torpaq sahəsinin 03.08.2004-cü il tarixli cizgisində torpaq sahəsinin yerləşmə yeri Badamdar qəsəbəs i, 2 yaşayış massivi, döngə 257a, torpağın sahəsi isə 566 kv.m. qeyd olunmuşdur.
2. İddiaçı Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ünvanında yerləşən torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir.
3. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və **********06 nömrəli 07.04.2017-ci il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunan torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur və qeyd olunan torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyət arasında sahə fərqi (sərəncamla 600 kv.m, yerləşmə cizgisi ilə 566 kv.m) mövcuddur. Bundan əlavə digər şəxsin adına qeydiyyatdan keçmiş tikili iddiaçıya məxsus torpaq sahəsi üzərində yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Səbail rayon İcra Hakimiyyəti başçısının 2066 saylı 31.12.1997-ci il tarixli Sərəncamına əsasən ona ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində layihəyə uyğun mövcud fərdi yaşayış evinin və yardımçı tikililərin onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla vahid reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsin i xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Badamdar qəsəbəsi 2-ci yaşayış massivində fərdi evin tikintisi üçün 30.12.1997-ci il tarixində 2066 nömrəli sərəncamla torpaq sahəsi ayrılmışdır. Səbail rayon İcra Hakimiyyəti tərəfindən ona 03.08.2004-cü il tarixində yerləşmə cizgisi verilmişdir. Cavabdehə torpaq sahəsinə çıxarışın verilməsi üçün müraciət etmiş, ona 07.04.2017-ci il tarixli bildirişdə göstərilmişdir ki, ona ayrılan torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur və qeyd olunan torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətləri arasında sahə fərqi mövcuddur. Bundan əlavə, digər şəxsin adına qeydiyyatdan keçmiş tikili ona məxsus torpaq sahəsi üzərində yerləşir. Bildirişdə g östərilən digər şəxsin qeydiyyatında keçmiş tikili, onun əri X3 məxsusdur. Eləcə də ona və ərinə məxsus torpaq sahələri bir-birinə bitişikdir, aralarında heç bir hasar yoxdur və onlara məxus 2 sahə mişar daşla tikilən hasarın içindədir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-99/2018 saylı 10 yanvar 2018ci il tarixli qərarı ilə (hakim T.Abbasova) iddia təmin edilərək, Səbail rayon İcra Hakimiyyəti başçısının 2066 saylı 31.12.1997-ci il tarixli sərəncamına əsasən iddiaçıya ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində layihəyə uyğun mövcud fərdi yaşayış evinin və yardımçı tikililərin iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla vahid reyestrdə n çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mütəxəssisin iştirakı ilə sübutların olduğu və saxlanıldığı yerdə müayinə və tədqiq edilməsi zamanı iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və əlavə tikililərin ona ayrılmış torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 13.11.2017-ci il tarixli məktubdan görünür ki, mübahisəli ünvana texniki baxış keçirilərkən məlum olmuşdur ki, faktiki 1025 kv.metr torpaq sahəsi dörd tərəfdən mişar daş ilə hasarlanmış, həmin torpaq sahəsi üzərində ümumi tikintialtı sahəsi 580 kv.metr olan qeyriyaşayış tipli tikilələr mövcuddur. İddiaçı mübahisəli torpaq sahəsini qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-953/2018 saylı 02 may 2018-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-99/2018 saylı 10 yanvar 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Azərbaycan Re spublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 21(102)-1604/18 saylı 26 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov (sədrlik edən və məruzəçi), N.Rəsulbəyova və Z.Quliyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 02 may 2018-ci il tarixli qərarının ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
11. Məhkəmə kollegiyası qərarını onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinion gəldiyi nəticə ilə razılaşmasına baxmayaraq, tikililərlə bağlı işdə olan məlumatları mübahisənin düzgün həlli üçün tam və hərtərəfli araşdırmayıb. Apelyasiya instansiyası məhkəməsi iddia olunan tikililərin “Daşınmaz əmlakın dövlət reyestr i haqqında” Qanunun məhz hansı normasına və ya normalarına əsasən qeydə alınmalı olduğunu qərarında göstərməyib.
12. İddiaçıya məxsus yaşayış evinin “Memarlıq planlaşdırma həlli”nin titul vərəqində “2008” göstərildiyinə baxmayaraq, onun hansı tarixdə təsdiq olunduğu, tikintinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) və ya ondan sonra başa çatdığı, tikinti obyektinin təsdiq olunmuş layihəyə uyğun olub-olmadığı barədə işdə məlumat yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun normalarının tələbləri nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi, barəsində qeyd olunan tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) və ya ondan sonra inşa olun masından asılı olaraq həmin Məcəllənin və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunun müddəalarına uyğun olduğunu (yaşayış və qeyri-yaşayış tikililərinin hər birinə münasibətdə) yoxlamalı olduğu halda, bunu etməmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda qeyd olunan normalarından məhz hansının hazırkı mübahisəyə tətbiq olunmalı olduğu nəticəsinə gəlmək üçün həmin halların müəyyən edilməsi zəruridir. ç. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-126/2019 saylı 29 yanvar 2019-cu il tarixli qərarı ilə (hakimlər H.Həmidov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və V.Baxışo va) apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmışdır.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında mübahisəli torpaq sahəsinin, həmin torpaq sahəsi üzərində mövcud olan fərdi yaşayış evinin və yardımçı tikililərin istismara qəbul aktı mövcud deyildir. Halbuki, həmin tikililərin iş materialları və tərəflərin izahatı ilə 2013-cü il yanvarın 1-dək inşa edildiyi müəyyən olunur. Eyni zamanda, Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunan torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur və qeyd olunan torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında sahə fərqinin olması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış (sərəncamla 600 kv.metr, yerləşmə cizgisi ilə 566 kv.metr) lazımı hüquqi qiymət verilməmişdir. Belə ki, 03.08.2004cü il tarixdə Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunan 30.12.1997-ci il tarixli 2066 saylı sərəncamına əsasən torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur və qeyd olunan torpaq sahəsi sənəd üzrə 566 kv.metr təşkil edir, eyni zamanda X4 xüsusi mülkiyyət əsasında məxsus olan fərdi yaşayış evi iddiaçıya məxsus mübahisəli torpaq sahəsinin üzərində yerləşir. Belə olan təqdirdə iddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən koordinatlar ı dəqiqləşdirilmiş, ziddiyyətli olmayan və mötəbər sübut iş materiallarında mövcud deyildir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının özünə məxsus torpaq sahəsinin koordinatları müəyyən olunmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsi, iddiaçının cavabdehə qarşı cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə dair iddia qaldırmaq üçün subyektiv hüquququnun olub-olmamasını müəyyən etməli idi. İş materiallarında olan müayinə aktlarından göründüyü kimi, mütəxəssislər tərəfindən aparılmış ölçmə işləri nəticəsində iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə həmin torpaq sahəsinin yerləşmə cizgisi ilə qeyd olunmuş torpaq sahələrinin koordinatlarının t amamilə uyğun gəlmədiyi müəyyən olunmuşdur. d. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(102)-1975/2019 saylı 09 iyul 2019-cu il tarixli qərarı ilə (hakimlər X.Məmmədov (sədrlik edən və məruzəçi), A.Hüseynov və R.Nəbizadə) kassasiya şikayətinin qismən təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qərarı ləğv edilərərk iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
16. Məhkəmə kollegiyas gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı Səbail Rayon İcra Hakimiyyəti başçısının 1997-ci il 30 dekabr tarixli, 2066 saylı Sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci ya şayış massivində yerləşən 600 kv.m torpaq sahəsi fərdi ev tikmək üçün ayrılmışdır. Sərəncama əsasən 2004-cü il 3 avqust tarixdə iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib edilərək möhürlə təsdiqlənmişdir. Beləliklə, iddiaçı torpaq sahəsinə dair qanuni hüququn sahibidir və həmin hüququnun reyestrdə qeydə alınmasını tələb edə bilər.
17. Cavabdehin imtinasından isə müəyyən edilir ki, Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunan torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur və qeyd olunan torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında sahə fərqi (sərəncamla 600 kv.m, yerləşmə cizgisi ilə 566 kv.m) mövc uddur. Göründüyü kimi cavabdeh uyğunsuzluğa istinad edərkən yalnız sahə fərqini bildirmişdir. Bu halda, iddiaçının ən azından mövcud vəziyyətdə olan 566 kv.m torpaq sahəsinə hüququnu qeydə almaqdan imtina üçün əsaslar müəyyən olunmur. Apelyasiya məhkəməsi bunun üçün hər hansı qanuni əsasa istinad etməmişdir.
18. Apellyasiya məhkəməsi iddiaçının özünə məxsus torpaq sahəsinin koordinatlarının müəyyən olunmadığını bildirmişdir. Lakin Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunan torpaq sahəsinin yerləşmə cizgisindən bu koordinatları müəyyən etmək mümkündür.
19. Bundan başqa, apelyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan müayinə aktlarından göründüyü kimi, mütəxəssislər tərəfindən aparılmış ölçmə işləri nəticəsində iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin k oordinatları ilə həmin torpaq sahəsinin yerləşmə cizgisi ilə qeyd olunmuş torpaq sahələrinin koordinatları tamamilə uyğun gəlmir.
20. Kollegiya məhkəmənin bu mövqeyini də ziddiyyətli və əsassız hesab edir. Belə ki, əvvəla, iş materiallarında məhkəmənin istinad etdiyinin əksinə hər hansı müayinə aktı və ya ölçmə işlərinin aparıldığına dair mütəxəssis rəyi yoxdur. İşdə bununla bağlı olan yeganə sənəd birinci instanisya məhkəməsi tərəfindən keçirilmiş yeri baxışdır (i.v.57). Həmin yerli baxış protokolunda isə göstərilmişdir ki, mütəxəssis tərəfindən ölçmə işləri aparılmış, iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və əlavə tikililərin ona ayrılmış torpaq sahəsində yerləşməsi müəyyən edilmişdir.
21. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxışın nəti cələri apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə ziddiyyətli olmuşdur. Apellyasiya məhkəməsi isə özünün gəldiyi nəticəsini hər hansı mötəbər sübutla əsaslandırmamışdır.
22. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin harada yerləşməsi, həqiqətən cavabdehin bildirdiyi kimi sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında fərqin olub-olmaması, iddaçıya ayrılmış sahə ilə əri X3 ayrılmış sahələrin üst-üstə düşüb-düşməmələri, iddiaçının qeydə aldırmaq istədiyi tikililərin onun özünə, yoxsa ərinə ayrılmış sahədə yerləşdiyi məsələsi, eləcə də X1 adına reyestrdə qeydə alınmış tikililərin harada (iddiaçıya yoxsa ərinə ayrılmış sahədə yerləşdiyi) yerləşdiyi məsələsinin aydınlaşdırılması xüsusi biliklər tələb etdiyi üçün bu barədə müvafiq ekspertizalar keçiri lməlidir. Lakin məhkəmə müvafiq ekspertiza rəyi olmadan qərar qəbul etməklə səhvə yol vermiş, sübutların mümkünlüyünə və mötəbərliyinə dair tələblərə riayət etmədən iş üzrə əhəmiyyətli hallar barədə düzgün olmayan nəticəyə gəlmişdir. Bununla da məhkəmə işin hallarını araşdırmağa dair xidməti vəzifəsinin tələblərini yerinə yetirməmişdir. Ona görə də, iş üzrə əhəmiyyətli olan həmin halların obyektiv və dürüst müəyyənləşdirilməsini təmin etmək üçün təkrar apellyasiya baxışı zamanı məhkəmə tərəfindən ekspertiza keçirilməlidir.
23. Apelyasiya məhkəməsinin istinad etdiyi torpaq sahəsi üzərində mövcud olan fərdi yaşayış evinin və yardımçı tikililərin istismara qəbul aktının mövcud olmadığına dair bildirilənlərə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi həmin tikililərin 2013-c ü il yanvarın 1-dək inşa edildiyini müəyyən etmişdir.
24. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.9.1.1-ci maddəsi iki sənəddən birinin - müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihənin və ya yaşayış evinin istismara qəbul aktının təqdm edilməsini tələb edir. Başqa sözlə, əgər müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə təqdim edilmişdirsə, əlavə olaraq istismara qəbul aktının təqdim edilməsinə ehtiyac yoxdur. e. Apelyasiya instansiyası məhkəməsidəki üçüncü icraat
25. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-58/2020 saylı, 04.11.2020-ci il tarixli qərarı ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), V.Məmmədov və N.Cəfərov) apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81) -99/2018 saylı 10 yanvar 2018-ci il tarixli qərarı qismən, Səbail rayon İcra Hakimiyyəti başçısının 30.12.1997-ci il tarixli 2066 No-li sərəncamına əsasən İddiaçı Mirzə qızına ayrılmış Bakı şəhəri Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yerləşən 600 kv.m. torpaq sahəsinin 34 kv.m. hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmiş, qərar “Səbail rayon İcra Hakimiyyəti başçısının 30.12.1997-ci il tarixli 2066 No-li sərəncamına əsasən İddiaçı Mirzə qızına ayrılmış Bakı şəhəri Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yerləşən 600 kv.m. torpaq sahəsinin 566 kv.m. hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində dəyişdirilmədən saxlanılmışdır.
26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
27. Kassasiya şikayətində göstərilir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunan torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur və qeyd olunan torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında sahə fərqi (sərəncamla 600 kv.m, yerləşmə cizgisi ilə 566 kv.m) mö vcuddur. Belə ki, müvafiq ünvanda bir hasar daxilində ümumi torpaq sahəsi 1026 kv.m-dir. Ümumi hasar daxilində olan 10260 kv.m torpaq sahəsinin 546 kv.m hissəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-3175/2017 nömrəli, 28 iyul 2017-ci il tarixli qərarına əsasən X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Hasar daxilində olan ümumi torpaq sahəsinin yerdə qalan hissəsinin faktiki ölçüsü isə 480 kv.m-dir. Lakin iddiaçının nümayəndəsi tərəfindən fərqli konfiqurasiyalarda göstərilən 566 kv.m torpaq sahəsi bir hissəsi qeydiyyatdan keçən və iddiaçının nümayəndəsi tərəfindən yerdə qalan hissə kimi göstərilən digər 460 kv.m torpaq sahəsi (həmçinin üzərində tikililər olan) ilə bir daş hasar daxilindədir, ara sərhədləri yoxdur və şərti göstərilir. Ümumi daş hasa r daxilində olan 1-2 mərtəbəli tikililərin bir hissəsi göstərilən sahə üzərində yerləşir. Bundan əlavə, digər fiziki şəxsin (X5) adına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)3175/2017 saylı, 28 iyul 2017-ci il tarixli qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evi iddiaçının nümayəndəsi tərəfindən iddiaçıya məxsus olduğu iddia olunan torpaq sahəsi üzərində yerləşir. Bu səbəbdən də, ərizənin icrası tərəfimizdən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 noyabr 2020-ci il tarixli, 2-1(103)-58/2020 nömrəli qərarının nəticə hissəsində Səbail rayon İcra Hakimiyyəti başçısının 30.12.1997-ci il tarixli 2066 nömrəli sərəncamına əsasən İddiaçı Mirzə q ızına ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsinin 566 kv.m hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi qeyd edilsə də, lakin yuxarıda qeyd olunanlardan da göründüyü kimi, naturada torpaq sahəsinin faktiki ölçüsü 566 kv.m deyil, 480 kv.m-dir. Bu səbəbdən də, qeyd olunan hallar müvafiq məhkəmə qərarının gələcəkdə icrasını mümkünsüz edir. Lakin qeyd olunan hallar məhkəmə instansiyaları tərəfindən qanunsuz olaraq nəzərə alınmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlardan da göründüyü kimi, yuxarıda qeyd olunan hallar əsassız olaraq nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, İdarənin hər hansı qanun suz hərəkət və ya hərəkətsiziliyinin olması nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmiş, qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmiş, tətbiq edilən qanunvericilik normaları düzgün təfsir edilməmiş, iş materialları və şikayətdə qeyd olunan əsaslar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamış və nəticədə qanunsuz və ədalətsiz qərarlar qəbul edilmişdir. b. Kassasiya şikayətinə qarşı etiraz
28. Kassasiya şikayətinə qarşı daxil olmuş yazılı etirazda qeyd edilir ki, cavabdehin kassasiya şikayəti verməsi işi uzatmaq məqsədi daşıyır və kassasiya şikayətində qeyd olunanlardan da görünür ki, şikayət formal xarakter daşıyır. Eyni zamanda üçüncü şəxs iddiaçının həyat yoldaşıdır və ekspert rəyində də göstərilir ki, üçüncü şə xsin adına rəsmiləşdirilimiş torpaq sahəsi ilə hazırkı torpaq sahəsi üst-üstə düşmür. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməsini xahiş etdi.
30. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
31. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşı nmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Maddə
9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxl anılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barəd ə sənəd.
32. Torpaq Məcəlləsi Maddə
55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə
47. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaq lar hesabına yaranır.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
35. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməy ə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİY A İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. İddia tələbindən göründüyü kimi tərəflər arasında yaranmış mübahisə, iddiaçı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1997-ci il tarixli 2066 saylı sərəncamına əsasən ona ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasını və reyestrdən çıxarışın verilməs i öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı yaranmış mübahisədir. İddia tələbinin hüquqi əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci maddəsi təşkil edir.
38. Buna görə də tərəflər arasında yaranmış mübahisə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun tələbləri ilə əlaqəli normaları əsasında həll olunmalıdır. Apelyasiya məhkəməsi də işin müəyyən olunmuş hallarına bu hüquq normalarını tətbiq etmişdir.
39. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin mahiyyəti üzrə həlli üçün əhəmiyyəti olan faktik hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina etmiş və ona istinad etmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunan torpaq sahəsini n yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur, qeyd olunan torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında sahə fərqi mövcuddur və digər şəxsin adına qeydiyyatdan keçmiş tikili iddiaçıya məxsus torpaq sahəsi üzərində yerləşir.
40. Apelyasiya instansiyası məhkəməsi işin hallarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin dispozisiya şərtləri əsasında təhlil edərək bildirmişdir ki, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisə lər üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
41. Məhkəmənin bu əsaslandırması qanuni və əsaslıdır. Çünki iş materiallarından görünür ki, Bakı şəhər Səbail rayonu İcra Hakimiyyəti başçısının 1997-ci il 30 dekabr tarixli 2066 saylı sərəncamı ilə iddiaçıya Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Həmin sərəncama əsasən 2004-cü il 3 avqust tarixdə iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib edilərək möhürlə tə sdiqlənmişdir. Beləliklə, iddiaçı torpaq sahəsinə dair qanuni hüququn sahibidir və həmin hüququn reyestrdə qeydə alınmasını tələb edə bilər.
42. Cavabdehin imtinasından müəyyən olunur ki, Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunan torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur və qeyd olunan torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında sahə fərqi (sərəncamla 600 kv.m., yerləşmə cizgisi ilə 566 kv.m.) mövcuddur. Göründüyü kimi, cavabdeh uyğunsuzluğa istinad edərkən yalnız sahə fərqini bildirmişdir.
43. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)-1975/2019 saylı 09 iyul 2019-cu il tarixli qərarında göstərilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahə sinin harada yerləşməsi, həqiqətən cavabdehin bildirdiyi kimi sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında fərqin olub-olmaması, iddaçıya ayrılmış sahə ilə onun əri X3 ayrılmış sahələrin üst-üstə düşüb-düşməmələri, iddiaçının qeydə aldırmaq istədiyi tikililərin onun özünə, yoxsa ərinə ayrılmış sahədə yerləşdiyi məsələsi, eləcə də X1 adına reyestrdə qeydə alınmış tikililərin harada (iddiaçıya yoxsa ərinə ayrılmış sahədə) yerləşdiyi məsələsinin aydınlaşdırılması xüsusi biliklər tələb etdiyi üçün bu barədə müvafiq ekspertizalar keçirilməlidir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən i.v. 5də olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihəni tədqiq edərkən həmin layihənin iddiaçının hazırkı tələbində irəli sürdüyü və adına mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi tikilililərə aid layihə olub-olmadığı müəyyənləşdirməlidir. Belə ki, həmin layihənin iddiaçı ilə yanaşı X4 məxsus yaşayış evinin tikintisi ilə bağlı olduğu göstərilmişdir.
44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir.
45. Bununla bağlı işin təkrar apelyasiya baxışı zamanı Səbail rayon İcra Hakimiyyəti başçısının 2066 saylı 31.12.1997-ci il tarixli Sərəncamında qeyd edilmiş torpaq sahəsinin harada yerləşməsinin, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə həmin torpaq sahəsinin yerləşmə cizgisi ilə qeyd olunmuş torpaq sahələrinin koordinatlarının uyğun olub-olmamasının, torpaq sahəsinin ele ktron baza məlumatları ilə faktiki vəziyyət arasında fərqin olub-olmamasının, iddiaçıya ayrılmış sahə ilə onun əri X3 ayrılmş sahələrin üst-üstə düşüb-düşməməsinin, iddiaçının qeydə aldırmaq istədiyi tikililərin onun özünə, yoxsa əri İmtiyaz Babayevə ayrılmış sahədə yerləşibyerləşməməsinin və İmtiyaz Babayevin adına reyestrdə qeydə alınmış tikililərin harada yerləşməsinin müəyyən olunması məqsədilə məhkəmə-tikinti texniki ekspertizasının keçirilməsi qərara alınmışdır.
46. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24766 saylı 07 iyul 2020-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, tədqiq olunan torpaq sahələrinə dair mülki iş materiallarında olan sənədlər ilə baxış zamanı faktiki müəyyən edilmiş məlumatları, o cümlədən torpaq sahələrinin planlı yerləşm əsi, ölçüləri, torpaq sahəsində inşa edilmiş tikililərin yerləşdiyi sahə və s. müqayisə edilərkən 20.05.2010-cu il tarixli texniki pasport üzrə qeyd olunan “A” tikilisinin 12 saylı 07.01.2004cü il tarixli cizgiyə əsasən X3 ayrılmış torpaq sahəsində yerləşdiyi, eləcə də İddiaçı Mirzəağa qızına və X3 ayrılmış torpaq sahələrinin həmsərhəd olmaqla yanaşı yerləşdiyi müəyyən olunmuşdur. Beləliklə, aparılmış tədqiqatla Səbail rayon icra Hakimiyyəti başçısının 30.12.1997-ci il tarixli, 2066 saylı sərəncamında qeyd olunmuş torpaq sahəsi Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində 257a saylı ünvanda yerləşir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin ölçüləri, cizgisi və mütəxəssis rəyində göstərilən koordinatla r, həmin torpaq sahəsinin yerləşmə cizgisi ilə qeyd olunmuş torpaq sahələrinin göstəricilərinə uyğun olduğu müəyyən edilir. İddiaçı Mirzəağa qızının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri və vəziyyəti Səbail rayon İcra Hakimiyyəti başçısının 30.12.1997-ci il tarixli, 2066 saylı sərəncamı əsasında ayrılmış torpaq sahəsinə dair verilmiş cizgiyə uyğun olduğu müəyyən edilir. Səbail rayon İcra Hakimiyyəti başçısının 30.12.1997-ci il tarixli, 2066 saylı sərəncamına əsasən iddaçıya ayrılmış sahə ilə əri X3 ayrılmış sahə qonşuluqda yerləşərək ayrı-ayrı ərazilərdə yerləşdiyini nəzərə alaraq, həmin torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən olunur. İddiaçı Mirzəağa qızının faktiki istifadəsində olan tikililərin onun özünə ayrılmış sahədə yerləşdiyi müəyyən edilir. 2066 saylı 30.12.1 997-ci il tarixli sərəncamda qeyd olunmuş torpaq sahəsi ünvan 3rləşir. ünvan 3rləşən iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin ölçüləri, cizgisi və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində göstərilən koordinatlar, həmin torpaq sahəsinin yerləşmə cizgisi ilə qeyd olunmuş torpaq sahələrinin göstəricilərinə uyğundur. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri və vəziyyəti 2066 saylı 30.12.1997-ci il tarixli sərəncam əsasında ayrılmış torpaq sahəsinə dair verilmiş cizgiyə uyğundur. Sərəncamla iddiaçıya ayrılmış sahə ilə əri İmtiyaz Babayevə ayrılmış sahə qonşuluqda yerləşərək ayrı-ayrı ərazilərdə yerləşdiyini nəzərə alaraq, həmin torpaq sahələrinin üst-üstə düşmədiyi və İddiaçı faktiki istifadəsində olan tikililərin onun özünə ayrı lmış sahədə yerləşdiyi müəyyən edilmişdir.
47. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə təqdim etdiyi iddiaçının iddiadan hissəvi imtinası nəzərə alınaraq iddiaçının tələb etdiyi torpaq sahəsi üzərində hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə tələbi istisna olmaqla digər tələbləri üzrə icraata apelyasiya qaydasında xitam verilmişdir.
48. Kollegiya hesab edir ki, apelyasiya instansiyası keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə qiymət verərək düzgün olaraq həmin rəyin inandırıcı olmaqla, mötəbər sübut kimi qəbul etmişdir.
49. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə »yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxil edilmişdir.
50. Məhkəmə kolle giyasl qeyd edir ki, cavabdehin kassasiya şikayətində irəli sürdüyü “naturada torpaq sahəsinin faktiki ölçüsü 566 kv.m deyil, 480 kv.m-dir. Bu səbəbdən də, qeyd olunan hallar müvafiq məhkəmə qərarının gələcəkdə icrasını mümkünsüz edir” dəlili əsassızdır. Çünki əvvəla iddiaçı bununla bağlı hüç bir sübut təqdim etməmişdir. Bundan başqa, baxılan iş üzrə 2017-ci ilin aprel ayından davam edən və 6 məhkəmə baxışından keçən icraatda cavabdeh tərəfindən bu barədə hər hansı dəlil irəli sürülməmişdir.
51. Beləliklə, istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya instansiya məhkəməsi iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ni təmin etməkdə düzgün nəticəyə gəlmişdir.
52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdeh kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 noyabr 2020-ci il tarixli 21(103)-58/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.