Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-686/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh 11 saylı Bakı şəhər poliklinikasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati icraatın düzgün aparılmaması; işin hallarının hərtərəfli araşdırılmaması; əlillik dərəcəsinin müəyyən olunması məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtinanın əsaslandırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1981-ci il təvəllüdlü; AZE № ********) cavabdeh 11 saylı Bakı şəhər poliklinikasına qarşı “əl illik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin tərtib edilməsi və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsi vəzifəsinin Bakı şəhər 11 saylı şəhər poliklinikasının (həkim komissiyasının) üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2021-ci il tarixli, 2-1(103)-2759/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İş materiallarında olan “Zəfəran” Hospitalı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli epikrizdə qeyd edilmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə sinəsində qəflətən yaranmış, sol qoluna və kürək nahiyəsinə yayılan kəskin ağrılar səbəbindən mü əssiyə müraciət etmiş və hospital tərəfindən kardioreanimasiya şöbəsinə qəbul edilmişdir. Aparılan müayinələrdən sonra iddiaçıya “ÜİX (ürəyin işemik xəstəliyi): sol mədəciyin ön divarının kəskin miokard infarkt”ı diaqnozu qoyulmuşdur. İddiaçı hospital tərəfindən iki gün dinamik müşahidə altında saxlanılaraq xx.xx.2019-cu il tarixində orta-kafi vəziyyətdə evə yazılmışdır.
2. İddiaçı cavabdehə müraciət edərək, əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin tərtib edilməsini və göndərilməsini xahiş etmişdir.
3. Cavabdehin xx.xx.2020-ci il tarixli, 941 saylı məktubunda qeyd olunmuşdur ki, müraciətdə qaldırılan məsələyə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 16 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin v erilməsi” Qaydalarının 1.5.1-ci bəndinə (şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətinə fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyat pozuntularının olması) əsasən baxılır.
4. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən iddiaçıya ünvanlanmış 01 sentyabr 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı 11 nömrəli şəhər poliklinikası tərəfindən tibb müəssisəsinə dəvət edilmiş və Həkim Məsləhət Komissiyasının üzvlərinin iştirakı ilə təkrar müayinə olunm uşdur. İddiaçının xəstəlik halı “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 1.5.1-ci bəndindəki meyara uyğun olmadığından TSEK-ə göndəriş verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin tərtib edilməsi və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsi vəzifəsinin 11 saylı Bakı şəhər poliklinikasının (həkim komissiyasının) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 6.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 1.5.1-ci bəndinə istinad edərək həmin bənddəki əsasın (şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması) olmamasına istinadən tibbi göndərişin verilməsindən imtinası qanunsuzdur. Belə ki, iddiaçının xəstəliyi (kəskin miokard infarktı) “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunm ası meyarlarına dair” Əsasnamənin 2.2.1-ci bəndinə əsasən (ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı -İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33) ikinci qrup əlilliyin təyin edilməsi üçün əsasdır. X1 təsdiq etdiyi “Xəstəliklərin beynəlxalq Təsnifatı – 10”–da 121 kod altında “kəskin miokard infarktı” nəzərdə tutulmuşdur. Belə olan halda isə, cavabdehin iddiaçıdan son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasını tələb etməsi əsassızdır. Çünki, iddiaçının xəstəliyi elə bir xəstəlikdir ki, müalicə nəticəsində onun vəziyyətində hər hansı dəyişiklik olmayacaq. 7.Cavabdeh tərəfindən iddiaçını n tələbinə qarşı məhkəməyə etiraz daxil olmamışdır. 8.Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 26 avqust 2021-ci il tarixli, 2-1(112)-1313/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. 9.Məhkəmə hesab etmişdir ki, iddiaçının əlillik dərəcəsinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.2-ci və 1.5-ci bəndində göstərilən əsaslar yoxdur. 10.İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat 11.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.Ə.Hüseynsədrlik edən və məruzəçi, A.S.Hüseynov və S.İ.Bə ktaşi) 10 dekabr 2021-ci il tarixli, 21(103)-2759/2021 nömrəli qərarına əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-1313/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 12.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 13.İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2021-ci il tarixli, 2-1(103)-2759/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Əlavə olaraq kassasiyaçı qeyd etmişdir ki, apellyasiya şikayət ində öz tələbini qanunvericiliyin normalarına uyğun və hüquqi faktlarla əsaslandırmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi işin hallarını ətraflı araşdırmamış, gəldiyi nəticəni hüquqi normalara uyğun şəkildə əsaslandıra bilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli, 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”... 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox amb ulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində ola n dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.... 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müdd ətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 17.İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəm ə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı iş ə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 18.Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. 19.Apellyas iya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.
21. İşin hallarına, iddiaçının tələbinə, məhkəmələr tərəfindən mübahisə ü zrə qəbul edilmiş aktlara və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
22. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin verilməsinə nail olmaqdır. 23. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən göndərişin verilməsi üçün şəxs Komissiyaya müraciət edir və komissiya şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdıraraq, o cümlədən zərurət olduqda diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsi ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərməklə, son nəticədə göndərişin verilməsi və ya verilməsindən imtina barədə qərar qəbul edir.
24. Hazı rkı iş üzrə iddiaçının göndəriş verilməsi üçün cavabdehə müraciət etməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir.
25. Bununla belə, iş materiallarında cavabdeh orqan tərəfindən şəxsin müraciəti əsasında onun barəsində müvafiq sənədlərin toplanması, həmin sənədlərin təhlil edilməsi, diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilib-göndərilməməsi, başqa sözlə, qanunvericiliyin tələbinə uyğun icraatın aparılması və həmin icraat nəticəsində göndərişin verilməsindən imtina barədə qərarın qəbul edilməsini təsdiq edən sübutlar yoxdur. Belə ki, iş materiallarında yalnız cavabdehin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin iddiaçıya ünvanladığı məktublar mövcuddu r. Cavabdehin məktubunun məzmunu informativ xarakterli olmaqla, yalnız iddiaçının müraciətinə “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 1.5.1-ci bəndinə əsasən baxıldığı barədədir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin məktubunda isə iddiaçının 11 nömrəli şəhər poliklinikası tərəfindən tibb müəssisəsinə dəvət edildiyi və Həkim Məsləhət Komissiyasının üzvlərinin iştirakı ilə təkrar müayinə olunduğu qeyd edilsə də, iddiaçının həqiqətən müayinədən keçirilməsini təsdiq edən hər hansı sənəd və həmin müayinənin nəticəsi barədə Həkim Məsləhət Komissiyasının qəbul etdiyi qərar təqdim edilməmişdir. Həmçinin sözügedən sənədlər işə baxan aşağı instansiya məhkəmələri tərəfindən tələb edilməmiş və onların mövcudluğu araşdırılmamışdır.
26. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfin dən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Başqa sözlə, cavabdeh inzibati orqan kimi iddiaçının müraciəti əsasında inzibati icraatı başlamalı, bu zaman “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan inzibati icraatın prinsiplərinə riayət etməklə inzibati icraat aparmalı, son nəticədə inzibati icraatın nəticəsində əsaslandırılmış inzibati akt qəbul etməlidir. Məhkəmə isə qəbul edilən qərarın qanuniliyinə qiymət verməlidir. Lakin qeyd olunan bu hallar, aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmamışdır.
27. Bundan əlavə, hazırkı iş üzrə birinci instansiya məhkəməsi İPM-nin 12.1-ci maddəsində təsbit olunmuş işin hallarının araşdırılması prinsipindən çıxış edərək iş üzrə ekspertiza təyin etmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinə həvalə olunmuşdur. Sonuncu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyində cavabdehin imtinasının qanuni olması, yəni iddiaçının xəstəlik halının “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 1.5.1-ci bəndindəki meyara uyğun olmadığı nəticəsinə gəlinmişdir.
28. Bununla bağlı qeyd edilməlidir ki, ekspert hüquqi məsələ ilə bağlı hər hansı nəticəyə gəlməkdə səlahiyyətli deyildir, qeyd olunan bu səlahiyyət işə baxan məhkəməyə aiddir. Digər tərəfdən, iş üzrə iddiaçının dəlili onun xəstəliyinin “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibb i-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 1.5.1ci bəndində qeyd edildiyi kimi müəyyən müddət stasionar və ya ambulator müalicədən sonra bərpa edilməsinin mümkün olmamasına görə ümumiyyətlə həmin meyar baxımından xəstəliyinin qiymətləndirilməməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçı hesab edir ki, onun xəstəliyi müalicə nəticəsində sağalan xəstəlik olmadığından, ondan müəyyən müddət stasionar və ya ambulator müalicə tələb edilməsi əsassızdır.
29. İddiaçının qeyd olunan bu dəlili də məhkəmə tərəfindən araşdırılmamışdır.
30. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab etmir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apell yasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsasdır. Odur ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
31. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi məhkəmə kollegiyasının hazırkı iş üzrə hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh tərəfindən müayinənin aparılıb-aparılmaması, o cümlədən müvafiq qərarın qəbul edilib-edilməməsini araşdırmalı, bu çərçivədə müayinə və onun nəticəsi barədə sənədləri tələb etməli, həmçinin həmin sənədləri işin halları baxımından iş üzrə digər sübutlarla birlikdə İPM-nin 12.1-ci maddəsinin tələblərinə riayət etm əklə qiymət verməlidir. Aparılan məhkəmə araşdırması nəticəsində iddiaçı barəsində müayinənin aparılmadığı və müvafiq qərarın qəbul edilmədiyi müəyyən edilərsə, məhkəmə tərəfindən cavabdehin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə “İnzibati icraat haqqında” Qanunun və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının tələblərinə uyğun olaraq yenidən baxılması ilə bağlı öhdəlik qoyula bilər.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2021-ci il tarixli, 21(103)-2759/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edi