Məhkəmə qərarları › İş №2-1(102)-686/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-686/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-686/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışa düzəliş edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" şirkətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışa düzəliş edilməsi” tələbinə dair inzi bati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2-1(103)2658/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 351 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066-cı məhəllədə iddiaçı "xxxx" şirkətinə ofis və məişət xidməti binasının tikintisi üçün 0,3799 hektar torpaq sahəsi ayrılmışdır. Sərəncamın icrası məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ofis və məişət xidməti binasının tikintisi üçün iddiaçıya həmin ünvanda ayrılmış 0,3799 hektar torpaq sahəsinə dair 200/113 nömrəli, 2000-ci il tarixli ay rıc aktı tərtib edilmişdir. Torpaqdan daimi istifadə hüququna dair JN-0820 saylı, 00100003 kodlu xx.xx.2002-ci il tarixli Dövlət aktı ilə 0.3459 hektar torpaq sahəsi iddiaçının adına qeydiyyata alınmışdır.

2. İddiaçının müraciətinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 14/229 saylı, 2014-cü il tarixli dəqiqləşdirilmiş ayrıc aktı tərtib edilmiş və ayrılmış torpaq sahəsinin ölçüsü 0,5868 hektar göstərilmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2016-cı il tarixli, 2-1(81)1731/2016 saylı qərarı ilə İddiaçınə məxsus Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 3066-cı məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Az ərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1305/16 saylı, 14 iyul 2016-cı il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2016-cı il tarixli, 21(81)-1731/2016 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

4. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən ünvan 1 ünvanında 0.13806 hektar torpaq sahəsində yerləşən 3243,9 kv.m əmlak kompleksi kimi müəssisə üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu zaman cavabdeh tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixl i çıxarışda torpaq sahəsinin ölçüsü 0,13806 hektar göstərilmişdir.

5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona verilmiş həmin çıxarışda torpaq sahəsinin ölçüsü ilə bağlı uyğunsuzluğun aradan qaldırılmasını xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edildiyini bildirmiş və qeyd etmişdir ki, əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi ilə bağlı icarə müqaviləsi təqdim olunduğu təqdirdə ərizəyə qanunamüvafıq qaydada baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı 24 may 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və xx.xx.2022-ci il tarixdə dəqiqləşdirmə barədə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən "xxxx" Şirkəti əmlak kompleksi kimi müəssisəyə dair xx.xx.2017-ci il tarixdə (seriya RX №1158935) verilmiş çıxarışa 0,13806 ha torpaq sahəsinin ölçüsünə aid hissədə düzəliş edilməsi və istifadədə olan torpaq sahəsinin ölçüsünün 0,5868 ha qeyd olunaraq bununla bağlı yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 351 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066-cı məhəllədə "xxxx" şirkətinə ofis və məişət xidməti binasının tikintisi üçün 0,3799 hektar torpaq sahəsi ayrılmış, torpaq sahəsinin 0,3459 hektarının özəlləşdirilməsi üçün 71.947.200 manat (14.389,44 AZN) pul vəsaiti ödənilmiş və 22 mart 2002-ci ildə "xxxx" şirkətinə Dövlət Torpaq və Xəritəç əkmə Komitəsi tərəfindən torpaqdan daimi istifadə hüququna dair dövlət aktı verilmişdir. xx.xx.2017-ci ildə Daşınmaz əmlakın dövlət reyestrindən "xxxx" şirkətinə ******* saylı, **********41-2301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin mülkiyyət növü dövlət mülkiyyəti kimi (istifadədə) qeyd edilmişdir. Texniki pasporta əsasən iddiaçının istifadəsində 0,5868 hektar torpaq sahəsi vardır. Torpaq sahəsinin 0,3459 hektar hissəsinə mülkiyyətdə (özəl), digər hissəsinə isə istifadədə qeyd edilməli idi. Bu qeyri-dəqiqliyi aradan qaldırmaq və mülkiyyət hüququnun müdafiəsi üçün əmlak kompleksi kimi müəssisəyə aid dövlət reyestrindən çıxarışda cari dəyişikliyin edilməsinə və yeni çıxarışın verilməsinə dair xx.xx.2021-ci ild ə cavabdehə müraciət edilmiş, lakin cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********59 saylı bildirişlə dövlət reyestrindən çıxarışın verilməsindən imtina olunmuşdur. İmtina bildirişində qeyd edilmişdir ki, əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi ilə bağlı icarə müqaviləsi təqdim edildiyi təqdirdə ərizəyə qanunamüvafıq qaydada baxılacaqdır. Cavabdehin imtina bildirişi əsassızdır və formal xarakter daşıyır. Cavabdehə sənədlər təqdim edilən zaman, torpaqdan daimi istifadə hüququna dair xx.xx.2002-ci il tarixli dövlət aktının, şirkətə məxsus texniki pasportun surəti əlavə edilmişdir. İddiaçı 24 ildir ki, qeyd edilən torpaq sahəsindən istifadə edir və hər il dövlət büdcəsinə torpaq vergisi ödənilir. Yuxarıda qeyd olunduğu kimi, torpaq sahəsinin 0,3459 hektarının özəll əşdirilməsi üçün 71.947.200 manat (14.389,44 AZN) pul vəsaiti iddiaçı tərəfindən ödənilmiş və ona torpaqdan daimi istifadə hüququna dair dövlət aktı verilmişdir. Cavabdeh isə iddiaçının mülkiyyətində olan torpaq sahəsi üçün icarə müqaviləsi tələb edir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

10. Bakı İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(112)-1091/2022 nömrəli qərarı (hakim: X1) ilə iddia təmin edilmiş, ünvan 4 ünvanında yerləşən "xxxx" Şirkəti əmlak kompleksi kimi müəssisəyə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tar ixli, RX seriyalı 158935 nömrəli çıxarışda 0,13806 ha torpaq sahəsinin ölçüsünə aid hissədə düzəliş edilməsi və istifadədə olan torpaq sahəsinin ölçüsünün 0,5868 hektar qeyd olunaraq bununla bağlı yeni çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus daşınmaz əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 14/229 saylı, 2014-cü il tarixli dəqiqləşdirilmiş ayrıc aktı ilə binanın tikintisi üçün 0,5868 hektar torpaq sahəsi ayrıldığı və qeydiyyat orqanının özü tərəfindən tərtib edilmiş texniki pasportda torpaq sahəsinin ölçüsünün 0,5868 hektar qeyd olundugu halda, yanlış olaraq çıxarışda torpaq sahəsini n ölçüsü 0,13806 hektar göstərilmişdir. Halbuki, qeydiyyat orqanının vəzifəli şəxsləri dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Əmlak üzərində hüquqların qeydiyyatı iddiaçının təqdim etdiyi sənədlərə əsasən aparılmalı idi. Buna riayət edilmədiyinə görə, iddiaçı həmin texniki səhvin aradan qaldırılması üçün cavabdehə müraciət etsə də, cavabdeh ərizənin təmin olunmasından imtina etmişdir. Cavabdeh inzibati orqan iddiaçının tələbinin icrasından yayınsa da, bu barədə məhkə məyə hər hansı sübut (dəlil) təqdim etməmişdir.

12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2-1(103)-2658/2022 nömrəli qərarı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X4 və X3) ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRA ZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 351 saylı sərəncamında torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmin sərəncam əsasında verilmiş “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı”nda torpaq sahəsinin ölçüsü 0,3459 ha qeyd olunmuşdur. Lakin xx.xx.2014-cü il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin qeyd olunan sərəncama əsasən tərtib etdiyi ayrıc aktında torpaq sahəsinin ölçüsü 0,5868 ha göstərilsə də, torpaq sahəsinin ölçüsünün dəqiqləşdirilməsi ilə bağlı sərəncam təqdim edilməmişdir. kassasiya şika yətinə etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Maddə

16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozma yacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə

23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqın da məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

19. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apel lyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmə nin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası m əhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından müvafiq çıxarışa düzəliş edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüq uq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 351 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066-cı məhəllədə iddiaçı "xxxx" şirkətinə ofis və məişət xidməti binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin Sərəncamın icrası məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ofis və məişət xidməti binasının tiki ntisi üçün iddiaçıya həmin ünvanda ayrılmış torpaq sahəsinə dair 200/113 nömrəli, 2000-ci il tarixli ayrıc aktı tərtib edilmiş və ayrıc aktında torpaq sahəsinin ölçüsü 0,3799 hektar qeyd olunmuşdur. Sonradan iddiaçının müraciətinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 14/229 saylı, 2014-cü il tarixli yeni, dəqiqləşdirilmiş ayrıc aktı tərtib edilmiş və həmin ayrıc aktında ayrılmış torpaq sahəsinin ölçüsü 0,5868 hektar göstərilmişdir.

26. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 351 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı və həmin sərəncamın icrası məqsədi ilə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib olunmuş və sərəncama əlavə edi lmiş ayrıc aktı müvafiq torpaq sahəsinin ayrılmasına dair vahid sənəd kimi qəbul olunmalı və qiymətləndirilməlidir. Belə yanaşma ayrılması nəzərdə tutulan torpaq sahəsini fərdiləşdirməyə imkan verən məlumatların məhz ayrıc aktında təsbit edildiyinə və torpaq sahəsi ilə bağlı sonrakı rəsmiləşdirmə icraatında məhz ayrıc aktındakı həmin məlumatlara istinad olunduğuna əsaslanır. Həmçinin torpaq sahəsinin ayrılması barədə sərəncamın qəbul edilməsinin və həmin sərəncamın icrası məqsədi ilə ayrıc aktının tərtib olunmasının eyni qurumun-vahid inzibati orqan olaraq Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətinə aid olduğu da nəzərə alınmalıdır. Bu baxımdan cavabdeh iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsünə dair Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib o lunmuş 14/229 saylı, 2014-cü il tarixli dəqiqləşdirilmiş ayrıc aktında nəzərdə tutulmuş məlumatlara bağlıdır və həmin məlumatlara uyğun davranmağa, müvafiq çıxarışda torpaq sahəsinin ölçüsünü həmin məlumatlara (0,5868 hektara) uyğunlaşdırmağa borcludur.

27. Bu qərarın 18-ci bəndində istinad olunan normalara görə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı v ə ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

28. Beləliklə, hazırkı mübahisəyə münasibətdə yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya aid müvafiq çıxarışa düzəliş edilməsindən və istifadədə olan torpaq sahəsinin ölçüsünün 0,5868 hektar qeyd olunaraq ona bu barədə yeni çıxarışın verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

29. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2-1(103)-2658/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar