Məhkəmə qərarları › İş №2-1(102)-686/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-686/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-686/2024 14.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ya nında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı ("xxxx" MMC inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmaqla) “qərarın ləğv olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli 2-1(103)-2874/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı MMC xx.xx.2019-cu il tarixdə (VÖEN) ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyy atına alınmışdır. Çıxarışda hüquqi şəxsin ünvanı - ünvan 1miyyətin qanuni təmsilçisi X2r.

2. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********9189 №-li, xx.xx.2021-ci il tarixli Qərarı ilə İddiaçı MMC-yə məxsus obyektdə - Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu STQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında Qurğuların təmiri və yığılması sexində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi üzrə xx. xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmala) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. 3. “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********9207 №-li, xx.xx.2021-ci il tarixli tələbnamə ilə İddiaçı MMCdən operativ vergi nəzarətinin aparılması üçün Malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınmasını təsdiq edən sənədlər, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin təqdim olunması tələb olunmuşdur.

4. İddiaçı MMC-nin rəhb əri X4 tərəfindən X7 üzrə Nəzarət Baş İdarəsinə təqdim olunmuş xx.xx.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, MMC-yə məxsus olan təsərrüfat subyekti Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında yerləşən qurğuların təmiri və yığılması sexindən ibarətdir. Qeyd edilən ünvandan başqa MMC-yə məxsus obyekt və saxlancda olan mal yoxdur. Xidmət haqqı 1 ton kəsimə görə ƏDV daxil 11 manat 80 qəpik təşkil edir. Müəssisənin iş vaxtı həftədə 5 gün olmaqla saat 09:00-dan 18:00-dəkdir. Şənbə və bazar günləri istirahət günləridir.

5. İddiaçı MMC-nin rəhbəri X4 tərəfindən X7 üzrə Nəzarət Baş İdarəsinə təqdim olunmuş xx.xx.2021-ci il tarixli izahatda da bildirilmişdir ki, MMC-nin əsas fəaliyyət növü yastı prokatın doğranmasıdır (emalı). Göstərilən xidmətə görə hər ton üçün 11,8 manat (ƏDV daxil) xidmət haqqı alınır. 6. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektlərindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli DVX seriyalı 005391 №li aktın surətindən müəyyən olunur ki, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşları tərəfindən İdarənin xx.xx.2021-c i il tarixli **********9189 №li qərarına əsasən İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında yerləşən qurğuların təmiri və yığılması sexində operativ vergi nəzarəti tədbiri həyata keçirilərkən, xx.xx.2021-ci il tarixdə saat 16:00-da İddiaçı MMC-yə məxsus qurğuların təmiri və yığılması sexində 1235043,32 manat dəyərində mal aşkar olunmuşdur. Aşkar olunmuş mallardan 258612,45 manat dəyərində malın sənədsiz olması aşkar olunmuşdur. Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən 25861,24 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.

7. Akta əlavə olunmuş “Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektr on qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların siyahısı”nda bir vahidinin qiyməti 1,716 manat olan 569015,65 kq, ümumi məbləği 976430,86 manat olan elektron qaimə-faktura və idxal gömrük bəyannaməsi əsasında alınmış mal və bir vahidinin qiyməti 1,876 manat olan 137796 kq, ümumi məbləği 258612,45 manat olan elektron qaimə-faktura və ya idxal gömrük bəyannaməsi əsasında alınmayan mal aşkar edildiyi qeyd edilmişdir.

8. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7037 №-li, xx.xx.2021-ci il tarixli qərarı il ə İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71.1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71.2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 25861.25 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. 9. “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********7038 №-li tələbnamədən görünür ki, İddiaçı MMC-dən büdcəyə ödənilməli olan 25861,25 manat vəsaitin xx.xx.2021-ci il tarixə kimi Milli Gəlirlər Baş İdarəsinin hesabına ödənilməsi tələb olunmuşdur

10. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********483200 saylı məktubu ilə bildirilmişdir ki, Çin Xalq Respublikasından (ÇXR) idxal olunan xx.xx.2021-ci il tarixli **********1868, **********532, **********1839, **********1613, **********1771 nömrəli gömrük bəyannaməsi ilə "xxxx" MMC adına rəsmiləşən malların BBGİ-nin X9 ərazisindən 16/xx.xx.2021-ci il tarixində çıxaraq, elektron-qaimə faktura təqdim edilmədən İddiaçı MMC- yə məxsus anbara aparılması halı araşdırma nəticəsində Baş İdarə tərəfindən müəyyən edilmişdir. Yuxarıda qeyd olunan halın yoxlanılması məqsədilə Baş İdarə tərəfindən VM-nin 50.2.2-ci və 50.2.4-cü maddələrinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli **********9186 nömrəli operativ vergi nəzarətinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. OVN zamanı anbarda aşkar olunmuş malların üzərində olan etiketlər əsasında və malların ölçüləri barədə məlumatlardan istifadə olunmuş, həmçinin malların qiymətləri GB-də göstərilən qiymətlər əsasında müəyyən edilmişdir. İddiaçı MMC malları elektron-qaimə fakturasız aldığına görə VM-nin 58.8-ci maddəsinə əsasən 25861,24 (258612,46 x 10 %) manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli yoxlamanın nəticəsi barədə seriya DVX № 005391 nömrəli aktının və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7037 nömrəli qərarın qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) b arədə ərizə təqdim edərək, cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7037 №-li qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2019-cu ildən Vergilər Nazirliyi MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmiş və hazırda da ünvan 4 ünvanında fəaliyyət göstərir. 27 iyun 2021-ci il tarixində MMC-nin direktoru olaraq X4 ilə cavabdeh orqandan telefonla əlaqə saxlanılaraq, malların qalığının hesablamaq üçün şirkətdə olan malların siyahıya alınmalı olduğu bildirilmişdir. O, isə həmin gün qeyri iş günü olduğundan işləmədiklərini bildirmiş, lakin cavabdeh orqanın əməkdaşı israrla idarənin tapşırığıdır deyərək, MMC-nin həyətində növbətçi qoyulmasını və səhər tezdən qapının açılmasını tələb etmişdir. O, məcbur olub cavabdeh orqanın əməkdaşlarının əraziyə buraxılması barədə göstəriş vermiş, cavabdehin əməkdaşları şirkətə bəyannnamə olmadan mal gətirdiklərini bildirmişlər. O, İddiaçı MMC-nin idxalixracla heç bir əlaqəsi olmadığını və yalnız sifariş olunan malların kəsimi ilə məşğul olduğu barədə məlumatlandırmışdır. Şirkətə gələn mallar kəsilir və geri qaytarılır. Cavabdehin əməkdaşları həmin gün malları siyahıya almış, təxmini olaraq heç bir çəki və ya malların dəyərinin dəqiq hesabatın aparmadan 258612.46 manat dəyərində malı elektron qaiməfaktura idxal gömrük bəyannaməsi əsasında alınmayan mal kimi qeydə alaraq xx.xx.2021ci il tarixli seriya DVX № 003222 nömrəli siyahı tərtib etmişlər. Həmin siyahı üzrə də bir gün sonra xx.xx.2021-ci il tarixdə yoxlamanın nəticəsi barədə seriya DVX № 005391 nömrəli AKT tərtib etmişlər ki, o, həmin aktla razılaşmayaraq qəbul etməmişdir və imza etməkdən imtina etmişdir. Həmin akt əsasında 25861.25 manat maliyyə sanksiyası hesablanmışdır. Bütün bu şəbəbdən də cavabdeh tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli № **********7037 nömrəli Qərar çıxarılmışdır. Məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli № **********7037 nömrəli qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, qeyd edilən və siyahıya alınan mallar onlara məxsus deyildir, hesablanan miqdarda olan mal şirkətdə olmamışdır və onların şirkəti yalnız malların kəsim işinə baxırlar. Bu barədə cavabdehin əməkdaşlarına da bildirilmiş və onların yanında da gələn mallardan kəsilmiş mallar geri qaytarılmışdır.

14. Cavabdeh iddiaya yazılı etirazını təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında yerləşən qurğuların təmiri və yığılması sexində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatd axili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə saat 16:00-da Baş İdarə tərəfindən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında yerləşən qurğuların təmiri və yığılması sexində 1235043,32 manat dəyərində mal aşkar olunmuşdur. Aşkar olunmuş mallardan 258612,45 manat dəyərində malın sənədsiz olması faktı aşkar olunmuş və xx.xx.2021-ci il tarixli 005391 nömrəli akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli 005391 nömrəli akt İddiaçı MMC-nin rəhbəri X3 təqdim edilsə də, rəhbər akt ı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. Nəticədə İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli 005391 nömrəli akta, eləcə də malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura əsasında alınması barədə aktda göstərilən qeydlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı MMC-nin 25861,25 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı MMC-nin rəhbəri X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışda qeyd etmişdir ki, “MMC-yə məxsus olan təsərrüfat subyekti Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında yerləşən qurğuların təmiri və yığılması sexindən ibarətdir. Qeyd edilən ünvandan başqa MMC-yə məxsus obyekt və saxlancda olan mal yoxdur. Xidmət haqqı 1 ton kəsimə görə ƏDV daxil 11 manat 80 qəpik təşkil edir. Müəssisənin iş vaxtı həftədə 5 gün olmaqla saat 09:00-dan 18:00-dəkdir. Şənbə və bazar günləri istirahət günləridir”. İddiaçı MMCnin rəhbəri X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatda da bildirmişdir ki, “MMC-nin əsas fəaliyyət növü yastı prokatın doğranmasıdır (emalı). Göstərilən xidmətə görə hər ton üçün 11,8 manat (ƏDV daxil) xidmət haqqı alırıq”. Dövlət Vergi Xidmətinin məlumat bazasında İddiaçı MMC-nin əsas fəaliyyət növü sair hazır metal məmulatlarının istehsalı olaraq qeyd edilmişdir. Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaiməfakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların siyahısı tərtib edilmişdir. Həmin siyahıda bir vahidinin qiyməti 1,716 manat olan 569015,65 kq, ümumi məbləği 976430,86 manat olan elektron qaiməfaktura və idxal gömrük bəyannaməsi əsasında alınmış mal və bir vahidinin qiyməti 1,876 manat olan 137796 kq, ümumi məbləği 258612,45 manat olan elektron qaimə-faktura və ya idxal gömrük bəyannaməsi əsasında alınmayan mal aşkar edildiyi qeyd edilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi İddiaçı MMC tərəfindən verilmiş iddia əri zəsi əsassızdır və MMC tərəfindən Vergi Məcəlləsinin 58.8-ci maddəsinin tələbləri pozularaq, 258612,45 manat dəyərində malın sənədsiz olması müəyyən edilmişdir.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-456/2023 saylı, 8 may 2023-cü il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia tələbi rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən keçirilmiş OVN zamanı vergi ödəyicisi olan iddiaçının sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktra (invoys), alış aktları və ya Vergi Məcəlləsinin 71-2 maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emal a və saxlamaya (məsuliyyəti mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmaması halının aşkar olunması halı işin araşdırılan halları ilə tam sübuta yetirilmişdir. İddiaçının qeyd olunan halların yanlışlıq nəticəsində baş verməsi (malların səhvən onlara aid sexin ərazisinə daxil olması və bir qisminin boşaldılması) real münasibətləri əks etdirmir və bu münasibət vergidən yayınma faktı kimi qiymətləndirilir.

17. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə (sədrlik edən və məru zəçi), X.A.Cəmilova və R.Ə.Səmədov) 2-1(103)-2874/2023 nömrəli 26 oktyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-456/2023 saylı, 08 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşı X6 izahatından müəyyən olunmuşdur ki, o, adı çəkilən İdarənin əsasnaməsinə uyğun olaraq, vəzifə səlahiyyətləri çərçivəsində BBGİ-nin X9 ərazisində növbədə olarkən ÇXR-dan idxal olunan xx.xx.2021-ci il tarixli **********1868, **********532, **********1839, **********1613, ** ********1771 nömrəli gömrük bəyannamələri ilə "xxxx" MMC-nin adına rəsmiləşən malların Gömrük Postunun ərazisindən 16/xx.xx.2021-ci il tarixində çıxaraq, İddiaçı MMC-yə məxsus anbara aparılmasını müşayət etmişdir. Bununla bağlı iddiaçı müəssisənin səlahiyyətli əməkdaşlarının icazəsi ilə cəmiyyətin fəaliyyət göstərdiyi sexin ərazisinə daxil olarkən, 3 avtomobillə sexin ərazisinə gətirilən mallardan (yastı prokat) bir hissəsinin əraziyə boşaldıldığını müşayət etmişdir. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin digər əməkdaşı X10 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, İdarənin xx.xx.2021-ci il tarixli **********9189 №li qərarına əsasən İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında yerləşən qurğuların təmiri və yı ğılması sexində operativ vergi nəzarəti tədbiri həyata keçirilərkən, xx.xx.2021-ci il tarixdə saat 16:00-da İddiaçı MMC-yə məxsus qurğuların təmiri və yığılması sexində 1235043,32 manat dəyərində mal aşkar olunmuşdur. Malların üzərində olan məlumatlardan (etiket) onların hansı ölkədən daxil olduğu müəyyən edilmişdir. Aşkar olunmuş mallardan 258612,45 manat dəyərində malın sənədsiz olması müəyyən olunmuşdur. Bununla bağlı müvafiq akt tərtib olunaraq, Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən 25861,24 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.

20. Məhkəmə araşdırması zamanı İddiaçı MMC-nin nümayəndəsi X4 da 16/xx.xx.2021-ci il tarixlərində BBGİ-nin X9 ərazisindən ÇXR-dan idxal olunan xx.xx.2021ci il tarixli **********1868, **********532, **********1839, **********1613, **********1771 nömrəli gömrük bəyannamələri ilə "xxxx" MMC-nin adına gətirilmiş malların İddiaçı MMC-nin ərazisinə daxil olduğunu, malların bir qismi boşaldıldıqdan sonra, həmin malların səhv olaraq onların ünvanına daxil olduğunu müəyyən etdiklərindən, həmin malları aid olduqları ünvana göndərdiklərini bildirmişdir.

21. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2874/2023 nömrəli 26 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. Kassasi ya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və əlavə olaraq qeyd edilmişdir ki,, İddiaçı MMC-nin rəhbəri X4 tərəfindən İdxal-İxrac Əməliyyatları üzrə nəzarət Baş İdarəsinə təqdim olunmuş xx.xx.2021-ci il tarixli arayışdan eyni zamanda da məhkəməyə verdiyi ifadəsindən də açıqaşkar görsənir ki, MMC-yə məxsus olan təsərrüfat subyekti Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında yerləşən qurğuların təmiri və yığılması sexindən ibarətdir. Qeyd edilən ünvandan başqa MMC-yə məxsus obyekt və saxlancda olan mal yoxdur. Hətta məhkəmə araşdırması zamanı cavabdehə həm iddiaçı həm də məhkəmə tərəfindən yoxlamanın keçirilməsinin səbəbini, səbəbinin var idisə nədən ibarət olmasını və qərarında bu barədə qeydlərin olmasını, aktda qeyd edilən çəkidə, ölçüdə və nə qədər dəyərdə olmasını necə qiymətləndirməsini sübut etməsini, izahlı şəkildə başa salmasını istəsə də cavabdeh buna dair sadəcə sübut kimi tarixi və ya şəkilin necə çəkildiyini harda çəkilməsini sübut olunmayan şəkillərlə olduğunu bildirmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə2 bildirmişdir ki, xx.xx.2021-ci il tarixli qərarı ilə "xxxx" MMC-yə 33567,90 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunduğu mallar İddiaçı MMC-nin anbarına getsə də sənədi (qaiməsi) olmadığı üçün geri qaytarılmışdır. Yəni gələn malı iddiaçı qəbul etməmişdir. Belə olan halda iddiaçıda malın qəbulu və geri qaytarılması haqqında akt ola bilməz. Çünki mallar qəbul edilmədən də geri qaytarılmışdır. Eyni zamanda da birinci insta nsiya məhkəməsində icraat zamanı İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşı X11 izahatında bildirsə də ki, o, adı çəkilən İdarənin əsasnaməsinə uyğun olaraq, vəzifə səlahiyyətləri çərçivəsində BBGİ-nin X9 ərazisində növbədə olarkən ÇXR-dan idxal olunan xx.xx.2021-ci il tarixli **********1868, **********532, **********1839, **********1613, **********71 nömrəli gömrük bəyannamələri ilə "xxxx" MMC-nin adına rəsmiləşən malların Gömrük Postunun ərazisindən 16/xx.xx.2021-ci il tarixindən olaraq, İddiaçı MMC-yə məxsus anbara aparılmasını müşayiət etmişdir. Bununla bağlı iddiaçı müəssisənin səlahiyyətli əməkdaşlarının icazəsi ilə cəmiyyətin fəaliyyət göstərdiyi sexin ərazisinə daxil olarkən, 3 avtomobillə sexin ərazisinə gətirilən mallardan (yastı prokat) bir hissəsinin əraziyə boşaldıldığını müşayiət etmişdir. Lakin buna dair hər hansı rəsmi sübut və aparılmış rəsmi qeydlər mövcud olmamışdır. Hazırkı iş üzrə cavabdehin xx.xx.2021-ci il tarixli **********9189 №li nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında göstərilən aslardan heç biri qeyd olunmamış, qərar ümumiyyətlə əsaslandırılmamışdır, bu da “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz apellyasiya şikayətinə etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən Çin Xalq Respublikasından (ÇXR) idxal olunan xx.xx.2021-ci il tarixli **********1868, **********532, **********1839, **********1613, **********1771 nömrəli gömrük bəyannaməsi ilə "xxxx" MMC adına rəsmiləşən malların BBGİ-nin X9 ərazisindən 16/xx.xx.2021-ci il tarixində çıxaraq, elektron-qaimə faktura təqdim edlmədən İddiaçı MMC-yə məxsus anbara aparılması halı araşdırma nəticəsində Baş İdarə tərəfindən müəyyən edilmişdir. Yuxarıda qeyd olunan halın yoxlanılması məqsədilə Baş İdarə tərəfindən VM-nin 50.2.2-ci və 50.2.4-cü maddələrinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli **********9186 nömrəli operativ vergi nəzarətinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. OVN zamanı anbarda aşkar olunmuş malların üzərində olan etiketlər əsasında və malların ölçüləri barədə məlumatlardan istifadə olunmuş, həmçinin malların qiymətləri GB-də göstərilən qiymətlər əsasında müəyyən edilmişdir. İddiaçı MMC malları elektron-qaimə fakturasız aldığına gö rə VM-nin 58.8-ci maddəsinə əsasən 25861,24 (258612,46 x 10 %) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi İddiaçı MMC tərəfindən verilmiş iddia ərizəsi əsassızdır və MMC tərəfindən vergi məcəlləsinin 58.8 maddəsinin tələbləri pozularaq 258612,45 manat dəyərində malın sənədsiz olması müəyyən edilmişdir. Həmçinin apellyasiya məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin qanuni nümayəndəsi Nümayəndə2 MMC-yə məxsus mallar üzrə elektronqaimə faktura təqdim edilmədiyinə görə MMC-yə maliyyə sanksiyası tətbiq edildiyini və həmin malların "xxxx" MMC-nin anbarına aparıldığını bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Vergi Məcəlləsi: Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmə k üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən “Fərqlənmə nişanı”nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcbur i nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə m üəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. ma lların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71- 1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi. Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müdd əti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədləri nə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə- fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-2.1. Bu Məcəllənin 130.1-1-ci mad dəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71-2.2. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-2.3. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Maddə 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tər tib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. Maddə 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 711.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys) və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala v ə saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: Maddə 58.8.2. Malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir. Maddə 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış ve rgilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan son ra qiymətləndirilir. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məc əllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.

9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İ NSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İ dxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında yerləşən qurğuların təmiri və yığılması sexində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zam anı xx.xx.2021-ci il tarixdə saat 16:00-da Baş İdarə tərəfindən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, İlyas Aslanov (Sabunçu) 5 ünvanında yerləşən qurğuların təmiri və yığılması sexində 1235043,32 manat dəyərində mal aşkar olunmuşdur. Aşkar olunmuş mallardan 258612,45 manat dəyərində malın sənədsiz olması müəyyən olunmuş və xx.xx.2021-ci il tarixli 005391 nömrəli akt tərtib edilmişdir. Nəticədə İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli 005391 nömrəli akta, eləcə də malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesabfaktura əsasında alınması barədə aktda göstərilən qeydlərə əsasən Az ərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı MMC-nin 25861,25 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.

33. İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71.1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71.2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-q əbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 25861.25 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

34. Apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən keçirilmiş OVN zamanı vergi ödəyicisi olan iddiaçının sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktra (invoys), alış aktları və ya Vergi Məcəlləsinin 71-2 maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyəti mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmaması halının aşkar olunması halı işin araşdırılan halları ilə tam sübuta yetirilmişdir. İddiaçının qeyd olunan halların yanlışlıq nəticəsində baş verməsi (malların səhvən onlara aid sexin ərazisinə daxil olması və bir qisminin boşaldılması) real münasibətləri əks etdirmir və bu münasibət vergidən yayınma faktı kimi qiymətləndirilir.

35. İPM-nin 14.1-ci maddəsinin tələbinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir ki, cavabdeh orqan bunu sübuta yetirə bilmişdir.

36. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişd irilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 21(103)-2874/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar