Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-686/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşı nmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarı ilə Məmmədli bələdiyyəsi ərazisində İddiaçı sahibliyinə verilmiş 0.0670 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 2-1(105)-857/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının təqdim etdiyi A bşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarı ilə ünvan 1i ünvanında yaşayan İddiaçı bələdiyyənin alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız, kənd altında yerləşən torpaq sahəsindən dükan tikmək məqsədilə 0,670 ha torpaq sahəsinin satılması qərara alınmışdır.
2. İddiaçı ona ayrılmış 0,0670 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir.
3. Cavabdeh 04 may 2025-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Məmməd li Bələdiyyəsi tərəfindən İddiaçı 0.0670 ha torpaq sahəsinin 25 iyun 2007-ci il tarixində, 06/263 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktı və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 26 aprel 2012-ci il tarixində verilməklə, alqı-satqı aktının qanunamüvafiq qaydada tərtib və təsdiq (hüquq sahibinin imzası ilə) edilmədiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, elektron kadastr məlumatlarına əsasən, torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi, sözügedən daşınmaz əmlakın təyinatı və hüquqi rejiminə görə ictimai tikililərin yerləşdiyi ərazi kimi qeydə alınan torpaq sahələrində yerləşdiyi əsas gətirərək “Daşınmaz əmlakın d övlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarı ilə Məmmədli bələdiyyəsi ərazisində İddiaçı sahibliyinə verilmiş 0.0670 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cava bdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarı ilə Məmmədli bələdiyyəsi ərazisində yerləşən 0.0670 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Bundan sonra dəyəri iddiaçı tərəfindən ödənildikdən sonra torpaq sahəsi ona təhvil verilmişdir. Faktiki olaraq həmin vaxtdan 0.0670 ha torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etsə də, müraciətin təmin edilməsindən imtina edilmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil etmişdir.
7. Su mqayıt İnzibati Məhkəməsinin 2-1(118)-789/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarı ilə (hakim X2) iddia tələbi təmin edilmiş, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarı ilə Məmmədli bələdiyyəsi ərazisində İddiaçı sahibliyinə verilmiş 0.0670 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün ca vabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Cavabdeh təşkilatın gətirdiyi 1-ci arqumentə münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılması ilə bağlı Məmmədli Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci ildə torpaq sahəsinin ayrılması haqqında qərar verilmiş, lakin alqı-satqı müqaviləsinin bütün ünsürlərini özündə birləşdirən (yəni torpaq sahəsinin İddiaçı təhvil verilməsi və torpaq sahəsinin dəyərinin bələdiyyənin hesabına köçürülməsi) hərəkətlərin müqavilənin tərəfləri arasında yerinə yetirilməsi həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi kimi qəbul edilməsi yolveriləndir. Belə ki, qeyd olunan hərəkətlər Məmmədli Bələdiyyəsinin əmlak sahibi kimi iradə ifadəsini əks etdirir və işin gedişatına bir o qə dər də təsir göstərmir. Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən müvafiq alqı-satqı aktının tərtib edilməməsi o zaman ciddi qanun pozuntusu hesab oluna bilərdi ki, həmin torpaq sahəsi bələdiyyənin deyil, hər hansı bir fiziki və ya hüquqi şəxsə məxsus olmuş olardı. Qeyd olunan torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bələdiyyənin hesabına köçürülmüş, bələdiyyə isə həmin torpaq sahəsini iddiaçıya təhvil vermişdir. Cavabdehin Məmmədli Bələdiyyəsinin qərarının 2007-ci ildə verildiyi halda, rəyin 2012-ci ildə verilməsi ilə bağlı gətirdiyi arqumenti də məhkəmə əsaslı hesab etmir. Əvvəla nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 15 və 16-c ı bəndlərinə əsasən torpaq sahəsinin ayrılmasını tələb edən şəxsin müraciətini nəzərdən keçirərək həmin torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğunu müəyyən edir. Yuxarıda qeyd olunan normalar təhlil edilərkən müəyyən olunur ki, bələdiyyə tərəfindən şəxsə torpaq sahəsi ayrıldığı vaxt torpaq sahəsinin ayrılması ilə bağlı qərarla bələdiyyə ilə şəxs arasında bağlanmış alqı-satqı müqaviləsi bağlandıqdan sonra torpaq sahəsi şəxsə ayrılmış hesab edilir. Bələdiyyələr tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışın forma və məzmunu barədə hər hansı bir imperativ xarakter daşıyan hüquq norması mövcud deyil. Nəzərə alınmalıdır ki, yerquruluşu planından çıxarış texniki sənəd olmaqla yanaşı müvafiq daşınmaz əmlakın yerləşdiyi yerin müvafiq kartada əks olunmuş fotogörüntüsüdür. Göründüyü kimi 4 saylı Abşeron Ərazi İdarəsi həmin yerquruluşu planından çıxarışın qanunauyğun qaydada təsdiq edilməsi ilə bağlı hər hansı bir dəlil məhkəməyə təqdim etməmişdir. Cavabdeh təşkilatın gətirdiyi 2-ci arqumentə yəni, sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli (6KV) elektirik xəttinin mühafizə zolağında yerləşməsi münasibətdə bildirilir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Cavabdehin gətirdiyi 3-cü arqumentə, y əni sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ictimai tikililərin yerləşdiyi ərazi kimi qeydə alınan torpaq sahələrinə aid olmasına münasibətdə məhkəmə bildirir ki, ictimai tikililərin yerləşdiyi ərazidə fikizi şəxslərin mülkiyyətinə torpaq sahəsinin ayrılması ilə bağlı qanunvericilikdə hər hansı bir qadağa mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın qeyd olunan arqumenti də əsassızdır.
9. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 2-1(105)-857/2024 nömrəli qərarı ilə (hakimlər X4 (məruzəçi), X5 və X1) apel yasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(118)789/2024 nömrəli qərarı qismən - 0,030 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmasına dair iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, bu hissədə yeni qərar qəbul edilməklə iddia rədd edilmiş, qərar qalan hissədə - 0.037 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və to rpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmasına dair iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
11. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarı ilə iddiaçıya 0,037 torpaq satılmasının qərara alınmasına baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək etibarlı sübutlar sayılmayan sənədlər əsasında Abşeron rayonu Məmmədli Bələdiyyəsinin alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsin dən alqısatqı qaydasında İddiaçı ayrılmış 0,067 torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul etməklə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, 0,030 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının mövcudluğu mötəbər sübutlarla təsdiqlənmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.
12. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlill əri a. kassasiya şikayətinin dəlilləri
13. Şikayətdə “İnzibati icraat haqqında" Qanunun 13, 24-cü maddələrinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən qanunun normalarını, işin hallarını düzgün qiymətləndirməmişdir.
14. Belə ki, apellyasiya instansiya məhkəməsinin qərarında istinad etdiyi Abşeron rayon Dövlət Arxivindən göndərilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2007-ci il tarixli rəyində iddiaçının adı qeyd edilməmişdir. Lakin məhkəmə həmin rəydə torpağın sahəsinin 0,037 ha göstərildiyini öz qərarında qeyd etmişdir.
15. Bundan əlavə Abşeron rayonu Məmmədəli Bələdiyyəsinin iddiaçıya təqdim etdiyi qərarın əslində torpaq sahəsinin ölçüsü texniki səhvə görə 0,037 ha deyil, 0,0670 ha qeyd olunduğu müəyyən e dilsə belə, iddiaçıya təqdim olunan və eyni zamanda həmin arxiv məlumatlarında olan Abşeron rayonu Məmmədli Bələdiyyəsinin yerquruluşu planından çıxarışda, torpaqların alqı-satqı aktında və eyni zamanda iddiaçının təqdim etdiyi bələdiyyə qərarının əslində torpaq sahəsinin ölçüsü 0,0670 ha olaraq göstərilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni t əyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlak ın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə
4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dö vlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada eti barsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyy ətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.... Maddə
7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər:... 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxı lmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
20. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərarı iddianın təmin edilməyən hissəsində mübahisələn dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı məhz həmin hissədə yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06/23 saylı qərarı ilə Məmmədli bələdiyyəsi ərazisində onun sahibliyinə verilmiş 0,0670 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsinə yönəlmişdir.
23. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini tam təmin etsə də, apellyasiya instansiya məhkəməsi iddianı qismən 0,037 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyy ata alınması və bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi hissəsində təmin edilməsi ilə razılaşmış, 0,030 ha torpaq sahəsi ilə bağlı isə iddiaçının iddia tələbini təmin etməmişdir.
24. Apellyasiya instansiya məhkəməsi iddianın 0,030 ha torpaq sahəsi hissəsində təmin etməyərkən öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: "... işdə Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarı ilə iddiaçıya 0,037 torpaq satılmasının qərara alınmasına baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək etibarlı sübutlar sayılmayan sənədlər əsasında Abşeron rayonu Məmmədli Bələdiyyəsinin alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı- satqı qaydasında İddiaçı ayrılmış 0,067 torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul etməklə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda da qeyd olunduğu kimi hesab edir ki, 0,030 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının mövcudluğu mötəbər sübutlarla təsdiqlənmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir”.
25. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə kassasiya baxışının predmeti məhz apellyasiya instansiya məhkəməsi tərəfindən iddianın rədd edilmiş hissəsi-0,030 ha torpaq sahəsi təşkil edir. Odur ki, hüquqi dəyərləndirmə kasasiyanın predmeti, yəni iddianın rədd edilmiş hissəsi üzrə aparılacaqdır.
26. İş materiallarında iddiaçıya Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarı ilə ayrılmış torpaq sahənin ölçüsü ilə bağlı halları özündə əks etdirən Abşeron rayon Dövlət Arxivi tərəfindən birinci instansiya məhkəməsi təqdim edilmiş Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarı, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin yerquruluşu planından çıxarış və “Torpaqların alqı-satqısına dair” Akt mövcuddur. Abşeron rayonu Məmmədli Bələdiyyəsinin yerquruluşu planından çıxarış (iş vər 43) və “Torpaqların alqı-satqısına dair” Aktda (iş vər 44) iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsünün 0,0670 ha olduğu göstərilmişdir.
27. Torpaq sahəsinin 0,0670 ha olması iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş zəruri rekvizitləri mövcud olan Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 06/263 saylı, 25 iyun 2007-ci il tarixli qərarında, o cümlədən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 623 saylı, 26 aprel 2012-ci il tarixli rəyində də (iş vər 9-10) qeyd edilmişdir.
28. Ayrılmış torpaq sahəsinin fərqli ölçüsü Abşeron rayon Dövlət Arxivi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarında öz əksini tapmışdır. Arxivdə olan qərarda torpaq sahəsinin ölçüsünün 0,037 ha olduğu əks edilmişdir.
29. Yuxarıda göstərilən uyğunsuzluqla əlaqədar məhkəmə kollegiyası iş materiallarına istinad etməklə münas ibət bildirməyi məqsədə müvafiq hesab edir. Belə ki, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin sədri iddiaçının nümayəndəsi tərəfindən məhkəməyəqədər verdiyi sorğuya cavabında Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarı ilə ayrılmış torpaq sahəsinin texniki səhv səbəbindən 0.0670 ha torpaq sahəsi 0.037 ha göstərildiyini, eyni zamanda həmin dövr ərzində ayrılmış qərarlar və ümumi şöbə qeydlərində bu kimi hallara tez-tez rastlaşdırıldığı bildirilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı Məmmədli bələdiyyəsinin 06/263 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ilə ayrılmış tikinti məqsədli torpaq sahəsi ləğv edilmiş DT və XK-i tərəfindən hazırlanmış “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən 0,067 ha kimi qeydiyyata alınmasına etiraz edilmir (iş vər 11).
30. Məhkəmə kollegiyası Abşeron rayonu Məmmədli Bələdiyyəsi tərəfindən verilmiş məktubu, arxivdən təqdim edilmiş Abşeron rayonu Məmmədli Bələdiyyəsinin yerquruluşu planından çıxarışı, “Torpaqların alqı-satqısına dair” Aktını, o cümlədən iddiaçı tərəfindən təqdim edilmiş mötəbərliyi şübhə doğurmayan Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarını əsas götürərək iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsünün 0,067 ha olması qənaətinə gəlir.
31. Yuxarıdakı halları ümumiləşdirən məhkəmə kollegiyası bildirir ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 -ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/26 3 saylı qərara əsaslanır.
32. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
33. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar kifayət qədər mövcud olduğundan kassasiya şikayəti təmin edilməli və apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin olunmayan hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməlidir.
34. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə k ollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 2-1(105)-857/2024 saylı qərarı iddianın təmin olunmayan hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. İddiaçı sahibliyinə verilmiş 0.0670 ha torpaq sahəsinə daxil olan 0,0300 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərar qətidir.