Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-687/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı işi üzrə Açar söz: (57 yaşına çatmış qadına güzəştlli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; iddia olunan peşənin siyahıda nəzərdə tutulmuş peşələrə uyğunluğunun yoxlanılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-558/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. Faktiki yaşayış yeri: Bakı şəhəri, Z.Xəlilov küçəsi, ev 52, mənzil
11. Şəxsiyət vəsiqəsi: AZE 0*******.
2. İddiaçı 29.10.1976-cı il tarixdən əmək fəaliyyətinə başlamış, müxtəlif illərdə müxtəlif vəzifələrdə çalışmış, hal hazıradək əmək fəaliyyəti ilə məşğul olur. 3. 12 iyul 2017-ci i l tarixli Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş güzəştli arxiv arayışına əsasən İddiaçı həqiqətən 28.10.1976-cı il tarixdə X3 Layihə və Qaz İnstitutuna laborant peşəsinə işə qəbul olunmuş, 30.12.1983-cü il tarixli 372-k saylı əmrlə işdən azad edilmişdir. O, zərərli iş sahəsində işləməsinə görə əlavə əmək haqqı almışdır.
4. AMEA Botanika İnstitutu tərəfindən verilmiş aydınlaşdırıcı arayışdan görünür ki, 1983-cü ildən isə hal-hazırkı günə kimi Azərbaycan MEA X2 biofizikası laboratoriyasında çalışır.
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 52 yaşdan, yəni 27 aprel 2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinə cavab verilməmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLA Rİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək ona 27 aprel 2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdeh DSMF-nin Yasamal rayon Şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, fasiləsiz olaraq 43 il iş stajı müddətinin 7 ilini X3 Layihə və Qaz İdarəsində işləmişdir, 1983-cü ildən isə hal-hazırkı günə kimi Azərbaycan Milli Elmlər X1 hüceyrə biofizikası laboratoriyasında çalışır. İşlədiyi dövr ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilmə si barədə” 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 8.1.1ci və 18.7-ci bəndlərinə əsasən uzun müddət laborator şəraitdə tədqiqatların aparılmasında insan orqanizmi sağlamlığına mənfi təsir edən zəhərli kimyəvi maddələrdən: təbii qazlar, metil spirti, Zn, Ni, Co, Cd, Cu, Al kimi ağır metalların duzları, ingibitorlar, iondəyişdirici qətranlar, akril və onun birləşmələri: akrilamid, bisakrilamid, tris, üzvi əridicilər, aseton, N, N1, Tetrametiletilendiamin, merkaptoetanol, mineral və üzvi turşular, onların birləşmələri, törəmələri, o cümlədən denturasiya və qatılaşma, sidik cövhəri, persulfat ammoniy, xlorid, asetat, nitrat, fosfat turşularından, detergentlər: dodesilsulfat natriya, Triton X-100 istifadə etmiş və hazırda da istifadə edir. Tədqiqatların gedişatı zamanı qərara əsaslan araq qaz xromatoqrafiyası, elektroforez, kristallaşdırma və mərkəzəfuqa və s. aparatlardan istifadə olunub. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 27 aprel 2011-ci il tar ixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 2-1(81)4041/2019 nömrəli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsi əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli 2-1(81)4041/2019 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pen siyasının 52 yaşdan, yəni 27 aprel 2011-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 52 yaşı tamam olduğu dövrdə, yəni 26 aprel 2011-ci il tarixdə onun artıq 25 il ümumi və 12 il 6 aydan çox xüsusi əmək stajı olmuşdur.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2020-ci il tarixli 2-1(103)-765/2020 nömrəli qərarı ilə (hakimlər: V.Ağayev- sədrlik edən və məruzəçi, A.Nuriyeva və S.Seyidova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İ qtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2020-ci il tarixli 2-1(102)-1534/2020 nömrəli qərarı ilə (hakimlər: İ.Hüseynov - sədrlik edən və məruzəçi, N.Rəsulbəyova və R.Nəbizadə) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2020-ci il tarixli 21(103)-765/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş arxiv arayışında iddiaçının işlədiyi peşənin iş xarakterinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarında göstərilən Siyahıya uyğun olduğu qeyd edilsə də, həmin peşənin Siyahıda məhz hansı bəndə uyğun olduğu göstərilməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 və 58.7-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyul 2021-ci il tarixli 21(103)-558/2021 nömrəli qərarı ilə (h akimlər: A.Hüseyn - sədrlik edən və məruzəçi, İ.Kərimli və S.Bəktaşi) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli 2-1(81)- 4041/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahısında nəzərdə tutulan, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə 10 il sığorta stajı olmadığından, iddiaçıya həmin yaşdan pensiya təyin edilə bilməz.
20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv e dilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışdığını qeyd etsə də, dəqiq olaraq hansı kod üzrə işlədiyini müəyyən edilməməsini əsas gətirərək iddianı rədd etmişdir. Lakin bu hal həqiqəti əks etdirmir. Belə ki, AMEA Botanika İnstitutu tərəfindən verilmiş sənədlər və arayışlarda iddiaçının işlədiyi vəzifələr və bu vəzifələrdəki əmək funksiyaları tam şəkildə göstərilmişdir.
22. Eyni zamanda iddiaçı 06.11.1981-ci il tarixdə 259 nömrəli əmrə əsasən “yeni texnologiyanın yaradılmasında və tətbiqində iş tirakına görə o, 130 rubl məbləğində mükafata layiq görülmüş və bu hal ona məxsus əmək kitabçasında qeyd edilmişdir. İddiaçı zərərli işlərdə işləmədiyi təqdirdə ona belə mükafatların verilməsi mümkün deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (01.07.2017-ci il tarixdə qüvvədə olan redaksiya) Maddə 9.1 A xırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaş a və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin əvvəllər qüvvədə olmuş 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə qərarı
26. İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkər hazırkı iş üzrə ilk dəfə Ali Məhkəmənin İnzibati Kollegiyasının 18 avqust 2020-ci il tarixli qərarında qeyd edilən göstərişlərə uyğun olaraq müvafiq sorğular verilmiş, sorğulara uyğun olaraq tam və hərtərəfli araşdırma aparılmış, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmasını yetərli hesab edərək, nəticədə iş üzrə qanuni qərar qəbul edilmişdir.
31. Belə ki, apellyasiya baxışı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahılarında əks olunmuş güzəştli şərtlərlə əmək pensiyasına çıxmağa əsas verən peşələrdə işləməsinə dair müvafiq olaraq kod və bənd göstərilməklə güzəştli arayışın və eyni zamanda şəxsin təyin olundu ğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) 1 və 2 nömrəli Siyahılarda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da hansı vəzifəyə uyğun gəlməsi barədə güzəştli arayışın təqdim edilməsi barədə AMEA-nın Botanika İnstitutuna və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yenidən sorğular ünvanlanmışdır.
32. AMEA Botanika İnstitutu tərəfindən sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 92-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhəri 6 noyabr 2004-cü il №175 (işçilərə həftə ərzində 36 saatdan çox olm ayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər istehsalat amilləri mövcudolanəməkşəraiti istehsalatlarının peşə və vəzifələri) qərarının XXXİV bəndinə (Laboratoriyalar, elmi tədqiqat laboratoriyalari, institutlar, müəssisə, idarə və təşkilatlar, tədris ocaqlarinin laboratoriyalari) əsasən bilavasitə aşağıdakı işlərdə məşğul olan laboratoriya işçiləri: a yarım bəndinə (toksiki və güclü təsir göstərən sintetik dərman preparatlarının, antibiotiklərin, B12 vitamininin, alkaloidlərin, qlükozidlərin, saponimlərin, bakteriyalı preparatların, hormonların, insektisidlərin, dezinfeksiya vasitələrinin, konserogen cismlərin texnoloji-aparatura tədqiqatlarında; dərman formalarının sintezi, kimyəvi analizi, ayrılması, sınağı (bioloji, toksikoloji, farmokoloji, mikrobioloji, kimyəvi terapevtik) və hazırlanması) uyğun olaraq AMEA Botanika İnstitutunun 46-K №-li əmrinə əsasən, İnstitutun zərərli iş şəraitində çalışan işçilərinə, o cümlədən, “Hüceyrə biofızikası” laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d.. dosent İddiaçı əmək şəraitinin zərərlilik dərəcəsindən asılı olaraq, 16% məbləğində əmək haqqına əlavə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 115-ci maddəsinin 2-ci bəndinə əsasən qısaldılmış iş günü təyin edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda konkret sahələr üzrə konkret peşələr qeyd edilmişdir. AMEA Botanika İnstitutu tərəfindən verilmiş arayışda istinad edilən bəndlər istehsalat sahələrinə aiddir.
33. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş arxiv arayışında iddiaçının işlədiyi peşənin iş xarakterinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarında göstərilən Siyahıya uyğun olduğu qeyd edilsə də, həmin peşənin Siyahıda məhz hansı bəndə uyğun olduğu göstərilməmişdir. Halbuki, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin kon kret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
34. Apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahısında nəzərdə tutulan, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə 10 il sığorta stajı olmadığından, iddiaçıya həmin yaşdan pensiya təyin edilə bilməz.
35. Beləliklə apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçı hazırkı halda 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, bu səbəbdən də hazırkı iddia tələbi məhkəmə tərəfindən təmin edilə bilməzdi.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilə bilməz və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi ba rədə birinci instansiya məhkəməsinin qərarını ləğv edərək iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir.
37. Bütün yuxarıda göstərilənlərə və İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-558/2021 nömrəli 22 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.