Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-687/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və r eyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1971/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Gülüstan” X4 Heyətinin 14 mart 1996-cı il tarixli 2 saylı protokolundan çıxarışa əsasən, “Gülüstan” X4 Heyətinin üzvləri A.S. Mirzəyev, Z.A. Əsədov, F.R. Dadaşov, M.A. Səmədov, A.C. Mirzəyevin iştirakı ilə keçirilən iclasda gündəlik məsələdə İddiaçı ərizəsinin müzakirəsi dinlənilmiş və onun xahişi nəzərə alınaraq, X13 3-cü Şimal küçəsində yerləşən 1000 kv. metrdən ibarət 52 saylı bağ sahəsinin daimi istifadəsinə verilməsi qərara alınmışdır. 2. “Gülüstan” Bağçılıq Yoldaşlığı tərəfindən Əzizbəyov rayon X13 52 saylı bağın sahibi İddiaçı adına Bağ sahəsinin planı tərtib olunmuşdur.
3. Azərbaycan SSR Rabitə Nazirliyi Bakı Teleqrafı “Gülüstan” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş 52 saylı Bağçılıq Yoldaşlığı üzvlük kitabçasına əsasən, “Gülüstan” X4 Heyətinin 14 mart 1996-cı il tarixli 2 saylı protokoluna əsasən, İddiaçı X13 3-cü Şimal küçəsində yerləşən 1000 kv. metrdən ibarət 52 saylı bağ sahəsi ayrılmışdır.
4. Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 saylı Qərarı və “Gülüstan” Bağçılıq Yoldaşlığın xx.xx.1996-cı il tarixli 02 saylı Protokoluna əsasən, İddiaçı Əzizbəyov rayonu, Dübəndi qəsəbəsində 52 saylı bağ evi tikintisi üçün ayrılan 1.000 kv. metr torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********3000177 nömrəli “Torpaq sahəsinin kadastr planı” tərtib olunmuşdur.
5. İddiaçı xx.xx.2007-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, sözügedən bağ sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, İdarə xx.xx.2008-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, torpaq sahələrinin ayrılması barədə bağçılıq yoldaşlığı tərəfindən təqdim edilmiş siyahıda onun adı qeyd edilməmişdir.
6. İddiaçı istifadəsində olan bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı yenidən cavabdehə müraciət etmişdir.
7. Cavabdehin xx.xx.2021 tarixli imtina məktubu nda göstərilmişdir ki, Bakı şəhəri, Pirallahı rayonu, X13, 3-cü Şimal küçəsində yerləşən 52 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli müraciətə baxılmışdır. Göstərilən bağ sahəsinə texniki baxış keçirmək və çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 20/396 saylı Qərarı ilə “Gülüstan” Bağşılıq Yoldaşlığı İH-nin xx.xx.1996-cı il tarixli 2 saylı protokoluna əsasən Bakı ş əhəri, Əzizbəyov (Xəzər) rayonu, X13 3-cü Şimal küçəsində yerləşən, sahəsi 1000 kv. metr (10 sot) olan 52 saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri olmasına baxmayaraq cavabdeh əsassız və qanunsuz olaraq müvafiq qeydiyyat aparmaqdan imtina etmişdir.
10. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim N.Abıyev) 09 mart 2022-ci il tarixli, 2-1(112)4111/2022 saylı qərarı i lə iddia təmin edilmiş, Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 20/396 saylı Qərarı və “Gülüstan” X5 Heyətinin xx.xx.1996-cı il tarixli 2 saylı protokoluna əsasən Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, X13 3-cü Şimal küçəsində yerləşən 1.000 kv. metr olan 52 saylı bağ sahəsinə dair qeydiyyatın aparılması (xüsusi mülkiyyət hüququ üzrə) və çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz ə mlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Cavabdeh inzibati orqanın imtinada və iddiaya dair etirazda göstərdiyi dəlillərə gəldikdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mübahisəli torpaq sahəsinə dair “Torpaq sahəsinin kadastr planı” tərtib olunmuş və sənəddə torpağın ümumi sahəsi (1.000 kv. metr) və koordinatları qeyd olunmuşdur.
13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1971/2022 saylı, 02 avqust 2022-ci tarixli qərardadları ilə X3 və X2 üçünc ü şəxs kimi məhkəmə icraatına cəlb edilmişlər.
15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1971/2022 saylı, 02 avqust 2022-ci tarixli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən: və məruzəçi, A.Tanrıverdiyev və İ.Şirinov) Bakı İnzibati Məhkəməsinin 9 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışaraq aşağıdakıları qeyd etmişdir: - cavabdeh iddia tələbinə dair etirazında bağ sahəsinə texniki baxış keçirməsi və çöl ölçmə işlərinin aparılmasının mümkün olmadığını mübahisələndirdiyi halda, apellyasiya şikayətində faktiki olaraq əvvəlki dəlillərini təkzib edərək bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən yerli baxış keçirilən zaman müəyyən edilmi şdir ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 1000 kv.m, iddiaçı tərəfindən göstərilən hasar daxilində olan ərazinin faktiki olaraq 765.0 kv.m təşkil edir və qonşu bağ sahəsinin hasarının daxilində yerləşən iddiaçının iddia etdiyi 491 kv.m sahəyə dair digər şəxsin (X6) adına torpaq sahəsinə dair plan və ölçü sənədi verilmişdir. Bağ sahəsinin hasarından 5.85 məsafədən 6 kv-luq yüksək gərginlikli elektrik xətti keçir, ümumi sahənin (1256 kv.m) 104 kv. m hissəsi elektrik xəttinin mühafizə zolağında yerləşir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlillərinin hüquqi əsası yoxdur. İlk növbədə, qeyd edilən dəlillər sübutlarla əsaslandırılmamışdır. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (Bakı şəhər şöbəsi) tərəfindən üçüncü şəxsin adına xx.xx.2006-cı il tarixində 003030-********* *8 saylı kadastr planı tərtib olunmuş və ona məxsus bağın ayrıca koordinat nöqtələri müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasına gəlmiş üçüncü şəxs G.Rzayeva İddiaçı bağ sahəsinə dair heç bir mübahisəsi olmadığını, hər kəsin öz torpaq sahəsində olduğunu bildirmişdir. Bundan əlavə, onun iddiaçıya məxsus bağ sahəsi ilə bağlı hər hansı bir yazılı etirazı da məhkəməyə daxil olmamışdır və iş materiallarında belə sənəd - sübut da mövcud deyildir. Bundan əlavə, hazırkı iş üzrə iddiaçı ona məxsus bağ sahəsinin az olubolmamasından asılı olmayaraq, naturada yerləşdiyi və bütün hüquqmüəyyənedici sənədlərlə qanuni sahibi və istifadəçisi olduğu həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb edir. Qeyd olunanlar və hər bir halda, cavabdeh tərəfindən qe ydiyyat zamanı bağ sahəsinin faktiki vəziyyətində real ölçüləri nəzərə alınmaqla qeydiyyat aparılacağı da nəzərə alındıqda, cavabdehin hasar daxilində olan ərazinin faktiki olaraq 765.0 kv.m təşkil eməsinə dair dəlilləri də əsassızdır. Bundan əlavə, cavabdehin bağ sahəsinin hasarından 5.85 məsafədən 6 kv-luq yüksək gərginlikli elektrik xətti keçməsi ilə bağlı dəlili də əsassızdır. Belə ki, bu halı mübahisəndirməyə cavabdehin subyektiv hüququ yoxdur və bu hüquqa malik olan müvafiq qurum tərəfindən öz əşyasının qanuni sahibi olan iddiaçıya qarşı 25 ildən çox olan müddətdə hər hansı bir tələb də irəli sürülməmişdir. Digər tərəfdən, iş materiallarından (xx.xx.2022-ci il tarixli aktdan) görünür ki, istinad olunan həmin xətt 6 kv-luq deyil, 380 v-luqdur və həmin xətt işlək vəziyyətdə də deyildir. 380 v-luq və 220 v-luq sahənin mühafizə zolağı isə 2 metrdir; - Cavabdeh həmçinin apellyasiya şikayətində qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, X13 AR Rabitə Nazirliyinin b/y-nın 52/64 saylı bağ sahəsi X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İdarəyə təhvil verilmiş bağçılıq yoldaşlığın arxiv siyahısında 52 saylı bağ sahəsi ilə bağlı iddiaçının adı qeyd edilmişdir. Məhkəmə kollegiyası bu dəlillərilə bağlı bildirir ki, birincisi, burada cavabdehin nə demək istədiyi başa düşülən deyil. Hər bir halda, “Gülüstan” bağçılıq yoldaşlığına məxsus bağçılıq ərazisi cavabdehin istinad etdiyi Rabitə Nazirliyinin bağçılıq yoldaşdığına məxsus ərazi ilə qonşuluqda yerləşir. İşə əlavə olunmuş Azərbaycan SSR Rabitə Nazirliyi Bakı X1 tərəfindən “Gülüstan” Bağçılıq Yoldaşl ığına ünvanlanmış 19 nömrəli 27 noyabr 2004-cü il tarixli məktubda da qeyd olunur ki, Rabitə Nazirliyinin Dübəndi qəsəbəsi ərazisində yerləşən bağçılıq sahəsinin bəzi üzvləri respublikadan köçüb getdiklərinə görə, uzun müddət boş qalmış 3-cü və 4-cü Şimal küçələri arasında Bakı Teleqrafının sahəsinə bitişik olan, uzunluğu 90, eni 50 metr sahənin onun bağçılıq yoldaşlığının üzvlərinə verilməsinə etiraz etməmişdir. Ən azından, iddiaçının bağ sahəsi nömrəsinin 52, Rabitə Nazirliyinin bağçılıq yoldaşlığının üzvü X10 məxsus bağ sahəsinin isə nömrəsinin isə 52/64, yəni fərqli nömrələr olması onu deməyə əsas verir ki, cavabdeh orqan 52 saylı bağ sahəsini iddiaçının adına qeydiyyata almamaq üçün istənilən formal səbəbi əsas gətirməklə, hər bir vasitə ilə qeydiyyatdan imtina etməyə çalışır; - kolle ktiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışı kifayət edir ki, iddiaçının mübahisəli bağ sahəsinə mülkiyyət hüququ qeydə alınsın.
17. Cavabdeh qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir (bax hazırkı qərarın 16-cı bəndi). Əlavə olaraq qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)-4111/2022 saylı qərarı İdarəyə daxil olduqdan sonra xx.xx.2022-ci il tarixində bağ sahəsinə te xniki baxış keçirilməsinə şərait yaradılmış və İdarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim olunaraq, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə v erilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya ş ikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlar ında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırı lması təmin edilmişdir. Belə ki, kassasiya şikayətinin dəlillərində qaldırılan məsələlərlə (torpaq sahəsinin sənəd üzrə ölçüsü 1000 kv.m, iddiaçı tərəfindən göstərilən hasar daxilində olan ərazinin faktiki olaraq 765.0 kv.m təşkil etməsi, qonşu bağ sahəsinin hasarının daxilində yerləşən iddiaçının iddia etdiyi 491 kv.m sahəyə dair digər şəxsin (X6) adına torpaq sahəsinə dair plan və ölçü sənədi verilməsi, bağ sahəsinin hasarından 5.85 məsafədən 6 kv-luq yüksək gərginlikli elektrik xətti keçməsi, ümumi sahənin (1256 kv.m) 104 kv.m hissəsinin elektrik xəttinin mühafizə zolağında yerləşməsi, Bakı şəhəri, Xəzər rayonu, X13 AR Rabitə Nazirliyinin b/y-nın 52/64 saylı bağ sahəsinin X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi) bağlı apellyasiya instansiyası məhkəməsi hərtərəf li araşdırma aparmış və həmin dəlillərin əsassız olmasına dair hüquqi mövqeyini öz qərarında ətraflı göstərmişdir (bax: hazırkı qərarın 16-cı bəndi). Odur ki, həmin mövqeyi qərarda təkrarlamağa lüzum qalmır. Həmçinin qeyd edilməlidir ki, kassator şikayətində apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinin əsassız olması ilə bağlı əlavə dəlil irəli sürməmişdir.
27. Məhkəmə kollegiyası cavabdehin imtinasını əsassız hesab edərək inzibati orqanın nəzərinə çatdırır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu m ənada, hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
28. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsid aşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yükl ülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasları müəyyən edir ki, onlardan biri də, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışdır (8.0.7-ci maddə).
29. Hazırkı iş üzrə də bağ sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənədlər (kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarış) eləcə də, torpaq sahəsinin kordinatları və ölçüsünə dair Azərbaycan Respubli kasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş “Torpaq sahəsinin kadastr planı” iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh inzibati orqan tərəfindən onun hüququnun dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edilmişdir.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1971/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.