Məhkəmə qərarları › İş №2-1(102)-687/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-687/2024

31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-687/2024 31.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı “JN seriyalı 254 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Ak tı”nın 1599,66 m2 torpaq sahəsi ilə bağlı 254Q planşet nömrəli hissəsinin, MA seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da qeyd olunan Balakən rayonu, Sarıbulaq kəndində yerləşən, mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 700 m2 həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-587/2023 saylı, 1 noyabr 2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndində, 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzəri ndə iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

2. X12 Filialının xx.xx.2021-ci il tarixli 194 nömrəli arxiv arayışından görünür ki, Balakən rayonu Sarıbulaq kənd S.Vurğun adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən 206-cı sırada X6 torpağının cəmi 0,07 olması qeyd edilmişdir.

3. Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 110 nömrəli arxiv arayışından görünür ki, Balakən rayonu Sarıbulaq kənd İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən 1996-2000-ci illər üzrə X10, X2 və İddiaçı təsərrüfat üzvləri, evin tikildiyi tarix 1982-ci il, cəmi torpaq sahəsi 0,07 ha qeyd olunmuşdur.

4. X12 Filialının xx.xx.2022-ci il tarixli 249 nömrəli arxiv çıxarışından görünür ki, Balakən rayonu Şambul kənd S.Vurğun kolxozunun xx.xx.1980-ci il tarix li 2 nömrəli ümumi iclas protokolundan çıxarışa əsasən X8 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir.

5. AZ-1 264066 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir.

6. JN 254 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, sözügedən sənəd Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 05 saylı qərarına əsasən Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0,92 ha torpaq sahəsi ilə bağlı X10 və ailə üzvlərinin adına tərtib edilmişdir. 7. xx.xx.2010-cu il tarixli 177 inventar nömrəli texniki pasportdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə sahəsi 0,07 ha, faktiki sahəsi 0,0733 ha, tikildiyi il 1982-ci il, fərdi yaşayış evi üzrə hüquq subyekti İddiaçı Zubahir oğlu qeyd edilmişdir.

8. Balakən rayon İcra Hakimiyyəti Başçısının Sarıbulaq kənd nümayəndəliyinin xx.xx.2008-ci il tarixli 776 nömrəli arayışından görünür ki, Balakən rayon İHB-nin Sarıbulaq kənd Ərazi Nümayəndəliyinin 2006-2010-cu illərin 05 nömrəli təsərrüfat Baş kitabının 366 nömrəli səhifəsində 62 nömrə ilə X7 adına 1982- ci ildə tikilmiş 3 otaqlı, ümumi sahəsi 90 kv.m olan yaşayış evi və 0,07 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. 9. 01.05.2023-cü il tarixli 3-21-3-47/2-1549/2023 nömrəli məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, JN-254 KOD 40112018 nömrəli Dövlət Aktının 254 planşetində qeyd edilmiş 1599.66 kv.m torpaq sahəsinin TEKUİS məlumatlarına əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası tikinti altında ola n torpaqlar, alt uqodiyası fərdi yaşayış, islahat uqodiyası tikinti altında olan torpaqlar, alt kateqoriyası kənd təsərrüfatı ehtiyacları üçün digər ərazilər kımı işlənilmişdir JN-254 KOD 40112018 nömrəli Dövlət Aktının 254 planşetində qeyd edilmiş 1599.66 kv.m torpaq sahəsinin mülkiyyətçisi X10 və onun ailə üzvləri olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmin torpaq sahəsi digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda və xx.xx.2010-cu il tarixli 177 inventar nömrəli texniki pasportda qeyd edilmiş 0.07 ha torpaq sahəsinin TEKUİS məlumatlarına əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası tikinti altında olan torpaqlar alt uqodiyası fərdi yaşayış, islahat uqodiyası tikinti altında olan torpaqlar, alt kateqoriyası kənd təsərrüfatı ehtiyacları üçün digər ərazilər kimi işlənilmişdir. Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda və xx.xx.2010-cu il tarixli 177 inventar nömrəli texniki pasportda qeyd edilmiş 0.07 ha torpaq sahəsi, JN-254 KOD 40112018 nömrəli Dövlət Aktının 254 planşetində qeyd edilmiş 1599.66 kv.m torpaq sahəsi ilə üstüstə düşür. 10. 05.07.2023-cü il tarixli 3-21-3-47/2-2402/2023 nömrəli məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, TEKUİS məlumatlarına əsasən sözügedən torpaq sahəsinin hal hazırda kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Sözügedən torpaq sahəsinin təyinatı TEKUİS və JN 254 Dövlət Aktının məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Həmin torpaq sahəsinin mülkiyyətçisinə d air hal hazırda qüvvədə olan mötəbər hesab edilən JN 254 Dövlət Aktındakı məlumatlardır. Sözügedən torpaq sahəsinə dair müvafiq hüquqmuəyyənedici sənədlər təqdim edilmədiyindən Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda torpaq sahəsinin mülkiyyət növü bələdiyyə kimi qeyd olunmuşdur. Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda və xx.xx.2010-cu il tarixli 177 inventar nömrəli texniki pasportda qeyd edilmiş fərdi yaşayış evinə çıxarışın və texniki pasportun tərtib edilməsinə əsas qanunla müəyyən edilmiş müvafiq hüquqmüəyyənedici sənədlər olmuşdur. Sözügedən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması Torpaq Məcələsinin 13-cü maddəsinin tələblərinə zidd olmamışdır. Belə ki həmin fərdi yaşayış evinin tikildiyi tarix müvafiq hüquqmüəyyənedici sənədlərdə 1 982-ci il qeyd olunmuşdur. Ancaq Azərbaycan Respubulikasının Torpaq Məcəlləsi xx.xx.1999-cu il tarixdə qüvvəyə minmişdir.

11. Balakən Rayon İcra Hakimiyyəti Başçısının Sarıbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 170 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı istifadəsində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi ərazi yaşayış məntəqəsidir və ətrafda digər yaşayış evləri yerləşir.

12. Cavabdehin xx.xx.2022-ci il tarixli **********36 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Aqrar İstehsalat Komissiyasının qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş və həmin qərar əsasında Ləğv edilmiş DTXK-si tərəfindən tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda düzəliş edilməsi və ya onların ləğv edilməsi 18 sayl ı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “JN seriyalı 254 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 1599,66 m2 torpaq sahəsi ilə bağlı 254Q planşet nömrəli hissəsinin, MA seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da qeyd olunan Balakən rayonu, Sarıbulaq kəndində yerləşən, mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 700 m2 həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bar ədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atasından miras qalmış və hazırda mülkiyyətində olan Balakən rayonu, Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsi torpaq islahatı zamanı texniki səhv nəticəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunmuş və həmin torpaq sahəsi də daxil olmaqla ümumilikdə 0,92 ha torpaq sahəsinə JN seriyalı 254 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib olunmuşdur. JN seriyalı 254 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 254 Q planşet nömrəsində qeyd olunan 1599,66 kv.m torpaq sahəsinin 700 kv.m hissəsi faktiki olaraq həyətyanı torpaq sahəsidir. JN seriyalı 254 nömrəli “Torpağa mülkiyyət hüququna dair Döv lət Aktı”nın 1599,66 kv.m torpaq sahəsi ilə bağlı 254Q planşet nömrəli hissəsinin 700 kv.m həyətanı torpaq sahəsi ilə üst-üstə düşən hisssədə ləğv edilməsi məqsədi ilə iş üzrə cavabdeh orqan müraciət etmiş, lakin, sonuncu 25 noyabr 2022-ci il tarixli **********36 nömrəli məktubu ilə bundan imtina etmişdir.

15. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-2786/2022 saylı qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

16. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etmiş və göstərilmişdir ki, İddiaçı mərhum atasından miras qalmış fərdi yaşayış evinin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsinin JN-254 seriyalı “Torpağa mülkiyy ət hüququna dair Dövlət Aktı” sənədinin 254Q planşet nömrəli 1599,66 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş və həmin qərar əsasında Ləğv edilmiş DTXK-sı tərəfindən tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda düzəliş edilməsi və ya onların ləğv edilməsi 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmaması səbəbindən onun ərizəsinin icrası mümkün olmamış və bu barədə iddiaçıya 25.11 2022-ci il tarixli, **********36 nömrəli məktub göndərilmişdir. İddia ərizəsi ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, mübahisə predmetinə aid olan Balakən rayonu, Sarıbu laq kəndində 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Balakən RİHB-nın Sarıbulaq kənd ərazi nümayəndəsinin xx.xx.2008-ci il tarixli, 776 nömrəli arayışına və Balakən rayon Dövlət Arxivinin xx.xx.2008-ci il tarixli, 418 nömrəli arayışına əsasən mərhum X7 adına xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra, həmin daşınmaz əmlak notarial qaydada təsdiq edilmiş xx.xx.2008-ci il tarixli. 2V-181 reyestr nömrəli, “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə və xx.xx.2008-ci il tarixli, 2V-182 reyestr nömrəli, “Ər-arvadın ümumi əmlakda paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən X1 (payı 3/4 hissə üzrə) və İddiaçı Zubahir oğlunun (payı 1/4 hissə üzrə) adlarına paylı mülkiyyət hüququ üzrə xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra, X3 həmin daşınmaz əmlakdakı özünə aid 3/4 hissə üzərində olan payını notarial qaydada təsdiq edilmiş xx.xx.2008-ci tarixli, 4Ə-418 reyestr nömrəli bağışlama müqaviləsi ilə İddiaçı Zubahir oğluna bağışlamışdır. Həmin müqaviləyə əsasən qeyd olunan daşınmaz əmlak tam mülkiyyət hüququ üzrə İddiaçı Zubahir oğlunun adına xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı hazırki iddia predmetində mübahisələndirilən daşınmaz əmlakla bağlı əvvəllər də ərazi idarəsinə qarşı müvafiq iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin, Şəki İnzibati Məhkəməsinin 09 mart 2022-cı il tarixli. 2-1(116)389/2022 nömrəli qərarı ilə iddiaçının iddia təl əbi təmin olunmamışdır.

17. Şəki İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(116)-783/2023 saylı qərarı ilə (hakim V.Ə.Musayev) iddia tələbinin təmin edilməsi, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə JN seriyalı 254 nömrəli “Torpağa mülkiyyət hüquqununa dair Dövlət Aktı”nın 1599,66 m2 torpaq sahəsi ilə bağlı 254Q planşet nömrəli hissəsinin, MA seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da qeyd olunan Balakən rayonu, Sarıbulaq kəndində yerləşən, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 700 m2 torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin məzmunundan asılı olmayaraq, iddia olunan torpaq sahəsinin elektron kadastr baza məlumatları əsasında xüsusiyyətlərinin müəyyən edilməsi cavabdeh orqanın vəzifəsidir. Cavabdeh orqan həmin torpaq sahəsinin JN-254 nömrəli Dövlət Aktında qeyd edilmiş torpaq sahəsinin ərazi hüdudlarında yerləşdiyini bildirdiyi halda mülkiyyət növünü bələdiyyə qeyd etməsi və iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə istinad etməsi onu göstərir ki, torpaq sahəsinin təyinatı ilə bağlı cavabdeh orqanın konkret mövqeyi yoxdur. Cavabdeh orqan kənd təsərrüfatı təyinatlı hesab etdiyi torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair xx.xx.2010-cu il tarixli çıxarış və xx.xx.2010-cu il tarixli 177 inventar nömrəli texniki pasport tərtib etmişdir. Cavabdeh orqan kənd təsərrüfatı təyinatlı olduğu bildirilən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasını Torpaq Məcələsinin 13-cü maddəsinin tələblərinə zidd olmamasını, həmin fərdi yaşayış evinin tikildiyi tarixin müvafiq hüquqmüəyyənedici sənədlərdə 1982-ci il qeyd olunması və Azərbaycan Respubulikasının Torpaq Məcəlləsinin xx.xx.1999-cu il tarixdə qüvvəyə minməsi kimi absurd mülahizələrlə əsaslandırmışdır. Fərdi yaşayış evinin neçənci ildə inşa edilməsindən asılı olmayaraq, torpaq sahəsi və üzərində yerləşən tikililərə münasibətdə hüquqların dövlət qeydiyyatı aparılarkən qüvvədə olan normativ hüquqi aktların tələbləri nəzərə alınmalı və məhz qanunvericiliyin müəyyən etdiyi hüquqi imkanlar nəzərə alınmaqla daşınmaz əmlak obyektləri ilə bağlı yaranmı ş əmlak hüquqlarının rəsmi reyestrdə qeydə alınması həyata keçirilməlidir. Odur ki, Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda torpaq sahəsinin mülkiyyət növü bələdiyyə kimi qeyd olunduğundan və Mülki Məcəllənin 140-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərdə tutulduğundan cavabdeh orqan istinad olunan çıxarışın məzmununa uyğun davranmağa borcludur. MM-nin 140-cı maddəsinin tələbinə görə Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyr i-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

19. İşin hallarından göründüyü kimi Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışın məzmununun qeyri-dəqiqliyi ilə bağlı cavabeh orqan tərəfindən hər hansı icraat aparılmamış və həmin çıxarışda qeyd edilmiş məlumatların mötəbərliyi mübahisələndirilməmişdir. İş materiallarında olan X12 Filialının arxiv arayışları ilə müəyyən edilir ki, Balakən rayonu Sarıbulaq kənd S.Vurğun adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən 206-cı sırada X9 torpağının cəmi 0,07 olması qeyd edilmiş, Balakən rayonu Sarıbulaq kənd İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən 1996-2000-ci illər üzrə X10, X2 və İddiaçı təsərrüfat üzvləri, evin tikildiyi tarix 1982-ci il, cəmi torpaq sahəsi 0,07 ha qeyd olunmuşdur. İddia olunan torpaq sahəsinin Balakən rayonu Şambul kənd S.Vurğun kolxozunun xx.xx.1980-ci il tarixli 2 nömrəli ümumi iclasının qərarı ilə X8 həyətyanı məqsədilə verilməsi iş materialları ilə sübut olunduğundan cavabdeh orqan tərəfindən sözügedən torpaq sahəsinin JN 254 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının 254Q planşetinə daxil edilməsi doğru olmamışdır.

20. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: V.İ.Məlikov və G.İ.Cavadova) 2-1(107)-587/2023 saylı, 1 noyabr 2023-cü il tarixli qərarı ilə c avabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli 2-1(116)-783/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ləğv olunması tələb olunan üstüstə düşə n 700 kv.m torpaq sahəsinin kateqoriyası Ərazi idarəsinin xidməti istifadəsində olan elektron xəritələrdə kənd təsərrüfatı təyinatlıdır, buna görə də həmin torpaq sahəsinin həyətyanı torpaq sahəsi kimi sənədləşdirilməsi mümkün deyildir. Torpaq sahələri üzərində mülkiyyət hüquqlar Ləğv edilmiş DTXK-nin Balakənrayon şöbəsi tərəfindən JN seriyalı 254 nömrəli “Torpağa mülkiyyət hüquqununa dair Dövlət Aktı” sənədi ilə rəsmiləşdirilmişdir. Həmin “Dövlət Aktı” sənədi isə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 05 saylı qərarına əsasən hazırlanmışdır. Həmin qərar qüvvədə qaldığı təqdirdə onun əsasında hazırlanmış sənədin ləğv olunması və ya dəyişdirilməsi mümkün sayıla bilməz. Məhkəmə kollegiyası faktiki olaraq üst-üstə düşən “Dövlət Aktı” sənədində qeyd olunan torpaq s ahəsinin ləğv olunması ilə bağlı iddia olunan sözügedən 700 kv.m torpaq sahəsinin kateqoriyasının dəyisdirilməsinə nail olmaq istəyir. Dövlət torpaq kadastrı hazırkı iş üzrə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən aparılmalı olduğundan və həmin Qanunun 6-cı maddəsinin 9-cu hissəsində Dövlət torpaq kadastrının məlumatlarının məhkəmələrin qərar qəbul etməsi üçün əsas olması birmənalı müəyyən edildiyindən, iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinə dair yalnız həmin qurumun məlumatları sübut qismində qəbul edilməli və mötəbər sayılmalı idi. Ləğv olunması tələb olunan üst-üstə düşən 700 kv.m torpaq sahəsinin kateqoriyası Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron xəritələrdə kənd təsərrüfatı təyinatlıdır. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrıla bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsində göstərilən müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur. Deməli torpaq sahəsinin bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi məhkəmə qərarı əsasında deyil, məhz Azərbaycan Respublikasının Nazirlər Kabineti tər əfindən həyata keçirilə bilər. İddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməmişdir. İşə baxmış apellyasiya instansiyası məhkəməsi obyektiv araşdırma prinsipinin tələblərini pozaraq iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını yoxlamamış və işə mahiyyəti üzrə baxaraq iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair Dövlət Aktı sənədi Balakənrayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 05 saylı qərarına əsasən hazırlanmışdır. Digər tərəfdən iddiaçının adında olan iddia predmetinə aid ********** qeydiyyat nömrəli çıxarış xx.xx.2010-cu il tarixində rəsmiləşdirilmişdir. Həmin vaxtlardan uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamışdır. Beləliklə, iddiaçı iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddiaçı hazırki iddia predmetində mübahisələndirilən daşınmaz əmlakla bağlı əvvəllərdə Ərazi İdarəsinə qarşı analoji iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin, Şəki İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(116)-389/2022 nömrəli qərarı ilə iddiaçının iddia tələbi təmin olunmamış və məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlar ının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyə ti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 12.2. Dövlət reyestrindən elektron çıxarışın məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmal ı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ə rizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır;

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 3 8.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barəd ə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələr inin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə imtinanın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı mübahisə üzrə lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Ha zırkı iş üzrə iddiaçının hüquqi marağı “JN seriyalı 254 nömrəli “Torpağa mülkiyyət hüquqununa dair Dövlət Aktı”nın 254Q planşet nömrəli hissəsinin, MA seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi 700 m2 həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsinə nail olmaqdır.

36. JN 254 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına görə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 05 saylı qərarına əsasən Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0,92 ha torpaq sahəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş, həmin qərar əsasında JN seriyalı 254 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda da torpaq sahəsi 0,92 ha qeyd edilmişdir.

37. Balakən rayonu Sarıbulaq kənd S.Vurğun adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən 206-cı sırada X6 torpağının cəmi 0,07 olması qeyd edilmiş, Balakən rayonu Sarıbulaq kənd İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən 1996-2000-ci illər üzrə X10, X2 və İddiaçı təsərrüfat üzvləri, evin tikildiyi tarix 1982-ci il, cəmi torpaq sahəsi 0,07 ha qeyd olunmuşdur. xx.xx.2010-cu il tarixli 177 inventar nömrəli texniki pasportda da Balakən rayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evinin 1982-ci ildə tikildiyi, yerləşdiyi torpaq sahəsinin sənəd üzrə 0,07 ha olduğu qeyd edilmişdir.

38. Belə olan halda, “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilən zaman 1982-ci ildə tikilmiş evin yerləşdiyi və 1982-ci ildən başlayaraq 1996-2000-ci illər in Qaytanlanmış torpaq” kitabında həyətyanı torpaq sahəsində 0,07 ha torpaqın dövlət aktında kənd təsərrüfatı təyinatlı torpaq kimi göstərilməsi yanlış olmuşdur.

39. O da nəzərə alınmalıdır ki, cavabdeh torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnu qeydə almaqla həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmamasını qəbul etmişdir.

40. Göründüyü kimi iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi 700 m2 həyətyanı torpaq sahəsinin X8 həyətyanı məqsədilə verilməsi iş materialları ilə sübut olunduğundan cavabdeh orqan tərəfindən sözügedən torpaq sahəsinin JN 254 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının 254Q planşetinə daxil edilməsi əsassız olmuşdur.

41. Məhkəmə kollegiyası iddia müddətinin ötməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, inzibati prosessual qanunvericilikdə müddət məhdudiyyətinin müəyyən olunması iddianın növünə bağlıdır. Hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu qərarın 27-ci bəndində istinad olunan və iş üzrə tətbiq edilən normalarda iddianın bu növü ilə bağlı müddət məhdudiyyəti müəyyən olunmamışdır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-587/2023 saylı, 1 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar