Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-688/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı Etibar Abugül oğlu Əliaslanovun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (bağ torpaq sahəsinə plan və ölçünün və çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Etibar Abugül oğlu Əliaslanovun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əml akın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər-Bakı şəhəri sabunçu rayonu Maştağa Bələdiyyəsi və X4) qarşı torpaq sahəsinə dair plan və ölçünün və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-133/2021 nömrəli iş üzrə 25 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və ParkBağ Təsərrüfatının İnkişafı Departamenti ilə iddiaçı arasında xx.xx.2005-ci il tarixdə, 36617 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri Ləhiş ərazisindəki 5848 nömrəli bağ (0,12 ha) iddiaçının is tifadəsinə verilmişdir.2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012- ci il tarixli, 2inz(82)-2332/2012 nömrəli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən sahəsi 0,12 hektar olan 5848 nömrəli bağ sahəsinə plan və cizginin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Həmin Qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1inz(103)-538/2013 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış, qərardan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-2(102)945/13 nömrəli qərarı ilə qismən təmin edilmiş, iddia mümkünsüz sayılmışdır.
2. İddianın mümkünsüz sayılmasının əsası kimi həmin tələbə cavab verməli orqanın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin olması göstərilmişdir. Bundan sonra idd iaçı Yasamal rayon məhkəməsinə müraciət edərək iddiaçı ilə bağlanmış müqavilədə qeyd edilən 5848 №li bağın 5748 nömrəli bağ kimi müəyyən edilməsi xahiş edilmişdir. İddia Yasamal rayon məhkəməsi tərəfindən təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-208/2017 nömrəli qətnaməsi ilə verilmiş apellyasiya şikayəti əsasında Yasamal rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, icarə müqaviləsində qeyd edilmiş 5848 nömrəli bağın nömrəsi 5748 kimi müəyyən edilmişdir. Qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qüvvəyə minmişdir.
3. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək qeyd edilən bağ üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, qeyd edil ən bağ sahəsi başqa fiziki şəxsin icarəsindədir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində mülkiyyət hüquqlarının qeydiyyatından imtina edilməsi halları dəqiq göstərilmişdir. Bağ sahəsinin başqa bir fiziki şəxsin istifadəsində olması kimi əsasın imtina cavabının verilməsi üçün əsas olması qeyd edilən normada göstərilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və 0,12 hektar sahəsi olan 5748 saylı bağ sahəsinə dair plan və ölçünün və mülkiyyət hüquqlarının qeydiyyatı barədə çıxarışın iddiaçının adına verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barəd ə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
5. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehə müraciət edərək qeyd edilən bağ üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, qeyd edilən bağ sahəsi başqa fiziki şəxsin icarəsindədir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində mülkiyyət hüquqlarının qeydiyyatından imtina edilməsi halları dəqiq göstərilmişdir. Bağ sahəsinin başqa bir fiziki şəxsin istifadəsində olması kimi əsasın imtina cavabının verilməsi üçün əsas olması qeyd edilən norm ada göstərilməmişdir.
6. Cavabdeh iddia ərizəsinə dair etirazında qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi digər fiziki şəxs tərəfindən istifadə olunur. Bundan başqa bölgü sxeminə və elektron baza məlumatlarına istinadən 5748 saylı bağ digər fiziki şəxs tərəfindən mişar daşı ilə tam hasara alınmışdır. Hal-hazırda həmin bağ sahəsində 2 mərtəbəli bağ evi inşa edilir və ikinci mərtəbəsində daş-hörgü işləri aparılır. Həmçinin sözügedən bağ sahəsinə 2015-ci ildə bələdiyyə sənədi ilə X1 müraciəti əsasında texniki baxış keçirilmişdir. Belə ki, sözügedən 5748 saylı bağ sahəsi vətəndaşlar arasında mübahisəlidir.
7. Birinci instansiya məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2-1(112)1151/2020 nömrəli qərarı ilə (sədrlik edən hakim Miminat Hacıbəyova) iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və 0,12 hektar sahəsi olan 5748 saylı bağ sahəsinə dair plan və ölçünün iddiaçının adına hazırlanaraq verilməsi və həmin bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin etirazda adını çəkdiyi vətəndaş Nadya Kamran qızı Nuriyevaya Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 09 iyun 2006-cı il tarixli sərəncamına əsasən Maştağa qəsəbəsi, Ləhiş bağ massivində sahə 5852-də 1200 kv metr torpaq sahəsi ayrılmışdır, iddiaçının isə üzərində hüquqlarını qeydə alınmasını tələb etdiyi bağ sahəsinin nömrəsi 5748-dir. Belə olan halda iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5748 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və həmin bağ sahəsinə dair torpağın plan və ölçüsünün hazırlanaraq iddiaçıya verilməsini cavabdehdən tələb etmək hüququ vardır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2-1(103)-133/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Azər Hüseynov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 16 iyun 2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi digər fiziki şəxs tərəfindən istifadə olunur. Əlavə olaraq bildiririk ki, sözügedən əraziyə torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi barədə Ba kı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi ilə bağlanmış xx.xx.2007-ci il tarixli torpaq icarəsi müqaviləsi ilə X2 tərəfindən və bağ sahəsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi barədə Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli sərəncamı ilə X3 tərəfindən müraciətlər edilmişdir. Bundan başqa bölgü sxeminə və elektron baza məlumatlarına istinadən “5748” saylı bağ sahəsi digər fiziki şəxs tərəfindən mişar daşı ilə tam hasara alınmışdır. xx.xx.2017-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən keçirilən yerli baxış zamanı həmin bağ sahəsində 2 mərtəbəli bağ evi inşa edilirdi. Belə ki, sözügedən 5748 saylı bağ sahəsi vətəndaşlar arasında mübahisəlidir. Qeyd olunan səbəblərə görə, ərizənin icrası tərəfimizdən mümkün olmamış və i ddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfin dən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Maddə 15.1. Bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: Maddə 15.1.1. Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Maddə 15.1.2. Hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; Maddə 15.1.3. Hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; Maddə 15.1.4. Daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; Maddə 15.1.5. Daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; Maddə 15.1.6. Bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15. “Torpaq islahatı haqqında” Qanun: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsini n “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, hazırkı işin halları üzrə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 5748 saylı bağ sahəsində yerləşən 0,12 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olu nması üçün əsaslar mövcud deyil. Cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər, yəni bağın nömrəsində uyğunsuzluğun və bağ sahəsi ilə bağlı digər şəxslərin müraciətinin olması tutarlı sayıla bilməz. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-133/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə