Məhkəmə qərarları › İş №2-1(102)-688/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-688/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-688/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(103)2796/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus NL seriyalı, ******* nömrəli hərbi biletə əsasən o, xx.xx.1980ci ildən xx.xx.1982-ci il tarixədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur.

2. RV 043869 nömrəli, xx.xx.1989-cu il tarixli diploma əsasən iddiaçı 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutuna daxil olmuş, 26 iyun 1989-cu il tarixdə “avtomatika və telemexanika” ixtisası üzrə tam kursu bitirmişdir.

3. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən o: - xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Şifer istehsalına 3-cü dərəcəli növbətçi elektrik montyoru (08 ay 18 gün); - xx.xx.1982-ci il tarixdə Şifer istehsalına 3-cü dərəcəli növbətçi elektrik montyoru qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə KÖA və A 3-cü dərəcəli növbətçi elektrik çilingəri keçirilmiş; xx.xx.1984-cü il tarixdə KÖA və A 4-cü dərəcəli elektrik çilingəri verilmiş; xx.xx.1985-cü il KÖA və A 5-ci dərəcəli elektrik çilingəri verilmiş; xx.xx.1985-ci il kontrol ölçü alətləri və avtomatika üzrə 5-ci dərəcəli çilingər; xx.xx.1988-ci il əməyin ödənişinin yeni şərtlərlə keçməsi ilə əlaqədar olaraq kontrol ölçü alət ləri və avtomatika üzrə 5-ci dərəcəli çilingər üzrə tariflənmiş; xx.xx.1990-cı il tarixdə çilingər keçirilmiş, xx.xx.1993-cü il tarixdə sahə rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü il tarixdə işdən azad edilmiş (11 il 9 ay 10 gün); - xx.xx.1994-cü il tarixdə Bakı asbestsement və keramik məmulatlar kombinatından köçürülmə qaydasında 3 nömrəli sexə 6-cı dərəcəli radiomexanik qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə laboratoriya müdiri vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu il tarixdə 3 nömrəli sexin 6-cı dərəcəli radiomexanik vəzifəsinə keçirilmiş və xx.xx.2006-cı il tarixdə öz xahişi ilə işdən azad edilmişdir (xx.xx.2006-cı il tarixədək 12 il 04 gün; xx.xx.2006-cı il tarixədək 11 il 08 ay). 4. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, 30/04K nömrəli arayışına əsasən iddiaçı 6 avqust 1979-cu ildən 23 aprel 1980-cı ilə qədər Bakı asbestsement və keramika məmulatları kombinatında elektomontyor (növbətçi elektrik) və 16 iyul 1982-ci ildən 25 aprel 1994-cü ilədək elektroçilingər (növbətçi elektrik çilingər sahə rəis) işləmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçının zərərli işlərə görə əmək stajı 12 il 5 ay 27 gün təşkil edir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 574 nömrəli arayışına əsasən iddiaçı xx.xx.2002xx.xx.2004-cü illərdə N nömrəli hərbi hissədə (hərbi hissənin nömrəsi N nömrəli hərbi his səyə dəyişdirilib) radiomexanik vəzifəsində zərərli işlərdə işləmişdir.

6. İddiaçı xx.xx.2020-ci il tarixdə ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmişdir.

7. Cavabdeh 15 dekabr 2020-ci il tarixli, **********7 nömrəli məktub ilə iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1979-xx.xx.1980-ci il tarixləri arasındakı dövr ərzində “şifer istehsalında növbətçi elektromontyor” və xx.xx.1982-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi “növbətçi elektroçilingər”, “çilingər”, “sahə rəisi” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiy ası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından iddiaçının güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 18 oktyabr 2012-ci il tarixdən (52 yaşdan) yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməmiş pensiya məbləğinin isə 5 noyabr 2017-ci ildən hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsinin məzmunu işin halları ilə eynilik təşkil edir. İddiaçı hesab etmişdir ki, ümumi və güzəştli iş stajı ilə bağlı şərt ödənildiyindən, onun güzəştli şərtlərlə yaşa görə əmə k pensiyası hüququ var. Onun əmək stajını təsdiq edən əmək kitabçası və güzəştli arayışları mövcuddur.

10. Cavabdeh iddia tələbinə yazılı etirazda qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə onun xx.xx.1979-xx.xx.1980-cı il tarixləri arasındakı dövr ərzində “Bakı Şifer və Keramika məlumatları” Kombinatında növbətçi elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Tikinti materialları istehsalı bölməsində (14) nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 9 ay 9 gü n (xx.xx.1982-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir.

11. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 1055 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı xx.xx.2002-xx.xx.2004-cü il tarixlərdə N nömrəli hərbi hissədə (hərbi hissənin nömrəsi N nömrəli hərbi hissəyə dəyişdirilib) radiomexanik vəzifəsində işləmiş, həmin illərdə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərlərlə pensiya hüququ verən istehsalatların işlərin peşələrin vəzifələrin və göstəricilərin N nömrəli Siyahısı ”nda qeyd edilən 12412000-17541 (daim radiasiya zərərliyi şəraitində işləyən fəhlələr mütəxəssislər və rəhbərlər) kod qrupuna aid edilməklə ona işlədiyi müddətdə güzəştlər şamil edilmişdir. İddiaçı qeyd olunan illərdə işlədiyi zaman Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinə məxsus gücü 1 KVT-dan və tezliyi 30 Mhs-dən yuxarı UQD (ultraqısa dalğalı) HAYT (həddən artıq yüksək tezlikli) və yüksək səs-küylə müşayiət olunan radiolokasiya sistemlərinin avadanlıqlarının təmiri zamanı radioekranlaşdırıcı kostyumdan istifadə etmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərin Siyahısı nın 35-ci bəndi (ümumi peşələr)).

12. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 5 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı 6 avqust 1979-cu ildən 23 aprel 1980-ci ilə qədər Bakı asbestsement və keramika məmulatları kombinatında elektromontyor (növbətçi elektrik) və 16 iyul 1982-cı ildən 25 aprel 1994-cü ilədək elektroçilingər (növbətçi elektrik çilingər sahə rəis) işləmiş, onun həmin dövrdə tutduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 8.1.2-ci bəndinin “b” yarımbəndinə uyğun gəlir (Azbest texniki məmulatların istehsalı üzrə 8.1.2 bəndinin “a” yarımbəndində göstərilən sexlərdə, sahə lərdə və bölmələrdə məşğul olan sahə, növbə rəisləri, ustalar və böyük ustalar). Həmçinin o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin N nömrəli Siyahısı”nda 1080A02b – 23187 kod qrupuna aid edilməklə ona güzəştlər müəyyən edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2-1(112)-1997/2022 nömrəli qərarı (hakim O.X.Həsənov) ilə iddia təmin edilmiş, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun ya randığı tarixdən ödənilməyən pensiya məbləğinin xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının işlədiyi sahə rəisi konkret olaraq N nömrəli Siyahıda nəzərdə tutulsa da, elektroçilingər vəzifəsi həmin Siyahının azbest texniki məmulatlar istehsalında nəzərdə tutulmamışdır. Buna baxmayaraq məhkəmə həmin vəzifənin iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifəyə aid olduğunu qəbul edir. Belə ki, "xxxx" ASC tərəfindən verilmiş arayışda iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi vəzifə üzrə icra etdiyi əmək funksiyaları bilavasitə nəzarət-ölçü cihazlarının, avtomatika və kommunikasiyanın təmiri, profilaktikası və xidməti avadanlığın təmi ri üzrə ustaların (böyük ustalar) vəzifəsinə aiddir. İddiaçının "xxxx" ASC-də xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi elektroçilingər vəzifəsi və xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək sahə rəisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin N nömrəli Siyahısı”nda 1080A02b – 23187 kod altında nəzərdə tutulan azbest texniki məmulatlar istehsalının sexlərdə, sahələrdə və bölmələrdə məşğul olan sahə, növbə rəisləri, ustalar və böyük ustalar vəzifəsinə uyğun olduğun dan, eyni zamanda onun xx.xx.2002-xx.xx.2004-cü il tarixlərdə N nömrəli hərbi hissədə işlədiyi radiomexanik vəzifəsi N nömrəli Siyahıda 12412000-17541 (daim radiasiya zərərliyi şəraitində işləyən fəhlələr mütəxəssislər və rəhbərlər) kod altında nəzərdə tutulduğundan, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən (12 il 09 ay 11 gün) çox təşkil edir.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(103)-2796/2022 nömrəli qərarı (hakimlər: V.Ə.Baxışova /sədrlik edən və məruzəçi/, R.Ə.Qurbanov və V.M.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edi lməmiş, Bakı İnzibati Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2-1(112)-1997/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, iddiaçının ümumi iş stajının 25 ildən artıq olması halı cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh apellyasiya şikayətində iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi vəzifələr üzrə topladığı stajı mübahisələndirmir və iddiaçının ən azı 11 il 9 ay 9 gün güzəştli iş stajına malik olduğunu qəbul edir. İddiaçı xx.xx.2006-cı ilədək 10 il güzəştli staja, 20 il ümumi staja malik olduğundan ona 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə tələbi əsaslıdır. Cavabdeh apellyasiya şikayətində i ddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 12 il 6 ay güzəştli iş stajı tələb olunduğunu qeyd etsə də, bu mövqeyini əsaslandıra bilməmişdir. İddiaçının işlədiyi vəzifə N nömrəli siyahıda nəzərdə tutulduğu üçün 10 il güzəştli staj tələb olunduğundan məhkəmə cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1979-xx.xx.1980-ci illərdə və xx.xx.2002-xx.xx.2004-cü illərdə iddiaçının işlədiyi vəzifələrin güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas verən vəzifələr olub-olmadığının apellyasiya instansiyası mərhələsində yenidən araşdırılmasını zəruri hesab etməmişdir.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə yazılı etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblə rə müvafiq surətdə təyin edilir.

22. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan N nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.... 23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin N nömrəli Siyahısı”: 10800000 - Vİİİ. Kimya istehsalatı... 1080A020 -

2. Azbest texniki məmulatların istehsalı 1080A02a - a) fəhlələr 1080A02a —17531 - azbest texniki məmulatlar istehsalının aşağıdakı sex, sahə və bölmələrində:... 1080A02b - b) Rəhbərlər və mütəxəssislər 1080A02b—23187 - yuxarıda sadalanan sexlərdə, sahələrdə və bölmələrdə məşğul olan sahə, növbə rəisləri, ustaları və böyük ustaları...

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində ş ikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.

1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəl i hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun, iddia tələbinə yazılı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Belə ki, iddiaçının güzəştli şərtlə pensiya hüququnun yaranması üçün o, 1 yanvar 2006-cı il tarixədək 20 ildən az olmayan ümumi staja, o cümlədən 10 ildən az olmayan güzəştli şərtlə pensiya hüququ verən staja malik olmalıdır.

32. İddiaçının əmək kitabçasında olan məlumatlara görə onun 1 yanvar 2006-cı ilə qədər 20 ildən çox ümumi stajı mövcuddur və bu hal cavabdehin özü tərəfindən mübahisələndirilmir.

33. Birinci instansiya məhkəməsi iddiaçının 12 il 09 ay 11 gün güzəştli şərtlə pensiya hüququ verən staja malik olmasını müəyyən etmişdir. Qeyd edilən müddətin 11 il 9 ay 9 gün hissəsi cavabdeh tərəfindən qəbul edilmiş, bu hal cavabdehin iddia tələbinə yazılı etirazının, apellyasiya və kassasiya şikayətlərinin dəlillərində göstərilmişdir.

34. İddiaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan xüsusi staj müddəti minimum həddi 10 il olduğundan cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır.

35. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblər ini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 21(103)-2796/2022 nömrəli qərarı dəyişdiril

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar