Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-688/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh X3 Bakı X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: işsizlikdən sığorta ödənişinin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 05.04.2024 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehna qarşı “sığorta ödənişinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)2903/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxa raq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Məşğulluq haqqında arayışa əsasən, iddiaçı xx.xx.2022-ci il tarixdən işsiz kimi qeydiyyatdadır.
2. Əmək kitabçasının məlumatlarına əsasən, xx.xx.2014-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsini 2-ci hissəsinin “b” bəndinə əsasən iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir.
3. İddiaçı işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı 1 saylı Bakı “DOST” Mərkəzinə müraciət etmişdir.
4. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, mərkəzləşdirilmiş elektron informasiya sistemində sığorta hadisəsi baş verdiyi tarixdən əvvəlki 24 ay ərzində sığorta haqlarının tam ödənmədiyi üçün sığorta ödənişinin təyin edilməsi mümkün olmamışdır.
5. İmtina məktublarında, həmçinin qeyd edilmişdir ki, sonuncu iş yeri üzrə sığorta haqlarını n ödənilməsinə dair məlumat aşkar edilməməsi səbəbindən sığorta ödənişinin təyin edilməsi həyata keçirilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı “sığorta ödənişinin təyin edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
7. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək işsizlikdən sığorta ödənişinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh əsassız olaraq sığorta ödənişinin təyin edilməsindən imtina edir. Halbuki, onun barəsində işlədiyi dövrdə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Cavabdeh isə mərkəzləşdirilmiş elektr on informasiya sistemində məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə istinad etsə də, nəzərə almamışdır ki, həmin sistem 2014-cü ilin ortalarında yaradılmışdır ki, 2014-cü ilə qədər olan məlumatların sistemdə öz əksini tapmaması normal haldır. Cavabdehin etirazları:
9. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4836/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya işsizlikdən sığorta ödənişinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin sığorta ödənişinin təyin edilməsindən imtinasının əsası sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 ay ərzində sığorta haqlarının ödəni lməməsi ilə bağlıdır.
12. Cavabdeh sığorta haqlarının ödənilməsi anlayışı ilə, sığorta haqlarının ödənilməsinin elektron informasiya sistemində qeyd edilməsi anlayışlarını eyniləşdirməklə iddiaçının sığorta ödənişini almaq hüququna müdaxilə etmişdir. Belə ki, iddiaçı sığorta ödənişini almaq hüququna əmək müqaviləsinə xitam əsasına uyğun olmaqla malik şəxsdir və işəgötürən tərəfindən sığorta ödənişləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilmişdir. Həmin sığorta haqları barədə məlumatın Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq elektron informasiya sistem ində yerləşdirilməməsi isə iddiaçının təqsirindən asılı olmayan hal hesab edilməlidir.
13. Sistemin operatoru kimi məlumatın mərkəzləşdirilmiş elektron informasiya sistemində daxil etmək cavabdehin müvafiq funksiyalarını həyata keçirdiyi üstqurumun səlahiyyətləri daxilində olan məsələdir.
14. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin 3.1.28-3-ci yarımbəndinə əsasən (həmin yarımbənd xx.xx.2020-ci il tarixli 971 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilmişdir) dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sah ibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən(sığortaedənlərdən), eləcə də sığortaolunanlardan Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunları ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasına nəzarət etmək Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinə aid edilmişdir.
15. Göründüyü kimi sığorta haqqının tutulması və ödənilməsi işəgötürənin – sığortaedənin məsuliyyət sferasına aid məsələdir. Nəzərə alınmalıdır ki, mübahisəli dövrlər üzrə, yəni 2014-cü ildə qüvvədə olan normativ hüquqi aktın tələblərinə görə, necə ki sosial sığorta haqlarının ödənilməsi işəgötürən tərəfindən təmin olunmalı olduğu halda, həmçinin həmin sığorta haqlarını topl anmasına nəzarət etmək cavabdeh inzibati orqanın üst qurumu olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməli idi.
16. Göründüyü kimi ödənişin edilmədiyi halda belə, həmin hal iddiaçının məsuliyyət sferasına aid deyildir ki, hazırkı iş materialları ilə isə ödənişlərin edildiyi, lakin elektron informasiya sistemində həmin məlumatların qeyd edilmədiyi aşkar edilmişdir.
17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2903/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(112)-4836/2023 nömrəli qərarı dəyişdirilm ədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Apelyasiya şikayətinin əsas dəlilləri birinci instansiya məhkəməsinin “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini düzgün tətbiq etməməsindən, yəni həmin Qanunun 13.1.3-cü maddəsi tətbiq edilməli olduğu halda, 13.2.2-ci maddəsinin tətbiq edilməsindən, iddiaçının ən azı 30 ay sığorta stajının olubolmamasını müəyyən etməyin mümkün olmamasından və struktur dəyişikliyindən sonra işsizlikdən sığorta ödənişini X1 və Təyinat filialı həyata keçirdiyindən Bakı Regional Məşğulluq filialı cavabdeh olmamasından ibarətdir.
21. Apelyasiya şikayətinin qeyd olunan dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, “İşsizlikdən sığorta haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.
22. Həqiqətən də, iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən işdən azad olunduğu üçün onun barəsində “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.3-cü maddəsi tətbiq edilməlidir. Lakin bu hal özü-özlüyündə iddia tələbinin rədd edilməsi üçün əsas deyildir. Belə ki, iş material larında olan əmək kitabçasından görünür ki, iddiaçı sığorta hadisəsinin baş verməsindən əvvəlki 36 təqvim ayı müddətində əmək münasibətlərində olmuşdur. 23. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.3-cü maddəsinə əsasən bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə - bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində sığorta ödənişi təyin edilir. 2
4. Qeyd olunanlara əsasən cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır.
25. Həmin sığorta haqları barədə məlumatın elektron informasiya sistemində yerləşdirilməməsi isə iddiaçının təqsirindən asılı olmayan hal hesab edilməlidir.
26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin və ona əlavənin dəlilləri 27. “İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 13.2.3cü maddəsində qeyd olunur ki, əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə xitam verildiyi halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslər minimum sığorta ödənişi almaq hüququna malikdirlər.
28. Buna uyğun olaraq iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən neçə ay müddətli əmək müqaviləsi üzrə sığorta stajının olduğunu müəyyən etmək mümkün olmadığı üçün ona işsizlikdən sığorta ödənişi təyin etmək mümkün olmamışdır.
29. İşə baxan Bakı İnzibati Məhkəməsi “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etmiş oldu ğu ******* nömrəli əmək kitabçasından da görünür ki, iddiaçının sonuncu iş yeri üzrə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissənin b) bəndinə əsasən xitam verilmişdir. Belə olduğu təqdirdə hazırki münasibətlərə tətbiq edilməli tənzimlənmə Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulur. Belə ki, Qanunun 13.1.3-cü maddəsinə əsasən əmək müqaviləsinə müddətin qurtarması əsası ilə, 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən xitam verilən və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanların işsizlikdən sığorta ödənişi almaq hüququ müəyyən edilir.
30. Göründüyü kimi müddətli əmək müqaviləsi üzrə şəxslərin işsizlikdən sığorta ödənişi almaq hüququnu n yaranması üçün sığorta hadisəsi qismində sözügedən müddətli əmək müqaviləsinin müddətinin bitməsi qanunvericilik baxımından tanınmaqdadır.
31. Birinci instansiya məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli, 2-1(112)4836/2023 nömrəli qərarından müəyyən olunur ki, məhkəmə iddiaçının əmək müqaviləsinin xitam əsasını araşdırmadan Qanunun 13.2.2-ci maddəsinə istinad etmiş və beləliklə tətbiq ediləcək maddi hüquq normasının düzgün seçilməməsi nəticəsində əsassız qərarın qəbul edilməsinə şərait yaratmışdır. Belə ki, Qanunun 13.2.2-ci maddəsinə əsasən Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə Qanunun 16-cı madd əsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində ödəniş təyin edilir.
32. Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan sığorta hadisələri isə müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olmayıb, uyğun olaraq dövlət orqanı və ya hüquqi şəxs ləğvi və işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisarı ilə əlaqədardır. Halbuki iddiaçı sonuncu iş yeri üzrə nə dövlət orqanı və ya hüquqi şəxs ləğvi, nə də işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisarı əsası ilə işdən çıxmışdır. İddiaçının əmək münasibətlərinə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verildiyi üçün məhkəmə tərəfindən tətbiq edilən maddi hüquq norması düzgün seçilməmişdir.
33. İddiaçının ******* nömrəli əmək kitabçasının sadə təhlili ndən müəyyən olunur ki, iddiaçı sonuncu iş yeri üzrə əmək münasibətlərinə xx.xx.2011-ci il tarixində daxil olmuş və xx.xx.2014-cü il tarixində həmin münasibətlərə xitam verilmişdir. Göründüyü kimi sığorta hadisəsinin baş verməsindən əvvəlki 36 təqvim ayı müddətində iddiaçı əmək münasibətlərində olmuşdur Ancaq problemli məqam ondan ibarətdir ki, qeyd edilən 36 təqvim ayı ərzində iddiaçının müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 30 ay sığorta stajının olub-olmamasını müəyyən etmək mümkün deyil.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 620 nömrəli Qərarı ilə təsd iq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 5.1-ci bəndinə əsasən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13 1-1-ci maddəsinə uyğun olaraq, sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin edilir.
35. Belə olduğu təqdirdə iddiaçının sığorta stajını müəyyən etmək mümkün olmamış və obyektiv olaraq qanunvericiliyin tələbləri nəzərə alınmaqla iddiaçıya işsizlikdən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Qeyd edilməlidir ki, tələb olunan 30 aylıq sığorta stajı ancaq müddətli əmək müqaviləsi üzrə nəzərə alınmaqdadır.
36. Həmçinin xx.xx.2022-ci il tarixdə Agentliyin xx.xx.2022-ci il tarixli **********2 nömrəli X4 əsasən struktur dəyişikliyi həyata keçirilmiş və iqtisadi zonalara uyğun regional məşğulluq filialları və ixtisaslaşdırılmış mərkəzi filiall ar yaradılmışdır. Struktur dəyişikliyindən sonra işsizlikdən sığorta ödənişini X1 və Təyinat filialı həyata keçirdiyindən Bakı Regional Məşğulluq filialı cavabdeh kimi göstərilə və üzərinə işsizlikdən sığorta ödənişinin təyin edilməsi öhdəliyi qoyula bilməz. Belə ki, hazırda Bakı Regional Məşğulluq filialının büdcəsi olmadığına görə maliyyə xarakterli öhdəliyin müəyyən olunması nəticə etibarilə həmin məhkəmə qərarının icrasının mümkünsüzlüyü məsələsini ortaya çıxaracaqdır.
37. Göründüyü kimi, məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
38. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunur ki, cavabdehin birinci instansiya məhkəm əsinin qərarının maddi hüquq normasının düzgün seçilməməklə əsassız qəbul edilmiş olduğunu hesab etməsi onun, qərara diqqətsiz yanaşmasından irəli gəlir. Belə ki, birinci instansiya məhkəməsinin “İşsizlikdən sığorta haqqında” qanununun 13.2.2-ci maddəsinə istinad etməsinə səbəb Bakı Regional Məşğulluq Filialının iddiaçının xx.xx.2022 tarixli sorğusuna verdiyi cavab məktubudur. 13.2.2-ci maddəni ən başdan səhvən iddiaçının sığorta hadisəsinə şamil edən Bakı Regional Məşğulluq Filialı özü olub. Qurum müraciətə verdiyi cavabın son abzasında qanunun 13.2.3-cü maddəsi əvəzinə etinasızlıqdan 13.2.2-ci maddəsinin məzmununu əsas götürüb.
39. Cavabdehin sığorta stajının hesablanması kimi sadə bir məsələni şikayətdə özünün qeyd etdiyi kimi “problemli məqama” çevirməsi onun ümumiyyətlə, sığorta sta jı termininin mənasını bilməməsini göstərir. “Sosial sığorta haqqında” Qanunun 1.1.9-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajı dedikdə dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərdə tutulur. Yəni, sığorta stajı cavabdehin düşündüyü kimi əmək kitabçası və ya əmək bildirişi ilə deyil, ödənmiş sosial haqlarla ölçülür. Mənim ödədiyim dövlət sosial sığorta haqları isə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində fərdi hesab cədvəli şəklində yerləşdirilmişdir. Belə olduğu halda stajı hesablamaq üçün əmək kitabçasına ehtiyac qalmır. Bu məsələdə əmək kitabçasının təhlili yalnız əmək müqaviləsinin növünü təyin etmək üçün faydalı ola bilər.
40. Şikayətdə qeyd olunan Agentliyin idarədaxili struktur dəyişiklikləri isə vətəndaşın ölkə qanu nvericiliyinə əsasən işsizlikdən sığorta ödənişi almasına əngəl səbəbi ola bilməz. Cavabdehin belə primitiv və məsələyə dəxli olmayan bir bəhanə ilə üzərinə düşən vəzifə öhdəliyindən boyun qaçırması Nazirlər Kabinetinin 620 nömrəli qərarı ilə təsdiqlənmiş “İşsizlikdən sığorta ödənişinin verilməsi Qayda”sına ziddir. Belə ki, həmin Qaydanın 1.1-ci müddəası işsizlikdən sığorta ödənişinin verilməsini X3 yerli qurumları tərəfindən icrasını müəyyən edir. Görünür bu qurum öz adında “Bakı Regional” ifadəsinin onun Agentliyin yerli, Mərkəzi Mühasibatlıq və Təyinat Filialının isə Agentliyin - mərkəzi qurumu olmasını bildirməsini hələ müəyyən etməmişdir. c) ərizə və vəsatətlər:
41. İddiaçı, həmçinin məhkəməyə kassasiya şikayətinə qarşı etiraza əlavə təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4836/2023 və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2903/2023 saylı qərarlarının dəyişdirilmədən saxlandığı təqdirdə işsizlikdən sığorta ödənişinin iddiaçıya təyin olunacaq məbləğinin də həmin qərarlara əlavə edilməsini, yəni iddiaçıya düşən 3 aylıq sığorta müavinətinin hər ayı üçün minimum sığorta ödənişinin hazırda qüvvədə olan qanunvericiliyə uyğun olaraq iddiaçının minimum əməkhaqqının miqdarında olan (-1125 manat) məbləğini qərarda rəqəmlərlə göstərilməsini, eyni zamanda, 2022-ci ilin sentyabr ayından başlayaraq bu günə qədər işsizliyin dəfələrlə rəsmi təsdiq edib sığorta müavinəti üçün çoxsaylı müraciətlərinə qurumun əsassız imtina verməsini də nəzərə alıb, müavinətin ödənməsini bundan sonra 3 ay müddətində deyil, işsizliyini təsdiq edərək müraciət etdiyi tarixlərdən başlayaraq hesab lanmasını və beləliklə də üç aylıq sığorta məbləğinin (3x1125 man) birdəfəlik ödənməsini aidiyyəti qurumun üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir.
42. Məhkəmə kollegiyası nəzərə alır ki, həmin məzmunda tələb apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmadığından və onunla bağlı hər hansı qərar qəbul edilmədiyindən, bu tələbə hazırkı icraatda da baxıla bilməz (İPM-in 91-ci maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 43. “İşsizlikdən sığorta haqqında” Qanun: Maddə
2. Əsas anlayışlar 2.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 2.0.1. işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması;... 2.0.10. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığo rtaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaiti;... Maddə
13. Sığorta ödənişinin təyin edilməsi şərtləri və müddəti 13.1. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər:... 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən;...
44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Mə hkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
45. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
46. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
47. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
48. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Apellyasiya instansiyası məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağ lı məsələni lazımi qaydada araşdırmış, bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
50. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həqiqətən də, iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən işdən azad olunduğu üçün onun barəsində “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.3-cü maddəsi tətbiq edilməlidir. Lakin bu hal özü-özlüyündə apelyasiya şikayətinin təmin edilməsi və iddia tələbinin rədd edilməsi üçün əsas deyildir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında n görünür ki, iddiaçı sığorta hadisəsinin baş verməsindən əvvəlki 36 təqvim ayı müddətində əmək münasibətlərində olmuşdur. 52. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.3-cü maddəsinə əsasən bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə - bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində sığorta ödənişi təyin edilir.
53. Apellyasiya instansiyası mə hkəməsi də haqlı olaraq həmin normanı rəhbər tutmaqla iddianın əsaslı olması nəticəsinə gəlmişdir. 54. xx.xx.2022-ci il tarixdə Agentliyin xx.xx.2022-ci il tarixli **********2 nömrəli X4 əsasən struktur dəyişikliyi həyata keçirildiyinə və işsizlikdən sığorta ödənişini X1 və Təyinat filialı tərəfindən həyata keçirdiyinə dair dəlilə gəldikdə, bu, hazırkı məzmunda iddianın mümkünlüyünə və əsaslılığına təsir etmir. Eyni ilə, hazırkı məzmunda tələbin təmin olunması cavabdehin aid olduğu və daxili qərarla struktur dəyişikliklər həyata keçirmək səlahiyyətinə malik Agentlik tərəfindən məhkəmə qərarının icrasını təmin etmək imkanından da məhrum etmir.
55. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qəra rının ləğvinə əsas vermir.
56. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2903/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.