Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-688/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı cavabdeh Quba rayonu Quba bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ (iş № 2-1(102)-3869/24) (iş № 2-1(102)-688/25) (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü, subyektiv hüquq, oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Quba rayonu Quba bələdiyyəsinə qarşı “Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32/6 saylı qəra rının (07 saylı protokol), Quba şəhəri “Dəvədabanı” Yaşayış Massivində yerləşən 0.05 ha torpaq sahəsinin X1 dair hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(105)-237/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32/6 saylı qərarının (07 saylı protokol), Quba şəhəri “Dəvədabanı” Yaşayış Massivində yerləşən 0.05 ha torpaq sahəsinin X1 dair hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Sumqayıt İnzi bati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1158/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32/6 saylı qərarı Quba şəhəri “Dəvədabanı” Yaşayış Massivində yerləşən 0.05 ha torpaq sahəsinin X1 dair hissədə ləğv edilməsi qərara alınmışdır.
3. Üçüncü şəxs X3 həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(105)-237/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.
5. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: İddiaçı nın adına ayrılmış torpaq sahəsinin yerləşmə vəziyyətinə dair heç bir sənəd mövcud olmadığından, ona ayrılmış torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, iddiaçının cavabdeh bələdiyyə orqanının qəbul etdiyi qərar ilə onun hansı hüquq və mənafelərinin pozulması halının müəyyən edilməsi mümkün olmamışdır. Hansı ki iddianın mümkünlüyü baxımından həmin halın müəyyən edilməsi zəruri olmuşdur. iddiaçıya Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə Nümayəndəsinin 16 iyun 1995-ci il tarixli 36 nömrəli sərəncamı və 15 iyun 1996-cı il tarixli 11 nömrəli protokol ilə iddiaçının adına 500 kv.m torpaq sahəsinin ayrılması qərara alınsa da, həmin sənədlərdə torpaq sahəsinin yerləşmə vəziyyətini, koordinatlarını, yerləşdiyi yeri əks etdirən heç bir sənəd əlavə edil məmiş,habelə yerquruluşu qaydasında torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi aparılmamışdır. Hazırki iş üzrə verilmiş mütəxəssis rəyinin məzmunundan da görünür ki, iddiaçıya ayılan torpaq sahəsinə dair yerquruluşu planından çıxarış olmadığından, idda olunan torpaq sahəsinin iddiaçının adına ayrılmış torpaq sahəsinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Müvafiq sərəncam ilə iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsinin hazırda iddiaçının iddia etdiyi torpaq sahəsi olduğu təsdiq edilmədiyindən, iddiaçının üçnücü şəxslərin mülkiyyətində olmuş 0,05 ha torpaq sahəsi üzərində hər hansı hər hansı subyektiv hüququnun və buna uyğun olaraq, həmin torpaq sahəsinə dair bələdiyyənin müvafiq qərarını mübahisələndirmək hüququnun mövcudluğu müəyyən olunmur.
6. İddi açı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələ sinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şika yət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrü bəsi mövcud, və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya məhkəməsi analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, xx.xx.2024-cü il tarixli, 2-1(102)-37/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 21(102)-47/2024 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)-2094/2023 nömrəli; xx.xx.2023cü il tarixli, 2-1(102)- 86/2023 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)-1796/2023 nömrəli qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
11. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, müvafiq sərəncam ilə iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsinin hazırda iddiaçının iddia etdiyi torpaq sahəsi olduğu təsdiq edilmədiyindən, iddiaçının üçüncü şəxslərin mülkiyyətində olmuş 0,05 ha torpaq sahəsi üzərində hər hansı hər hansı subyektiv hüququnun və buna uyğun olaraq, həmin torpaq sahəsinə dair bələdiyyənin müvafiq qərarını mübahisələndirmək hüququnun mövcudluğu müəyyən olunmur.
12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytınd a yerləşdirildiyinə, eləcə də iddiaçı hazırkı işdə kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
13. Odur ki, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
14. Yuxarı da göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(105)-237/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətinin icraata qəbulundan imtina edilsin.