Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-689/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-689/2022) (Açar sözlər: vergi orqanın qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), 26.04.2022 Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi və vergi məbləğinin azaldılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 21(103)-2183/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən araşdırmalar zamanı baza məlumatlarına əsasən bəyannamənin xərclər hissəsində göstərilən xərc məbləğinin 74.268.38 manat hissəsinin təsdiqini tapmadığı müəyyən edilmiş və qeyd olunan fərq məbləği ilə bağlı vergi ödəyicisinə 13 iyun 2019-cu il tarixli, **********608200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir.
2. İddiaçı MMC tərəfindən 19 iyun 2019-cu il tarixdə vergi orqanına ünvanlanmış məktuba əsasən baza məlumatlarına əsasən 74.268.38 manat məbləğində sənədlərdə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin fərqinin səbəbi kimi 2017-ci il ərzində müəssisənin vergi ödəyicisi kimi qeydiyyata alınmamış fiziki şəxslərdən malların satın alınması göstərilmiş, eləcə də, məktubda tələb olunduğu halda bu əməliyyatlarla bağlı sənədlərin təqdim ediləcəyi göstərilmişdir.
3. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə İddiaçı MMC-yə 2017-ci il üzrə 14853.67 manat mənfəət vergisi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2019-cu il 19 avqust tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli qərarın ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumilikdə 14853.67 manat əlavə vergi məbləğinin azaldılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı tərəfindən 13 iyun 2019-cu il tarixli, **********608200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla cəmiyyətə müraciət edilərək təqdim edilmiş mənfəət vergisi bəyannaməsin in xərc göstəriciləri ilə baza məlumatları arasında yaranan 74.268,38 manat fərqi ilə bağlı dəqiqləşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi tələb edilmişdir. İddiaçı tərəfindən 19 iyun 2019-cu il tarixli məktubla cavabdehə müraciət edilərək, bəyannamədə yaranan fərqin izahı verilmişdir. Belə ki, 2017-ci il ərzində bir sıra mallar cəmiyyət tərəfindən vergi orqanında vergi ödəyicisi qismində uçotda olmayan fizikişəxslərdən alınmışdır ki, bu səbəbdən, həmin xərclər barədə məlumat vergi orqanının elektron bazasında öz əksini tapmamışdır. Çünki, bilindiyi kimi vergi orqanının uçot məlumat bazasında yalnız elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmış mallar barədə məlumatlar mövcud olur. 19 iyun 2019-cu il tarixli, izahat məktubuna baxmayaraq cavabdeh vergi or qanı hər hansı əlavə araşdırma aparmadan və məktubda göstərilənləri nəzərə almadan, sadəcə öz baza məlumatlarını əldə rəhbər tutaraq cəmiyyətə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli qərara əsasən əsassız əlavə vergi məbləği hesablamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı düzgün, obyektiv və ədalətli qərar qəbul edilməsi üçün bütün faktiki halları, o cümlədən inzibati aktın doğruluğunu şübhə altına ala biləcək hər bir halı hərtərəfli, tam və obyektiv araşdırmağa, təqdim olunmuş sübutlar yetərli olmadıqda isə, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur və bu zaman maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə a lınmasından imtina edə bilməz. Lakin, iş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən 2017-ci il ərzində vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən alınan mallar ilə bağlı hər hansı əlavə araşdırma aparmadan, əlavə sübutlar toplamadan və cəmiyyətin xeyrinə olan halları nəzərə almadan, iddiaçıya münasibətdə qanunsuz və əlverişsiz inzibati akt qəbul etmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz və ona əlavə təqdim etmişdir. Etirazda və ona əlavədə göstərilmişdir ki, araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən gəlirlər 582.360,44 manat, gəlirdən çıxılan xərclər isə 573.520,80 manat göstərilmişdir. Uçot baza məlumatlarına əsasən aparılan araşdırma zamanı bəyannamənin xərclər hissəsində gös tərilən xərc məbləğinin 74.268,38 manat hissəsinin uçot baza məlumatlarına əsasən təsdiqini tapmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə 13 iyun 2019-cu il tarixli, **********608200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlama sı ilə 2017-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 14853,67 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən iddia ərizəsində vergilərin əsassız hesablanması qeyd edilsə də, bu hal əsaslandırılmamış və vergi ödəyicisi tərəfindən vergi orqanının haqlı mövqeyini təkzib edən hər-hansı sənəd təqdim edilməmişdir. Halbuki, vergi ödəyicisinə müvafiq məktubla həmin sənədlərin təqdim edilməsi bildirilmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Habelə, iddiaçı məhkəməyə alış aktları təqdim etmişdir. Həmin alış aktları ilə b ağlı bildirilməlidir ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə əsasən, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: - kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; -əlvan və qara metal qırıntılarının qəbulu; - utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; - xam dərinin tədarükü (alışı). Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş alış aktları xərc sənədləri kimi tanınmamaqdadır. Əlavə olaraq bildirilməlidir ki, iddiaçının məhkəməyə təqdim etdiyi alış aktını aldığı X4 vergi ödəyicisi olduğu (VÖEN: **********; VÖEN-nin verilmə tari xi: 23 may 2006) müəyyən edilmişdir. Beləliklə iddia rədd edilməlidir.
7. Bakı İnzibati Məhkəməsinin 6 may 2021-ci il tarixli, 2-1(112)-239/2021 nömrəli qərarı (hakim: X1) ilə iddia təmin edilmiş, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli qərar ləğv edilmiş və həmin qərara əsasən hesablanmış ümumilikdə 14853.67 manat əlavə vergi məbləğinin azaldılması öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 13 iyun 2019-cu il tarixli uyğunsuzluq məktubu göndərildikdən sonra, iddiaçı (vergi ödəyicisi) tərəfindən 19 iyun 2019-cu il tarixli məktubla vergi orqanına müraciət edilərək, yaranmış fərq məbləğinin səbəbinin malların vergi ödəyicisi kimi qeydiyyata alınmamış şəxslərdən satın alınması və tələb olunduğu təqdirdə bu əməliyyatlarla bağlı sənədlərin təqdim ediləcəyinin bildirilməsinə baxmayaraq, cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərini pozaraq, işin faktiki və hüquqi hallarını düzgün araşdırmamış, iddiaçının sənədlərinə qiymət vermədən əsassız olaraq iş üzrə mübahisəli “Vergilərin, sosial sığorta haqlarının hesablanması barədə” **********966600 nömrəli, 23 iyul 2019-cu il tarixli qərarı qəbul etmişdir. Cavabdehin dəlillərinə münasibət olaraq məhkəmə qeyd etmişdir ki, barəsində alış aktı tərtib edilməli olan malların siyahısı “Nağdsız hesablaşmalar haqqında” Qanunu ilə məhdudlaşdırılmış, Qanunun 3.5-ci maddəsində yalnız nağd qaydada satın alınmasına yol verilən malların dairəsi müəyyən edilmişdir. Bundan ə lavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 30 yanvar 2017-ci il, 3 fevral 2017-ci il, 5 fevral 2017-ci il və 10 mart 2017-ci il tarixli alış aktları, “Malların alış aktı”nın xüsusi forması təsbit edilməzdən əvvəl (30 iyul 2017-ci il tarixdən) tərtib edilmiş və həmin dövrdə bu əməliyyatları rəsmiləşdirmək üçün qanunla müəyyən edilmiş hər hansı imperativ sənəd forması mövcud olmamışdır. 30 iyul 2017-ci il tarixdə təsdiq edilmiş forma isə iddiaçı tərəfindən tərtib edilmiş forma ilə eynilik təşkil edir. Həmçinin malın satıcı X11 tərəfindən VÖEN-in təqdim edilməməsi iddiaçının təqsiri ucbatından olmamış, malın alıcı olan İddiaçı MMC A.Talıbovun özünü təqdim etməsindən asıl olaraq qanunla üzərinə düşmüş öhdəliyi yerinə yetirərək həmin şəxslə apardığı əməliyyatı müvafiq alış aktı ilə rəsmi ləşdirmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddiaçıya iş üzrə mübahisəli qərarla vergi məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmayaraq, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən, mübahisəli qərar əsassız olmaqla ləğv edilməlidir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 2-1(103)-2183/2021 nömrəli qərarı (hakimlər: X17 (sədrlik edən və məruzəçi) X6 və X2) ilə Bakı İnzibati Məhkəməsinin 6 may 2021-ci il tarixli qərarı ləğv edilmi ş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vergi ödəyicisi tərəfindən 2017ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən ümumi gəlirlər 582.360,44 manat, gəlirdən çıxılan xərclər 573.520,80 manat, vergiyə cəlb olunan mənfəət 8839,64 manat göstərilməklə 1767,93 mənfəət vergisi hesablanmışdır. Aparılmış araşdırmalar zaman baza məlumatlarına əsasən bəyannamənin xərclər hissəsində göstərilən xərc məbləğinin 74.268,38 manat hissəsinin təsdiqini tapmadığı müəyyən edilmişdir. Belə ki, kameral yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üzrə idxal edilmiş ümumi dəyəri 231307,0 manat olan mallar, depozit hesabından aparılan məxaric əməliyyatlarına əsasən müəyyən edilmiş 3961,39 manat dəyərində alınmış mallar, 2016-cı il sonuna qalıq kimi göstərilmiş 394.555,67 manat dəyərində mallar və 2017-ci ilin sonuna qalan 156.627,68 manat dəyərində mallar nəzərə alındıqda vergi ödəyicisi tərəfindən göstərilmiş xərc məlumatlarında əks olunmuş 541.612,6 manat malın dəyəri hissəsində xərcin təsdiq olunmadığı aşkar edilmişdir. Vergi orqanı tərəfindən vergi ödəyicisinə 13 iyun 2019-cu il tarixli, **********608200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. İddiaçı isə əksinə 19 iyun 2019-cu il tarixdə vergi orqanına ünvanlanmış məktubla malların vergi ödəyicisi kimi qeydiyyata alınmamış şəxslərdən satın alınması və təl əb olunduğu təqdirdə bu əməliyyatlarla bağlı sənədlərin təqdim edilməsini bildirmişdir və hər hansı sənəd təqdim edilməmişdir. Bundan başqa, kollegiya qeyd etmişdir ki, 30 yanvar 2017-ci il tarixli X13 ilə 1 ədəd, 27.800.00 manat dəyərində Subaru 3.0 turbo mühərrikin satın alınması ilə bağlı, 3 fevral 2017-ci il tarixli X7 ilə 1 ədəd, 12.500.00 manat dəyərində Deutz tonnajlı mühərrikin satın alınması ilə bağlı, 5 fevral 2017-ci il tarixli X12 ilə 1 ədəd, 2400.00 manat dəyərində Sailov VHF simsiz radio və 1 ədəd, 3200.00 manat dəyərində Simrad GPS-in satın alınması ilə bağlı, 10 mart 2017-ci il tarixli X10 ilə İddiaçı MMC-in direktoru X5 arasında 1 ədəd, 11500.00 manat dəyərində iki oxlu ağır tonnajlı qoşqunun satın alınması ilə bağlı tərtib olunmuş malların alış aktlarının cəmi məbləği 5 7.400 manat təşkil edir. Qeyd olunan alış aktları sübut kimi qəbul edilsə belə, 74.268.38 manat dəyərində xərcləri tam təsdiq edən sənəd kimi qəbul etmək olmaz. Eyni zamanda, apellyasiya şikayətinə etirazda iddiaçı göstərmişdir ki, ən yaxşı halda iddia tələbi qismən – mübahisləndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli qərar əsasında hesablanmış 14853,67 manat əlavə vergi məbləğinin 3373.68 manat hissədə 74.26857.400=16868.38*20%) qüvvədə saxlanılması, qalan hissədə (11479.99 manat hissədə) ləğv edilməsi ilə nəticələnə bilərdi. Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən, vergi ödəyicisinin hesablamaları səhv olduğunda sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. Vergi orqanının hesabl amaları səhv olduğunda sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. İddiaçı mübahisələndirdiyi qərarın əsassız olması ilə bağlı hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Beləliklə, vergi orqanı tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi alış aktlarını mötəbər sübut qismində qəbul etməmiş, lakin qərarda bununla bağlı hər hansı əsaslandırma aparmamışdır. Qeyd edilməlidir ki, 57.400 manat dəyərində xərclərə dair sənədlər (alış aktları) sübut qismində qəbul edilərsə, bu məhkəmənin qeyd etdiyi kimi 74.268.38 manat xərcləri tam əhatə etməsə də, mübahisələndirilən qərarın 11480 manat vergilərin hesablanması hissəsində (57.400 * 20% = 11480 manat) əsassız olmasını göstərən əhəmiyyətli dəlildir. Göründüyü kimi, məhkəmə iş materiallarına əlavə edilmiş 57.400 manat dəyərində alış aktlarını hər hansı əsas olmadığı halda, sübut qismində qəbul etməmiş və qərarda buna dair hər hansı əsaslandırma aparmamışdır. Halbuki, İPMnin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş alış aktlarının həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi və iş materiallarında onların həqiqliyini təkzib edəcək hər hansı sübut olmadığı halda, məhkəmə həmin xərc sənədlərini mötəbər sübut qismində nəzərə almamış, nəzərə almamasına dair hər hansı əsaslandırma aparmamış və yekunda iddiaçının hüquqlarını pozan əsassız qərar qəbul etmişdir.
14. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr ol duqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Sadalanan normalardan aydın olduğu kimi, qanunverici, vergi orqanı tərəfindən qəbul edilmiş qərarın əsaslı olmasını sübut etmək vəzifəsini iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə qoymuşdur ki, məhkəmənin həmin vəzifəni iddiaçının üzərinə qoyma təşəbbüsü qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsinə etirazda göstərilənlər təşkil edir. Bundan əlavə etirazda qeyd edilmişdir ki, verg i ödəyiciləri arasında hansı halda malların nağd qaydada aparılan əməliyyat kimi nəzərə alınması “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində əks etdirilmişdir. Belə ki, qeyd olunan əməliyyatlara qanunla kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu, xam dərinin tədarükü (alışı) aid edilmişdir. X3 ilə iddiaçı arasında tərtib edilmiş alış aktı adı çəkilən əməliyyatlardan hər hansı birinə aid olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: (yoxlamanın aparıldığı anda qüvvədə olan redaksiya) Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;... 23.1.2. Vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlu matlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2- 1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.3. Ka meral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.
17. Vergi Məcəlləsinin 68-ci maddəsinin tələblərinə əsasən bu məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. 18. “İnzibati icraat haqqında” qanun: Maddə 24.1. İnzibati orqan inzibati icra at zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz
19. İnzibati Prosessual Məcəllənin 12.1-ci və 58.7-ci maddələrinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
20. Avropa Məhkəməsinin Potocka və digərləri Polşaya qarşı iş üzrə qərarına əsasən qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıd ır.
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya inst ansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
25. Qərarının 14-15-ci bəndlərində qeyd edilən kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab edir. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən araşdırmalar zamanı baza məlumatlarına əsasən bəyannamənin xərclər hissəsində göstərilən xərc məbləğinin 74.268.38 manat hissəsinin təsdiqini tapmadığı müəyyən edilmiş və qeyd olunan fərq məbləği ilə bağlı vergi ödəyicisinə 13 iyun 2019-cu il tarixli, **********608200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə göndərilməmiş, 19 iyun 2019-cu il tarixdə vergi orqanına ünvanlanmış məktuba əsasən baza məlumatlarına əsasən 742268.38 manat məbləğində sənədlərdə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin fərqinin səbəbi kimi 2017-ci il ərzində müəssisənin vergi ödəyicisi kimi qeydiyyata alınmamış fiziki şəxslərdən malların satın alınması göstərilmiş, eləcə də, məktubda tələb olunduğu halda bu əməliyyatlarla bağlı sənədlərin təqd im ediləcəyi göstərilmişdir.
26. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə İddiaçı MMC-yə 2017-ci il üzrə 14.853.67 manat mənfəət vergisi hesablanmışdır.
27. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən kameral yoxlamanın aparılması zamanı vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan müddətə riayət edilib-edilməməsinə qiymət verməmişdir. Məhkəmə iddiaçı tərəfindən həmin aylar üzrə bəyannamənin (və ya sonuncu dəqiqləşmiş bəyannamənin) nə vaxt təqdim edildiyini müəyyən etməmiş və vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan müddətə ria yət edilib-edilməməsini araşdırmamışdır.
28. Belə ki, Vergi Məcəlləsinin 68-ci və 37.2-ci maddələrinin tələblərinə əsasən bu məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Vergi bəyannaməsi vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilə bilər.
29. Həmçinin aparılmış kameral yoxlama zamanı cavabdeh inzibati orqan inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət etməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2 4-cü maddəsində təsbit olunmuş inzibati icraatda işin hallarının obyektiv araşdırılması prinsipinə görə, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması inzibati orqanın xidməti vəzifəsinə aiddir. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Bundan əlavə, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir və inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan vergi ödəyicisi tərəfindən 19 iyun 2019-cu il tarixdə vergi orqanına ünvanlanmış məktubda qeyd etdiyi hallar barədə araşdırma aparmamışdır.
30. Apellyasiya instansiyası məhkəməsi 30 yanvar 2017-ci il tarixli X13 ilə 1 ədəd, 27800.00 manat dəyərində Subaru 3.0 turbo mühərrikin satın alınması ilə bağlı, 3 fevral 2017-ci il tarixli X7 ilə 1 ədəd, 12500.00 manat dəyərində Deutz hidrovlik mühərrikin satın alınması ilə bağlı, 05 fevral 2017-ci il tarixli X12 ilə 1 ədəd, 2400.00 manat dəyərində Sailov VHF simsiz radio və 1 ədəd, 3200.00 manat dəyərində Simrad GPS-in satın alınması ilə bağlı, 10 mart 2017-ci il tarixli X10 ilə "xxxx" MMC-in direktoru X5 arasında 1 ədəd, 11500.00 manat dəyərində iki oxlu ağır tonajlı qoşqunun satın alınması ilə bağlı tərtib olunmuş malların alış aktları barədə araşdırma aparmamış, onların mötəbərliliyin müəyyən etmədən iş üzrə qərar qəbul etmişdir.
31. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 30 yanvar 2017-ci il, 3 fevral 2017-ci il, 5 fevral 2017-ci il və 10 mart 2017-ci il tarixli alış aktları, “Malların alış aktı”nın xüsusi forması təsbit edilməzdən əvvəl (30 iyul 2017-ci il tarixdən) tərtib edilmiş və həmin dövrdə bu əməliyyatları rəsmiləşdirmək üçün qanunla müəyyən edilmiş hər hansı imperativ sənəd forması mövcud olmamışdır. 30 iyul 2017-ci il tarixdə təsdiq edilmiş forma isə iddiaçı tərəfindən tərtib edilmiş forma ilə eynilik təşkil edir.
32. Hazırkı qərarın 19-cu və 20-ci bəndlərində qeyd olunan prosessual hüquq normalarında və Avropa Məhkəməsinin qərarında təsbit olunmuş işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə pr oses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
33. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid sənədlərin, faktların və digər mübahisəli faktiki ha lların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.
34. Beləliklə, məhkəmə mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən göstərilən hallarla bağlı tam, hərtərəfli araşdırma aparmamış, maddi hüquq normasını düzgün tətbiq etməmiş, bununla da hazırkı qərarın tətbiq edilən hüquq hissəsində göstərilən normaların tələblərini pozmuşdur.
35. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 2-1(103)-2183/2021 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir
36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 21(103)-2183/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin olunmasın. Qərar qətidir.