Məhkəmə qərarları › İş №2-1(102)-689/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-689/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-689/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" İnkişaf Şirkəti, Bakı şəhər İcra Hakimiyyəti və X ətai rayon İcra Hakimiyyəti) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(103)-2857/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının “Fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında” 350 nömrəli xx.xx.1995-ci il tarixli sərəncamına əsasən iddiaçıya Turşu küçəsində 0,06 ha sahədə fərdi ev tikintisinə icazə verilmiş, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli Sərəncamı ilə fərdi yaşayış evi (ümumi torpaq 0,05 ha, yaşayış sahəsi 128 kv.m, köməkçi sahəsi 101,6 kv.m ibarət olan ev) istismara qəbul edil miş, xx.xx.1999-cu il tarixdə “Fərdi yaşayış evinin texniki pasportu” tərtib edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı 000124 nömrəli xx.xx.1999-cu il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Turşu küçəsində yerləşən 23/8 nömrəli fərdi yaşayış evi (4 otaq; ümumi sahə: 243.8 kv.m.) İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır.

2. Digər tərəfdən, xx.xx.1999-cu il tarixli Müqaviləyə əsasən Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli Sərəncamı ilə Turşu küçəsi 23/8 ünvanda ev tikdirən vətəndaş İddiaçı ümumi sahəsi 500 kv.m olan müddətsiz istifadə etmək hüququ əsasında torpaq sahəsi verilmişdir.

3. İddiaçı ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əm lakın dövlət reyestrində qeydə alınması məqsədi ilə cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə "xxxx" İnkişaf Şirkətinə ayrılmış ümumi ərazi daxilində yerləşdiyindən, ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020 il tarixli **********77 saylı cavab məktubunun qanunsuz hesab olunması və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995 il tarixli 350 saylı sərəncamı ilə ona fərdi ev tikintisi üçün ayrılmış Bakı şəhəri, Turşu küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrin də qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu ildən sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. Cavabdeh imtina məktubunda "xxxx" şirkətinə ayrılmış torpaq sahəsi ilə iddiaçının torpaq sahəsinin üst-üstə düşdüyünü qeyd etsə də, həmin şirkətə torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlər, o cümlədən torpaq sahəsi üzərində şirkətin hüquqlarının qeydə alınması barədə məlumat məktubda əks etdirilməmiş, nə də şirkət tərəfindən ötən müddət ərzində torpaq sahəsinin həmin şirkətə ayrılması barədə məlumat iddiaçıya bildirilməmişdir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasları ilə imtinanın əsasları eyni olmuş, əlavə olaraq qeyd ed ilmişdir ki, Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 350 nömrəli sərəncamında 0.05 ha torpaq sahəsi, texniki pasportda isə 725 kv.m (həqiqi sahə) torpaq sahəsinin ayrılmasının qeyd olunmasına baxmayaraq, iddia ərizəsində 0.06 ha torpaq sahəsinin qeydə alınması xahiş edilmişdir.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/4101 nömrəli Ekspert rəyinə əsasən, iddiaçının faktiki istifadəsində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına tərtib edilmiş 30/547 saylı, xx.xx.1999-cu il tarixli texniki pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim E.Əliyev) 24 may 2022-ci il tarixli, 2-1(112)507/2022 nömrəli qərarı ilə iddi a təmin edilərək Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 350 saylı sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Turşu küçəsində ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqların İddiaçı adına dövlət reyestrindən qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, cavabdehin imtina dəlilləri əsassızdır. Belə ki, “qeyd olunan torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə "xxxx" İnkişaf Şirkətinə ayrılmış ümumi ərazi daxilində yerləşir” dəlilinə istinadən imtina əsası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ndə hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmək üçün nəzərdə tutulan əsaslar sırasında müəyyən olunmamışdır. Bundan əlavə, Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 350 nömrəli sərəncamında torpaq sahəsinin ölçüsü 0.05 ha deyil 0.06 ha göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/4101 nömrəli Ekspert rəyində isə göstərilmişdir ki, iddiaçının faktiki istifadəsində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına tərtib edilmiş 30/547 saylı, xx.xx.1999-cu il tarixli texniki pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir.” Həmçinin, qeyd edilən dəlillər (sənədlər arasında olan ölçü fərqləri) iddiaçının iradəsindən irəli gələn hallar deyil və bunun aradan qaldırılması cavabdehin özünün səlahiyyətləri daxilindədir. Belə hallar hüquqların qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz.

10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(103)-2857/2022 nömrəli qərarı (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqanın imtinasının araşdırılması məqsədilə apellyasiya baxışı zamanı verilmiş məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 262 nömrəli 11 iyun 2007-ci il tarixli Sərəncamından və onun verilməsinə əsas olan sənədlərdən görünür ki, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə yeni yaşayış ünvanları və ictimai obyektlər massivinin layihələndirilməsi və tikintisi məqsədilə "xxxx" Azərbaycan İnkişaf Şirkətinə icazə verilmişdir. Qeyd edilən sərəncam 2007-ci il tarixli olmaqla yəni hazırda iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənədin tarixindən 12 il sonraya aid olmaqla təyinatı məhz müvafiq ərazidə layihələndirilmə və tikint i işlərinin həyata keçirilməsi ilə bağlıdır. Hazırda isə iddiaçının istinad etdiyi və onun barəsində mövcud olan, ləğv edilməmiş, dəyişdirilməmiş və qüvvədən düşməmiş inzibati aktın (sərəncamın) təyinatı isə məhz fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması ilə bağlıdır. İşin hallarından da göründüyü kimi iddiaçı həmin sərəncam əsasında ona ayrılmış 0,06 ha torpaq sahəsinə həmin vaxtdan sahiblik və istifadə edərək, torpaq sahəsinin təyinatına uyğun üzərində ev tikmiş və bugünkü günədək həmin ev onun mülkiyyətində olmaqla orada yaşayır. "xxxx" Azərbaycan İnkişaf Şirkətinə müvafiq səlahiyyət verən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 262 nömrəli 11 iyun 2007-ci il tarixli Sərəncamı aid olduğu ərazilərdə mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilməz, hazırki halda isə mülkiyyət hüququnun qeydiyyata alınmasına maneə ola bilməz. Həmin sərəncamın 1.2-ci bəndində də qeyd edilmişdir ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən Şirkətə həvalə edilmişdir. Deməli, sərəncamın icrası çərçivəsində Şirkət mülkiyyət hüquqları qeydiyyata alınmış iddiaçının tikilisinin sökülməsi, köçürülməsi və vəsaitin ödənilməsini qanunvericilik çərçivəsində həll edəcəkdir.

13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində cavabdeh imtinadakı və iddia tələbinə qarşı verdiyi etirazdakı dəlilləri təkrarlamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüqu q bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

16. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin e dilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çə rçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yal nız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Bununla belə, məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. İşin apellyasiya instansiya məhkəməsi tə rəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh inzibati orqan müraciətin təminindən imtina etmişdir. İmtinanın həmçinin, məhkəmə icraatı zamanı etirazın və kassasiya şikayətinin əsasları: 1) elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə "xxxx" İnkişaf Şirkətinə ayrılmış ümumi ərazi daxilində yerləşməsi; 2) torpaq sahəsinin hüquqmüəyyənedici sənəddə 0.05 ha təşkil etməsi ilə bağlı olmuşdur.

24. Məhkəmə kollegiyası kassasiya şikayətinin “qeyd olunan torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə "xxxx" İnkişaf Şirkətinə ayrılmış ümumi ərazi daxilində yerləşir” dəli li ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, göstərilən əsas «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmək üçün nəzərdə tutulan əsaslar sırasında müəyyən olunmamışdır.

25. Belə ki, cavabdeh inzibati orqanın imtinasının araşdırılması məqsədilə apellyasiya baxışı zamanı verilmiş məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 262 nömrəli 11 iyun 2007-ci il tarixli Sərəncamından və onun verilməsinə əsas olan sənədlərdən görünür ki, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazi də yeni yaşayış ünvanları və ictimai obyektlər massivinin layihələndirilməsi və tikintisi məqsədilə "xxxx" Azərbaycan İnkişaf Şirkətinə icazə verilmişdir.

26. Qeyd edilən sərəncam 2007-ci il tarixli olmaqla yəni hazırda iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənədin tarixindən 12 il sonraya aid olmaqla təyinatı məhz müvafiq ərazidə layihələndirilmə və tikinti işlərinin həyata keçirilməsi ilə bağlıdır. Hazırda isə iddiaçının istinad etdiyi və onun barəsində mövcud olan, ləğv edilməmiş, dəyişdirilməmiş və qüvvədən düşməmiş inzibati aktın (sərəncamın) təyinatı isə məhz fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması ilə bağlıdır.

27. İşin hallarından da göründüyü kimi iddiaçı həmin sərəncam əsasında ona ayrılmış 0,06 ha torpaq sahəsinə həmin vaxtdan sahiblik və istifadə ed ərək, torpaq sahəsinin təyinatına uyğun üzərində ev tikmiş və bugünkü günədək həmin ev onun mülkiyyətində olmaqla orada yaşayır. "xxxx" Azərbaycan İnkişaf Şirkətinə müvafiq səlahiyyət verən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 262 nömrəli 11 iyun 2007-ci il tarixli Sərəncamı aid olduğu ərazilərdə mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilməz, hazırki halda isə mülkiyyət hüququnun qeydiyyata alınmasına maneə ola bilməz. Həmin sərəncamın 1.2-ci bəndində də qeyd edilmişdir ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən Şirkətə həvalə edilmişdir. Deməli, sərəncamın icrası çərçivəsində Şirkət mülkiyyət hüquqları qeydiyyata alınmış iddiaçının tikilisinin sökülməsi, köçürülməsi və vəsaitin ödənilməsini qanunvericilik çərçivəsində həll edəcəkdir.

28. Kassasiya şikayətinin digər bir dəlili torpaq sahəsinin ölçüsü ilə bağlı uyğunsuzluğun mövcud olması ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı sərəncamda qeyd edilmiş 600 kvm hissəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Digər bir tərəfdən cavabdeh inzibati orqan birinci instansiya məhkəməsində icraat zamanı etirazında iddiaçının istinad etdiyi Xətai rayon icra hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 350 nömrəli sərəncamında torpaq sahəsinin 0,05 ha olduğunu qeyd etmişdir. Bununla bağlı da məhkəmə kollegiyası bir daha nəzərə çatdırır ki, təsdiqlənmiş surəti arxiv idarəsindən təqdim edilmiş və hazırki günədək qüvvədə olan Xətai rayon icra hakimiyyəti Başçısının xx.xx.1995-ci il tari xli 350 nömrəli sərəncamında ayrılan torpaq sahəsinin ölçüsü dəqiq olaraq 0,06 ha kimi qeyd edilmişdir.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 21(103)-2857/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar