Məhkəmə qərarları › İş №2-1(102)-69/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-69/2020

11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-69/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-69/2020 Bakı şəhəri xx xxxxxx 2020-ci il Açar sözlər: orta aylıq əmək haqqının hesablanmasında Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı iştirak etmiş şəxslərə ödənilmiş 4 qat məbləğin nəzərə alınması; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elg ün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinin vəkili Vəkil iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinin vəkili Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2254/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon Şöbəsinə qarşı (bundan sonra mətndə ca vabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1990-cı il tarixli, 577 saylı qərarına əsasən, xx xxxxxxx 1986-cı il tarixədək (16 gün) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 297.00 rublun 4 qat məbləğ 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə xx xxxxxx 2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etməklə ciddi şüalanmaya məruz qalmışdır və nəticədə ikinci qrup ÇAES əl ili olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1991-ci il tarixli, 577 saylı qərarına əsasən, o, əmək haqqının 4 misli miqdarında mükafat almış, lakin həmin vəsait onun əmək pensiyasının hesablanması zamanı nəzərə alınmamışdır. Halbuki, əmək pensiyası hesablanan zaman onun dördqat əmək haqqı nəzərə alınmalı və Çernobılda olduğu günlərin sayına bölünməklə 25.4-ə vurulmalı idi. Bununla bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə onun tələbinin təmin olunmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)3241/2019 saylı qərarı ilə (hakim Tahirə Əsədova) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, pensiya haqqında əvvəll ər qüvvədə olmuş qanunvericiliyin tələblərinə görə, Çernobıl AES-də işləmiş şəxslərin əmək pensiyası onların aldıqları əmək haqqının 4 qat misli əsas götürülməklə təyin olunur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2254/2019 saylı qərarı ilə (sədrlik edən Afaq Nuriyeva, hakimlər Valeh Ağayev və Ülvi Mayılov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları təkrarlamış və əlavə olaraq bildirmişdir ki, qanunvericilik Çernobıl AE S qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara əmək haqqının dördqat məbləğində mükafatın ödənilməsini və əmək haqqında pensiyanın hesablanması zamanı həmin dördqat mükafat məbləğinin vətəndaşın Çernobıl AES-də olduğu günlərin sayına bölünməklə 25,4-ə vurulmasını müəyyən etmişdir. Lakin, cavabdeh iddiaçıya əmək pensiyası təyin edən zaman qanunvericiliyin qeyd olunan göstərişini nəzərə almamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 27, 32.2, 37.7, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 71, 80, 81, 83.2, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157, “Vətəndaşların bəzi kateqoriyalarına pensiyaların hesablanması Qaydaları”nın 2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, əmək pensiyaları haqqında qanunvericiliyin qüvvədə olan tələbləri əmək pensiyasının hesablanması zamanı orta aylıq əmək haqqında istinad olunmasını istisna etmiş və vətəndaşın ümumi iş stajının hər ili üçün müəyyən pensiya kapitalı əsasında hesablanmasını müəyyən etmişdir. Bu səbəbdən, iddiaçının 12 il sığorta stajı nəzərə alınmaqla 195,76 manat əmək pensiyası təyin olunmuşdur. Lakin, məhkəmə işin faktiki hallarını lazımi qaydada araşdırmamış və gəldiyi nəticəni hüquqi əsaslandırmamışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 25, 27.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı xx xxx 1968-ci il tarixdə Şəmkir şəhərində doğulmuşdur (xxx5 №-li Şəxsiyyət Vəsiqəsi). İddiaçı xx xxxxxxxx 1985–xx xxxx 1986-cı ilə qədər və xx xxxx 1988-ci ildən xx xxxxxx 1992-ci ilə qədər Sumqayıt xxx2 Zavodunda, xx xxxxxx 1992-ci ildən xx xxxxxx 2002-ci ilə qədər «xxx4» SC «xxx5» kiçik müəssisəsində işləmişdir. İddiaçı xx xxx 1986-cı ildən xx xxxx 1988-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçı xx xxxxxxx 1986-cı ildən xx xxxxxx 1986-cı ilə qədər Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir (Sumqayıt şəhər Hərbi Komissarlığının Arayışı). İddiaçı Çernobıl AES-də qəzanın ləğvi ilə ələqadar 1992-ci ilin iyul ayı üçün əmək haqqının 4 qat misli məbləğində, yəni 29 700 rubl ödənilmişdir («xxx4» SC «xxx5» kiçik müəssisəsinin 28 №-li xx xxxxx 1993-cü il tarixli arayışı). Cəlilov X1 AES-dəki qəzanın ləğvi ilə əlaqədar əlil olduğuna görə xx xxxxx 1993-cü ildən DSMF-nin Sumqayıt şəhər Şöbəsi tərəfindən əmək pensiyası təyin edilmişdir. İddiaçı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1990-cı il tarixli 577 №-li qərarına əsasən Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı ödənilmiş 4 qat məbləğin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması ilə bağlı DSMF-nun Yasamal rayon Şöbəsinə xx xxxx 2019-cu il tarixdə ərizə ilə müraciət etmişdir. DSMF-nun Yasamal rayon Şöbəsi tərəfindən həmin halın araşdırılması üçün DSMF-nun Sumqayıt şəh ər Şöbəsinə sorğu verilmişdir. DSMF-nun Sumqayıt Şəhər Şöbəsi tərəfindən araşdırılma aparılmış və bununla bağlı olaraq xx xxxx 2019-cu il tarixli Akt tərtib olunmuşdur. Həmin Aktla müəyyən olunmuşdur ki, iddiaçı xx xxxxxxxx 1985-ci ildən xx xxxxxx 1992-ci il tarixə qədər «xxx2» zavodunda müxtəlif vəzifələrdə işləmişdir. Əmək kitabçasına əsasən xx xxxxxx 1992-ci ildən xx xxxx 1993-cü ilə qədər «xxx5» kiçik müəssisəsində işləmişdir. Lakin, «xxx5» kiçik müəssisəsinin arxiv sənədləri zavoda təhvil verilmədiyi üçün işləmə faktı və əmək haqqlarını yoxlamaq mümkün olmamışdır. “xxx4” Səhmdar Cəmiyyətinin “xxx5” kiçik müəssisəsinin 28 saylı, xx xxxxx 1993-cü il tarixli arayışdan görünür ki, iddiaçı Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmiş və qüvvədə olan qanunvericili yə əsasən 1992-ci ilin iyul ayından əmək haqqının 4 qat misli məbləğində 29700 (iyirmi doqquz min yeddi yüz) rubl ona ödənilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmam ışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə pensiya haqqında əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələblərinə görə, Çernobıl AES-də işləmiş şəxslərin əmək pensiyası onların aldıqları əmək haqqının 4 qat misli əsas götürülməklə təyin olunur. Habelə, qanunvericiliklə Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara əmək haqqının dördqat məbləğində mükafatın ödənilməsini və əmək haqqında pensiyanın hesablanması zamanı həmin dördqat mükafat məbləğinin vətəndaşın Çernobıl AES-də olduğu günlərin sayına bölünməklə 25,4-ə vurulmasını müəyyən edilmişdir. Bu mövqeyi mübahisələndirən cavabdeh hesab etmişdir ki, əm ək pensiyaları haqqında qanunvericiliyin qüvvədə olan tələbləri əmək pensiyasının hesablanması zamanı orta aylıq əmək haqqında istinad olunmasını istisna etmiş və vətəndaşın ümumi iş stajının hər ili üçün müəyyən pensiya kapitalı əsasında hesablanmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən dəlillə razılaşmadığını qeyd edir. İşin hallarından göründüyü kimi, iddiaçıya pensiya xx xxxxxx 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul edilmədən əvvəl təyin edilmişdir. Həmin müddətdə əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunununda aşağıdakı qaydalar müəyyən edilmişdir: - 71-ci maddəyə əsasən, pensiyalar respublika üzrə müəyyən edilmiş şərti maliyyə vahidi və mü raciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır; - 73-cü maddəsinə əsasən, mövcud qaydalara görə sığorta haqları hesablanan əmək haqqının və mükafatın bütün növləri, o cümlədən əvəzçiliyə, istirahət və bayram günlərində işə, iş vaxtından əlavə işə görə və mülki hüquq müqavilələri üzrə verilən əmək haqqı pensiya hesablanarkən gəlirin ümumi məbləğinə daxil edilir. Bu zaman birdəfəlik ödənclər (istifadə edilməyən məzuniyyətə görə pul əvəzi, iş dənçıxma müavinəti və s.) nəzərə alınmır; - 78-ci maddəsinə əsasən, pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı(Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır; - 80-ci maddəyə əsasən, pensiya almaq hüququ olan şəxslərə iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar aid edilmişdir: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər. Sadalanmış müddəaların tələblərindən göründüyü kimi, pensiyanın orta aylıq əmək haqqından faiz nisbi ilə hesablanması müəyyən edilmişdir. Orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənclərə sığorta haqları hesablanan bütün gəlirlər aid edilmişdir. Xüsusi qayda kimi isə gəlirlərə birdəfəlik ödənclərin aid edilməməsi və pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindənartıq olmayan orta aylıq əmək haqqının nəzərə alınması qeyd edilmişdir. xx xxxxxx 2006-cı ildə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində əmək pensiyasının baza, sığorta və yığım hissələrindən ibarət olduğu müəyyən edilmişdir. Həmin Qanunun 26-cı maddəsində “Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: - 26.1-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəş tlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir; - 26.2-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğindən aşağı o lduqda, əmək pensiyasının yeni məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğinə bərabər tutulur. Maddələrin tələblərindən göründüyü kimi, xx xxxxxx 2006-cı il tarixindən əvvəl hesablanmış pensiya məbləğlərinin yenidən hesablanması qaydasına uyğun olaraq onların baza və sığorta hissələrinin müəyyən edilməsi zəruri olmuşdur. Yenidən hesablama aparıldıqda isə əvvəl hesablanmış pensiya məbləğinin ümumi məbləğinin dəyişdirilmədən saxlanılması bir halda, digər halda isə ümumi məbləği baza hissəsinin məbləğindən aşağı olduqda, əmək pensiyasının yeni məbləği əmək pensiyasının baza hissəsinin məbləğinə bərabər tutulması müəyyən edilmişdir. İstinad edilən maddəyə “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi b arədə” Azərbaycan Respublikasının xx xxxxxx 2007-ci il tarixli Qanunu ilə dəyişiklik edilərək 26.2-ci maddəsi yeni redaksiyada verilmiş, əvvəlki 26.2-ci maddəsi isə 26.3-cü maddəsi kimi hesab edilmişdir. Aşağıdakı yeni qaydalar müəyyən edilmişdir: - 26.2-ci maddəsinə əsasən, bu qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Maddənin məzmunundan göründüyü kimi, xx xxxxxx 2006-cı il tarixinə qədər təyin edilmiş pensiyaların orta aylıq əməkhaqqına məhdudiyyət nəzərə alınmadan yenidən hesablanması müəyyən edilmişdir. Yeni qaydaya görə əməkhaqqının tam məbləği əsas götürülməklə hesablanması və onun xx xxxxxx 2008-ci il tarixindən tətbiq edilməsi nəzərdə tutulmuşdur. İddiaçı hesab etmişdir ki, bu dövrdə onun pensiyası üzrə yenidən hesablama aparıldıqda orta aylıq əmək haqqı hesablanarkən onun Çernobıl qəzası nəticəsində əlil olduğu üçün aldığı tarif dərəcəsinin 4 qat məbləğində pul ödənişləri nəzərə alınmamışdır. Aşağı instansiya məhkəmələri əsaslı olaraq iddiaçının orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmalı olan məbləğə həmçinin onun aldığı tarif dərəcəsinin 4 qat məbləğinin də hesablanmalı olduğu nəticəsinə gəlmişdirlər. Çünki yuxarıda istinad edilmiş qanunvericiliyin tələblərinə əsasən, sığorta haqları hesablanan həmin ödənişlər gəlirin ümumi məbləğinə daxil edilməlidir. Yalnız birdəfəlik ödənclərin (istifadə edilməyən məzuniyyətə görə pul əvəzi, işdənçıxma müavinəti və s.) həmin məbləğlərə daxil edilməməsi qanunvericlikdə əks olunmuşdur. Cavabdehin bildirdiyi əsas isə qanunvericiliyin zamana görə tətbiqi ilə əlaqədardır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixli Qanunu qəbul edilmiş və həmin qanunun 8-ci bəndi ilə yuxarıda istinad edilmiş 26.2-ci maddə və həmin maddənin «Qeyd» hissəsi çıxarılmış, 26.1 və 26.3-cü maddələr isə dəyişdirilmədən saxlanılmışdır. Qanunvericilikdə aparılmış bu dəyişiklik yalnız onu ehtiva etmişdir ki, 2006-cı il 1 yanvar tarixinə qədər təyin edilmiş pensiya məbləğləri orta aylıq əmək haqqının tam məbləği əsasında hesablanması xx xxxxxx 2008-ci il tarixindən nəzərdə tutulmuş və ümumi məbləğlərin dəyişdirilmədən saxlanılması, yalnız baza və sığorta hissəsi dəyişdikdə isə, onun yalnız artırılması müəyyən olunmuşdur. xx xxxxxxx 2009-cu il tarixli Qanunla «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə də dəyişikliklər edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə münasibətdə həmin maddəyə həm apellyasiya məhkəməsinin, həm də cavabdehin istinadı düzgün olmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 27ci maddəsi xx xxxx 2017-ci il tarixinədək olan redaksiyasında “Qanunun qüvvəyə mindiyi günədək qazan ılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydalarını” tənzimləmişdir. Həmin maddələrin tələbləri xx xxxxxx 2006-cı ilədək pensiya təyin edilməmiş şəxslərə münasibətdə onların pensiya hüquqularının təmin edilməsi üçün zəruri olan əmək stajının, əmək haqqının, sosial sığorta göstəricilərin Qanunun müddəalarına əsaəsn şərti çevrilməsi qaydalarını tənzimləmişdir. Halbuki, işin hallarından göründüyü kimi, iddiaçıya pensiya xx xxxxxx 2006-cı il tarixindən əvvəl təyin edildiyindən, pensiyanın yenidən hesblanması üçün xüsusi olaraq nəzərdə tutulmuş həmin Qanunun 26-cı maddəsinin tələbləri yuxarıda göstərilmiş qaydada tətbiq edilməli idi. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəm əsinin qərarı əsaəsn qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə F ondunun Bakı şəhər Yasamal rayon Şöbəsinin vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2254/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar