Məhkəmə qərarları › İş №2-1(102)-69/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-69/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-69/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın dayandırılması qərarının ləğvi, ailə başçısını itirməyə görə pensiya təyin edilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı X1 vəkili X14 və nümayəndəsi X5, Cavabdeh X12 rayon şöbəsinin vəkili X7 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(102)2/2018 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açı q məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.1958-ci ildə Qazax rayonu 2-ci Şıxlı kəndində doğulmuş iddiaçı Qazax rayon X6 İcraiyyə Komitəsinin nəzdində pensiya təyin edən komissiyanın xx xxxxxx 1979-cu il tarixli protokolu ilə S.X10 X3 Komitəsinin və SSRİ Nazirlər Sovetinin xx xxxxxxxx 1976-cı il tarixli 093674 saylı qərarına əsasən, uşaqlıqdan İİ qrup əlil kimi xx xxxxxx 1979-cu il tarixindən x xxxxxx 1981-ci il tarixinədək 16 manat miqdarında aylıq pensiya təyin edilmişdir. Tovuz rayonlararası HƏEK-in x xxxxxx 1979-cu il tarixli qərarına əsasən, İddiaçı 21 yaşında uşaqlıqdan əlil hesab edilərək ona İİ qrup əlillik dərəcəsi verilmiş və hər ay üçün nağd olaraq ödənilməklə ömürlük pensiya təyin edilmişdir.

2. Tovuz rayonlararası HƏEK-in xx xxxxxx 1986-cı i l tarixli 014529 saylı rəyindən görünür ki, 1958ci il təvəllüdlü İddiaçı müddətsiz İİ qrup əlillik dərəcəsi müəyyən edilmiş və əlilliyin səbəbi “uşaqlıqdan” qeyd edilərək o, əmək qabiliyyəti olmayan hesab edilmişdir.

3. İddiaçının atası X8 xx.xx.1977-ci il tarixdən 25 il iş stajı ilə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2007-ci ildə vəfat etmişdir.

4. İddiaçının anası X2 xx.xx.1977-ci il tarixdən 20 il iş stajı ilə yaşa görə əmək pensiyası təyin edilmişdir, xx.xx.2011-ci ildə vəfat etmişdir.

5. İddiaçı, 2012-ci ilin xxx anasının pensiyasının ona təyin edilməsi barədə ərizə ilə X12 rayon şöbəsinə müraciət etmiş və həmin vaxt məlum olmuşdur ki, İddiaçı pensiyası dayandırılmışdır.

6. X12 rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2013-cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. xx xxxxxxxx 2012-ci il tarixində həmin şöbədə aparılan inventarizasiya zamanı isə aşkar olunmuşdur ki, İddiaçı xx xxx 1958-ci il tarixində anadan olmaqla Tovuz rayonlararası HƏEK-in rəyinə əsasən x xxxxxx 1979-cu il tarixində, 21 yaşında uşaqlıqdan əlil hesab edilmişdir. Ona görə də x xxx 2012-ci il tarixində pensiya təyinatından imtina edilərək təyin olunmuş 85 manat əmək pensiyasının ödənişi dayandırılmış, artıq ödənilmiş 340 manat vəsait tutularaq şöbənin bank hesabına köçürülmüş və sosial müavinətin davam etdirilməsi üçün müavinət işi Qazax rayon Əhal inin Sosial Müdafiəsi Mərkəzinə qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları

7. İddiaçı xx xxxxxx 2013-cü il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə ərizə müraciət edərək (sonradan tələbin həcmini azaltmaqla), onun pensiyasının dayandırılmasının qanunsuz hesab edilərək cavabdehin qərarının ləğv edilməsini və anası Z.Eyyubovanın öldüyü vaxtdan, yəni xx.xx.2011-ci il tarixdən ona anasının pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, atası H.Eyyubovun öldüyü vaxtdan, yəni xx.xx.2007-ci il tarixdən atasının pensiyasının almaq hüququnun yarandığı vaxtdan (anadan olan uşaqlıqdan 2-ci qrup əlil olduğuna görə) anası Z.Eyyubovanın ölümünə qədər olan pensiyasının ona birdəfəlik ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xah iş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax rayon X6 İcraiyyə Komitəsinin nəzdində pensiya təyin edən komissiyanın xx xxxxxx 1979-cu il tarixli protokolu ilə ona 2-ci qrup əlil kimi xx xxxxxx 1979-cu il tarixdən xx xxxxxx 1981-ci il tarixə kimi 16 manat miqdarında aylıq pensiya təyin edilmişdir. Yəni, ona əlillik dərəcəsi 1979-cu ildə müəyyən edilsə də, həmin qərarla əlilliyin uşaqlıqdan yaranması müəyyən edilmişdir. Azərbaycan Respublikası Tovuz rayonlararası HƏEK-nın qərarına əsasən iddiaçı xx.xx.1979-cu il tarixdə 21 yaşında uşaqlıqdan əlil hesab edilmiş, ona uşaqlıqdan əlil olan ikinci qrup əlillik dərəcəsi verilmiş və buna görə də ona hər ay nağd olaraq dövlət orqanları tərəfindən ömürlük pensiya təyin edilmişdir. İddiaçının uşaqlıqdan əlilliyi xx xxxxxx 1979- cu il tarixli qərarla təsdiq edilmişdir. Lakin onun valideynlərinin savadsızlığı üzündən hüququ yarandığı vaxtdan bu günə qədər heç bir pensiya almamışdır. Bundan əlavə o, 2-ci qrup əlil kimi valideynlərinin himayəsində olmuş, atası xx xxxxxx 2007-ci il tarixdə, anası isə xx xxxxxx 2011-ci il tarixdə vəfat etmişdir. Uşaqlıqdan əlilliyi 21 yaşında müəyyən olunmuş, lakin hüququnun yarandığı vaxtdan, 18 yaşından əlilliyi müəyyən edilənədək pensiya almamışdır. İddiaçı 2012-ci ilin xxx anasının himayəsində olan ailə üzvü kimi onun pensiyasının verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş və cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, pensiyası cavabdeh tərəfindən qanunsuz olaraq dayandırılmışdır. Cavabdeh iddiaçının 1979-cu ildə müəyyən olunmuş əlilliyi nə, “Əmək pensiyaları haqqında” Qanununa əlavə və dəyişikliklər edilməsi haqqında xx xxxx 2008-ci il tarixli Qanunu tətbiq etməklə, yəni əlilliyi 18 yaşınadək deyil, 21 yaşında müəyyən olunduğuna görə pensiya ödənişini dayandırmışdır. Halbuki, həmin qanunun normaları onun vəziyyətini yaxşılaşdırmadığından geriyə tətbiq oluna bilməz.

9. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xxx 2014-cü il tarixli qərarı ilə (hakim R.Z.Mamedov, iş № 2-1(84)-846/2014) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının sağlamlıq imkanlarının məhdudluğu 21 yaşından müəyyən edildiyindən iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qazax rayon şöbəsinin onun pensiyasının dayandırılmasının qanunsu z hesab edilərək cavabdehin qərarının ləğv edilməsini və anası X1 öldüyü vaxtdan, yəni xx.xx.2011-ci il tarixdən ona anasının pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, atası H.Eyyubovun öldüyü vaxtdan, yəni xx.xx.2007-ci il tarixdən atasının pensiyasının almaq hüququnun yarandığı vaxtdan (anadan olan uşaqlıqdan 2-ci qrup əlil olduğuna görə) anası Z.Eyyubovanın ölümünə qədər olan pensiyasının ona birdəfəlik ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmamışdır.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xxx 2015-ci il tarixli 2-1(104)-51/2015 nömrəli qərarı ilə (hakimlər R.Ş.Muradov ( sədrlik edən və məruzəçi), İ.Ə.Şəfiyev və Ş.Q.Rzaquliyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-846/2014 saylı, xx.xx.2014-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2015-ci il tarixli, 2-1(102)-709/2015 saylı qərarı ilə (hakimlər Z.Quliyev (sədrlik edən və məruzəçi), S.Hüseynova və X.Məmmədov) Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)-51/2015 saylı, xx xxxxxx 2015-cı il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kolle giyasının xxxx 2015-ci il tarixli 2-1(104)186/2015 nömrəli qərarı ilə (hakimlər Z.Zərbəliyev (sədrlik edən və məruzəçi), B.Əliyev və R.Məhərrəmli) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-846/2014 saylı, xx.xx.2014-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli, 2-1(102)-233/2016 saylı qərarı ilə (hakimlər K.Bədəlov (sədrlik edən və məruzəçi), İ.Dadaşov və A.Hüseynov) Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(104)-186/2015 saylı, xxxx 2015-cı il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xxx x 2016-cı il tarixli 2-1(104)186/2016 nömrəli qərardadı ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), T.Muxtarov və A.Bayramov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-846/2014 saylı, xx.xx.2014-cu il tarixli qərarı ləğv edilmiş və yenidən baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

18. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qərarı ilə (hakim K.Rzayev, iş № 2-1(83)-915/2016) iddiaçının pensiyasının dayandırılması barədə cavabdehin xx.xx.2012-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilmiş, iddiaçının anası öldüyü vaxtdan, yəni xx.xx.2011-ci il tarixdən ona anasının pensiyasının təyin edilməsi, atası öldüyü vaxtdan, yəni xx.xx.2007-ci il tarixdən atasının pensiyas ının almaq hüququnun yarandığı vaxtdan (anadan olan uşaqlıqdan 2-ci qrup əlil olduğuna görə) anası X1 qədər olan pensiyasının ona birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş və 18 yaşından yuxarı əlillərin ailə üzvlərinin ailə başçısının itirməyə görə əmək pensiyası hüququ vardır.

20. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

21. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı ilə (hakimlər Ç.Məmmədov (sədrlik edən və məruzəçi), E.Bayramov və E.Xasməmmədov, iş № 2-1(104)-465/2016) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qərarı dəyişdirmədən saxlanılmışdır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarı ilə (hakimlər R.Nəbizadə (sədrlik edən və məruzəçi), N.Rəsulbəyova və İ.Hüseynov, iş № 2-1(102)-706/2017) Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(104)-465/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

23. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər E.Hüseynov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və M.Əsədli, iş № 2-1(107)2/2018) Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 20 16-cı il tarixli, 2-1(83)-915/2016 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X12 rayon şöbəsinə qarşı qərarın ləğvi, pensiya təyin edilməsi və ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

24. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-2/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və Ə.Əliyev, iş № 21(102)-949/2018) Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2- 1(107)2/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X12 rayon şöbəsinə qarşı qərarın ləğvi, pensiya təyin edilməsi və ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi tələbinə dair iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12,58.7,82 və 96.5-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu qərarda ə ks olunmuş hüquqi mövqeylərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli 131(102)-2(k)/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Ali Məhkəmənin İnzibati Kollegiyasına qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) kassasiya şikayətinin dəlilləri

28. Kassasiya şikayəti iddianın dəlillərinə uyğun şəkildə əsaslandırılmaqla qeyd olunmuşdur ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və pro sessual qanun pozuntularına yol vermişdir. b) kassasiya şikayətinə qarşı etiraz

29. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. c) məhkəmə icraatı iştirakçılarının izahatları

30. İddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

31. Cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

32. Maddə

1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

33. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

34. Maddə 4.1 Əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri vardır.

35. Maddə 4.1.2 Əlilliyə görə əmək pensiyası əmək pensiyasının növü kimi müəyyən edilmişdir.

36. Maddə

17. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur.

37. Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 18 yaşına çatmamış; 18 yaşına çata nadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə; yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər(arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

38. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyər ək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

39. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

40. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

41. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır.

42. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

43. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.

44. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

45. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.

46. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.

47. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kassasiya baxışının hədləri

48. Hazırkı kassasiya şikayətində qərar tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəm əsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Ali Məhkəmənin Plenumu hazırkı iş üzrə qəbul etdiyi qərarında göstərmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı iddiasının təmin edilməsinin əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 3.1, 4.1.2 və 14.1-ci maddələrinə istinad etmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı sağlamlıq imkanlarının məhdudluğu 21 yaşında müəyyən edilməsinə baxmayaraq, həmin əlillik sonradan qazanılmış deyil, anadan olduğu tarixdən mövcud olduğundan, həmçinin o, tək-tənha yaşadığından, valideyinləri vəfat edən günə kimi onların təqaüdü ilə dolandığından, hal-hazırda onların təqaüdlərinə maddi ehtiyacı olduğundan cavabdehin üzərinə öhdəliklərin qoyulmasını tələb etməkdə haqlı olmuşdur.

50. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxxx 2017-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti nəzdindəki Ali Nəzarət Komissiyasına həvalə olunmuşdur.

51. Ekspertin qarşısında İddiaçı xəstəliyinin hansı yaş dövründən, uşaqlıqdan və ya yetkinlik yaşına çatdıqdan sonra yaranması, xəstəlik uşaqlıqdan yaranmışdırsa həmin vaxtdan onun əlilliyinə səbəb ola bilməsi və ya xəstəliyin sonradan inkişaf edərək 1979-cu ildə ona İİ qrup əlillik dərəcəsinin verildiyi vaxt əlillik səviyyəsinə çatması, İddiaçı uşaqlıqdan keçirilmiş polimelit xəstəliyindən sonra soltərəfli atrofik hemiparezin nəticəsində 18 yaşına çatanadək sağlamlıq imkanları mə hdud əlil hesab oluna bilməsinə dair suallar qoyulmuşdur.

52. Lakin Komissiya tərəfindən qaldırılan məsələlərin tibbi ekspertizanın səlahiyyətlərinə aid olmadığı bildirilərək göstərilmişdir ki, əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlillik təyin edilən vaxt şəxsin sağlamlıq imkanlarının məhdudlaşmış hesab edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə aiddir.

53. Şəki Apellyasiya Məhkəməsinin X1 rayonlararası HƏEK-in xx xxxxxx 1986-cı il tarixli rəyinə istinad edərək belə nəticəyə gəlmişdir ki, əlilliyin səbəbi uşaqlıqdan qeyd edilsə də, işdə iddiaçının 18 yaşı tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə dair mötəbər sübut olmamışdır. Məhkəmənin fikrincə, rəydə əlilliyin səbəbinin uşaq lıqdan qeyd edilməsi o anlama gəlmir ki, İddiaçı uşaqlıqdan İİ qrup əlil olmuşdur.

54. Plenum vurğulamışdır ki, İnzibati Prosessual Məcəllənin 82-ci maddəsində işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair 2014-cü il 17 sentyabr tarixli Qərarı).

55. Eyni zamanda sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (§ 39).

56. X13 Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası ekspertin qarşısına qoyduğu sualların cavablandırılma masına baxmayaraq sadəcə İddiaçı anadangəlmə əlil olmaqla əmək qabiliyyətinə malik olmasını təsdiqləyən yetərli tibbi sənədlərin mövcud olmamasına əsaslanmaqla iddianı rədd etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən İddiaçı sağlamlıq imkanlarının məhdudluğu barədə sənədlərə (Qazax rayon İkinci Şıxlı kənd icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş həmin kənd sakinlərinin iştirakı ilə tərtib edilmiş akta, Qazax rayon V.Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbi tərəfindən İddiaçı xəstəliyi ilə əlaqədar məktəbdən xaric edilməsi haqqında arayışa, Sumqayıt şəhər X4 stasionar xəstənin xəstəlik tarixçəsindən çıxarışa və digər sənədlərə (fotoşəkil və s.) isə heç bir hüquqi qiymət verilməmişdir.

57. Beləliklə, apellyasiya instansiyası məhkəməsi məhkəm ələr tərəfindən sübut növü kimi qəbul edilmiş rəy və arayışları, təqdim edilmiş yeni sübutları İnzibati Prosessual Məcəllənin 12, 58.7 və 82-ci maddələrinə uyğun olaraq lazımi qaydada araşdırmamış və qiymətləndirməmişdir. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarı ilə məhz İddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi kifayət qədər ətraflı araşdırılmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

58. Ali Məhkəmənin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 125-ci maddəsinin İ və Vİİ hissələri və 127-ci maddəsinin İİ və Vİİ hissələrinə istinad edərək bildirmişdir ki, ədalət mühakiməsi h amının qanun və məhkəmə qarşısında bərabərliyi, işin hallarının araşdırılması prinsipi, məhkəmənin yardım etmək vəzifəsi, çəkişmə prinsipi və faktiki hallar əsasında həyata keçirilir. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir (İnzibati Prosessual Məcəllənin 12.1, 13, 15.1, 48.1-ci maddələri).

59. Digər tərəfdən, qanunvericiliklə kassasiya instansiyası məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasi ya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Kassasiya instansiyası məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Kassasiya instansiyası məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya instansiyası məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsini qoyur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyası məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyas iya instansiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

60. Nəzərə alınmalıdır ki, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir (§ 47).

61. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası isə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarında əks olunmuş göstərişləri icra etməmiş, inzibati prosessual qanunvericiliyin tələblərinə əməl etməyərək mübahisənin qanuni və ədalətli həll edilməsi üçün lazımi tədbirləri görməmişdir.

62. İnzibati prosessual qanunvericiliyə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya məhkəməsinə göndərməyə haqlıdır (§ 45).

63. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

64. Göstərilənlərə əsasən və İPM-nin 96 və 98-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qis mən təmin olunsun. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-2/2018 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar