Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-69/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi; NK 2 saylı Siyahı; ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respubl ikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.07.2021-ci il tarixli, 2-1(103)-1151/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.xxxx-ci il tarixində doğulmuş, 01.09.1975-ci ildən 20.07.1976-cı ilədək 91 nömrəli PTM-də təhsil almış, 25.08.1976-cı ildən əmək fəaliyyətinə başlamış, müxtəlif müəssisələrdə işləmişdir. İddiaçı 23.06.2005-ci ildən Azərbaycan Respublikası Prezidenti y anında X1 ümumi şöbədə hüquqşünas vəzifəsində işləmiş, 03.11.2014-cü ildən struktur dəyişiklikləri ilə əlaqədar Kadr məsələləri şöbəsinə hüquqşünas vəzifəsinə təyin edilmişdir.
2. İddiaçı 28.11.2019-cu il tarixində ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh 20.12.2019-cu il tarixli **********0 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın metal emalı bölməsinin (14) kürəçik, diyircək və mıx istehsalı bəndində (10) c ilalayıcı dəzgah sazlayıcıları və təmirçi çilingərlər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının isə həm işlədiyi sahələr, həm də vəzifələr qeyd olunan sahəyə və vəzifəyə aid deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 20.05.2015-ci ildən - 57 yaşı tamam olan gündən güzəştli şərtlərlə pensiya təyin edi lməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən “cilalayıcı dəzgah sazlayıcısı” peşəsində zərərli əmək şəraitində 13 il 5 ay 9 gün işləmişdir. Bu peşədə işləməsi ona imkan verir ki, güzəştil şərtlərlə pensiyaya çıxsın. Bundan əlavə, isti əmək şəraitində 2 il 6 ay çilingər peşəsində işləmişdir. "xxxx" tərəfindən ona təqdim olunmuş izahlı arayışda qeyd olunan peşədə işlədiyi müddət göstərilmişdir. Bu peşələrdə 12 il 6 ay işləyən kişilərin Azərbaycan Rüspublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıya uyğun olaraq 57 yaşı tamam olduqd a güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. O, xx xxx 1958-cə ildə anadan olmuşdur. Onun 57 yaşı 20 may 2015-ci ildə tamam olmuşdur və həmin gündən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranmışdır. Onun 01.01.2006-cı ilədək əmək stajı isə 29 ildən artıqdır. İdarə heç bir hüquqi əsas olmadan ona pensiya təyin etməmişdir. Halbuki, həmin peşələrdə onunla çiyin-çiyinə işləyənlər 57 yaşda artıq pensiyaya çıxmışdir. O, cavabdehin gətirdiyi əsasları qüvvədə olan qanunvericiliyin tələblərinə tamamilə zidd hesab edir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək (yəni 01 yanvar 2006-cı il tarixədək) 9.1-ci maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslər ə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüssilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı» və 2 nömrəli siyahı əsasında müəyyən edilir. Onun işlədiyi peşə 2 nömrəli siyahıya aid olan peşədir. O, isti və xüsusilə zərərli əmək şəraitində qeyd olunmuş peşələrdə 15 ildən artıq işləmişdir. Qanunvericiliyə görə, 2006-cı ilin 1 yanvar tarixinədək ümumi əmək stajı 25 il olduqda və ondan 12 il 6 ay zərərli əmək şəraitində işləyən kişilərin 57 yaşı tamam olduqda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. Onun güzəştli şərtlərlə pensiyaya çıxmaş hüququ qanunda edilmiş dəyişiklikdən əvvəl – 2015-ci ildə yarandığı üçün ona pensiya 20.05.2015-ci ildən təyin olunmalı, həmin tarixdən də gecikmiş aylara görə ödənilməli olan məbləğ gecikmiş ayların sayına bölünməklə müəyyən olunmuş pensiyaya əlavə olunmaqla ödənilməlidir. Onun zavodda işlədiyi “cilalayıcı dəzgah sazlayıcısı” peşəsi 2 nömrəli siyahının XİV bölməsinin Metal emalı 10-cu hissəsinin “a” bəndinə aiddir, şifr 2151000a-15004, çilingər peşəsinin şifrəsi 2151000a-18559 təşkil edir.
6. Cаvаbdеh iddiаyа dаir yazılı еtirаzını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nın metal emalı bölməsinin (14) kürəcik, diyircək və mıx istehsalı bəndində (10) cilalayıcı dəzgah sazlayıcıları və təmirçi çilingərlər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının idarəyə təqdim etdiyi "xxxx" ASC-nin "xxxx" TASC-nin iddiaçıya dair 11 mart 2019-cu il tarixli KŞ/10-07 nömrəli arayışında 25.08.1976-10.05.1977-ci il tarixləri arasındakı dövr ərzində S.M.Kirov adına X2 Ordenli maşınqayırma zavodunun Çivi kürələri sahəsində tornaçı, 25.07.1979-04.01.1993-cü il tarixləri arasındakı dövr ərzində həmin zavodun Xalq istehlakı sahəsində cilalayıcı dəzgah sazlayıcı, 04.01.1993-01.06.1993-cü il tarixləri arasındakı dövr ərzində həmin zavodun Qeyri-standart avadanlıqları sahəsində çilingər, 01.07.1995-20.06.2005-ci il tarixləri arasındakı dövr ərzində həmin zavodun hüquq məsləhtçisi və hüquq şöbəsinin rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının həm işlədiyi sahələr, həm də vəzifələr yuxarıda qeyd olunan sahəyə və vəzifəyə aid deyil.
7. Bakı İnzibati Məhkəməsinin 03.12.2020-ci il tarixli, 2-1(112)-5616/2020 nömrəli qərarı ilə (hakim Pərviz Hüseynov) iddia tələbi qismən təmin edilərək iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 20.05.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 28.11.2016-cı ildən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, iddianın digər hissədə təmin edilməməsi qərara alınmışdır.
8. Məhkəmə hesab etm işdir ki, iddiaçının hərbi xidmət və təhsil dövrü də nəzərə alınmaqla 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən çoxdur. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. İddiaçının işlədiyi sahə və vəzifələr Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahıya uyğundur. İddiaçı ona əmək pensiyasının təyin edilməsi üçün 28.11.2019-cu il tarixində cavabdehə müraciət etdiyindən iddiaçıya yaşa görə əmək pensiyası 28.11.2019-cu il tarixindən əvvəlki üç il üçün – 28.11.2016-cı il tarixindən hesablanıb ödənilməlidir.
9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.07.2021-ci il tarixli, 21(103)-1151/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Aida Hüseyn, hakimlər – Səadət Bəktaşi və Afaq Nuriyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 03.12.2020-ci il tarixli, 2-1(112)-5616/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Məhkəmə qərarı cavabdehə 09.09.2021-ci il tarixində təqdim edilmişdir.
13. Cavabdeh 08.10.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.07.2021-ci il tarixli, 2-1(103)-1151/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı 25.08.1976-10.05.1977-ci illərdə Çivi kürələri sahəsində 3-cü dərəcəli tornaçı, 25.07.197922.07.1981-ci illərdə Xalq istehlakı sahəsində cilalayıcı dəzgah sazlayıcısı, 04.01.199301.06.1993-cü illərdə Qeyri-standart avadanlıqları sahəsində 5-ci dərəcəli çilingər, 01.07.1995-20.06.2005-ci illərdə həmin zavodun hüquq məsləhətçisi və hüquq şöbəsinin rəisi vəzifələrində işləmişdir. Həmin peşələr bütün metal emalı sahələrinə deyil, yalnız “Kürəçik, diyircək və mıx istehsalı” sahəsinə aiddir. İş materiallarında iddiaçının məhz bu sahədə çalışdığını təsdiqləyən sənəd yoxdur.
15. Digər tərəfdən, "xxxx" TASC-nin verdiyi 11.03.2019-cu il tarixli izahlı arayış mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, həmin arayışda yalnız iddiaçının çalışdığı peşələrin adları və əmək fəaliyyəti müddəti sadalanmışdır. Sonda isə məlum Siyahının müvafiq şifrlərinə istinad edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, həmin arayışdan iddiaçının çalışdığı peşənin “Kürəçik, diyircək və mıx istehsalı” sahəsi ilə bağlılığı müəyyən edilmir. Arayış “izahlı” adlansa da, bu barədə heç bir açıqlamaya yer verilməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim edərək kassasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddiaçının işlədiyi Bakı maşınqayırma z avodunda sexlər “Xalq istehlakı malları”, “Mexaniki yığma”, “Mexaniki təmir”, “Qıfıllar sexi” və sair adlandırılmasına baxmayaraq həmin sexlərdə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən termist, dəmirçi, metal əridən, xorumlayıcı, cilalayıcı dəzgah sazlayıcısı və sair peşələr mövcud olmuşdur. Bu o demək deyil ki, adı “Qıfıl sexi” və ya “Xalq istehlakı malları sexi” olduğuna görə qeyd olunan peşələrdə işləmiş şəxslər güzəştli şərtlərlə pensiyaya çıxa bilməz. İddiaçının işlədiyi peşə Siyahıda nəzərdə tutulmuş güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşələrə aiddir. Bu faktı müəssisə tərəfindən verilmiş arayış, Baş arxiv idarəsinin verdiyi arayış və əmək kitabçası sübut edir. Məhz buna görə də cavabdehin kassasiya şikayətinin heç bir hüquqi əsası yoxdur. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
18. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərd ə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
19. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir 20. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən ə mək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetin in 21.06.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XİV bölmə (Metal emalı) 10-cu bənd (kürəçik, diyircək və mıx istehsalı) “a” yarımbəndində 2151000a-15004 şifrlə cilalayıcı dəzgah sazlayıcıları; 2151000a-18559 şifrlə təmirçi çilingərlər nəzərdə tutulmuşdur.
23. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
24. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
26. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kass asiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən m üəyyən edilmişdir ki, iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla 01.01.2006-cı il tarixinədək 25 ildən artıq ümumi iş stajı mövcuddur. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir.
31. Cavabdehin mübahisələndirdiyi hal və kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının 25.08.1976-10.05.1977-ci illərdə Çivi kürələri sahəsində işlədiyi 3-cü dərəcəli tornaçı, 25.07.1979-22.07.1981-ci illərdə Xalq istehlakı sahəsində işlədiyi cilalayıcı dəzgah sazlayıcısı, 04.01.1993-01.06.1993-cü illərdə Qeyri-standart avadanlıqları sahəsində işlədiyi 5-ci dərəcəli çilingər, 01.07.1995-20.06.2005-ci illərdə həmin zavodun hüquq məsləhətçisi və hüquq şöbəsinin rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq olunmuş “Yeraltı i şlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na uyğun deyil.
32. Lakin işə aşağı instansiya məhkəmələrində baxılarkən müəyyən edilmişdir ki, iddiaçının 25.07.1979-cu ildən 04.01.1993-cü ilədək işlədiyi isti tarif, zərərli iş şəraiti ilə cilalayıcı dəzgah sazlayıcı vəzifəsi, 04.01.1993-cü ildən 03.07.1995-ci ilədək isti tarif, zərərli iş şəraiti ilə çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XİV bölmə (Metal emalı) 10-cu bənd (kürəçik, diyircək və mıx istehsalı) «a» yarımbəndində (2151000a15004 cilalayıcı dəzgah sazlayıcıları; 2151000a-18559 təmirçi çilingərlər) nəzərdə tutulmuşdur.
33. Beləliklə, iddiaçı 01.01.2006-cı ilədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21.06.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahısında nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Re spublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
34. Birinci instansiya məhkəməsi haqlı olaraq iddianı qismən təmin etmiş, iddiaçıya 57 yaşdan pensiya təyin edilməsi və pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq 28.11.2016-cı il tarixindən hesablanaraq ödənilməsi vəzifəsini cavabdehə həvalə etmişdir.
35. Göründüyü kimi, hazırkı qərarın 23-cü bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın qismən təmin edilməsi barədə birinci instan siya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
36. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.07.2021-ci il tarixli, 2-1(103)-1151/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.07.2021-ci il tarixli, 21(103)-1151/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.