Məhkəmə qərarları › İş №2-1(102)-690/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-690/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-690/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət X7 Bakı şəhəri Yasamal rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 55 yaşına çatmış şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, neft-qaz çıxarma sahəsi üzrə təmirçi-çilingər, usta, mühəndis, sex rəisi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X7 Bakı şəhəri Yasamal rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaran mış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 oktyabr tarixli 2-1(103)- 2499/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1953-cü il 1 mart tarixdə doğulmuş, 1970-ci il 4 noyabr tarixdən 1971-ci il 16 aprel tarixə qədər 26 Bakı Komissarları adına NQÇİ-də Qaz kompressor sexində 1-ci dərəcəli boru təmiri çilingəri, 1971-ci il 30 sentyabr tarixdən 1972-ci il 10 yanvar tarixə qədər Qaz kompressor sexində 1-ci və 2-ci dərəcəli qaz işi üzrə çilingər, 1972-ci il 1 fevral tarixdən 1972-ci il 29 may tarixə qədər Qaz kompressor sexində 2-ci dərəcəli qaz işi üzrə çilingər vəzifələri ndə çalışmış, 1972-ci il 6 iyun tarixdən 1974-cü il 11 may tarixə qədər sovet ordu sıralarında hərbi xidmətdə olmuş, 1974-cü il 20 avqust tarixdən 1976-cı il 1 mart tarixə qədər 26 Bakı Komissarları adına NQÇİ-də Qaz kompressor sexində 3-cü dərəcəli qaz işi üzrə çilingər, 1976-cı il 1 mart tarixdən 1979-cu il 3 dekabr tarixə qədər 3cü dərəcəli xətt baxıcısı, 1979-cu il 3 dekabr tarixdən 1981-ci il 1 oktyabr tarixə qədər 26 Bakı Komissarları adına NQÇİ-nin X5 İşləri sexində 3-cü dərəcəli təmirçi çilingər, 1981-ci il 1 oktyabr tarixdən 1985-ci il 1 fevral tarixə qədər böyük usta, 1985-ci il 1 fevral tarixdən 1987-ci il 1 aprel tarixə qədər lay təzyiqinin saxlanılması üzrə mühəndis, böyük mühəndis, 1987-ci il 1 aprel tarixdən 1987-ci il 1 sentyabr tarixə qədər neftin hazırlanması və stabilləş dirilməsi üzrə usta, 1987-ci il 1 sentyabr tarixdən 1992-ci il 16 sentyabr tarixə qədər neftin kompleks hazırlanması sahəsinin rəisi vəzifələrində çalışmış, o, 1992-ci il 17 sentyabr tarixdən 1993-cü il 22 mart tarixədək Azərbaycan Respublikası DİN Daxili Qoşunlarında hərbi xidmətdə olmuş, 1993-cü il 1 aprel tarixdən 2011-ci il 5 iyul tarixə qədər “Bibiheybət” NQÇİ-də neftin kompleks hazırlanması sexində sex rəisi vəzifələrində işləmişdir. İddiaçıya 63 yaşının tamam olduğu 2016-cı il 1 mart tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 55 yaşının tamam olduğu 2008-ci il 1 mart tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il 3 i yul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan 12 il 06 ay güzəştli iş stajının olmamasını göstərmişdir. İddiaçı 2019-cu il 16 iyul tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 55 yaşı tamam olduğu tarixdən, yəni 2008-ci il 1 mart tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1970-ci il 4 noyabr tarixdən 2017-ci il 31 mart tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin işlər zərər li iş şəraitində aparılan işlərə aiddir. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən 2 saylı siyahı üzrə 25 il ümumi, 12 il 6 ay zərərli iş stajını tamamlamışdır. Hesab edir ki, ona pensiya 55 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə təyin edilməli idi. İddiaçı göstərilənlərə “Əmək pensiyaları haqqında” Qanunun 9.8, 27, 31, 37.7-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71, 72-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 31 iyul tarixli 2-1(81)-3181/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 55 yaşı ta mam olduğu tarixdən, yəni 2008ci il 1 mart tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 1997-ci il 1 avqust tarixə qədər qanunla nəzərdə tutulan 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 oktyabr tarixli 2-1(103)-2499/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 28 oktyabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 28 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 9.8ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pe nsiya təminatı haqqında” Qanunun 1997-ci il 1 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. İş materiallarından da göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb edilən 12 il 6 ay güzəştli iş stajını iddiaçı toplamadığı üçün ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imt ina edilmişdir. Belə ki, iddiaçının işlədiyi peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları”nda birbaşa nəzərdə tutulmamışdır. Qeyd olunan siyahılarda işlər, peşələr, vəzifələr və göstəricilər 2 əsasa görə müəyyən olunur: istehsalat sahələrinə və həmin sahələrdəki peşə və vəzifələrə görə. Buradan görünür ki, şəxsin təkcə həmin siyahılarda nəzərdə tutulan istehsalat sahələrində işləməsi güzəştli iş stajı hesab olunmur, həmin müddətin güzəştli iş stajı hesab olunması üçün şəxsin həmin istehsalat sahələrində işlədiyi peşə və ya vəzifə də qeyd olunan siyahılarda nəzərdə tutulmalıdır. Hazırkı iş materialları ilə iddiaçının işlədiyi peşə və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahıya hər iki meyara görə uyğun olması təsdiq olunmur. Buna görə də iddiaçının həmin peşə və vəzifələrdə işlədiyi müddət güzəştli iş stajı hesab oluna bilməz. Həmçinin, iddiaçının İddiaçı 1993-cü il 21 iyun tarixindən əvvəlki dövrlərdə işlədiyi peşə və vəzifələri də məhkəmə qanunsuz olaraq 1993-cü il 21 iyun tarixindən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları”na istinad edərək güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə və vəzifələrə aid etmişdir. Digər tərəfdən, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qeyd olunan müddəalarına əsasən güzəştli şərtlərlə pensiya təyin olunması üçün 3 şərt ödənilməlidir:

1. İddiaçının 25 il ümumi iş stajı olmalıdır; 2.Ümumi iş stajının ən azı 12 il 6 ayı xüsusi iş stajı (əmək şəraiti zərərli və ağır olan istehsalatlar, peşələr və ya vəzifələrdə çalışmalı) olmalıdır; 3.İddiaçı 55 yaşına çatmalıdır. Göstərilənlərdən məlum olur ki, 1997-ci il 1 avqust tarixədək iddiaçı üçün göstərilən şərtlərdən ikisi ödənilsə də o, həmin vaxt müəyyən olunmuş pensiya yaşına çatmamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunvericiliklə müəyyən olunmuş əsas olmadığı halda iddianı təmin etməklə qanunsuz qərar çıxarmış, qərarı əsaslandır mamış, bununla da pozuntuya yol vermişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarını n təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən (iddiaçının 55 yaşının tamam olduğu 2008-ci ildə qüvvədə olan redaksiyada), axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər — 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik oldu qda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar — 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin «b» bəndinə əsasən (1997-c i il 1 avqust tarixədək qüvvədə olmuş redaksiyada) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 1997-ci il 1 avqust tarixədək 25 il iş stajını qazanmış, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdır. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını qazandığı vaxtda qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda iddiaçının X2 işlədiyi çilingər, usta, böyük usta və sex rəisi vəzifələri «21302000 2.Neft, qaz və qaz kondensatının hasilatı» bölməsində göstərilən 2130200a18559 (neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi çilingərlər), 2130200b-23187 (neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar), 2130200b-23485 (böyük ustalar) və 2130200b-24125 (neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri) kod nömrəsi ilə qeyd edilmişdir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, iddiaçının 1993-cü il 21 iyun tarixindən əvvəlki dövrlərdə işlədiyi peşə və vəzifələri məhkəmə qanunsuz olaraq 1993-cü il 21 iyun tarixindən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzə ştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları”na istinad edərək güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə və vəzifələrə aid etmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, iddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 25 il ümumi və 12 il 6 ay xüsusi stajlarını məhz 1997-ci il 1 avqust tarixə qazandığından, məhkəmə həmin vaxtda qüvvədə olan Qərara istinad etməkdə haqlı olmuşdur. Digər tərəfdən, keçmiş SSRİ Nazirlər Sovetinin “Güzəştli şərtlərlə və güzəştli məbləğlərdə dövlət pensiyası hüququ verən istehsalatların, sexlərin, peşələrin və vəzifələrin siyahılarının təsdiq edilməsi haqqında” 1956-cı il 22 avqust tarixli 1173 №-li Qərarı ilə təsdiq edilmiş və id diaçının işlədiyi 1970-80-ci illərdə qüvvədə olmuş 2 №-li Siyahıda da iddiaçıya aid edilən “təmirçi-çilingərlər, ustalar, böyük ustalar, mühəndislər, böyük mühəndislər, sex rəisi” peşə və vəzifələri nəzərdə tutulmuşdur (2-ci Siyahı: Xİİİ bölmə, 2-ci bənd, “a” və “b” altbəndlər). Şikayətin digər dəlili ondan ibarətdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qeyd olunan müddəalarına əsasən güzəştli şərtlərlə pensiya təyin olunması üçün 3 şərt ödənilməlidir: İddiaçının 25 il ümumi iş stajı olmalıdır; Ümumi iş stajının ən azı 12 il 6 ayı xüsusi iş stajı (əmək şəraiti zərərli və ağır olan istehsalatlar, peşələr və ya vəzifələr çalışmalıdır) olmalıdır; İddiaçı 55 yaşına çatmalıdır. Göstərilənlərdən məlum olur ki, 1997-ci il 1 avqust tarixədək iddiaçı üçün göstərilən şərtlərdən ik isi ödənilsə də o, həmin vaxt müəyyən olunmuş pensiya yaşına çatmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini də əsaslı hesab etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda istinad edilən 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını qazanmış şəxs həmin vaxtda qüvvədə olan qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda pensiya hüququ əldə edir. Bundan başqa, cavabdehin istinad etdiyi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin «b» bəndinə görə də (1997-ci il 1 avqust tarixədək qüvvədə olmuş redaksiyada) azı 25 il iş stajı olan, bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahı üzrə işlərdə çalışmış kişilər 55 yaşa çatdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qazanırlar. 1997-ci il 1 avqust tarixə azı 25 il iş stajını toplamış və bu müddətin azı 12 il 6 ayını 2 nömrəli siyahıda göstərilən işlərdə çalışmış iddiaçı hazırkı məzmunda tələb hüququnu onun 55 yaşının tamam olduğu 2008-ci il 1 mart tarixdə qazanmışdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 oktyabr tarixli 2-1(103)- 2499/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar