Məhkəmə qərarları › İş №2-1(102)-690/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-690/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-690/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğvi (iş № 2-1(102)-690/2022 giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli ibarət tərkibdə, İddiaçı MMC-nin (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal G əlirlər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2154/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MMC 29 mart 2005-ci il tarixdə qeydiyyatdan keçmiş (VÖEN**********), hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Camal Hacıəliyev, ev 28 D-dir.

2. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında 16 mart 2018ci il tarixli **********165965 nömrəli qərarına əsasən iddiaçı müəssisədə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinadən növbədənkənar səyyar vergi yoxlaması keç irilmişdir.

3. Səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdə başlamış, xx.xx.2020-ci il tarixdə başa çatdırılmış və yoxlamanın nəticəsi üzrə xx.xx.2020-ci il tarixli **********167704nömrəli akt tərtib olunmuşdur.

4. Yoxlama zamanı istehsal həcminin müəyyən edilməsi və spirtli içkilərin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə yoxlanılan dövr üçün real bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza“ Birliyindən ekspert və mütəxəssis rəyləri alınmış, hesablanmış vergi məbləği həmin rəylərə əsaslanmışdır.

5. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza“ Birliyinin 30 yanvar 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis araşdırılması ilə yoxlama dövrü ərzində 0,1 litr həcmli şüşə butulkada tünd spirtli içki istehsalının həcmi 192.191,4 litr, 0,25 litr həcmli şüşə butulkada tünd spirtli içki istehsalının həcmi 421.055,81 litr, 0,5 litr həcmli şüşə butulkada tünd spirtli içki istehsalının həcmi 170.124,619 litr, 0,7 litr həcmli şüşə butulkada tünd spirtli içki istehsalının həcmi 232.752,3 litr, 1 litr həcmli şüşə butulkada tünd spirtli içki istehsalının həcmi 34.676,42 litr olaraq müəyyən edilmişdir.

6. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 30 yanvar 2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert araşdırılması ilə müəyyən edilmişdir ki, idarə tərəfindən sualla qoyulmuş müddət ərzində etil spirtindən istehsal olunub satılmış tündlük dərəcəsi 40% olan arağın, 0,1 litr həcmli şüşə butulkalarda orta satış qiyməti 0,54 AZ N, 0,25 litr həcmli şüşə butulkalarda orta satış qiyməti 1,30 AZN, 0,5 litr həcmli şüşə butulkalarda orta satış qiyməti 2,53 AZN, 0,7 litr həcmli şüşə butulkalarda orta satış qiyməti 3,35 AZN, 1 litr həcmli şüşə butulkalarda orta satış qiyməti 3,96 AZN olaraq müəyyən edilmişdir.

7. Həmin akt üzrə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********3199524 nömrəli Qərar qəbul edilmişdir.

8. Həmin qərarla iddiaçıya 2017-ci ilin mənfəət vergisi üzrə 37201.71 manat (o cümlədən, 18600.86 manat maliyyə sanksiyası), 2017-ci ilin ƏDV üzrə 242579.09 manat (o cümlədən, 101275.92 manat), 2018-ci ilin ƏDV üzrə 382165.52 manat (o cümlədən, 191082.76 manat), 2017-ci ilin aksiz vergisi üzrə 677805.48 manat (o cümlədən, 28497 9.31 manat), 2018-ci ilin aksiz vergisi üzrə 874173.64 manat (o cümlədən, 467881.88 manat), ümumilikdə 2 213 925.44 manat vergi və 1 063 820.73 manat maliyyə sanksiyası hesablanmışdır.

9. Fakt əsasında xx.xx.2020-ci ildə cinayət işi başlanılmış, Dövlət Vergi Xİdmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 14 yanvar 2021-ci il tarixli qərarı ilə iddiaçının külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması faktına dair Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata bu əməli ilk dəfə törətdiyindən və cinayət nəticəsində vurulmuş ziyan tamamilə ödənildiyindən Azərbaycan Respublikası CPM-nin 40.4-cü maddəsinə əsasən xitam verilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lo kal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin şəxsi hesab verəqəsində xx.xx.2017-xx.xx.2018 vergi dövrü üzrə aparılmış səyyar vergi yoxlaması ilə hesablanmış 2.213.925,44 manat vergilər (1.551.979,12 manat aksiz vergisi, 624744,59 manat ƏDV və 37.201,71 manat mənfəət vergisi) və həmin vergilər azaldılmasına görə tətbiq edilmiş 1063820,73 manat maliyyə sanksiyasının azaldılması, araşdırmanın nəticəsi olaraq isə şəxsi hesab vərəqəsində 378081,36 manat vergilər (aksiz vergisi üzrə 232127,90 manat, ƏDV üzrə 122036,83 manat, mənfəət vergisi üzrə 23916,63 manat) və həmin vergilərin azaldılmasına görə tətbiq olunan 170696,19 manat maliyyə sanksiyasının hesablanmasının təmin edilməsi qərara alınmışdır (Azərbaycan Respublikası Üzümçülük və Şərabçılıq X1 kimya laboratoriyasının müdiri X4 tərəf indən təqdim edilən xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən vergilər hesablanmışdır). 10. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara düzəliş edilməsi haqqında 12 mart 2021-ci il tarixli qərar ilə 2017-ci ilin mənfəət vergisi üzrə 23916.63 manat (o cümlədən, 11958.32 manat), 2017ci ilin ƏDV üzrə 122036.83 manat (o cümlədən, 61018.42 manat), 2017-ci ilin aksiz vergisi üzrə 232127.90 manat (o cümlədən, 97719.45 manat), ümumilikdə 378081.36 manat vergi və 170969.19 manat maliyyə sanksiyası hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı 19 avqust 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə, xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barə də ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli **********199524 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının qüvvədə olan hissədə ləğv olunması, xx.xx.2021-ci il tarixli **********145343 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, yoxlama zamanı xx.xx.2019-cu il tarixli **********181013 saylı “Səyyar vergi yoxlamasının müddətinin artırılması haqqında” Qərar, “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında” Qərar və “Əlavə vergi yoxlaması tədbirlərinin ke çirilməsi haqqında” Qərar və xx.xx.2020-ci il tarixdə iddiaçının ərazisinə keçirilən baxış barədə məlumat sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur”. Bundan əlavə, Vergi Məcəlləsinin tələbinə görə mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflər in hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutulur. Lakin yoxlama zamanı 22.5.2019-cu il tarixli qərar əsasında mütəxəssis dəvət olunmuş və həmin mütəxəssisin təmsil olunduğu hüquqi şəxs ilə 24 sentyabr 2019- cu il tarixdə müqavilə bağlanılmışdır. Hansı ki, bu müqavilə bağlanana qədər bir neçə dəfə mütəxəssis rəyi hazır olmaması səbəbindən yoxlamanın müvəqqəti dayandırılması barədə qərar qəbul edilmişdir. Müqavilə olmadan mütəxəssis işə cəlb olunmuşdur. Eyni şəxs həm də xx.xx.2019-cu il tarixli qərar əsasında ekspert kimi dəvət olunmuş və həmin ekspertin təmsil olunduğu hüquqi şəxs ilə 07 yanvar 2020-ci il tarixdə müqavilə bağlanılmış, müqavilə olmadan müəyyən hərəkətlər edilərək müəssisə ərazisinə daxil olmuşdur. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 41.4-cü maddəsinə görə, ekspertiza inzibati orqanın qərarı və ya maraqlı şəxslərlə bağlanan müqavilə əsasında məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Hazırda ölkəmizdə fəaliyyət göstərən yeganə məhkəmə ekspertizası idarəsi AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzidir. Özəl məhkəmə ekspertləri barədə müvafiq normalar xx.xx.2020-ci il tarixdən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna əlavə edilsə də, bugünədək onların xüsusi biliklərə malik olmasını və beynəlxalq səviyyədə tanınmasını təsdiq edən sənədlərin siyahısı, məhkəmə eksperti şəhadətnaməsinin verilməsi, attestasiyasının keçir ilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları AR Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir. Bir sözlə, özəl məhkəmə ekspertizasının fəaliyyəti hələ ki, praktiki mümkün deyil. Lakin AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi qanuni əsaslarla fəaliyyət göstərir və vergi orqanı müvafiq rəy üçün həmin quruma müraciət etmək imkanına malik olmuşdur. İddiaçı barəsində ilk yoxlama aktı xx.xx.2019-cu ildə tərtib olunmuş, lakin həmin akt vergi ödəyicisinə təqdim olunmamışdır. Vergi ödəyicisinin xəbəri olmadan yoxlama materiallarına baxılmış və baxılmanın vaxtı barədə məlumat verilməmişdir. Nəticədə xx.xx.2020-cu il tarixli **********196671 saylı "Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən ƏDV, mənfəət və aksiz vergiləri üzrə aparılan hesablamalar yuxarıda qeyd olunan heç bir tədqiqata əsaslanmayan mütəxəssis rəyi əsasında həyata keçirildiyi üçün tamamilə qanunsuzdur.

13. Dəqiqləşdirilmiş iddia tələbi onunla əsaslandırılmışdır ki, vergilərin hesablanmasında (xx.xx.2020-ci il tarixli **********199524 saylı qərarın qüvvədə olan hissəsində) Azərbaycan Respublikası Üzümçülük və Şərabçılıq X1 kimya laboratoriyasının müdiri tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi (cinayət işinin istintaqı zamanı əldə edilmişdir) və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin işçisi Nazim Rzayevin rəyi dayanır. Halbuki, N.Rzayev vergi orqanı olaraq maraqlı şəxs olduğundan heç bir halda mütəxəssis kimi cəlb oluna bilməzdi. Əlavə olaraq Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun təqd im etdiyi rəy yalnız nəzəri biliklər əsasında aparılmışdır. Həmin rəy heç bir praktiki ölçmə və normativ tələblərə uyğun şəkildə əsaslandırılmamışdır.

14. Cavabdeh iddiaya qarşı verdiyi yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2018-ci il tarixli **********165965 nömrəli qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) səyyar vergi yoxlaması (yoxlanılan dövr - xx.xx.2017-xx.xx.2018) təyin edilmişdir. Səyyar vergi yoxlamasına xx.xx.2018-ci il tarixdə başlanmış, xx.xx.2020-ci il tarixdə başa çatdırılmış və yoxlamanın nəticələri üzrə xx.xx.2020-ci il tarixli akt tərtib olunmuşdur. Vergi ödəyicisi aktı imzalamaqdan imtina etmiş, bu barədə aktın bir nüsxəsi ödəyicinin hüquqi ünvanına və elektron poçt ünvanına göndərilmişdir. VM-nin 23.1. 2-ci maddəsinə əsasən yoxlama ilə əhatə olunan dövrdə aşağıda göstərilənlərlə bağlı müvafiq izahat verilməsi müəssisədən tələb olunmuş: Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı və AR Maliyyə Nazirliyinin 30 iyun 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş ciddi uçot blanklarının alınmasına dair qaimə fakturanın surəti və hazır məhsulun təsərrüfatdaxili yerdəyişməsinə tətbiqi tarixi barədə, İstehsal etdiyiniz məhsulların növləri üzrə təsdiq edilmiş kalkulyasiyalar (hazır məhsul, qablaşdırılmamış araq və 96,5 % -lıq spirt rektifikatı), Səyyar vergi yoxlaması ilə təsdiq edilmiş və mənfəət bəyannaməsinin 1 nömrəli əlavəsində 2017-ci ilin əvvəlinə və sonuna əks etdirilmiş 618087,47 manat məbləğində bitməmiş istehsalın, 11938,91 manat hazır məhsulu n satışda əks edilmədiyi halda ilkin mühasibat uçotu sənədlərində öz əksini tapmaması səbəbi barədə, 2017-ci ilin dekabr ayında uçot məlumatlarına əsasən xam mal (buğda) qalığı və məhsul istehsalından mədaxil olmadığı halda 46871 kub.m qaz sərfiyyatının olması barədə, 2017ci il ilə müqayisədə 2018-ci ildə 1 ton buğda emalına 2 dəfə çox qaz sərf edilməsi səbəbi barədə (2017-ci ildə 1 ton buğdanın qıcqırdılmasına 633,88 kub.m, 2018-ci ildə isə 1209,38 kub.m), 01 avqust 2018-ci il tarixə 232356 ədəd aksiz markasının çatışmazlığı səbəbi *(D1 avqust 2018-ci il tarixə uçot məlumatlarına əsasən aksiz markasının qalığı 622356,0 ədəd - nəzarət postu yaradılmış obyektdə aksiz markalarının qalıqlarının inventarizasiyası edilməsinin nəticələri haqqında inventarizasiya aktına əsasən 390000,0 ədəd olmuş dur) 31 avqust 2018-ci il tarixə 79471,85 litr hazır məhsul qalığının çatışmazlığı səbəbi barədə. Lakin müəssisə tərəfindən müvafiq izahat verilməmişdir. Qeyd olunanlardan əlavə yoxlama ilə əhatə olunan dövrdə "xxxx" MMC-dən alınması rəsmiləşdirilmiş 604382,00 ədəd 0,1 lt həcmli araq butulkalarının idxalı, istehsalı və alışına dair "xxxx" MMC-yə rəsmi mürciət edilmiş, 12 noyabr 2018-ci il tarixli yoxlamaya təqdim edilmiş cavab məktubuna əsasən müəssisəyə satışı rəsmiləşdirilmiş 0,1 lt butulkaların rəsmi idxalı, istehsalı və alışına dair sənədlərin olmadığı bildirilmişdir. Buna baxmayaraq, müəssisə tərəfindən 652472 ədəd 0,1 l həcmli araq məhsulu istehsal edilmişdir. Müəssisənin fəaliyyət göstərdiyi ünvan 2 ünvanda yerləşən spirtli içkilər istehsalı sexində xx.xx.2017-ci il tarixdən xx.xx.2 018-ci il tarixədək olan dövr üzrə istehsal olunmuş məhsulların istehsal həcminin müəyyən edilməsi üçün “Mütəxəssisin dəvət edilməsi haqjında” xx.xx.2019-cu il tarixli **********183579 nömrəli Qərar çıxarılaraq yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi cəlb edilmişdir. Alınmış xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən yoxlanılan döyrdə 0,1 litr həcmli şüşə butulkada tünd spirtli içkinin istehsal həcmi 192191,4 litr, 0,25 litr həcmli şüşə butlkada tünd spirtli içkinin istehsal həcmi 421055,81 litr, 0,5 litr həcmli şüşə butulkada tünd spirtli içkinin istehsal həcmi 860830,6 litr, 0,7 litr həcmli şüşə butlkada tünd spirtli içkinin istehsal həcmi 232752,3 litr, 1,0 litr həcmli şüşə butlkada tünd spirtli içkinin istehsal həcr ri 34676,42 litr təşkli etmişdir. Müəssisənin fəaliyyət göstərdiyi ünvan 2 ünvanda yerləşən spirtli içkilər istehsalı sexində xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə istehsal olunmuş məhsulların və satılmış məhsulların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə Baş İdarənin xx.xx.2019-cu il tarixli **********183851 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərarı çıxarılaraq, yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmişdir. Alınmış xx.xx.2020- ci il tarixli ekspert rəyinə əsasən İstehsal olunmuş 1 litrlik arağın satış qiyməti 3,96 manat, 0,7 litrlik arağın satış qiyməti 3,35 manat; 0,5 litrlik arağın satış qiyməti 2,53 manat, 0,25 litrlik arağın satış qiyməti 1,30 manat və 0,1 litrlik arağın satış qiyməti 0,54 manat müəyyən olunmuşdur. Aksiz vergisinin yoxlanılması: Müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş bəyannamələrə əsasən yoxlanılan dövrdə 575222,1 manat aksiz vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı yuxarıda qeyd olunduğu kimi mütəxəssis dəvət olunaraq yoxlanılan dövrdə müəssisənin istehsal həcmi müəyyənləşdirilmiş, 1827798,6 litr 40% tündlük dərəcəsi olan araq xammalı istehsal olunduğu müəyyən olunmuş və aksiz vergisinin yenidən hesablanması aparılmış, aksiz vergisinin 1735579.48 manat azaldılması, 183600,36 manat artıq hesablanması müəyyən olınmuşdur, son nəticədə Vergi Məcəlləsinin 182, 183,184,185 və 190-cı maddələrinə əsasən aksiz vergisinin bəyannamədə göstərilən məbləğinin bəyənnamədə göstərilməli olan məbləğinə nisbətən cəmi 1 551979.12 manat (1735579,48- 183600,36=1551979,12) azaldılması aşkar edilmişdir. Mənfəət vergisinin yoxlanılması üzrə: Müəssisə 2017-ci il üçün təqdim etdiyi mənfəət vergisi bəyannaməsində ümumi gəlirlərini 556922,52 manat, xərclərini 537667,95 manat, mənfəətini 19254,57 manat göstərməklə 3850,91 manat mənfəətdən vergi hesablamışdır.

15. Bakı İnzibati Məhkəməsinin (hakim X7, 2-1(112)-1442/2021 saylı iş) 21 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbində səyyar vergi yoxlaması zamanı alınmış xx.xx.2020-ci il tarixli ekspert və mütəxəssis rəylərinin mötəbərliyini şübhə altına alsa da, Məhkəmə belə qənaətə gəlir ki, həmin rəylərin mötəbərliyinə qiymət verilməməlidir. Belə ki, “Cinayət işi üzrə icraata xita m verilməsi haqqında” qərardan, həmin qərara əsaslanaraq qəbul edimiş düzəliş qərarından, həmçinin cavabdehin nümayəndəsinin izahatından aydın olur ki, vergi ödəyicisinə vergi öhdəliyi hesablanması zamanı qeyd edilən rəylərə istinad olunmamış, əsas olaraq Azərbaycan Respublikası Üzümçülük və Şərabçılıq X1 kimya laboratoriyasının müdiri X4 tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit Şöbəsindən alınmış rəyə istinad edilmişdir;

17. Vergi ödəyicisi barəsində vergi məsuliyyətinə cəlb olunması haqqında qərar və həmin qərara düzəliş edilən zaman, iddiaçının 2017-ci il dövr üzrə mənfəət, əlavə dəyər vergisi və aksiz vergisi üzrə ümumilikdə 378.081,36 manat məbləğində vergi hesablanarkən, İqtisadiyyat Nazirli yi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə istinad olunmuş, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı əsas götürülməklə şərti rentabellik tətbiq edilərək mənfəət vergisi hesablanmışdır. Həmin rəyin surətindən görünür ki, vergi orqanın mütəxəssisi tərəfindən iddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2017-xx.xx.2018 vergi dövrü üzrə aparılmış səyyar vergi yoxlaması ilə hesablanmış 2213925,44 manat vergilər (1551979,12 manat aksiz vergisi, 624744,59 manat ƏDV və 37201,71 manat mənfəət vergisi) və həmin vergilərin azaldılmasına görə tətbiq edilmiş 1063820,73 manat maliyyə sanksiyasının azaldılması, araşdırmanın nəticəs i olaraq isə ŞHV-də 378081,36 manat vergilər (aksiz vergisi üzrə 232127,90 manat, ƏDV üzrə 122036,83 manat mənfəət vergisi üzrə 23916,63 manat) və həmin vergilərin azaldılmasına görə 170696,19 manat maliyyə sanksiyası üzrə hesablama aparılması qənaətinə gəlinmişdir. Göründüyü kimi, sözügedən mütəxəssis rəyində ümumilikdə 378081,36 manat verginin hesablanması göstərilsə də, həmin məbləğin məhz 2017-ci ilə aid olması müşahidə olunmur. Halbuki, Vergi Məcəlləsinin 83.1-ci maddəsinə görə, vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Həmçinin, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə diqqət yetirildikdə görünür ki, xx.xx.2021-ci il tarixində xx.xx.2020-ci il tarixli Qərarla h esablanmış vergilərin azaldılması ilə yanaşı, ümumilikdə 231872,29 (23151,40 man, 614,60 man, 3779,35 man, 9303,88 man, 8555,24 man, 89554,96 man, 35322,74 man, 61590,12 man) manat hesablama aparılmışdır. Düzəliş Qərarında görünən hesablamadan 146209,07 (378081,36 -231872,29) manat fərq olduğu aşkardır. Belə olan halda, aydın olur ki, həmin 146209,07 manat məbləğində xx.xx.2020-ci il tarixli Qərar qüvvədədir. İddiaçı hər iki qərarı mübahisələndirməkdə haqlı olmuşdur.

18. Cavabdehin nümayəndəsi düzəliş qərarı üçün əlavə yoxlamanın keçirilməsinə lüzum olmadığını, **********167704 nömrəli səyyar vergi yoxlaması aktının qüvvədə olduğunu bildirir. Düzəliş qərarında Azərbaycan Respublikası Üzümçülük və Şərabçılıq X1 kimya laboratoriyasının müdiri X4 tərəfindən təqdim edilən xx.xx.2020-ci il tari xli mütəxəssis rəyi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin işçisi Nazim Rzayevin mütəxəssis rəyinə və onlara əsaslanan Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Qərara əsasən hesablamaların aparıldığını bildirir.

19. Vergi Məcəlləsinin 45.2-ci maddəsinə əsasən, mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti həyata keçirilərkən, habelə vergi ödəyicisinin əmlakı siyahıya alınarkən bilavasitə vergi orqanlarının fəaliyyət dairəsi aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin qərarına əsasən dəvət olunan şəxs başa düşülür. M ütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərlə cavab verməyən mütəxəssisin rəyi vergi orqanı tərəfindən istifadə oluna bilməz. Buna baxmayaraq, sözügedən mütəxəssis rəyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit Şöbəsinin baş dövlət vergi müfəttişi Nazim Rzayev tərəfindən verilmiş, həmin şəxs vergi orqanının əməkdaşı olaraq maraqlı şəxs hesab olunur. Bu səbəbdən həmin rəyə istinad olunması qanunvericiliyin tələblərinə ziddir. Həmçinin, Azərbaycan Respublikası Üzümçülük və Şərabçılıq X1 kimya laboratoriyasının müdiri X4 tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinin tərtibi üzrə praktik ölçmə işlərinin aparılmasına istinad edilməmiş, yalnız ümumi nəzərə biliklər üzrə aparılmışdır;

20. Yoxlama zamanı Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin tələbləri pozulmuş (yoxlama müddətinin dayandırılması və əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə xx.xx.2019-cu il tarixli, **********181013 saylı; xx.xx.2019-cu il tarixli **********192181 saylı qərarlar, həmçinin, xx.xx.2020-ci il tarixli, **********196671 saylı “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarı, o cümlədən də, xx.xx.2020-ci il tarixli, **********196968 saylı və xx.xx.2020-ci il tarixli, **********197242 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haq qında qərara əlavələr (dəyişikliklər) edilməsi barədə” qərar reyestrdən qeydiyyatdan keçməmişdir), səyyar vergi yoxlamasının müddəti 30 iş günü müəyyən edilmiş, bununla da Vergi Məcəlləsinin və “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın müddəaları pozulmuşdur (xx.xx.2018-ci il tarixli **********165965 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış və yoxlamanın başlama tarixi xx.xx.2018- ci il, yoxlamanın sona çatma tarixi isə xx.xx.2018-ci il göstərilmişdir. Yoxlama xx.xx.2018-ci il tarixdə başlamış və yoxlamanın qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddəti xx.xx.2018-ci ildə başa çatmalı olduğu halda, yoxlama xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək qeyri-q anuni olaraq, ümumilikdə 43 gün müddətində davam etdirilmişdir. Çünki qeyd edildiyi kimi səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Hətta bundan sonra yoxlama müddətinin artırılması barədə digər tarixlərdə növbəti qərarlar qəbul olunsa da, həmin qərarlar da 30 günlük (təqvim günü) müddətinin bitməsinə qədər verilməmişdir).

21. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X10-məruzəçi, X3 və X2, 2-1(103)-2154/2021 saylı iş) 19 noyabr 2021-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin 21 may 2021-ci il tarixli qərarını də yişdirmədən saxlamışdır.

23. Cavabdeh qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayətində işin hallarını, iddia tələbinə qarşı verdiyi etirazın dəliləllərini təkrarlamış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarından aydın olduğu kimi xüsusi bilik tələb edən hal ilə bağlı, yəni müəssisənin istehsal həcmi ilə bağlı mütəxəssis rəyi vergi orqanının əməkdaşı tərəfindən deyil, Azərbaycan Respublikası Üzümçülük və Şərabçılıq X1 kimya laboratoriyasının müdiri X4 tərəfindən tərtib edilmişdir. Digər tərəfdən hesab edirik ki, məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarını ümumiy yətlə iş üzrə düzgün tətbiq etməmişdir. Belə ki, hesablanmış vergilərin hesablanma əsasları üzrə proses cinayət prosessual fəaliyyətin tərkib hissəsi olaraq meydana çıxdığı üçün, yəni hesablanmış vergilər cinayət işi üzrə istintaq zamanı həyata keçirilən istintaq hərəkətlərinin nəticəsində müəyyən olunan öhdəliklər olduğu üçün mütəxəssisin cəlb edilməsi ilə bağlı hüquq münasibətlərinə Vergi Məcəlləsinin sözügedən maddi hüquq normalarının tətbiqi yolverilməzdir. Məhkəmə kollegiyasının qeyri-mötəbər sübut hesab etdiyi xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi ibtidai istintaq orqanının qərarı əsasında cinayət işinin istintaqı zamanı alınmışdır ki, burada isə hər hansı səyyar vergi yoxlamasından söhbət getmir. Yəni, Audit şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəy səyyar vergi yox laması zamanı alınmamış, cinayət təqibi zamanı obyektiv həqiqətin müəyyən olunması üçün istintaq orqanının xüsusi biliyindən kənar fəaliyyət üzrə alınmışdır. AR Cinayət Prosessual Məcəlləsinin 96.1-ci maddəsinə əsasən mütəxəssis cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Göründüyü kimi vergilərin hesablanması üzrə fəaliyyət xüsusi bilik tələb etdiyi üçün və həmin xüsusi bilik istintaq orqanının fəaliyyətinə aid olmadığı üçün müstəntiq cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə mütəxəssis dəvət etmişdir. Məhkəmə kollegiyası tərəfindən həmin maddi hüquq normalarının tətbiqi analogiya üzrə də düzgün olmamışdır. Əvvəla bu münasibətlər cinayət prosessual qanunvericiliyində kifayət qədər aydın və anlaşılan şəkildə tənzimlənmiş, digər tərəfdən isə vergi qanunvericliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz.

21. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçı İlə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci H tarixdə (izahat) yazışmalar aparılmış dır. Bundan sonra iddiaçı müvafiq olaraq xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, inzibati orqan tərəfindən qəbul edilən qərarın ləğv edilməsini xahiş etmişdir. Beləliklə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmişdir. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin iddia müddəti ilə bağlı dəlilinə heç bir münasibət bildirməmişdir. Bu da o deməkdir ki, ümumilikdə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmışdır. Heç bir hüquqi əsasa söykənməyən dəlili ilə iddianı mümkün hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

23. Vergi Məcəlləsi: Maddə

38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Maddə

45. Vergi yoxlamasının keçirilməsinə kömək göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz.

24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 58.8. Məhkəmənin qanuni qüvvəyə minm iş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəs i ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

25. Cavabdehin kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütö vlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

29. Məhkəmə tərkibi qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.

30. İddiaçının tələbi xx.xx.2020-ci il tarixli **********199524 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının qüvvədə olan hissədə ləğv olunması, xx.xx.2021-ci il tarixli **********145343 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” Qərarının ləğv edi lməsidir. 31. xx.xx.2021-ci il tarixli qərar isə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 14 yanvar 2021-ci il tarixli qərarındna sonra onun əsasında qəbul edilmişdir. Belə ki, sözügedən qərarla iddiaçının külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması faktına dair Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata bu əməli ilk dəfə törətdiyindən və cinayət nəticəsində vurulmuş ziyan tamamilə ödənildiyindən Azərbaycan Respublikası CPM-nin 40.4-cü maddəsinə əsasən xitam verilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin şəxsi hesab verəqəsində xx.xx.2017-xx.xx.2018 vergi dövrü üzrə aparılmış səyya r vergi yoxlaması ilə hesablanmış 2.213.925,44 manat vergilər (1.551.979,12 manat aksiz vergisi, 624744,59 manat ƏDV və 37.201,71 manat mənfəət vergisi) və həmin vergilər azaldılmasına görə tətbiq edilmiş 1063820,73 manat maliyyə sanksiyasının azaldılması, araşdırmanın nəticəsi olaraq isə şəxsi hesab vərəqəsində 378081,36 manat vergilər (aksiz vergisi üzrə 232127,90 manat, ƏDV üzrə 122036,83 manat, mənfəət vergisi üzrə 23916,63 manat) və həmin vergilərin azaldılmasına görə tətbiq olunan 170696,19 manat maliyyə sanksiyasının hesablanmasının təmin edilməsi qərara alınmışdır.

32. Aparılmış yoxlama zamanı əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar və müddətin uzadılması barədə qərarlardan biri reyestrdə qeydə alınmamışdır. Qərarların qeydiyyata alınmasına dair işdə olan çıxar ışda həmin qərarlar barədə məlumat əksini tapmamışdır. Bu isə reyestrdə “qeydiyyata alınmamış” yoxlama ilə eynilik təşkil etmiş sayılır. Eləcə də keçirilən səyyar vergi yoxlamasının hansı əsaslarla “növbədənkənar” keçirilməsi ilə bağlı tutarlı hər hansı dəlil də təqdim etməmişdir. Bununla da müəyyən edilir ki, vergi orqanının keçirdiyi səyyar vergi yoxlamasının nəticəsi üzrə qərar (qərara dəyişiklik olunarkən) qəbul olunarkən Vergi Məcəlləsinin 38.2-ci maddəsinin, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5 və 3.4-cü bəndlərinin tələbləri pozulmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan həm səyyar vergi yoxlamasının keçirilməsində, həmçinin də keçirilmiş yoxlamanın nəticələrini rəsmiləşdirən aktda və o nun əsasında qəbul edilmiş qərarda prosessual pozuntulara yol vermişdir.

33. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamala rının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə).

34. Cavabdehin xx.xx.2018-ci il tarixli **********165965 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir ki, bununla da Vergi Məcəlləsinin və “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın müddəaları pozulmuşdur. Sözügedən xx.xx.2018-ci il tarixli **********165965 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış və yoxlamanın başlama tarixi xx.xx.2018-ci il tarixi, yoxlamanın sona çatma tarixi isə xx.xx.2018-ci il göstərilmiş dir. Yoxlama xx.xx.2018-ci il tarixdə başlamışdır (səyyar vergi yoxlaması aktının 1.1-ci bəndi). Yoxlamanın qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddəti xx.xx.2018-ci ildə başa çatmalı olduğu halda, yoxlama xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək qeyriqanuni olaraq, ümumilikdə 43 gün müddətində davam etdirilmişdir. Çünki yuxarıda da qeyd edildiyi kimi səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Hətta bundan sonra yoxlama müddətinin artırılması barədə digər tarixlərdə növbəti qərarlar qəbul olunsa da, həmin qərarlar da 30 günlük (təqvim günü) müddətinin bitməsinə qədər verilməmişdir.

35. Məhkəmə tərkibi hesablanmış vergi borcuna görə tətbiq olunmuş maliyyə sanksiyasına münasibətdə qeyd edir ki, səyyar vergi yoxlaması aktı və onun əsasında qəbul edilmiş vergi məsuliyyətinə cəlb olunma haqqında qərar və düzəliş qərarı qanunvericilik normalarının pozuntusu ilə qəbul edildiyindən, həmin qərarlar iddiaçı üçün əlavə vergi məsuliyyəti yaratmamalıdır. Bu səbəbdən, iddiaçıya tətbiq olunan maliyyə sanksiyaları da əsassız hesab olunur.

36. Məhkəmə tərkibi bildirir ki, cavabdeh tərəfindən sözügedən mütəxəssis rəyinə istinad olunması Vergi Məcəlləsinin 45-ci maddəsinin tələblərinin pozulmasına səbəb olur. Mütəxəssis dedikdə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti həyata keçirilərkən, habelə vergi ödəyicisinin əmlakı siyahıya alınarkən bilavasitə vergi orqanlarının fəaliyyət dairəsi aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin qərarına əsasən dəvət olunan şəxs başa düşülür. Mütəxəssisin xüsusi bil ik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanı tərəfindən istifadə oluna bilməz. Buna baxmayaraq, sözügedən mütəxəssis rəyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit Şöbəsinin baş dövlət vergi müfəttişi Nazim Rzayev tərəfindən verilmiş, həmin şəxs vergi orqanının əməkdaşı olaraq maraqlı şəxs hesab olunur. Bu səbəbdən həmin rəyə istinad olunması qanunvericiliyin tələblərinə ziddir. Həmçinin, Azərbaycan Respublikası Üzümçülük və Şərabçılıq X1 kimya laboratoriyasının müdiri X4 tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinin tərtibi üzrə praktik ölçmə işlərinin aparılmasına istinad edilməmiş, yalnız ümumi nəzərə b iliklər üzrə aparılmışdır.

37. Belə olan halda, məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun cavabdeh tərəfindən sübuta yetirilməsi iddiaçının yuxarıda göstərilən hüquqlarının pozulmasına səbəb olmuşdur. Lakin inzibati orqan yuxarıda qeyd edilənlərə əməl etmədən, lazımı araşdırma aparmadan iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir.

38. Məhkəmə tərkibi cavabdehin kassasiya şikayətinin iddia müddətinin ötürülməsi dəlili ilə bağlı qeyd edir ki, o, iddiaçı barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 6 may 2020-ci il tarixli qərar qəbul etmişdir. Həmin qərar cavabdeh tərəfindən poçt vasitəsi ilə iddiaçıya 7 may 2020-ci il tarixdə göndərilmişdir. İddiaçı cavabdehin qərarından narazı qalaraq 12.5.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə şikayət instansiyasına müraciətlər etmişdir. Həmin müraciətlərə 11 avqust 2020-ci il tarixli məktubla cavab verilmiş, iddiaçı isə 19.8.2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddia müddəti ilə bağlı İPM-in 38-ci maddəsinin tələblərinə əməl olunduğundan cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı dəlili əsaslı olmamışdır.

39. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, kassasiya şika yəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

40. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2154/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar