Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-690/2023 07.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq daşınmaz dövlət reyestrindən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyya t Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq daşınmaz dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1400/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2004-cü il tarixli, 7B nömrəli protokoluna əsasən "xxxx" MTK-ya məxsus Yasamal rayonu, İ.Qutqaşın lı küçəsi, 97 saylı yaşayış binasının 2ci girişinin yarımzirzəmisindən 36,0 kv metr qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsi barədə yığıncağın protokolu təsdiq edilmişdir.
2. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 155223 nömrəli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının adına Bakı şəhəri, Qutqaşınlı küçəsi, 97 saylı evin 28 nömrəli mənzili mülkiyyət hüququ ilə qeydə alınmışdır. 3. "xxxx" MTK-nın ümumi yığıncağının 05 saylı protokolundan xx.xx.2004-cü il tarixli çıxarışa əsasən 06 oktyabr 2002-ci il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının qərarı ilə 28 saylı mənzilin sahibi iddiaçıya yaşadığı mənzilin altındakı qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) 36 kv metr hissəsindən istifadə hüququnun tanınmasına dair qərar qəbul edilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin mənzil kooperativ idarəsinə müraciət edilməsi qərara alınmışdır. 4. "xxxx" MTK-nın 01 nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçının arayışın verildiyi tarixə qədər "xxxx" MTK-ya heç bir borcu olmamışdır. 5. "xxxx" MTK-nın 02 nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçının "xxxx" MTK-ya məxsus Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi,97 ünvanda yerləşən yaşayış binasının 28-ci mənzilinin alt qatında 36 kv metrlik qeyri-yaşayış sahəsi vardır. 6. "xxxx" MTK-nın 02 nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçının ünvan 2 yaşayış binasının 28-ci mənzilinin alt qatında 36 kv metrlik qeyri-yaşayış sahəsi (yarımzirzəmisi) vardır və iddiaçının bu günkü günə qədər nə "xxxx" MTK-ya, nə də ki ona məxsus o lan qeyri-yaşayış sahəsinə aid heç bir borcu yoxdur və hal-hazırda da "xxxx" MTK tərəfindən ondan hər hansısa bir ödəniş tələb olunmur. 7. "xxxx" MTK-nın 06 nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçının həqiqətən də "xxxx" MTK-ya məxsus ünvan 2 ünvanda yerləşən yaşayış binasındakı 28ci mənzilin alt qatında 36 kv metrlik qeyri-yaşayış sahəsi (yarımzirzəmi sahəsi) mövcuddur. Həmin qeyri-yaşayış sahəsini əldə edərək özününküləşdirmək məqsədilə iddiaçı "xxxx" MTK-nın üzvlərinə müraciət edərək yaşayış binasında və qeyri-yaşayış sahələrində yarımçıq qalmış (inşası tamamlanmamış) bir sıra işlərin başa çatdırılaraq sakinlərin istifadəsinə verilməsi məqsədilə öz şəxsi pul vəsaitlərini bu işlərin görülməsinə sərf etmək arzusunda olmasını onların nəzərinə çatdırmış və bunun müqabilind ə də həmin 36 kv metrlik qeyri-yaşayış sahəsinə sahiblik hüququna malik olmasını xahiş etmişdir. Öz növbəsində kooperativ üzvləri də bu təklifi müsbət qarşılayaraq ümumi razılıq əsasında 36 kv metrlik qeyri-yaşayış sahəsinin dəyəri həcmində işlərin görülüb başa çatdırılmasına öz razılıqlarını bildirmişlər. Kooperativ üzvləri ilə əldə olunmuş razılığa uyğun olaraq iddiaçı öz növbəsində 36 kv metrlik qeyri-yaşayış sahəsinin ümumi dəyəri həcmində öz şəxsi pul vəsaitini tələb olunası işlərin görülməsinə sərf edərək üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etmişdir. Yəni binanın həyətyanı ərazisində yarımçıq qalmış işlərin (tikinti-quraşdırma, inşaat tullantılarının nəqliyyat vasitələrinə yüklənərək ərazidən daşınması, kanalizasiya boru xəttinin çəkilməsi və s. işlər) görülməsini uğurla ba şa çatdırmaqla, “Daşınmaz əmlakın dövət reyestri haqqında “ Qanunun 8.0.6-cı maddəsindən irəli gələn tələbi tam şəkildə yerinə yetirmiş və onun qeyri-yaşayış sahəsinə heç bir borcu yoxdur və adı çəkilən sahədən tam istifadə hüququna malikdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli sərəncamına uyğun olarq 36 kv metrlik qeyri-yaşayış sahəsi iddiaçının adına rəsmiləşdirilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-1696/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddiaçının cavabdeh X3 qarşı qeyri-yaşayış sahəsindən küçəyə giriş çıxışın verilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilmiş, həmin barışıq sazişinə əsasən tərəflər aşağıdakı razılığa gəlmişlər: -1 İddi açı və cavabdeh X1 və istifadə hüququ ilə onlara məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 97 saylı yaşayış binasının 2-ci girişinin yarımzirzəmisində yerləşən qeyri-yaşayış sahələrini birgə istifadə etməyi öz öhdələrinə götürürlər və həmin qeyri-yaşayış sahələrini birlikdə icarəyə vermək barədə razılığa gəlirlər. -2 Qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən əldə olunan gəlir aralarında bərabər (50% - 50%) bölünür. -3 Hər bir tərəf özünə məxsus qeyri-yaşayış sahəsinin kommunal (qaz, işıq və su) sayğaclarını öz hesabına quraşdırır və öz adına rəsmiləşdirir. Lakin sayğaclar üzrə hesablanmış kommunal xərclər toplanaraq proporsional (hər bir tərəfin payına uyğun olaraq) bölünür. -4 Tərəflər birlikdə icarəyə verilən qeyri-yaşayış sahələrinin icarəyə götürmək istəyən ş əxslə birlikdə görüşür və ümumi icarəyə verilən sahənin qiyməti ilə bağlı birlikdə qərar qəbul edirlər. -5 Qeyri-yaşayış sahələrinin icarəsi ilə əlaqədar olaraq yaranmış mübahisələrə görə tərəflər birgə, lakin paylarına uyğun olaraq məsuliyyət daşıyır. -6 Saziş hər iki tərəfin qeyri-yaşayış sahəsi tam təmir edildikdən sonra qüvvəyə minir. Təmir işləri digər tərəfin öz sahəsindən istifadəsinə mane olmamalıdır. -7 Barışıq sazişi üç nüsxədə tərtib olunur. Sazişin bir nüsxəsi məhkəmədə, qalan iki nüsxəsi tərəflərdə qalır.
9. İddiaçı cavabdehə müraciət edərək sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
10. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********60 nömrəli məktubunda bildirilmişdir ki, qeyd olunan qeyri-yaşayış sahəsinə iddiaçının adına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra müvafiq müqavilə əsasında digər fiziki şəxsin adına mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Həmçinin qeyd olunmuşdur ki, Yasamal rayonu, İ.Qutqaşınlı küç., 97 saylı binada yerləşən qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir və əlavə olunmuş sənədlərlə faktiki sahə arasında uyğunsuzluq mövcuddur. Bundan başqa sxemdə memarın imzası və qeyri-yaşayış sahəsinin yerləşdiyi sahə dəqiq göstərilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində birinci icraat
11. İddiaçı 10 avqust 2020-ci il tarixdə cavabdehə qarşı idd ia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MTK-nın ünvan 3 ünvanda yerləşən binasının texniki döşəməaltısında, həyət tərəfdən 2-ci girişin altında, zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə qanunda nəzərdə tutulduğu kimi Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, "xxxx" MTK-nın ünvan 4 ünvanda yerləşən binasının həyət tərəfdən 2-ci girişinin altında, zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dö vlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Həmin qeyri-yaşayış sahəsi "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlərinin xx.xx.2004-cü il tarixdə keçirilmiş ümumi iclasının nəticələri əsasında 5 saylı protokol qərarı ilə iddiaçının müddətsiz istifadəsinə verilmişdir. Həmin protokoldan Çıxarış əsasında məsələ Bakı şəhəri İcra Hakimiyyəti başçısı Aparatı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyanın müzakirəsinə çıxarılmış və bu barədə İctimai Komissiyanın 7B saylı, xx.xx.2004-ci il tarixli protokolu qəbul edilmişdir. Sonuncunun təsdiq edilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının 137 saylı, xx.xx.2004-cü il tarixli Sərəncamı qəbul edilmişdir. Bu sənədlər və habelə qeyri-yaşayış sahəsinin ölçülərini əks edən eskiz ərizə ilə birlikdə cavabdehə təqdim edilsə və qeyriyaş ayış sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması xahiş edilsə də cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək məhkəməyə müraciət etmişdir.
13. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddaiçının İdarəyə müraciəti ilə iddia tələbi arasında fərq mövcuddur. İddiaçının İdarəyə müraciəti, sözügedən qeyri-yaşayış sahəsinin X2 adına rəsmiləşdirilməsi ilə bağlı olmuşdur. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin pay haqqının tam ödənilməsi barədə maliyyə arayışı və yerləşdiyi mərtəbənin razılaşdırılmış planı təqdim edilməmişdir. Bununla yanaşı sözügedən qeyri-yaşayış sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra müvafiq müqavilə əsasında X2 adına rəsmiləşdirilə bilər.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1370/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərardadı ilə (hakim M.T.Hacıbəyova) iddia mümkün sayılmamışdır.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə bağlı məhkəməyə qədər cavabdehə müraciət etməmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılmazdan əvvəl hazırkı iddia tələbi ilə bağlı cavabdehə müraciət etməsinə dair heç bir sübut və ya müraciətə dair cavab məktubu iddia ərizəsinə əlavə olunmamış və iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra da məhkəməyə təqdim edilməmişdir.
16. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. ap ellyasiya instansiyası məhkəməsində birinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1367/2021 nömrəli, 24 iyun 2021-ci il tarixli qərardadı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, E.Ə.Mehdiyev və M.N.Tağızadə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1370/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərardadı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən iddiaçının ərizəsində xx.xx.2020-ci il tarixdə ********** nömrəli ərizə ilə cavabdehə müraciət etdiyini nəzərə almamış, eyni zamanda iş materiallarında olmayan, iş üzrə tərəflərin istinad etmədiyi xx.xx.2020-ci il tarixli ərizə il ə iddiaçının cavabdehə mübahisəli qeyri-yaşayış sahəsinin oğlunun adına rəsmiləşdirilməsi ilə bağlı müraciət etdiyini qeyd etmişdir.
19. Həmçinin, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 17 fevral 2021-ci il tarixli qərardadında dəyişiklik edilmiş, həmin qərardadın 3-cü səhifəsinin 2-ci abzasında düzəliş edilməklə tarixin “22 may 2020-ci il” əvəzinə “27 iyul 2020-ci il” oxunulması qeyd olunmuşdur. Lakin burada da məhkəmə qarışıqlığa yol vermiş əvvəl, “22 may 2020-ci il” tarixi iddiaçının inzibati orqana göndərdiyi ərizənin tarixi kimi qeyd etsə də, sonradan həmin tarixi “27 iyul 2020-ci il” tarixlə əvəz etmiş, halbuki qeyd edilən sonuncu tarix iddiaçının ərizəinin tarixi deyil, cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı imtina məktubun un tarixi olmuşdur.
20. Məhkəmə iddianı mümkün saymadığı zaman iddiaçının aydın olmayan iddia tələbinin dəqiqləşdirilməsində ona yardım göstərməmiş, özü də işin materiallarında qeyd olunmayan ərizəyə istinad etməklə yanlış qərara gəlmişdir. c. birinci instansiya məhkəməsində ikinci icraat
21. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında, iddiaçı ilə aralarında imzalanmış və Bakı Apellyasiya Məhkməsinin Mülki Kollegiyasınn 29(103)-1696/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə təsdiq olunmuş “qeyri-yaşayış sahəsinin birgə istifadəsi barədə” Saziş nəzərə alınmaqla, qəbul olunacaq qərarla maraqlarına toxunan X4, ərizəsinə əsasən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
22. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1370/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərarı ilə (hakim M.T.Hacıb əyova) iddia təmin edilmiş, ünvan 3 ünvanda yerləşən "xxxx" MTK-ya məxsus binanın həyət tərəfdən 2-ci girişinin altındakı zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
23. Məhkəmə qeyd etmişdir ki, işə yenidən baxılan zaman iddiaçı cavabdehə iddia ərizəsində göstərilən tələblə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətinin təmin edilməməsi barədə məktub təqdim etmişdir. Bununla da iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verilmiş sayılır. Beləki, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
24. Birinci instansiya məhkəməsi i ddianı təmin edərkən qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçı tərəfindən sözügedən qeyri-yaşayış sahəsinin dəyəri MTK ilə razılaşdırılmış qaydada iddiaçının şəxsi vəsaitləri hesabına bir sıra işlərin görülməsi ilə ödənilmiş, qanunvericilikdə isə pay haqqının mütləq qaydada pul vəsaiti ilə ödənilməsi nəzərdə tutulmamışdır. Qeyri-yaşayış sahəsinin yerləşdiyi bina istismara qəbul edilmişdir, belə ki, həmin binada iddiaçıya məxsus mənzil daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmışdır.
25. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)1696/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddiaçının cavabdeh X3 qarşı qeyri-yaşayış sahəsindən küçəyə giriş çıxışın verilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilmişdir, həmin barışıq sazişinə əsasən tərəflər aşağıdakı razılığa əsasən, iddiaçı və cavabdeh X1 və istifadə hüququ ilə onlara məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 97 saylı yaşayış binasının 2-ci girişinin yarımzirzəmisində yerləşən qeyri-yaşayış sahələrini birgə istifadə etməyi öz öhdələrinə götürürmüş və həmin qeyri-yaşayış sahələrini birlikdə icarəyə vermək barədə razılığa gəlmişlər. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərardadında da iddiaçının mübahisəli qeyri-yaşayış sahəsi üzərində hüquqlarının olması təsdiq edilmiş və hazırda həmin mübahisənin qarşı tərəfi məhkəmə iclasında əmlakın iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmasına etiraz etməmişdir.
26. Məhkəmə “Daşınmaz əm lakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, məhkəmə baxışı zamanı iddiaçıya məxsus qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə göstərilmiş əsaslardan heç biri müəyyən olunmamışdır.
27. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1400/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, A.V.Tanrıverdiyev və İ.S.Şirinov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1370/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsinə əsasən 2013-cü il yanvarın 1-dək inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı - daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas sayılır. Lakin hazırkı mərhələdə müəyyən olunmuşdur ki, birincisi, mübahisəli qeyriyaşayış sahəsinin yerləşdiyi - ünvan 3 ünvanda yerləşən "xxxx" MTK-ya məxsus binanın tikintsinə icazə sənədi yoxdur. Belə ki, apellyasiya mərhələsində məhkəmənin xx.xx.2022ci il tarixli müvafiq sorğusuna Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektiura Komitəsi yanında Memarlıq və Şəhərsalma Baş İdarəsi 15 iyul 2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, Komitənin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində belə bir sənəd aşkar olunmamışdır.
30. Bundan əlavə, cavabdehin işdə iştirak edən nümayəndələrinin və iddiaçının və üçüncü şəxsin izahatlarına əsasən binanın istismara qəbul aktının mövcud olmadığı təsdiq olunur və bu hal mübahisələndirilmir.
31. Digər bir tərəfdən, hazırkı mərhələdə məhkəmənin Əmlak Məsələləri Dövlət Xidmətinə həmin binanın zirzəmisində yerləşən mübahisəli qeyri-yaşayış sahəsinin reyestrdə dövlət qeyd iyatının olub-olmaması barədə sorğusuna cavab olaraq bildirilmişdir ki, reyestrdə bununla bağlı qeyd olmasa da, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-ci və Mülki Məcəllənin 227-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərədə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Qeyd olunan hüquq normalarına əsasən məhkəmələr tərəfindən qəbul olunan qərarlarla yaşayış binalarının zirzəmilərinin özgəninkiləşdirilməsi barədə əqdlər qeyri-qanuni sayılmaqla ləğv edilir (Nümunə üçün AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2017-ci il tarixli 2(102)-753/17 saylı və 2(102)-161/2020 saylı xx.xx.2020-ci il tarixli qərarları əlavə ed ilmişdir).
32. Qeyd olunmalıdır ki, üçüncü şəxs S.Səfərli tərəfindən məhkəməyə təqdim edilmiş mübahisəli ünvanda yerləşən MTK-ya məxsus binanın zirzəmisində başqa bir şəxsin adına qeyri-yaşayış sahəsinin qeydə alınması ilə bağlı Ali Məhkəmənin Mülki Kollegiyasının 31 yanvar 2014-cü il tarixli 2(102)-186/2014 saylı qərarına istinad olunan dəlillərinə gəldikdə isə, Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi Ali Məhkəmənin 28 fevral 2017-ci il və xx.xx.2020-ci il tarixli qərarları daha sonrakı məhkəmə təcrübəsinin nümunələridir.
33. İddiaçının və üçüncü şəxs tərəfindən binanın zirzəmisində başqa üç şəxsin adına qeyri-yaşayış sahəsinə dair cavabdeh tərəfindən çıxarışın verilməsini əsas tutması ilə əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin tələblərinin pozulması ilə aparılan qeydiyyat, heç də konkret halda, məhkəmə tərəfindən həmin səhvlər təkrarlanmaqla, ümumi istifadəyə aid bina hissəsinə iddiaçının mülkiyyət hüququnun reyestrdə qeydə alınmasının cavabdehə həvalə edilməsi üçün əsas ola bilməz. Beləliklə də, qeyd olunanlar baxımından, iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın tikintisinə və istismarına icazə sənədi mövcud olmadığı, ikincisi, həmin qeyri-yaşayış sahəsi binanın zirzəmisi (texniki mərtəbə) olaraq müxtəlif kommunikasiyaların yerləşdiyi və bütün sakinlərin istifadəsinə (paylı mülkiyyətinə) aid olan bir sahə olduğu halda, həmin sahənin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması istisna edilir.
34. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və işə yenidən başqa apellyas iya instansiyası məhkəməsində baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
35. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya məhkəməsi qanunla təsbit olunmuş vəzifələrini kobud şəklildə pozaraq işin hallarını hərtərəfli araşdırmadan, birinci instansiya məhkəməsinin qərarını tam yoxlamadan iddia tələbi üzrə qərar qəbul etməkdən yayınaraq, yalnız şikayətin qanundan kənar yollarla təmin edilməsinə çalışmışdır.
36. Apellyasiya şikayəti ümumiyyətlə birinci instansiya məhkəməsinin qətnaməsi əsasında verilməmişdir. Şikayətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticələr qanunsuz adlandırılsa da, heç yerdə bu qanunsuzluğun nədən ibarət olduğu göstərilməmiş və əsaslandırılması verilməmişdir. Yalnız bu səbəbdən şik ayət qeyrimümkün sayılmalı idi.
37. Qeyd edilmişdir ki, məhkəmə kollegiyasının düşüncəsinə görə Ali Məhkəmənin daha öncə qəbul edilmiş qərarlarının hüquqi qüvvəsi artıq yoxdur. Əks təqdirdə, kollegiya öz mülahizəsinə əsasən Ali Məhkəmənin qərarlarının tətbiqinə özbaşına və ixtiyari şəkildə yanaşmazdı. Lakin kollegiyanın düşüncəsinə rəğmən Ali Məhkəmənin iddiaçı tərəfindən təqdim edilmiş preyudisial xarakterli qərarları da eynilə kollegiyanın rəhbər tutuduğu qərarlar kimi hüquqi qüvvəyə malikdir və hüquqi qüvvə baxımından eyni statusa malikdirlər. Kollegiyanın Ali Məhkəmə qərarlarını bu cür ixtiyari və özbaşına tətbiq etməsi qanunvericiliyin hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi prinsiplərinə də ziddir.
38. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasi ya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1400/2022 nömrəli, xx.xx.2022 tarixli qərarının iş üzrə bütün proses və prosessual hərəkətlər qanun pozuntusu ilə həyata keçirildiyi səbəbdən ləğv edilməsini və apellyasiya şikaytinə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğu qaydada baxılması üçün yeni apellyasiya baxışı təyin olunmaqla işin Azərbaycan Respublikasının digər apellyasiya məhkəməsinə göndərilməsini və ya Bakı Apellyasiya Məhkəməsinin digər kollegiyasının baxışına verilməsini xahiş etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
40. Mülki Məcəllə:... Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar - 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
41. İnzibati Prosessual Məcəllə: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi -1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mad də
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat -96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. -96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. -96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali M əhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı -98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
42. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
43. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. Məlum olduğu kimi, İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətin in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia qaldıraraq ünvan 3 ünvanda yerləşən "xxxx" MTK-ya məxsus binanın həyət tərəfdən 2-ci girişinin altındakı zirzəmidə yerləşən qeyriyaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
45. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1370/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi,97 ünvanda yerləşən "xxxx" MTK-ya məxsus binanın həyət tərəfdən 2-ci girişinin altındakı zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, r eyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
46. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
47. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1400/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1370/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, İddiaçı iddia tələbi rədd edilmişdir.
48. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən apellyasiya məhkəməsinin həmin qərarından kassasiya şikayəti verilmişdir.
49. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətində İPM-nin 1.2, 14.2, 52, 81.3, 82, 87.1, 87.2, 87.9, 90.3, 92, 92.0.3, 92.0.6, 96.5, 96.9-cu maddələrinə və MPM-nin 218.3, 372.7, 377, 380.1, 417.1.3, 417.1.6, 418.1, 418.2, 418.3-cü maddələrinə istinad etsə də, hazırkı inzibati mübahisə apellyasiya məhkəməsində həll olunduğu zaman işin hallarına baxdıqda sözügedən prosessual maddələrin iddiaçının qənaətinə görə pozulmasının nədən ibarət olmasını konkret şəkildə göstərməmiş və onları əsaslandırmamışdır.
50. Buna görə də iddiaçının kassasiya şikayəti ümumi və deklarativ xarakter daşıyır.
51. Belə ki, iddiaçı kassasiya şikayətində yazır ki, “apellyasiya məhkəməsi qanunla təsbit olunmuş vəzifələrini kobud şəkildə pozaraq işin hallarını hərtərəfli araşdırmadan, birinci instansiya məhkəməsinin qərarını tam yoxlamadan iddia tələbi üzrə qərar qəbul etməkdən yayınaraq, yalnız şikay ətin qanundan kənar yollarla təmin edilməsinə çalışmışdır”.
52. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır.
53. Belə ki, apellyasiya məhkəməsinin iş üzrə qəbul etdiyi 2-1(103)-1400/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qərarın əsaslandırıcı hissəsindən görünür ki, apellyasiya məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmış, bunun nəticəsində iddia tələbi üzrə iddianın rədd edilməsi barədə qərar qəbul edilmişdir.
54. İddiaçının kassasiya şikayətində göstərdiyi “yalnız şikayətin qanundan kənar yollarla təmin edilməsinə çalışmışdır” ifadəsinə gəldikdə isə, qeyd edilməlidir ki, iddiaçı bununla bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim etməmiş, yəni onun bu göstərdiyi ifadə sırf formal və deklarativdir.
55. İddiaçı kassasiya şikayətində daha son ra yazır ki, “apellyasiya şikayəti ümumiyyətlə birinci instansiya məhkəməsinin qətnaməsi əsasında verilməmişdir. Şikayətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticələr qanunsuz adlandırılsa da, heç yerdə bu qanunsuzluğun nədən ibarət olduğu göstərilməmiş və əsaslandırılması verilməmişdir. Yalnız bu səbəbdən şikayət qeyri-mümkün sayılmalı idi”.
56. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır, belə ki, məlum olduğu kimi İPM-nin 87.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
57. İşin İ cildinin 191, 192-ci səhifələrində olan müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2022-ci il tarixli protokolundan və eyni tarixli qərardaddan görünür ki, apellyasiya məhkəməsi apellyasiya şikayətini mümkün saymış və bununla bağlı həm protokolda, həm də qərardadda qeyd etmişdir ki, “apellyasiya şikayəti Azərbaycan Rspublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun verilmiş və apellyasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilmişdir, apellyasiya şikayətinə əsasən inzibati işə apellyasiya qaydasında baxılması mümkündür”.
58. Yeri gəlmişkən, qeyd edilməlidir ki, məhkəmə protokollarından göründüyü kimi, apellyasiya məhkəməsinin iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətinin qeyri-mümkün sayılmasına dair vəsatətlər verməmişdir.
59. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində onun qənaətinə görə qanunsuzluqların nədən ibarət olmasını konkret şəkildə göstərmiş və apellyasiya şikayətini əsaslandırmışdır.
60. İddiaçı kassasiya şikayətində həmçinin göstərmişdir ki, iddiaçı tərəfindən məhkəməyə, onun qənaətinə görə predyusial xarakter daşıyan Ali Məhkəmənin qərarları təqdim edilsə də, apellyasiya məhkəməsi bunları nəzərə almamışdır.
61. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır, belə ki, işin İİ cildinin 28-36-cı səhifələrində olan Ali Məhkəmənin Mülki Kollegiyasının qərarından göründüyü kimi, həmin işlərdə iştirak şəxslər hazırkı işdə iştirak edən şəxslərlə eyni deyil.
62. Buna görə də iddiaçının həmin dəlili (İPM-nin 1.2-ci maddəsinə istinadən) MPMnin 82.3-cü maddəsinin tələblərinə cavab vermir.
63. Belə ki, MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən ba şqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
64. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi xx.xx.2022ci il tarixli qərarında haqlı olaraq göstərmişdir ki, ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsinə əsasən 2013-cü il yanvarın 1-dək inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı- daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas sayılır. Lakin hazırkı mərhələdə müəyyən olunmuşdur ki, birincisi, mübahisəli qeyri- yaşayış sahəsinin yerləşdiyi - ünvan 3 ünvanda yerləşən "xxxx" MTK-ya məxsus binanın tikintsinə icazə sənədi yoxdur. Belə ki, apellyasiya mərhələsində məhkəmənin xx.xx.2022-ci il tarixli müvafiq sorğusuna Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektiura Komitəsi yanında Memarlıq və Şəhərsalma Baş İdarəsi 15 iyul 2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, Komitənin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində belə bir sənəd aşkar olunmamışdır”.
65. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin işdə iştirak edən nümayəndələrinin və iddiaçının və üçüncü şəxsin izahatlarına əsasən binanın istismara akı mövcud olmadığı da öz təsdiq olunur və bu hal mübahisələndirilmir.
66. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, apellyasiya məhkəməsinin Əmlak Məsələləri Dövlət Xidmətinə həmin binanın zirzəmisində yerləşən mübahisəli qeyri-yaşayış sahəsinin registrdə dövlət qeydiyatının olub-olmaması barədə sorğusuna cavab olaraq bildirilmişdir ki, registrdə bununla bağlı qeyd olmasa da, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-ci və Mülki Məcəllənin 227-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərədə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Qeyd olunan hüquq normalarına əsasən məhkəmələr tərəfindən qəbul olunan qərarlarla yaşayış binalarının zirzəmilərinin özgəninkiləşdirilməsi barədə əqdlər qeyri-qanuni sayılmaqla ləğv edilir (Nümunə üçün AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 fevra l 2017-ci il tarixli 2(102)-753/17 saylı və 2(102)-161/2020 saylı xx.xx.2020-ci il tarixli qərarları əlavə edilmişdir).
67. Həmçinin apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, üçüncü şəxs S.Səfərli tərəfindən məhkəməyə təqdim edilmiş mübahisəli ünvanda yerləşən MTK-ya məxsus binanın zirzəmisində başqa bir şəxsin adına qeyri-yaşayış sahəsinin qeydə alınması ilə bağlı Ali Məhkəmənin Mülki Kollegiyasının 31 yanvar 2014-cü il tarixli 2(102)186/2014 saylı qərarına istinad olunan dəlillərinə gəldikdə isə, Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi Ali Məhkəmənin 28 fevral 2017-ci il və xx.xx.2020-ci il tarixli qərarları daha sonrakı məhkəmə təcrübəsinin nümunələridir.
68. Bundan başqa, apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının və üçüncü şəxs tərəfi ndən binanın zirzəmisində başqa üç şəxsin adına qeyriyaşayış sahəsinə dair cavabdeh tərəfindən çıxarışın verilməsini əsas tutması ilə əlaqədar qanunvericiliyin tələblərinin pozulması ilə aparılan qeydiyyat, heç də konkret halda, məhkəmə tərəfindən həmin səhvlər təkrarlanmaqla, ümumi istifadəyə aid bina hissəsinə iddiaçının mülkiyyət hüququnun reyestrdə qeydə alınmasının cavabdehə həvalə edilməsi üçün əsas ola bilməz.
69. Beləliklə də, iddiaçının istifadəsində olan qeyri- yaşayış sahəsinin yerləşdiyi binanın tikintisinə və istismarına icazə sənədi mövcud olmadığı, ikincisi, həmin qeyriyaşayış sahəsi binanın zirzəmisi (texniki mərtəbə) olaraq müxtəlif kommunikasiyaların yerləşdiyi və bütün sakinlərin istifadəsinə (paylı mülkiyyətinə) aid olan bir sahə olduğu halda, həmin sahənin iddiaçının a dına daşınmaz dövlət reyestrində qeyd alınması istisna edilir.
70. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1400/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
71. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1400/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.