Məhkəmə qərarları › İş №2-1(102)-690/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-690/2024

05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-690/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası haqqında iddianın mümkünlüyü; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçün cü şəxslər: "xxxx" QSC, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "xxxx" Şirkəti) texniki pasporta və çıxarışa düzəliş edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)3894/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, X3 prospekti, 77 “L” ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair "xxxx" MMC-nin adına verilmiş **********36123301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixdə tərtib olunmuş texniki pasp orta və mülkiyyət hüquqlarına dair çıxarışa, eyni ünvanda ona məxsus və istifadəsində olan əmlakla bağlı olan hissəsinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5589/2022 saylı qərardadına əsasən "xxxx" QSC, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "xxxx" Şirkəti üçüncü şəxs qismində icraata cəlb edilmişlər. İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin icraatında iddiaçı "xxxx" Şirkətinin ona qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" Şirkəti cəlb edilməklə) “mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması, cavabdehin anbar binasından və əmlak kompleksindən çıxarılması və əmlak kompleksinə daxil olmasının cavabdehə qadağan edilməsi” tələbinə dair mülki iş olmuş və Nərimanov rayon Məhkəməsinin 2(005)-108/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7268/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

5. Nərimanov Rayon Məhkəməsinin icraatında olan zaman iş üzrə iddiaçı olmuş "xxxx" MMC-nin mübahisəli əraziyə dair heç bir mülkiyyət sənədi olmamışdır. Əraziyə aid Mülkiyyət Hüquqlarına dair Çıxarış yalnız xx.xx.2021-ci il tarixdə verilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini n 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “Texniki pasportdan” görünür ki, X3 prospekti, 77 “L” ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair "xxxx" Şirkətinin adına **********36-123301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixdə pasport tərtib olunmuşdur.

6. Texniki pasport tərtib edilən zaman və Çıxarış verilən zaman cavabdeh o zamankı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yanlışlığa yol verilmişdir və "xxxx" MMC-yə aid olmayan tikiliyə dair texniki pasport tərtib edilmişdir. Faktiki olaraq mənə məxsus və mənim istifadəmdə olan tikili də yanlışlıq nəticəsində "xxxx" MMC-nin ərazisi kimi göstərilmişdir.

7. Halbuki, həmin çıxarışın verilm əsi 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin müvafiq 2-1(82)-3541/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı əsasında olmuşdur və həmin qərarla "xxxx" MMC-nin yeni inşa etmiş olduğu anbar və istehsalat binasına dair çıxarış verilməsi qət edilmişdir. Sonradan həmin qərar da yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanmışdır.

8. Qeyd edilən qərar əsasında "xxxx" Şirkətinə çıxarış verildikdən sonra qərarı icra etmiş hazırki cavabdeh artıq Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək icra edilmiş məhkəmə qərarı əsasında çıxarışa düzəliş edilməsi üçün izah verilməsini xahiş etsə də, məhkəmə xx.xx.2021-ci il tarixli qərardadı ilə izah verməkdən imtina etmişdir. Halbuki qərarı icra etməli olan cavabdeh qurum qərarı səhv icra etməsini anlamış və səhvini düzəltməyə cəhd göstər mişdir. Sadəcə prosessual olaraq buna düzgün əməl etməmişdir. 9. xx.xx.2021-ci il tarixdə cavabdehin İddiaçı ünvanladığı məktubla müəyyən edilir ki, cavabdeh tərəfindən hazırki mübahisə ilə bağlı, yəni çıxarışın verilməsi ilə bağlı səhvlə bağlı araşdırma aparılır. Lakin bu araşdırma hələ də davam edir. Nəticə etibarı ilə isə İddiaçı faktiki olaraq subyektiv hüququ olmayan bir iddiaçının iddiası əsasında öz yaşayış yerindən məhrum olmaq təhlükəsi ilə üzləşmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(103)-362/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş fakt ondan ibarətdir ki, “Neft Kəmərləri İdarəsi” X1 tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş aktla müəyyən edilir ki, Qaradağ İB məxsus hal-hazırda istismarda olan Şirvan Bakı DŞ 500 neft kəmərinin 127.7-ci km -də kəmərdən 41 metr aralıda UĞUR adlı vətəndaşa aid uzunluğu 31 metr, eni 31 metr, hündürlüyü 10 metr olan anbar tikilmişdir. Tikintinin dayandırılması barədə dəfələrə xəbərdarlıq edilməsinə baxmayaraq tikinti işləri dayandırılmamışdır. Göründüyü kimi 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-3541/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı məhz yuxarıda göstərilən 2017-ci ildə inşa edilmiş tikili ilə bağlı mübahisənin həllinə aid olmuşdur və nəticə etibarı ilə 2017-ci ildə inşa edilmiş tikili ilə bağlı qərar qəbul edilmişdir.

11. Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş mülki işdə də məhz 2017ci ildə inşa edilmiş tikili ilə bağlı olan məhkəmə qərarı əsasında verilmiş Çıxarış işdə sübut olaraq istifadə edilmişdir və bu zaman İddiaçı bəlli olmuşdur ki, hazırki cavabdeh 1 saylı Ərazi İdarəsinin 2017-ci il tarixli qərar əsasında vermiş olduğu sənədlərdə səhvə yol verilmişdir, mübahisəli texniki pasport və çıxarışda nədənsə İddiaçı tərəfindən 2007-ci ildə inşa edilmiş və Delta İnvestmentə heç bir aidiyyəti olmayan tikili göstərilmişdir. Halbuki bu tamamilə fərqli tikilidir. Hətta ölçülər də fərqlidir. İddiaçı öz tikilisində 2007-ci ildən yaşayır və istifadə edir. 12. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-3541/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının kassasiya instansiyası zamanı qəbul edilmiş 21(102)1863/2018 saylı xx.xx.2018-ci il tarixli qərarında da qeyd edilir ki, təqdim edilmiş xx.xx.2004-cü il tarixli texniki pasporta əsasən E tikintisi sökülmüş və əlavə olaraq tikinti altı sahəsi 300.5 kv.m. olan digər əlavə tikililər inşa edilmişdir. Apar ılmış tikintiyə dair heç bir hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. Göründüyü kimi burada da müəyyən edilir ki, mübahisəli çıxarışla mənim tikilimin heç bir əlaqəsi yoxdur. Həmin çıxarış üzrə verilən tikilinin tikinti icazəsi Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş və 900 kv.m-də çox olan ərazisi olan tikilinin istismar aktı isə xx.xx.2017-ci ildə verilmişdir.

13. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessua l hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Cavabdehin və üçüncü şəxslərin etirazları:

14. Cavabdeh və üçüncü şəxslər iddiaya qarşı etiraz təqdim etməmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5589/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

16. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələb etdiyi ona məxsus əmlakla bağlı olan hissəsinə düzəliş edilməsini tələb etdiyi çıxarış qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında verildiyindən hazırki inzibati icraat çərçivəsində mübahisələndirilə bilməz.

17. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verə rək qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-3894/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5589/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

21. B akı Apellyasiya Məhkəməsi iş üzrə bütün faktiki halları aydınlaşdırmadan qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3894/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının tələb etdiyi ona məxsus əmlakla bağlı olan hissəsinə düzəliş edilməsini tələb etdiyi çıxarış qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında verildiyindən hazırki inzibati icraat çərçivəsində mübahisələndirilə bilməz.

22. Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən xx.xx.2021-ci il tarixli 401210/3-438 saylı məktubun məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə X3 prospekti 77L ünvanda yerləşən tikililər, o cümlədən İddiaçı yaşadığı tikili də daxil olmaqla Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 1408 nömrəli Sərəncamı ilə təs diq edilmiş “Bakı Metropoliteni Xətlərinin X2” və Dövlət Proqramına uyğun olan Bakı metropoliteninin İİ mövcud Yaşıl Xəttinin davamı olaraq inşası nəzərdə tutulmuş “Y-02” stansiyasının tikintisinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin, həmin torpaq sahəsi üzrə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin istifadəyə (icarəyə) verilən torpaq sahəsinə dair 115/185 nömrəli ayrıc aktından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 322 saylı sərəncamı ilə Ziya Bünyadov prospekti, 2062-ci məhəllədə 4,6928 hektar ərazi “Y-2” stansiyasının tikintisi üçün "xxxx" QSC-yə verilmişdir.

23. Bununla yanaşı, inzibati orqan tərəfindən tərtib edilmiş sənədlər arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********13 nömrəli məktubdan görünür ki, həmin ünvanda yerləşən 17044,0 kv.m torpaq sahəsinə dair "Delta” İnvestment MMC ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 162 nömrəli icarə müqaviləsi xx.xx.2016-cı il tarixindən ləğv edilmişdir.

24. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********13 nömrəli məktubdan görünür ki, sözügedən ünvanda “Delta İnvestment MMC-nin icarəsində olan 1.73 ha torpaq sahəsində yerləşən adı çəkilən tikiliyə dair Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hüquqmüəyyənedici sənəd verilməmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il tarixli, Bakı Şəhəri, Nərimanov Rayonu X3 prospekti 77 L ünvanında olan daşınmaz əmlaka dair çıxarışdan görünür ki, həmin daşınmaz əmlak "xxxx" şirkətinə xüsusi mülkiyyətindədir.

25. İnzibati orqanın xx.xx.2021-ci il tarixli **********13 nömrəli məktubu ilə xx.xx.2021ci il tarixli daşınmaz əmlakın reyestrindən çıxarışının arasında ziddiyyət təşkil edir. Bu isə çıxarışın etibarsız olmasını dəlalət edən hal kimi qiymətləndirilməlidir və iddiaçının mülkiyyət hüquqları tanınmalıdır.

26. İş üzrə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Ziya Bünyadov prospekti, 2062-ci məhəllədə 4,6928 hektar ərazi “Y-2” stansiyasının tikintisi üçün "xxxx" QSC-yə verilməsi ilə bağlı xx.xx.2015-ci il tarixli 322 saylı sərəncamı mövcud olmasına baxmayaraq, cavabdeh orqan tərəfindən sözügedən torpaq sahəsi ilə bağlı "Delta investment” MMC-yə hüquqmüəyyənedici sənədlər qanuni əsaslarla verilmə mişdir və iddiaçının mülkiyyət hüquqları pozulmuşdur.

27. Yuxarıda göstərilənlərə əsasən, cavabdeh orqanın hərəkəti nəticəsində, yəni qeyri-qanuni əsaslarla "xxxx" MMC-yə hüquqmüəyyənedici sənədlərin verilməsi ilə İddiaçı sözügedən torpaq sahəsinə qanunla qorunan mülkiyyət hüququnun pozulması kimi qəbul edilməlidir. Verilmiş iddia qanunvericiliyin tələblərinə əsasən mümkün iddia sayılmalıdır və Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərardad ləğv edilməli iddia tələbi təmin edilməlidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

29. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digə r materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinm əyə dair iddia mümkün sayılır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü mad dələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜM KÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Şikayət qərardadın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

33. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, Nərimanov rayonu, X3 prospekti 77 L ünvanında yerləşən əmlak kompleksinə dair "xxxx" Şirkətinin adına verilmiş sözügedən çıxarış Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli Sərəncamı, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli, 21(82)-3541/2017 saylı məhkəmə qərarına əsasən rəsmiləşdirilmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 35.1, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-3541/2017 nömrəli qərarının məzmununa görə, hazırkı iş üzrə iddiaçı həmin qərarın aid olduğu icraatın iştira kçısı olmamışdır. İPM-in 78-ci maddəsinin tələbinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

35. Beləliklə, hazırkı iddiaçı qeyd olunan qərara əsasən aparılmış qeydi mübahisələndirə, qeyddə düzəlişlərin edilməsini tələb edə bilər.

36. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin əsaslandığı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-3541/2017 nömrəli qərarının nəticə hissəsində qeydə alınmalı və barəsində texniki pasport tərtib edilməli olan sahələr aşkar olaraq göstərilməmişdir. Bunu görə də, cavabdeh tərəfindən qeydin aparılmasının və texniki pasportun tərtib olunmasının inzibati orqan tərəfindən həmin qərara uyğun icra edilib-edilmə diyi də məlum deyil.

37. Nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması prinsipinin tələbləri iddianın mümkünlüyünə də aiddir.

38. Beləliklə, İPM-in 12.1, 35.1 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulduğundan, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir

39. Apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, habelə apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədiyindən şikayət iddianın təmin edilməsi tələbinə aid h issədə təmin oluna bilməz.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-3894/2022 saylı qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar