Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-691/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (apelyasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin vəkili Vəkil və nümayəndəsi X6 oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı «xx xxxx 2001-ci il tarixli, ******* №-li bakalavr diplomunun ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair şəhadətnamənin verilməsi» tələbinə dair Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2931/2019 nömrəli inzibati iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxx 2001-ci il tarixli, ******* №-li bakalavr diplomunun ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2819/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə (hakim: R.M.Daşdəmirov) iddia təmin edilmiş, Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən iddiaçıya verilmiş xx xxxx 2001-ci il tarixli, ******* №-li bakalavr diplomunun ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. İş üzrə cavabdeh xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2819/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından apelyasiya şikayəti vermiş və xx.xx.2019-cu il tarixdə şikayətin verilməsi üçün buraxılm ış müddətin bərpa olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2931/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) cavabdehin apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsinin qərardadından cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2931/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini, buraxılmış müddətin üzrlü hesab edilməklə, işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Şikayət müəllifi he sab edir ki, apelyasiya instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiya məhkəməsinə müddətin üzrlü səbəbdən buraxılmasına dair ərizə verilsə də, apelyasiya instansiya məhkəməsi heç bir qanuni əsas göstərmədən ərizəni təmin etməmişdir. Baxmayaraq ki, təqdim edilmiş ərizədə Təhsil Nazirliyinin kargüzarlıq işlərinin elektronlaşdırılması ilə əlaqədar olaraq sənədlərdə texniki cəhətdən ləngimə olması bildirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etd iyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsi ilə verilir (İPM-in 85.1-ci maddəsi). İPM-in 23.1-cü maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Cavabdeh tərəfindən mübahisə olunan birinci instansiya məhkəməsinin qərarı xx xxxxxxxx 2019-cu ildə ona təqdim edilmişdir. Apelyasiya şikayəti xx xxxxxx 2019-cu ildə apelyasiya məhkəməsinə təqdim edilmişdir. Cavabdeh apelyasiya şikayəti üzrə müddətin buraxılması ilə bağlı mübahisə açmamışdır. Cavabdeh apelyasiya şikayəti üzrə qanunvericilikdə nəzərdə tutulmuş müddətin buraxılması barədə ərizəsini nazirlikdə kargüzarlığın aparılmasının elektron dövriyyəyə keçməsi və bu sahədə yaranmış olan texniki nasazlıqla əlaqələndirmişdir. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçılarının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin ərizəsində qeyd edilən dəlilini araşdırıb münasibət bildirməmiş, beləliklə də müddətin ötürülməsinin səbəblərinin üzrlü olub-olmamasını aydınlaşdırmamışdır. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlən məyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). İPM-in 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). İPM-in 12-ci maddəsinin tələbləri apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2931/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qismən təmin olunsun.
Məhkəmə qərarları › İş №2-1(102)-691/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-691/2020
17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver