Məhkəmə qərarları › İş №2-1(102)-691/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-691/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-691/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: büdcədənkənar vəsaitlər, pensiyanın yenidən hesablanması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı (üçünçü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 3 dekabr 2021-ci il tarixli, 2-1(103)-1701/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (Ş/V: AZE ********; FİN: 1SO7GCQ) xx.xx.1961-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.

2. İddiaçıya üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 06 avqust 2020-ci il tarixli, **********0 nömrəli qərarı ilə yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmasını xahiş etmişdir.

4. Cavabdeh iddiaçıya 31 avqust 2020-ci il tarixli, 1000-210/2xx-xx/015935 nömrəli imtin a məktubu ünvanlayaraq bildirmişdir ki, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aiddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona verilmiş büdcədənkənar ödənişlər də nəzərə alınmaqla yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar olunmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1992-ci il tarixdən xx.xx.2020ci il tarixədək Azərbaycan Respublikasının Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. Ümumi siğorta stajı 44 il 17 gün, gömrük xidməti orqanlarında qulluq stajı isə 32 il 17 gün təşkil edir. xx.xx.2020-ci il tarixində “Gömrük Orqanlarında xidmət haqqında’' Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, pensiya hüququ verən xidmət illərinə görə xidmətinə xitam verilmişdir. Bununla əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ona gömrük orqanlarında xidmət etmiş xüsusi rütbəli şəxs kimi 1393.70 manat (min üç yüz doxsan üç manat yetmiş qəpik) məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018ci il tarixli Qanunla “Əmək pens iyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə dəyişiklik edilmiş və qeyd olunan maddədə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. Həmin dəyişiklik iddiaçının pensiya təminatına mənfi təsir göstərmiş və onun məbləği eyni qulluq stajına malik olub qanuna edilmiş dəyişiklik qüvvəyə minənədək pensiyaya çıxmış həmkarlarının pensiyasına münasibətdə kəskin surətdə aşağı düşmüşdür. Hesab edir ki, bu hal humanizm, sosial ədalətlilik və ayrı-seçkiliyin yolverilməzliyi kimi fundamental hüquq prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.

7. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2020ci il tarixli əmrlə “Gömrük orqanlarında xidmət haqq ında” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilmişdir. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1207 nömrəli Fərmanı ilə gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2018-ci il tarixli Azərb aycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə dəyişiklik edilmiş, qeyd olunan maddədə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. Bu Qanun xx.xx.2019-cu il tarixdə qüvvəyə minmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)-1577/2021 nömrəli qərarı ilə (hakim Fərid Mədətli) iddia tələbinin rədd edilməsi qərara alınmişdir.

9. Məhkəmə hesab etmişdir ki, "Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci və 20.30-cu maddələrinin xx.xx.2019-cu il tarixdən əvvəl təyin olunmuş əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən büdcədənkənar vəsaitlər hesabına verilmiş ödənişlərin nəzərə alındığı şəxslərə münasibətdə geriyə şamil olunması qadağan edilir. İddiaçıya isə əmək pensiyası göstərilən tarixdən sonra təyin edilmişdir və bu hal da "Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin onun hüquqi sferasına birbaşa təsirini şərtləndirir.

10. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 dekabr 2021-ci il tarixli, 2-1(103)-1701/2021 nömrəli qərarı ilə (hakimlər Aida Hüseyn-sədrlik edən və məruzəçi, Azər Hüseynov və Səadət Bəktaşi) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 15 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə onun xüsusi rütbəli şəxs kimi pensiyaya çıxarkən dövlət qulluqçusu kimi işlədiyi dövrün axırıncı 24 ayı və ya 60 ayı ərzində aldığı əmək haqqına uyğun pensiya seçmək hüququ vardır. Bakı Apelyasiya Məhkəməsi qanunvericiliyin tələblərini nəzərə almamış, iddiaçının işlədiyi dövrlərdə cavabdeh tərəfindən əmək haqqına dair ödənilmiş vəzifə maaşından, rütbəyə görə vəsaitdən, xidmət illərə görə vəsaitdən, ərzaq pulundan, məzuniyyət pulundan, maddi yardım və sair əlavələrdən, kompensasiyadan, digər əlavələrdən ödənilmiş vəsaitlərdən sosial sığorta haqqı üzrə 3% və 22 % DSMF-yə ayırmalar olmuşdur. Bu barədə iddiaçıya məxsus bank çıxarışları, cavabdehin və üçüncü şəxsin arayışları məhkəməyə təqdim edilmişdir.

15. İddiaçının almış olduğu əmək haqqına daxil olan vəsaitlərin büdcədənkənar vəsaitlər olduğunu sübut edən hər hansı sənəd cavabdeh və üçüncü şəxs tərəfindən təqdim edilməmişdir.

16. Kassasiya şikayətində Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 07 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydaları”nın 2, 3, 5, 9, 12-c i bəndlərinə istinad olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən təqdim olunmuş etirazda Bakı Apelyasiya Məhkəməsinin 3 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən, kassasiya şikayətinin isə təmin olunmadan saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (son rakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Maddə 20.30. Bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.

19. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KA SSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelya siya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qar şı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də işin apellyasiya şikayətinin dəlillərindən irəli gələn hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apelyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiy i sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apelyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apelyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir və bu səbəbdən kollegiya, apelyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, cavabdeh tərəfindən iddiaçıya büdcədənkənar vəsaitlər hesabına ödənilmiş əlavələr nəzərə alınmaqla yeni məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi ilə bağlı məsələni apelyasiya məhkəməsi tə ləb olunan həcmdə və lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apelyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apelyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir və bu səbəbdən kollegiya, apelyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla belə, məhkəmə kollegiyası hazırkı mübahisəyə münasibətdə iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq qeyd edir ki, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından iddiaçının pensiya hüququ verən xidmət il lərinə görə xx.xx.2020-ci il tarixdən gömrük orqanlarında xidmətinə xitam verildiyi görünür. Cavabdeh tərəfindən iddiaçı barəsində müvafiq məlumat vərəqəsi tərtib edilərək aidiyyəti quruma göndərilmiş, həmin məlumat vərəqəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona xx.xx.2020-ci il tarixdən əmək pensiyası təyin olunmuşdur və ödənilir. 28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyasına görə, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə m aaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

29. Həmin Qanunun xx.xx.2019-cu il tarixdən qüvvədə olan 20.30-cu maddəsinə görə, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.

30. Bundan əlavə, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 27 mart tarixli, 126 nömrəli Qərarı ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci hissəsinə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. İstinad olunan qaydaların 2-ci bəndinin hazırkı redaksiyasına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir.

31. Beləliklə, mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, "Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci və 20.30-cu maddələri xx.xx.2019-cu il tarixdən, yəni iddiaçının hüququnun yarandığı tarixdən əvvəl qüvvəyə minmişdir. Belə ki, pensiya hüququ verən xidmət illərinə görə iddiaçının gömrük orqanlarında xidmətinə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Başqa sözlə, iddiaçının əmək pensiyası hüququ yuxarıda istinad olunan normaların qüvvəyə minməsindən sonrakı tarixdə yaranmışdır.

32. Göründüyü kimi, cavabdeh məlumat vərəqəsini şəxsin hüququnun yarandığı dövrdə qüvvədə olan yuxarıda istinad edilən normaların tələblərinə uyğun olaraq tərtib etmiş və aidiyyəti quruma göndərmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının hüququnun yarandığı xx.xx.2020-ci il tarixdə artıq “Əmək pensiyaları haqqında” Qanunla 1 yanvar 2019-cu il tarixdən, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları” ilə isə 27 mart 2019-cu il tarixdən təminat xərcliyinin hesablanması zamanı büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələrin və digər ödənişlərin nəzərə alınması imperativ qaydada istisna edilmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qəra rı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 dekabr 2021-ci il tarixli, 21(103)-1701/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar