Məhkəmə qərarları › İş №2-1(102)-692/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-692/2020

01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-692/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: tikiliyə çəkilən əlavə xərcin və əldən çıxmış faydanın (icarə haqqının) tutulması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X9, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7, vəkili Nümayəndə, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X5, vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “cavabdehdən 30.000 manat məbləğdə əlavə xərcin və 872.100 manat məbləğində əldən çıxmış faydanın t utulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2063/2019 saylı, 7 noyabr 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 1 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: 08.12.2000-ci il tarixdə F-3475 qeydiyyat nömrəsi ilə (indiki nömrəsi VÖEN: **********) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış “xxxx” Fərdi Müəssisəsinin nizamnaməsinə 09.10.2018-ci il tarixdə edilmiş dəyişikliyin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, müəssisənin təsisçisi X6r. Müəssisənin nizamnamə kapitalı 200 manat həcmindədir və hər biri 1 manat olmaqla 200 paydan ibarətdir. X7 100 %, 200 manat pul şəklində. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən 15.10.2018-ci il tarixli çıxarışa əsasən iddiaçı 08.12.2000-ci ildə qeydiyyata alınmış, hazırkı qeydiyyat nömrəsi **********, hüquqi ünvanı AZ1040, ünvan 1 mərtəbəli QYB və ödənilmiş nizamnamə kapitalının miqdarı 200.00 manat təşkil edir. APĞ seriyalı, 077474 nömrəli 23 oktyabr 2014-cü il tarixdə kassa mədaxil orderinin qəbzindən görünür ki, “xxxx” MMC-yə 23 oktyabr 2014-cü il tarixdə təmir xərclərinin kompensasiyası üçün X3 30.000 manat kassaya mədaxil edilmişdir. İddiaçının direktoru tərəfindən cavabdeh icra hakimiyyətinin başçısına ünvanlanmış bildirişdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.11.2017-ci il tarixli, 2-1(102)-1968/2017 saylı qərarı ilə İddiaçınə məxsus B akı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən iki mərtəbəli ictimai iaşə obyektinin bir hissəsinin (dam örtüyü, inzibati idarəsinin, hasarının və.s) sökülməsi nəticəsində fərdi müəssisəyə vurulmuş maddi ziyan kimi 15.000 manat məbləğində pulun tutulması qərara alınmışdır. Azərbaycan Respublikası adından qəbul edilən qərarın icrası dərhal təmin etməli olduğu halda uzunmüddətli müraciətlərdən sonra nəhayət ki, 26.12.2018-ci il tarixdə həmin məbləği iddiaçının bank hesabına ödənilmişdir. Həmin iaşə obyekti qanunsuz sökülənədək 28.12.2012-ci il tarixli, 08 saylı icarə müqaviləsi əsasında “xxxx” MMC tərəfindən 5 il müddətinə hər ay 14.535 manat icarə haqqı ödənilməklə istifadə edilirdi. Lakin qanunsuz söküntü işlərindən sonra obyektin qeyri-işlək vəziyyətə düşməsi səbəbindən icarəçi icarə müqaviləsinə tam əsaslı şəkildə vaxtından əvvəl xitam verərək icarə obyekti tərk etmiş obyektdə apardığı təmir və yenidən qurma işlərinə görə ümumilikdə 30000 manat məbləğində çəkdiyi xərci iddiaçıdan almışdır. Bununla yanaşı cavabdeh tərəfindən aparılan qanunsuz söküntü nəticəsində fərdi müəssisə 5 il müddətində qazanacağı icarə haqqından da məhrum olmuşdur. Belə ki, əgər qanunsuz söküntü aparılmasaydı icarə müqaviləsinə əsasən iddiaçının əldə edəcəyi gəlir ümumilikdə 872.100 manat təşkil edəcəkdi. Göründüyü kimi İddiaçınə məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən iki mərtəbəli ictimai iaşə obyektinin qanunsuz olaraq sökülməsi nəticəsində fərdi müəssisə 30.000 manat məbləğində əlavə xərcə düşməklə, 872.100 manat məbləğin də faydadan da məhrum olmuşdur. İddiaçı qeyd olunanları nəzərə alaraq tələb etmişdir ki, 5 iş günü ərzində ümumilikdə 902.100 manat məbləğində pul vəsaiti könüllü olaraq bank hesabına ödənilsin, əks halda müvafiq tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaq. İddiaçı 3 yanvar 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 30.000 manat məbləğində əlavə xərcin və 872.100 manat məbləğində əldən çıxmış faydanın tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, BİH-in 12.03.1993-cü il tarixli sərəncamına əsasən Sabunçu RİH-in 26.08.1998-ci il tarixli, 6/310 saylı məktubu nəzərə alınmaqla Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Gülüstan bağının tut duğu ərazinin 0,2 ha torpaq sahəsində abadlaşdırma və bərpa işlərinin aparılması üçün iddiaçı xxxx kiçik müəssisəsinə icazə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* saylı Çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində istifadədə olan 0,0188 ha torpaq sahəsində yerləşən 301.4 kv.m ümumi, 192.1 kv.m əsas, 109,3 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 508 nömrəli vərəqində qeydiyyata alınmışdır. 2012-ci ildə cavabdeh tərəfindən (Sabunçu RİH-in başçısının birbaşa göstərişi ilə) həmin iaşə obyektinin fəaliyyət inə süni maneələr törədilməklə 2013-cü ildə qanunsuz olaraq binanın bir hissəsi, yəni dam örtüyü, inzibati idarəsi, hasarı və.s hissəsi sökülmüşdür. Çoxsaylı şahidlərin yanında sökülmə zamanı tərəflər arasında insident yaranmış və nəticədə iddiaçı təşkilatın təsisçisi A.Rəhimov müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Hətta bununla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi (№ 1********) başlanılmışdır. Yaranmış mübahisə ilə bağlı tərəflər arasında hətta məhkəmə mübahisəsi də başlamış və sonda Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.11.2017-ci il tarixli, 2-1(102)-1968/2017 saylı qərarı ilə iddiaçıya məxsus iaşə obyektinin bir hissəsinin sökülməsi nəticəsində vurulmuş maddi ziyan kimi 15.000 (on beş min) manat məbləğində real olmayan cüzi pulun tutulması qərara alınmışdır. Bir m üddət cavabdeh «hətta məhkəmə qərarı ilə ödəməli olduqları cüzi məbləği də ödəməkdən yayınsa da çoxsaylı tələbimizdən sonra məbləğ 26.12.2018-ci il tarixdə iddiaçının bank hesabına ödənilmişdir. İddiaçının mülkiyyətində olan iaşə obyekti cavabdeh tərəfindən qanunsuz şəkildə sökülənədək 28.12.2012-ci il tarixli, 08 saylı icarə müqaviləsi əsasında “xxxx” MMC tərəfindən 5 (beş) il müddətinə, ayda 14535 (on dörd min beş yüz otuz beş) manat icarə haqqı ödənilməklə istifadə edilirdi. Söküntü işlərindən sonra obyektin qeyri-işlək vəziyyətə düşməsi səbəbindən icarəçi “xxxx” MMC icarə müqaviləsinə tam əsaslı şəkildə vaxtından əvvəl xitam verərək icarə obyektini tərk etmiş və obyektdə iddiaçının razılığı ilə apardığı təmir və yenidən qurma işlərinə görə ümumilikdə 30.000 manat məbləğində çəkdiyi əla və xərci almışdır. Göründüyü kimi iddiaçı cavabdehin qanunsuz əməli nəticəsində gözlənilmədən əlavə olaraq əlavə xərcə düşmüşdür. Bununla yanaşı qanunsuz söküntünün nəticəsində iddiaçı 5 il müddətində qazanacağı icarə haqqından da məhrum olmuşdur. Əgər bu qanunsuz söküntü olmasaydı iddiaçı öz iaşə obyektindən rahat şəkildə istifadə edərək ən azı sökülmə anında obyektin istifadəçisi olan icarəçidən 5 il müddətində ümumilikdə 872.100 manat məbləğində icra haqq almış olardı. İşin faktiki hallarından göründüyü kimi cavabdeh tərəfindən iaşə obyektinin qanunsuz olaraq sökülməsi nəticəsində iddiaçı 30.000 manat məbləğində əlavə xərcə düşməklə yanaşı 872.100 manat məbləğində əldə edəcəyi faydadan da məhrum olmuşdur. İddiaçı əlavə xərcin və əldən çıxmış faydanın ödənilməsinə dair dəfələrlə cavabdeh ə şifahi və yazılı müraciət etsə də, çox təəssüf ki, tələbi təmin edilməmiş və bununla bağlı qarşı tərəfdən heç bir tədbir görülməmişdir. Belə olan halda pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldılar. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(82)-984/2019 saylı iş) 14 may 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iş materiallarında APĞ seriyalı, 077474 nömrəli kassa mədaxil orderində “xxxx” MMC-yə 23 oktyabr 2014-cü il tarixdə təmir xərclərinin kompensasiyası üçün X3 30.000 manat kassaya mədaxil edilməsi qeyd olunsa da, bu məbləğin məhz mübahisəli əmlakın sökülməsindən sonra ödənilməsi işin məhkəmə araşdırılması ilə müəyyən olunmur. İddiaçı ona məxsus qeyri yaşayış sahəsinin “xxxx” MMC tərəfindən 5 il müddətinə, ayda 14.535 manat icarə haqqı ödənilməklə istifadə etməsini də sübut edə bilməmiş, buna dair qanunla müəyyən olunmuş qaydada bağlanmış müvafiq müqaviləni və ayda 14.535 manat pulun ödənilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin14 may 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X15-məruzəçi, X10 və X12, 2-1(103)-2063/2020 saylı iş) 7 noyabr 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı 8 yanvar 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın təmin edilməsi barədə qərar qəbu l edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Şikayət iddia ərizəsinə uyğun tərtib edilmiş, maddi hüquqi əsas kimi Mülki Məcəllənin 21, 164.1, 1096, 1097, 1100-cü, İnzibati Prosessual Məcəllənin 34.1, 4.1, 9.1, 14.2-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: İddiaçının vəkili və nümayəndəsi məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) v erilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsinə görə maddi ziyan və əldən çıxmış fayda tələb edir. İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aiddir. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində istifadədə olan 0,0188 ha torpaq sahəsində yerləşən 301.4 kv.m ümumi, 1 92.1 kv.m əsas, 109,3 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası iddiaçının mülkiyyətindədir. İddiaçı bildirir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində 2013-cü ildə binanın bir hissəsi, yəni dam örtüyü, inzibati idarəsi, hasarı və.s hissəsi sökülmüşdür. Yaranmış mübahisə ilə bağlı tərəflər arasında hətta məhkəmə mübahisəsi də başlamış və sonda Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.11.2017-ci il tarixli, 2-1(102)-1968/2017 saylı qərarı ilə iddiaçıya məxsus iaşə obyektinin bir hissəsinin sökülməsi nəticəsində vurulmuş maddi ziyan kimi 15000 (on beş min) manat tutulması qərara alınmışdır. İddiaçının mülkiyyətində olan iaşə obyekti cavabdeh tərəfindən qanunsuz şəkildə sökülənədək 28.12.2012-ci il tarixli, 08 saylı icarə müqaviləsi əsasında “xxxx” MMC tərəfindən 5 il müddətinə, ayda 14.535 manat icarə haqqı ödənilməklə istifadə edilirdi. Söküntü işlərindən sonra obyektin qeyri-işlək vəziyyətə düşməsi səbəbindən icarəçi “xxxx” MMC icarə müqaviləsinə tam əsaslı şəkildə vaxtından əvvəl xitam verərək icarə obyektini tərk etmiş və obyektdə iddiaçının razılığı ilə apardığı təmir və yenidən qurma işlərinə görə ümumilikdə 30.000 manat məbləğində çəkdiyi əlavə xərci almışdır. İddiaçı maddi ziyan kimi “xxxx” MMC-yə ödədiyi məbləği və əldən çıxmış fayda kimi ötən müddət ərzində ala bilmədiyi icarə haqqının cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 22 noyabr 2017-ci il tarixli qərarından görünür ki, cavabdehin hərəkətlərinin qanunsuz sayılması, ticarət və ictimai iaşə obyektinin bir hissəsinin sökülməsi nəticəsində ziyan tələbi barədə iddiası qismən təmin edilmiş, iddiaçıya məxsus obyektin sökülməsi nəticəsində vurulmuş maddi ziyan kimi 15.000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmış, iddia qalan hissədə təmin olunmamışdır. Göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə qərarı ilə cavabdehin qanunsuz hərəkəti nəticəsində ticarət və ictimai iaşə obyektinin bir hissəsinin sökülməsinə görə iddiaçıya 15.000 manat ziyan dəyməsi müəyyən edilmişdir. İddiaçı 23 oktyabr 2014-cü il tarixli kassa mədaxil orderinə istinad edərək “xxxx” MMC-yə 23 oktyabr 2014-cü il tarixdə təmir xərclərinin kompensasiyası üçün X3 30.000 (otuz min) manat kassaya mədaxil edildiyini bildirib həmin məbləği cavabdehdən tələb edir. İddiaçı onun tərəfindən “xxxx” MMC-yə 23 oktyabr 2014-cü il t arixdə təmir xərclərinin kompensasiyası üçün 30.000 manatın əmlakın sökülməsindən sonra onun təmiri ilə bağlı ödəməsi apelyasiya məhkəməsinin araşdırılması ilə müəyyən olunmamışdır. İddiaçı əvvəlki məhkəmə icraatında da ictimai iaşə obyektinin sökülməsi nəticəsində cavabdehə qarşı ziyan tələbi ilə bağlı mübahisə açmış, lakin “xxxx” MMC-yə təmir xərclərinin kompensasiyası üçün 30.000 manat ödənilməsinə dair 23 oktyabr 2014-cü il tarixli kassa mədaxil orderinin qəbzini təqdim etməmişdir. Bundan başqa, iddiaçı “xxxx” MMC ilə bağladığı 28 dekabr 2012-ci il tarixli icarə müqaviləsinə istinad edərək aylıq icarə haqqı kimi hər ay 14.535 manatdan, 2.135 manat ödəmə mənbəyindən tutulan vergi çıxıldıqdan sonra isə 12.500 manatdan məhrum olduğuna görə əldən çıxmış faydanın ödənilməsini tələb edir. İc arə müqaviləsində icarə haqqı 14.535 manat qeyd edilməsinə baxmayaraq iddiaçı müqavilə bağlandıqdan sonra hər ay 2.135 manat ödəmə mənbəyindən tutulan vergi və ayda 12.500 manat icarə haqqı ödənilməsi ilə bağlı məhkəmələrə sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 89-cu maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə). Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (1099.1-ci maddə). Cavabdehdən z ərərin ödənilməsinin tələb edilməsi üçün əsas şərtlərdən biri şəxsin təqsirli və hüquqazidd hərəkətinin törədilməsini müəyyən etməkdir. Zərərin əvəzinin ödənilməsi tələbinin delikt hüququndan irəli gələ bilməsi üçün mütləq cavabdehin hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi tələb olunur. Yuxarıda da qeyd olunduğu kimi iddiaçının təmir xərclərinin ödəməsi üçün ödədiyi 30.000 manatlıq ziyanda cavabdehin iştirakı sübuta yetirilmədiyindən müvafiq olaraq o, həmin məbləğə görə təqsirli şəxs kimi qəbul edilə bilməz. Beləliklə, iddiaçının ona dəymiş maddi ziyanın cavabdeh tərəfindən ödənilməli olduğuna dair iddia tələbinin qanuni əsasının (Mülki Məcəllənin 1096-cı maddəsinin) dispozis iyası şərtləri mövcud olmadığından həmin əsasın hüquqi nəticəsi də yaranmamışdır. Cavabdehin təqsirli, hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olun mur. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2063/2019 saylı, 7 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar