Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-692/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (şəxsi hesab vərəqəsinə bərpa edilmiş vergi borcunun silinməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MTK-nın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdar əsinə qarşı “vergi borcunun silinməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 noyabr 2021-ci il tarixli, 2-1(103)-823/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının şəxsi hesab vərəqəsinə əsasən 5 noyabr 2015-ci il tarixə heç bir borcu olmamış, əksinə qeyd olunan tarixə Kooperativin 158.279,96 manat artıq ödəməsi olmuşdur.
2. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin xx.xx.2015-ci il tarixli qərarına əsasən iddiaçıda müxtəlif tədiyyələr üzrə olmaqla 2013-2015-ci il dövründə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticəsi olaraq xx.xx.2015-ci il tarixli səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Yoxlama zamanı iddiaçının 227.192,06 manat mənfəət vergisinin, 1.272.562,17 manat ƏDV-nin, 700 manat əmlak vergisinin, 248,23 manat sadələşdirilmiş verginin, cəmi 1.500.702,46 manat məbləğində vergilərin azaldıldığı müəyyən edilmiş, azaldılmış məbləğə görə 750.227.12 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur.
3. Bakı Vergilər Departamentinin **********979535 nömrəli məsuliyyətə cəlb etmə haqqında qərarına əsasən, iddiaçıya mənfəət vergisi üzrə yayındırılmış məbləğə görə 113.596,03 manat, ƏDV üzrə 636.281,09 manat, əmlak vergisi üzrə 350 manat maliy yə sanksiyası tətbiq olunmuş və xx.xx.2015-ci il tarixdə hesablanmış vergilər və maliyyə sanksiyası birlikdə 2.250.681,35 manat olmaqla Kooperativin şəxsi hesab vərəqəsinə işlənilmişdir. Bundan sonra səyyar vergi yoxlaması zamanı toplanılmış materiallar araşdırılması üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilmiş, 08 yanvar 2016-cı il tarixdə Departament tərəfindən fakt üzrə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Səyyar vergi yoxlaması 2013-2015-ci illər üzrə dövrü əhatə etdiyi halda, cinayət işi üzrə 2010-2016-cı illər araşdırılmış, lakin SVY aktında göstərilən məlumatlar öz təsdiqini tapmamışdır. Belə ki, ibtidai istintaq zamanı aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, səyyar vergi yox laması zamanı müəyyən edilmiş vergilərin azaldılması ilə bağlı məqamlar əsl həqiqəti əks etdirmir. İbtidai istintaq zamanı iddiaçı tərəfindən 20102016-cı illərdə vergilərin azaldılması 415.128 manat olmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 1 iyul 2016-cı il tarixli qərarına əsasən "xxxx" MTK-nın rəhbəri X2 təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-nin 213.2.2-ci maddəsi ilə ittiham elan edilmiş və cinayət işinin materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Verilmiş ittihama əsasən X1 Məcəlləsinin tələblərini pozaraq xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində bəyannamə təqdim etməməklə, ümumilikdə külli miqdar təşkil edən 419.470 manat məbləğində v ergiləri dövlət büdcəsinə ödəməkdən yayındıraraq, Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Nərimanov Rayon Məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı "xxxx" MTK tərəfindən 307.349,33 manat məbləğində ƏDV-nin dövlət büdcəsinə az hesablanması müəyyən edilmiş, 2010-cu ilin yanvar ayı üzrə 24.618.05 manat, fevral ayı üzrə 24.350,34 manat ƏDV, 2009-cu il üzrə 4341,80 manat mənfəət vergisi ilə bağlı 7 illik cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, X2 həmin məbləğlərin ödənilməsindən azad edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı aparılmış araşdırma ilə "xxxx" MTK tərəfindən 254.039,14 manat ƏDV, 56.916,42 manat mənfəət vergisinin dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilmiş və 311.000 manat dövlət b üdcəsinə ödənilməklə cinayət işinə xitam verilmişdir.
4. İddiaçının şəxsi hesab vərəqəsindən cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” xx.xx.2016-cı il tarixli, 474-VQ nömrəli Azərbaycan Respublikası Qanununun icrası məqsədilə 491.984,48 manat məbləğində silinmə aparılmış, xx.xx.2018ci il tarixdə 103302,82 manat bərpa edilmişdir. Cavabdeh isə bunu belə əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli, **********134580 nömrəli qərarla xx.xx.2015-ci il tarixli, **********979535 nömrəli qərara düzəliş edilməsi nəticəsində səyyar vergi yoxlaması ilə hesablanmış məbləğlərə (2014-cü ilin mənfəət və 2014-cü ilin əlavə dəyər vergisi) azalma verildiyindən, həmin dövrlərə hesablanmış faiz məbl əğləri cəmiyyətin şəxsi hesab vərəqəsindən texniki səhv olaraq təkrarən ikinci dəfə silindiyi üçün, xx.xx.2018-ci il tarixdə dürüstləşmə aparılaraq 435490,12 manat əsas vergi məbləği, habelə həmin məbləğə hesablanmış 103302,82 manat faiz məbləği şəxsi hesab vərəqəsinə bərpa edilmişdir.
5. İddiaçı tərəfindən onun şəxsi hesab vərəqəsinə əsassız olaraq yazılmış vergilərin və faizlərin silinməsi ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinə və Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə müraciət olunsa da, müraciətə baxılmadan şifahi olaraq həmin məbləğin Nazirlik tərəfindən şəxsi hesab vərəqəsinə işlənildiyi bildirilmişdir. Sonuncu dəfə Azərbaycan Respublikası Vergilər Nazirliyinə və Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə edilmiş müraciətə cavab olaraq 5 noyabr 2019-cu il tarixdə iddiaç ıya “Vergi orqanı tərəfindən həyata keçirilmiş səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş xx.xx.2017-ci il tarixli, **********134580 nömrəli qərarla xx.xx.2015-ci il tarixli, **********979535 nömrəli qərara düzəliş edilməsi nəticəsində səyyar vergi yoxlaması ilə hesablanmış məbləğlərə (2014-cü ilin mənfəət və 2014-cü ilin əlavə dəyər vergisi) azalma verildiyindən, həmin dövrlərə hesablanmış faiz məbləğləri cəmiyyətin şəxsi hesab vərəqəsindən texniki səhv olaraq təkrarən ikinci dəfə silindiyi, bununla əlaqədar xx.xx.2018-ci il tarixdə dürüstləşmə aparılaraq 435.490,12 manat əsas vergi məbləğinin, habelə həmin məbləğə hesablanmış 103.302,82 manat faiz məbləğinin şəxsi hesab vərəqəsinə bərpa edildiyi” bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsin də icraat
6. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 31 yanvar 2018-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsinə dürüstləşmə adı ilə işlənilmiş 435.490.12 manat vergi borcunun və 103.302,82 faiz borcunun silinməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Hazırkı iddia tələbi üzrə iddiaçı dürüstləşmə adı ilə onun şəxsi hesab vərəqəsinə işlənilmiş 435.490,12 manat vergi borcunun, 103.302,82 manat məbləğində faiz borcunun heç bir vergi adı göstərilmədən onun şəxsi hesabına işlənildiyini iddia edərək, həmin borcun silinməsini cavabdehdən tələb edir.
8. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 2016-cı il 30 dekabr tarixli, 474-VQ nömrəli Azərbaycan Respublikası Qanununun icrası məqsədilə kooperativin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan faizlər üzrə 491.984,48 manat borcu qeyd-şərtsiz silinmişdir. Vergi orqanının xx.xx.2017-ci il tarixli, **********134580 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” qərarı əsasında 2017-ci ilin 1 yanvar tarixindən əvvəlki dövrdə keçirilmiş xx.xx.2015-ci il tarixli, **********979535 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara düzəliş edildiyindən faiz məbləğləri kooperativin şəxsi hesab vərəqəsindən texniki səhv olaraq təkrarən ikinci dəfə silinmişdir. Bununla əlaqədar olaraq xx.xx.2018 -ci il tarixdə dürüstləşmə aparılaraq 435.490,12 manat vergi məbləği şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Bunun nəticəsində vergi ödəyicisinin xx.xx.2018-ci il tarixə 315.701,28 manat əsas vergi borcu, 103.614,7 manat faiz borcu, 162.957,78 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 582.273,76 manat borcu mövcud olmuşdur.
9. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında iddiaçının xx.xx.2015-ci il tarixədək dövlət büdcəsinə nə qədər borcunun olması, iddiaçı tərəfindən xx.xx.2015-ci ildən hal-hazırkı dövrədək dövlət büdcəsinə nə qədər pul ödənilməsi, vergi orqanları tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə cinayət işi üzrə azalmalar nəzərə alınmaqla iddiaçıya nə qədər vergi və faiz hesab lanması, iddiaçının şəxsi hesab vərəqəsinə 31 yanvar 2018-ci tarixdə “düzəliş” adı ilə yazılmış 435.490,12 manat borcun tərkibinə nələrin daxil olması (tədiyyələr üzrə vergi borcu, maliyyə sanksiyası və faiz borcu), iddiaçının yoxlanılan dövrdə dövlət büdcəsinə ödəməli olduğu vergi məbləğinin nə qədər təşkil etməsi, xx.xx.2018-ci il tarixli səyyar vergi yoxlaması aktında göstərilən sadələşdirilmiş əlavə dəyər vergisi və mənfəət vergisi üzrə azaldılmış vergi məbləğlərinin düzgün müəyyən edilməsi barədə suallar qoyulmuşdur.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi “Əlavə tədqiqat materiallarının təqdim edilməsi barədə” xx.xx.2020-ci il tarixli ekspert vəsatəti ilə məhkəməyə müraciət edərək, vergi orqanı tərəfindən iddiaçının şəxsi hesab vərəqəsinə xx.xx.201 8-ci il tarixdə “düzəliş” adı ilə yazılmış 435.490,12 manat borcun (tədiyyələr üzrə vergi borcu, maliyyə sanksiyası və faiz borcu) tərkibinə nələrin daxil olması barədə məlumat tələb etmiişdir. Bununla bağlı cavabdehə sorğu göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq məlumatın təqdim edilməsi haqqında xx.xx.2020-ci il tarixli məktubda cavabdeh tərəfindən göstərilmişdir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 2016-cı il 30 dekabr tarixli, 474-VQ nömrəli Qanunun icrası məqsədilə cəmiyyətin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan faizlər üzrə 491.984,48 manat borcu qeyd-şərtsiz silinmişdir. Vergi orqanının xx.xx.2017-ci il tarixli, **********134580 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına g örə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarı əsasında 2017-ci ilin 1 yanvar tarixindən əvvəlki dövrdə keçirilmiş yoxlamanın nəticəsinə dair xx.xx.2015-ci il tarixli, **********979535 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara düzəliş edildiyindən faiz məbləğləri kooperativin şəxsi hesab vərəqəsindən texniki səhv olaraq təkrarən ikinci dəfə silinmişdir. Bununla əlaqədar olaraq, xx.xx.2018-ci il tarixdə dürüstləşmə aparılaraq 435.490,12 manat vergi məbləği iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Bunun nəticəsində vergi ödəyicisinin xx.xx.2018ci il tarixə 315.701,28 manat əsas vergi borcu, 103.624,69 manat faiz borcu, 162.957,78 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 58 2.283,75 manat borcu mövcud olmuşdur.
11. Həmin məktuba əlavə edilmiş vergi borcunun tərkibi haqqında 01 may 2020ci il tarixli arayışdan görünür ki, iddiaçının xx.xx.2018-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ümumilikdə 582.283,75 manat (o cümlədən əsas vergilər üzrə 315.701,28 manat, maliyyə sanksiyası üzrə 162.957,78 manat, faiz üzrə 106.624,69 manat) borcu vardır.
12. Məhkəmə qərardadının icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 iyun 2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsində "xxxx" MTK-nın iş materiallarında olan şəxsi hesab vərəqəsinə əsasən müəssisənin xx.xx.2015-ci il tarixinə dövlət büdcəsinə borcunun olmadığı, əksinə 157.712,96 manat məbləğində artıq ödəməsinin olduğu qeyd olunmuşdur. "xxxx" MTK tərəfindən xx.xx.2015-ci ildən xx.xx.2020-ci il tarixə olan dövr ərzində dövlət büdcəsinə 1.617.629,2 manat məbləğində ödəniş aparılmışdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə (şəxsi hesab vərəqəsi və s.) əsasən iddiaçının şəxsi hesab vərəqəsinə 31 yanvar 2018-ci il tarixdə “düzəliş” adı ilə yazılmış 435.490,12 manat faiz borcunun təkrarən silinməsi halı müəyyən olunmamışdır. İş materiallarına xx.xx.2018-ci il tarixli səyyar vergi yoxlaması aktı əlavə edilmədiyindən, qeyd olunan sual üzrə tədqiqat aparılmadı.
13. Bakı İnzibati Məhkəməsinin (hakim F.C.Hüseynov Fikrət) 29 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1987/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh səlahiyyətlərinə uyğun olaraq iddiaçının şəxsi hesab vərəqəsində 2017-ci ilin 1 yanvar tarixinə olan vergi borcunu silmiş, lakin azalma aparılarkən texniki yanlışlığa yol verilərək artıq azalma aparılmışdır. Bundan sonra, vergi orqanı tərəfindən 31 yanvar 2018-ci il tarixdə yol verdiyi xətanın aradan qaldırılması məqsədi ilə “dürüstləşmə” əməliyyatı aparılmaqla artıq azalmış vergi borcu şəxsi hesab vərəqəsində bərpa edilmişdir. İddiaçının vergi borcu bərpa edildiyindən sistem tərəfindən avtomatik olaraq faiz məbləği də şəxsi hesab vərəqəsində bərpa edilmişdir. Beləliklə, vergi orqanı tərəfindən 31 yanvar 2018-ci il tarixdə yol verdiyi xətanın aradan qaldırılması məqsədi ilə “dürüstləşmə” əməliyyatı aparılmaqla artıq azalmış vergi borcu və faiz məbləğinin iddiaçının şəxsi hesab vərəqəsində bərpa edilməsi əs aslı olmuşdur və həmin borcun silinməsi üçün hər hansı əsas mövcud deyildir. İddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq 31 yanvar 2018-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsinə xx.xx.2016-cı il tarixli, 474-VQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən dürüstləşmə adı ilə işlənilmiş 435.490.12 manat vergi borcunun və 103.302,82 faiz borcunun iddiaçının şəxsi hesab vərəqəsində bərpa edilməsinin əsaslı olduğu müəyyən edildiyindən iddia tələbi rədd edilməlidir.
15. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv olunmasına və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyası (hakimlər A. Ə. Hüseynsədrlik edən və məruzəçi, A. S. Hüseynov və M. N. Tağızadə) 5 noyabr 2021-ci il tarixli, 21(103)-823/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1987/2020 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək 31 yanvar 2018-ci il tarixdə "xxxx" MTK-nın şəxsi hesab vərəqəsinə işlənilmiş 419.470 manat vergi məbləği və 103.302,82 manat faiz borcunun silinməsi cavabdehə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixdə aparılmış əməliyyatla iddiaçının şəxsi hesab vərəqəsindən silinmiş 103302,82 manat faiz məbləğinin bərpa edilməsinin nəyin əsasında həya ta keçirildiyi, başqa sözlə, məbləğin səhvən silinməsi, texniki səhv olması cavabdeh tərəfindən əsaslandırılmamış, buna dair hər hansı sənəd, sübut məhkəməyə təqdim edilməmişdir. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası xx.xx.2016-cı il tarixli, 474-VQ nömrəli Qanununun icrası məqsədilə faiz borcları silindiyi halda, 103302,82 manat faiz məbləğinin yenidən şəxsi hesab vərəqəsinə hansı əsasla bərpa edilməsi əsaslandırılmamışdır. Halbuki, inzibati orqan kimi onun tərəfindən edilmiş hərəkətlərin qanuniliyini sübut etmək yükü vergi orqanının üzərinə düşür. xx.xx.2018-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmiş 435.490,12 manat vergi məbləğindən məhkəmə qərarı ilə iddiaçının ödəməsi təsdiq edilmiş 310.955,56 manat, vergilərin ödənilməsindən yayındırılmasına görə cinayə t məsuliyyətinə cəlbetmə müddəti keçmiş və ləğv edilmiş müqavilələr üzrə azadılmış vergilər üzrə 108.514.44 manat (53.310,19+55.204,25), cəmi 419.470 manat, habelə 103302,82 manat faiz borcu şəxsi hesab vərəqəsindən silinməlidir. Qalan bərpa edilmiş 16.020,12 manat vergi borcunun əsassız olmasına dair iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, həmin hissədə iddia təmin edilməməlidir.
18. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kasasiya şikayətinin dəlilləri
19. İddiaçının şəxsi hesab vərəqəsinə hər hansı bir vergi məbləğinin, o cümlədən 310,955,56 manat vergi borcunun bərpasından söhbət belə gedə bilməz. Şəxsi hesab və rəqəsinə bərpa olunmuş vergi məbləğinin iddiaçıya xx.xx.2015-ci il tarixli məsuliyyət qərarı ilə hesablanmış, habelə iddiaçı tərəfindən ödənilmiş 310,955,56 manat vergi borcu ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə tərəfindən iddiaçının şəxsi hesab vərəqəsinin məlumatları düzgün araşdırılmadığından belə bir yanlış qənaətə gəlinmişdir.
20. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli qərardadına əsasən “dürüstləşmə” əməliyyatı “hesablama” əməliyyatı kimi qəbul edilə bilməz. Belə ki, həmin əməliyyatın məqsədi vergi öhdəliyi müəyyən etmək yox, qanundan irəli gələn vəzifənin düzgün icrasını təmin etməkdir.
21. Vergi orqanı qanunun tələbindən irəli gələn vəzifəni düzgün şəkildə icra edərək xx.xx.2018-ci il tarixdə dürüstləşmə əməliyyatı aparmış, t exniki xəta nəticəsində səhvən silinmiş 435.490,12 manat vergi məbləğini iddiaçının şəxsi hesab vərəqəsinə bərpa etmişdir.
22. Məhkəmə tərəfindən qərar qəbul edilərkən Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli qərardadının tələbləri nəzərə alınmamışdır.
23. İddiaçının 2017-ci ilini yanvar tarixinə mövcud olan faizlər üzrə 491.984,48 manat borcu silindikdən sonra, bu faizin aid olduğu əsas vergi borcunun bir hissəsi xx.xx.2017-ci il tarixində şəxsi hesab vərəqəsindən azaldıldığı zaman proqram təminatı tərəfindən avtomatik olaraq azaldılmış vergi məbləğinə uyğun olaraq hesablanmış faiz məbləği də təkrarən şəxsi hesab vərəqəsindən azaldılmışdır. Sonradan vergi orqanı bu texniki xətanı müəyyən edərək təkrarən silinmiş məbləği xx.xx.2018-ci il tarixində şəxsi hesab v ərəqəsinə bərpa etmişdir. Vergi orqanı tərəfindən baş vermiş əməliyyatlara bu qədər aydın və açıq şəkildə izahatın verildiyi halda ekspert tərəfindən belə bir əsassız dəlilin irəli sürülməsi və bu dəlil əsasında məhkəmənin qərar qəbul etməsi tamamilə ədalətsizdir və qanunaziddir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
26. Vergi Məcəlləsi Maddə 2
4. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.0.4. hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmağa və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməyə; 24.0.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Maddə
85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış m əbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə
87. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. 87.2. Vergi ödəyicisinin ödədiyi vergilərin, faizlərin və maliyyə sanksiyalarının artıq məbləğləri digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildiyi halda, vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir. Azərbaycan Respublikasını n Cinayət Prosessual Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü və 213-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ibtidai istintaq aparıldığı zaman vergi yoxlaması ilə əhatə olunmamış dövr üzrə şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilmir.
27. Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanunu 28. ““Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli, 474VQ nömrəli Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 02 saylı, 13 avqust 2020-ci il tarixli qərardadı
29. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə d air özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikay ətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
31. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də idd ia ərizəsinə etirazın dəlillərinə əsaslanan şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. 36. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 2016-cı il 30 dekabr tarixli, 474 VQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 saylı, 13 avqust 2020-ci il tarixli qərardadının 46-cı bəndinə göstərilmişd ir ki, vergi orqanının mövqeyinə görə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” xx.xx.2016-cı il tarixli, 474-VQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi zamanı proqram təminatının yol verdiyi xətanın aradan qaldırılması məqsədi ilə “dürüstləşmə” əməliyyatı aparılmaqla təkrar silinmiş faiz məbləği şəxsi hesab vərəqəsinə bərpa edilir, yaxud əsassız olaraq yaranmış artıq ödəmə azaldılır. 37. 2017-ci il 01 yanvar tarixdən qüvvəyə minmiş “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 30 dekabr 2016cı il tarixli, 474-VQ nömrəli Qanuna əsasən, Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və v ergi yükünün optimallaşdırılması məqsədi ilə vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarında olan şəxsi hesab vərəqələrində mövcud olan borclarının vergi orqanları tərəfindən silinməsi qərara alınmış və bu Qanuna əsasən faiz borclarının silinməsi həyata keçirilmişdir.
38. İddiaçı "xxxx" MTK-nın 491.984,48 manat faiz borcu “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xx.xx.2017-ci il tarixdə silinmişdir.
39. İddiaçının müraciətlərinə baxılması barədə cavabdehin ona ünvanlanmış məktubundan görünür ki, “Vergi ödəyicilərinin 2017-ci i l 01 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 2016-cı il 30 dekabr tarixli, 474-VQ nömrəli Azərbaycan Respublikasının Qanununun icrası məqsədilə cəmiyyətin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan faizlər üzrə 491.984,48 manat borcu qeyd-şərtsiz silinmişdir. Vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli, **********134580 nömrəli qərarla xx.xx.2015-ci il tarixli, **********979535 nömrəli qərara düzəliş edilməsi nəticəsində səyyar vergi yoxlaması ilə hesablanmış məbləğlərə (2014-cü ilin mənfəət və 2014-cü ilin əlavə dəyər vergisi) azalma verildiyindən, həmin dövrlərə hesablanmış faiz məbləğləri cəmiyyətin şəxsi hesab vərəqəsindən texniki səhv olaraq təkrarən ikinci dəfə silinmişdir. Bununla əlaqədar olaraq xx.xx.2018-ci il tarixdə dürüstləşmə a parılaraq 435490,12 manat əsas vergi məbləği, habelə həmin məbləğə hesablanmış 103302,82 manat faiz məbləği iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmişdir.
40. Vergi orqanının xx.xx.2017-ci il tarixli, **********134580 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında Qərar”ı əsasında 2017-ci ilin 1 yanvar tarixindən əvvəlki dövrdə keçirilmiş yoxlamanın nəticələrinə dair xx.xx.2015-ci il tarixli, **********979535 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”a düzəliş edilərək 310.955.56 manat vergi məbləği və 155477.78 manat maliyyə sanksiyası hesablanmışdır.
41. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 1( 005)23/2017 saylı qərarında qeyd olunmuşdur ki, "xxxx" MTK tərəfindən təqdim olunmuş mənzillərdən əldə olunan gəlirlərdən dövlət büdcəsinə ödənilməli vergilərin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Belə ki, "xxxx" MTK-da 2010-cu ilin yanvar ayı üzrə 24618,05 manat, fevral ayı üzrə 24350,34 manat ƏDV, 2009-cu il üzrə 4341,80 manat mənfəət vergisinin, cəmi 53310,19 manat məbləğində vergilərin ödənilməsindən yayındılmasına görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin hissədə cinayət təqibinə xitam verilməlidir. Beləliklə, "xxxx" MTK tərəfindən 53310,19 manat məbləğində vergilərin ödənilməsindən yayındırılmasına görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi və 55.204,25 manat ləğv edilmiş müqavilələr üzrə azaldılmış vergilər nəzərə alınsa (419.470-108.514.44 =310,955,56 manat), MTK tərəfindən 310.955,56 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması müəyyən edilmişdir. Qeyd olunan məbləğin 160000,00 manatı ibtidai istintaq, qalan hissəsi isə məhkəmə istintaqı zamanı ödənilmişdır.
42. Həmçinin, qeyd olunan məhkəmə qərarında ibtidai və məhkəmə istintaqı zamanı iş üzrə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmiş dövlət büdcəsinə ödənilməli 364.265,75 manat məbləğin "xxxx" MTK-ya faktiki rəhbərliyi həyata keçirmiş V. Talıblı tərəfindən 311.000 manatı dövlət büdcəsinə tam ödənildiyi, 53.310,19 manat hissəsinin ödənilməsindən isə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən məhkəmənin onu azad etdiyi qeyd olunmuşdur.
43. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırda vergi orqanın xx.xx.2017-ci il tarixli qərarla bərpa etdiyi 310,955,56 manat vergi borcunun "xxxx" MTK tərəfindən tam ödənilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə sübut olunduğundan ödənilmiş həmin məbləğin təkrarən vergi borcu kimi iddiaçının şəxsi hesab vərəqəsinə bərpası əsaslı olmamışdır.
44. Həmçinin, birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş ekspertizanın nəticəsinə dair ekspert rəyində də qeyd olunmuşdur ki, "xxxx" MTK-nın iş materiallarında olan şəxsi hesab vərəqəsindən müəssisənin xx.xx.2015-ci il tarixə dövlət büdcəsinə borcunun olmadığı, əksinə 157.712,96 manat məbləğində artıq ödəməsinin olduğu görünür. "xxxx" MTK tərəfindən xx.xx.2015-ci ildən xx.xx.2020-ci il tarixə olan dövr ərzində dövlət büdcəsinə 1.617.629,2 manat məbləğində ödəniş aparılmışdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə (şəxsi hesab vərəqəsi və s.) əsasən "xxxx" MTK-nın şəxsi hesab vərəqəsinə 31 yanvar 2018-ci il tarixdə “düzəliş” adı ilə yazılmış 435.490,12 manat faiz borcunun təkrarən silinməsi halı müəyyən olunmur.
45. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh inzibati orqandan iddiaçının şəxsi hesab vərəqəsinə dürüstləşmə aparılaraq bərpa edilmiş 435490,12 manat vergi məbləğinin tərkibi (tədiyyələr üzrə vergi borcu, maliyyə sanksiyası və faiz borcu) barədə məlumatın təqdim edilməsi tələb edilmiş, lakin bununla bağlı hər hansı rəsmi sənəd təqdim olunmamışdır. Bundan əlavə, məhkəmə iclasının protokolundan müəyyən olunur ki, cavabdeh tərəf borcun tərkibini müəyyən edə bilmədiklərini, həmin məbləğin tə rkibində həm faiz, həm də əsas borc məbləği olduğunu bildirmişdir.
46. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh bir tərəfdən faiz məbləğlərinin cəmiyyətin şəxsi hesab vərəqəsindən texniki səhv olaraq təkrarən silindiyini qeyd edir, digər tərəfdən isə borcun tərkibini müəyyən edə bilmədiyini və həmin məbləğə həm faiz, həm də əsas borc məbləğlərinin daxil olduğunu bildirir.
47. Nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən şəxsi hesab vərəqəsinə bərpa edilmiş məbləğin texniki səhvın nəticəsi olduğu, texniki səhvin nəticələrinin aradan qaldırılmasına bağlı olduğu iş üzrə materiallarla təsdiq olunmur.
48. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qayd ada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, döv lətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).
49. Bu mənada hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən dürüstləşmə adı altında aparılmış yuxarıda qeyd olunan əməliyyat iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.
50. Apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, cavabdeh tərəfindən 31 yanvar 2018-ci il tarixində iddiaçının şəxsi hesab vərəqəsinə işlənilmiş məbləğlərlə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
51. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də, kollegiya apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh tərəfindən 31 yanvar 2018-ci il tarixində iddiaçının şəxsi hesab vərəqəsinə işlənilmiş 419.470 manat vergi məbləğ inin və 103.302,82 manat faiz borcunun silinməsi ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
53. Nəticə etibarı ilə, apelyasiya məhkəməsinin qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, cavabdehin kassasiya şikayəti təmin edilməməli və apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 noyabr 2021-ci il tarixli, 21(103)-823/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.