Məhkəmə qərarları › İş №2-1(102)-692/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-692/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-692/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, müddətin ötürülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bər pa edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2022-ci il tarixli, 21(103)-2799/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən kassasiyanın mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il və artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədə xx.xx.2021-ci il tarixli qərarlarının ləğv edilməsi və ona təyin olunmuş pensiyanın dayandırıldığı, yəni xx.xx.2021-ci il tarixdən bərpa edilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin (hakim O.Həsənov) 18 aprel 2022-ci il tarixli, 2-1(112)1527/2022 nö mrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.Məmmədov sədrlik edən və məruzəçi, V.Baxışova və R.Qurbanov) 03 noyabr 2022-ci il tarixli, 21(103)-2799/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2-1(112)-1527/2022 qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

6. İş kassasiya instansiyasına daxil olduqdan sonra cavabdehin şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlu m olmuşdur ki, şikayət müddət ötürülməklə verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

20. Təqdimetmə Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara u yğun olaraq təqdim edilir. Maddə

21. Müddətlər 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. … Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 21(103)-2799/2022 nömrəli qərarı elektron imza ilə təsdiq edilməklə cavabdehə məxsus şəxsi elektron kabinetində 21 noyabr 2022-ci il tarixdə yerləşdirilmişdir.

11. Cavabdehin qər ardan verilmiş kassasiya şikayəti 24 dekabr 2022-ci il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1(bir) ay müddət keçdikdən sonra poçt şöbəsinə təhvil verilmişdir.

12. Kassasiya şikayətinin verilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət tələbinə əməl edilmədiyindən, müvafiq məhkəmə bildirişi göndərilməklə, qeyd edilən nöqsan (kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürüldüyü) cavabdehin və vəkilinin nəzərinə çatdırılmış, prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin 27 mart 2023-cü il tarixədək məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda, bu hərəkətlərin edilməməsinin hüquqi nəticəsi izah edilərək, verilmiş şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə məlumat verilmişdir.

13. Cavabdeh kassasiyanın mümkünlüyü barədə məhkəmə kollegiyasına göndərdiyi ərizədə mövqeyini belə əsaslandırmışdır ki, barəsində kassasiya şikayəti verilən məhkəmə qərarı İdarəyə poçt vasitəsilə xx.xx.2022-ci il tarixində daxil olduğundan, şikayət vermək hüququ da həmin tarixdən yaranmışdır və şikayət xx.xx.2022-ci il tarixində müvafiq poçt şöbəsinə təhvil verilmişdir.

14. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmır.

15. Belə ki, MPM-in 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbayca n Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

16. Göründüyü kimi, həmin maddədə nəzərdə tutulur ki, MPM-in 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır, lakin bu Məcəllənin 135.6cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna təşkil edir.

17. MPM-in 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. MPM-in 135.6-cı maddəsinə əs asən isə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

18. Məhkəmə kollegiyası İPM-in 20.3-cü və MPM-in 135.5, 135.6-cı maddələrinin tələblərini rəhbər tutaraq qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2022-ci il tarixli qərarının cavabdehə təqdimedilmə tarixi həmin qərarın cavabdehin “elektron kabinet”ində yerləşdirildiyi tarix 21 noyabr 2022-ci il tarixi hesab edilir və kassasiya şikayəti verilməsi müddətini n axımının başlanğıcı həmin tarixdən hesablanmalıdır. Cavabdeh kassasiya şikayətini 24 dekabr 2022-ci il tarixində poçt şöbəsinə təhvil verdiyindən, kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq müddəti ötürmüşdür.

19. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq müddətin ötürülməsinə baxmayaraq, məhkəməyə prosessual müddətin ötürülmədiyinə dair sübutlar və ya buraxılmış müddətin bərpasına dair əsaslandırılmış vəsatət təqdim edilmədiyindən, hazırkı şikayət, kassasiya şikayətinin verilməsi üçün İPM-də nəzərdə tutulan tələblərə cavab vermir. Odur ki, cavabdehin verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.

20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 21(103)-2799/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar