Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-692/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Ərizəçi İddiaçı işi üzrə QƏRARDADİ İş № 2-1(102)-692/2024 (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü; müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Ərizəçi İddiaçı “bağ sahəsinin sənədləşdirilməsi və həmin bağ sahəsində yerləşən tikilinin təmir olunmasına köməklik göstərilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-1(103)-2029/2023 nömrəli qərardadından ərizəçinin verdiy i şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağ sahəsinin özəlləşdirilməsi və bağ sahəsi üzərində yerləşən tikilinin təmir olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1982-ci ildə Dəmir yolu idarəsində işləmişdir. Bununla bağlı ona bağ sahəsi ayrılmışdır. İşlədiyi iş zərərli iş olduğu üçün 1992ci ildə əlillik dərəcəsi almışdır. Ona ayrılmış bağ sahəsi üzərində öz hesabına yarımtikili inşa etmişdir. Hazırda istifadəsində olan bağ sahəsinin özəlləşdirilməsini və bağ sahəsində yerləşən yarımtikilinin təmir olunmasını tələb ed ir.
3. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) 2-1(112)-2759/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
4. Ərizəçi apellyasiya şikayəti verərək hesab etmişdir ki, qərardad ləğv edilməli və işə yenidən baxılmalıdır. b. apellyasiya instansiyası məhkəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər C.A.Yusifovsədrlik edən və məruzəçi, P.A.Hüseynov və Ş.A.Məmmədova) 18 may 2023-cü il tarixli, 21(103)-2029/2023 saylı qərardadı ilə ərizəçinin apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2-1(112)-2759/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Ərizəçi 02 iyun 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, kassasiya şikayəti vermək üçün dövlət h esabına vəkillə təmin olunmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər C.A.Yusifov sədrlik edən və məruzəçi, P.A.Hüseynov və Ş.A.Məmmədova) 23 iyun 2023-cü il tarixli, 21(103)-2029/2023 saylı qərardadı ilə İddiaçı ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-1(103)-2029/2023 saylı qərardadından kassasiya şikayəti verməsi üçün dövlət büdəcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi vəzifəsi Azərbaycan Respublikası Vəkillər X1 həvalə edilmişdir.
8. Ərizəçi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-1(103)-2029/2023 saylı qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. KASSASİYA İNS TANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
9. İş materiallarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-1(103)-2029/2023 saylı qərardadı 02 iyun 2023cü il tarixdə şəxsən, 05 iyun 2023-cü il tarixdə isə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza edilməklə təqdim olunmuşdur. Lakin həmin qərardaddan kassasiya şikayəti 29 noyabr 2023-cü il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra məhkəməyə təqdim olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bunda n sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddə aları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olu nmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda, Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
12. Kassasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.
13. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşd ur. 14.Belə ki, iş materiallardan görünür ki, ərizəçi apellyasiya instansiyası məhkəməsinin 18 may 2023-cü il tarixli qərardadının surətinin alınması barədə xx.xx.2023-cü il tarixdə qərardadın surətini almış, lakin məhkəmə qəbzinə imza etməkdən imtina etmiş, poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etməklə isə 05 iyun 2023-cü il tarixdə qərardadı rəsmi qaydada qəbul etmişdir.
15. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2023-cü il tarixli qərardadı ilə 18 may 2023cü il tarixli qərardaddan kassasiya şikayəti verməsi üçün dövlət büdəcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi qərara alınmış, 07 iyul 2023-cü il tarixdə ərizəçiyə vəkil təyin olunmuş, dəfələrlə ərizəçi ilə kassasiya şikayətinin tərtibi ilə bağlı olaraq əlaqə saxlamağa çalışılsa da uzun müddət mümkün olmamış, ərizəçi həmin qərardaddan kassasiya şikayətini isə yalnız 29 noyabr 2023-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinə vermişdir.
16. Göründüyü kimi, ərizəçi tərəfindən kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 5 ay keçdikdən sonra, yəni qanunla müəyyən olunmuş 10 günlük müddət ötürülməklə verilmişdir.
17. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tə rəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
18. Belə olan halda, ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük prosessual müddət ötürülmüşdür.
19. Prosessual müddətin ərizəçi tərəfindən ötürülmədiyinə dair əlavə sübutlar və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatət məhkəməyə təqdim olunmamışdır.
20. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin v erilməsi üçün qanunvericiliklə müəyyən olunmuş müddət ötürülmüşdür. Odur ki, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
21. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 21(103)-2029/2023 saylı qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.