Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-693/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət X5 Xəzər rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə əlilinə təqaüdün ödənilməsi, təqaüdü almaq hüququnun yaranma vaxtı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət X5 Xəzər rayon Şöbəsinə qarşı “müharibə əlilləri üçü təsis edilmiş təqaüdün ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 noyabr tarixli 2-1(10 3)-2579/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün ödənilməyən, yəni 2008-ci il 1 sentyabr ayından 2016-ci il 24 avqust tarixinə qədər olan tarixə ödənilməli olan Prezident təqaüdünün ödənilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il 28 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı təqaüdü almaq üçün 2016-cı il 1 avqust tarixdə müraciət etmiş və ona 2016-cı il 28 iyul tarixdən Prezident təqaüdü təyin olunub halhazıradək ödənilir. İddiaçı 2019-cu il 23 aprel tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəmə yə müraciət edərək iddiaçıya 2016-cı il 24 avqust tarixdən verilən təqaüdün 2008-ci il 1 sentyabr tarixdən, yəni Prezident təqaüdü təsis edildiyi tarixdən başlayaraq hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, iddiaçı 2016-cı il 24 avqust tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli əlillik almışdır və həmin tarixdən də müharibə əlili kimi Prezident təqaüdü alır. Qeyd edir ki, iddiaçı cavabdehə müraciət edərək ona ödənilməli olan “Müharibə əlilinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi” üçün təqaüdün 2008-ci il 01 sentyabr tarixdən hesablanmasını xahiş etsə də, bu barədə ər izəsi təmin edilmədən saxlanılmışdır. Qanunun tələbləri baxımından cavabdehin imtina etməsinin hüquqi əsası yoxdur. Ona görə də cavabdehin üzərinə iddiaçıya ödənilməli olan müharibə əlilləri üçün Prezident təqaüdünün 2008-ci il 01 sentyabr tarixdən hesablanıb ödənilməsi vəzifəsi qoyulmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1912/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 823 nömrəli, xx xxxxxxxx 2008-ci il tarixli Fərmanı ilə 2-ci qrup müharibə əlilləri üçün nəzərdə tutulmuş Prezident təqaüdünün xx xxxx 2013-cü il tarixdən xx xxxx 2016-cı il tarixədək olan müddət üçün hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, q alan hissədə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil olduğundan, “Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən 2008-ci il 01 sentyabr tarixdən Azərbaycan Respublikası Prezident təqaüdü təsis edilərək aylıq məbləğ müəyyən edildiyindən, “müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” sosial müavinətin növü kimi aylıq ödənilən pul vəsaitindən ibarət olduğundan, sosial müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənildiyindən cavabdehin üzərinə iddiaçıya ödənilməmiş Prezidentinin təqaüdünün iddiaçının iddia tələbində qeyd etdiyi kimi 2008-ci il 01 sentyabr tarixdən deyil, 2013-cü il 28 iyul tarixdən ödənilməsi öhdəliyi qoyulmalıdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 noyabr tarixli 2-1(103)-2579/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi maddi hüquq normasını - "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”-nın 1.3-cü bəndini düzgün təfsir edilməmiş, həmçinin "Əlillərin sosial müdafiəsi haqqında" Qanunun 3-cü maddəsini hazırkı mübahisəyə tətbiq etməmişdir. Halbuki, bu statusu əldə etmiş şəxs bu hüququ əldə etdiyi, yəni ona əlil vəsiqəsi təqdim edildiyi vaxtdan hər hansı səbəbdən bu təqaüdü almaq üçün müraciət etmədiyi təqdirdə, ona müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənilməmiş təqaüd ödənilməlidir. Buna görə də iddiaçıya müharibə əlilləri üçün müəyyən edilmiş güzəştlər, yəni hazırkı halda prezident təqaüdünün verilməsi ona vəsiqə təqdim edildi yi tarixdən əvvəlki 3 ilə görə iddiaçıya ödənilməməlidir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçıya əlilliyin təyin edildiyi 2016 -cı ildə qüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun (2018-ci il 31 may tarixli, 1153-VQ №-li Qanunla ləğv edilmişdir) 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funks ional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Normanın məzmunundan göründüyü kimi, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi əlillik qrupunu və səbəbini təsdiq edən rəsmi sənəddir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin xəsarət (yaralanma, travma, kontuziya) alması özü-özlüyündə, həm də xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) alındığı vaxtdan dərhal sonra əlil olması nəticəsinə gəlməyə əsas vermir. Belə ki, həmin tibbi göstəriş (element) onun yaratdığı (onunla səbəbli əlaqədə olan, ondan doğan) sosial nəticələrlə (şəxsin həyat fəaliyyətinin məhdudlaşması, sosial yardıma və müdafiəyə ehtiyacı olması) birlikdə qiymətləndirildikdən sonra şəxs əlil hesab edilə bilər (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 2-ci maddəsi). İşdən göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 2016-cı il 31 may tarixli, 498 №-li Qərarı ilə müəyyən edilmiş səbəb əlaqəsinə və bundan irəli gələn sosial nəticələrinə görə, iddiaçıya 2016-cı il 28 iyul tarixdə təyin edilmiş əlillik “Azərbaycan Respublikasının müdafiəsi ilə” əlaqəli olduğundan təqaüd həmin tarixdən (əlilliyin təy in edildiyi və bundan irəli gələn hüququn yarandığı vaxtdan) düzgün olaraq təyin edilmiş, iddiaçının əlilliyin müəyyən edilməsindən əvvəlki hər hansı müddətə iddia olunan məzmunda hüququ yaranmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Beləliklə, iddia tələbi əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 noyabr tarixli 2-1(103)-2579/2019 nömrəli qərarı ləğv edilir. İddia təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-693/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-693/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver