Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-693/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli, 2-1(103)1689/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 İddiaçının (xx.xx.1956-cı il təvəllüdlü, Ş/V: AA0382908; Fin: xxxxxxx) xüsusi mülkiyyətində olmuşdur. Həmin daşınmaz əmlak və onun yerləşdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar cavabdeh Bakı şəhəri Cavabdeh iddiaçı ilə 28 noyabr 2018-ci il tarixli, AN-İ ******* nömrəli notarial alqı-satqı müqaviləsi bağlayaraq daşınmaz əmlaka görə 228.493 (iki yüz iyirmi səkkiz dörd yüz doxsan üç) manat kompensasiya ödəmişdir.
2. İddiaçı daha sonra cavabdehə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə görə əlavə kompensasiya almaq üçün müraciət etmişdir.
3. Cavabdeh 16 iyul 2020-ci il tarixli, İ-74-152 nömrəli məktubu ilə müraciəti təmin etməkdən im tina edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmçinin torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı iddiaçı ilə Cavabdeh arasında razılıq əldə olunmuş və müvafiq kompensasiya və maddi yardım ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, 11-ci Nərimanov döngəsində yerləşən şəxsi mülkiyyətində olan 156,9 kv.m torpaq sahəsinə görə əlavə 20 faiz ödənişlə birlikdə ona 625.187,506 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində olan evin yerləşdiyi torpa q sahəsi ümumilikdə 156,9 kv.m təşkil etmişdir. Həmin torpaq sahəsinin hər bir kv.m. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli, 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin qaiməsində (sertifikatında) 3320.52 AZN məbləğində qiymətləndirilmişdir. Qeyd edilən sənəd X1 Kitabında 05.07.2011-ci il tarixdə, 26928 nömrə ilə uçota alınmışdır. Hətta, hal-hazırda həmin ərazinin bazar dəyəri hər kv.m. üçün 4500-5000 manat arasındadır. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən ona həmin torpağın 1 kv.m. dəyəri ən az 3320,52 manat hesablanmaqla 156,9 kv.m. torpaq sahəsinə görə 520.989,588 manat kompensasiya ödənilməlidir. Həmçinin qanunvericiliyə uyğun olaraq 20 faiz əlavə (104.197,918 manat) hesablanmaqla ümumilikdə 625.187,506 manat kompensasiya ödənilməlidir.
6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, Cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu"nu təşkil etmiş və alınan əmlakın qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclər nəzərə alınaraq kompensasiya məbləğləri hesablanmışdır. Etiraza əlavə olunmuş “Qiymətləndirmə Cədvəlindən” görünür ki, iddiaçı il ə Cavabdeh arasında bağlanmış 28 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıya ödənilən 228493 manat mübahisə predmeti olan evə və həmin ünvanda yerləşən torpaq sahəsinə görə hesablanmış kompensasiya məbləğlərini ehtiva edir.
7. Bakı İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2-1(112)-1337/2021 nömrəli qərarı ilə (hakim Şəlalə Həsənova) iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçıya həm də mülkiyyətində olan torpaq sahəsinə görə cavabdeh inzibati orqan tərəfindən kompensasiya hesablanmış, iddiaçı həmin məbləğlə razılaşaraq alqı-satqı müqaviləsi bağlamış, kompensasiya məbləğini qəbul etmişdir. Belə olan halda iddiaçının mülkiyyətində olmuş torpaq sahəsinə görə yenidən kompensasiya tələb etməsindən cavabdeh inzibati orq anın imtinası qanuni və əsaslı olmuşdur.
9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1689/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Afaq Nuriyeva, hakimlər – Həmid Həmidov və Səadət Bəktaşi) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(112)-1337/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə həmçinin əlavə olaraq onu da qeyd etmişdir ki, iddiaçı və cavab dehin iradə ifadəsini əks etdirən həmin alqı-satqı müqaviləsi mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməmiş, ləğv və ya etibarsız hesab edilməmişdir və hazırkı vaxtadək qüvvədədir.
12. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 28 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi sadəcə olaraq fərdi yaşayış evinə münasibətdə bağlanmışdır. Alqı-satqı müqaviləsinin predmetini sadəcə fərdi yaşayış evi təşkil etmiş və kompensasiya məbləği yalnız yaşayış evinə münasibətdə iddiaçıya ödənilmişdir. Həmin yaşayış evinin yerləşdiyi torpaq sahəs inin real bazar dəyəri verilən kompensasiyadan qat-qat çoxdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin rədd edilməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan 06 və 23 noyabr tarixli “Daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə Protokol”lardan görünür ki, iddiaçı mübahisəli evin və onun yerləşdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınması ilə əlaqədar evə görə 150043 manat və torpağa görə isə 78450 manat təklif edilmiş kompensasiyanı qəbul etmişdir. Bundan başqa, Mülki Məcəllənin 245-ci maddəsinə görə də iddiaçı müvafiq kompensasiyanın məbləği ilə razılaşmaqla və həmin məbləği qəbul et məklə fərdi yaşayış evi üzərində mülkiyyət hüququndan imtina etdiyindən, o, hazırkı tələbində irəli sürdüyü həmin ünvanda yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnu da əldə edənə vermişdir. Beləliklə, iddiaçı hazırkı tələbində artıq özgəninkiləşdirdiyi əmlakına görə, yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbi irəli sürmüşdür. Ona görə də, iddiaçının tələbi və kassasiya şikayətinin dəlilləri əsassızdır. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Mülki Məcəllə: Maddə
135. Əşya hüququnun obyektləri... 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə
245. Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: Bənd 1.1. Məhkəməl ər nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
17. İnzibati Prosessual Məcəllənin: Maddə 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkindirməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə b ağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkiş afının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməklə iddia mümkün sayılmamalıdır.
21. Apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyənləşdirsə də, həmin hallara hüquq normalarını düzgün tətbiq etməmiş, iddiaçının hazırkı iddiaya münasibətdə subyektiv hüquq un sahibi olmadığını nəzərə almamış, nəticədə isə iddianı mümkün saymamalı olduğu halda, mübahisəyə mahiyyəti üzrə baxmaqla qərar qəbul etmişdir.
22. Belə ki, işin müəyyən edilmiş hallarına görə, iddiaçı cavabdehdən hazırkı iddiasında Bakı şəhəri, Yasamal rayonu, 11-ci Nərimanov döngəsində yerləşən dövlət ehtiyacları üçün satın alınmaya məruz qalmış şəxsi mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 156,9 kv.m torpaq sahəsinə görə əlavə 20 faiz ödənişlə birlikdə ona 625.187,506 manat məbləğində kompensasiya ödənilməsini tələb edir.
23. İddiaçı ona istinad edir ki, cavabdeh evin yerləşdiyi torpaq sahəsinə görə ayrıca kompensasiya ödəməmişdir, alqı-satqı müqaviləsi bağlanılmaqla ona verilmiş kompensasiya yalnız evə görə ödənilmişdir. İddiaçı kassasiya şikayətinin dəlillərində bildirmiş dir ki, 28 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinin predmetini fərdi yaşayış evi təşkil etmiş və kompensasiya məbləği yalnız yaşayış evinə münasibətdə ödənilmişdir. Cavabdeh isə iddiaçıya ödənilən kompensasiya məbləğinin həm evin, həm də onun yerləşdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınması ilə əlaqədar verildiyini bildirmişdir.
24. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçı və cavabdeh tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış 06 noyabr 2018-ci il tarixli və 23 noyabr 2018-ci il tarixli “Daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə” protokollardan müəyyən edilir ki, tərəflər arasında fərdi yaşayış evinə görə 150043 manat, həmin fərdi yaşayış evinin yerləşdiyi 156.9 kv.m. torpaq sahəsinə görə isə 78450 manat dövlət ehtiyacları ilə əlaqədar geri alınma ilə bağlı ödəniləcək kompensasiya məbləği razılaşdırılmışdır.
25. Həmçinin iş materiallarına əlavə edilmiş notarial qaydada bağlanılmış 28 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh iddiaçıdan mübahisəli daşınmaz əmlakı 228493 manat məbləğində kompensasiya ödəməklə almışdır. Həmin məbləğ “Daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə” yuxarıda qeyd olunan protokollarla razılaşdırılmış evin və torpaq sahəsinin dəyərlərinin cəmini təşkil etmişdir. Beləliklə, razılaşdırma protokalları faktiki olaraq alqı-satqı müqaviləsinin tərkib hissəsini təşkil etmişdir. Onu da nəzərə almaq lazımdır ki, iddiaçı sözügedən razılaşdırma protokollarını və alqı-satqı müqaviləsini daha sonra hər hans ı qaydada mübahisələndirməmişdir.
26. Bu Qərarın 15-ci bəndində göstərilmiş qanunvericiliyin normalarının tələbləri hazırkı işə tətbiq olunduqda müəyyən olunur ki, razılaşdırma protokollarını və alqı-satqı müqaviləsini imzalamaqla iddiaçı vahid əmlak kimi evə və onun yerləşdiyi torpaq sahəsinə olan hüququnu əldə edənə vermişdir. Bu isə o qənaətə gəlməyə əsas verir ki, iddiaçı artıq həm evə, həm də torpaq sahəsinə münasibətdə hər hansı hüququn sahibi kimi qəbul edilə bilməz. Müvafiq olaraq hazırkı iddiaya münasibətdə onun subyektiv hüququ müəyyən olunmur. Odur ki, İPM-in 35.1-ci maddəsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1, 2.1 və 2.3-cü bəndlərinin müddəalarına əsasən iddia mümkün sayılmamalıdır.
27. Məhkəmə tərkibi şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli, 21(103)-1689/2021 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərar qətidir.