Məhkəmə qərarları › İş №2-1(102)-693/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-693/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-693/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin vəfat etmiş şəxsə məxsus olması barədə arayış verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadi yyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 2-1(103)-2286/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının “mövcud bağ sahəsinin sənədləşdirilməsi barədə” 23 sentyabr 1998-ci il tarixli, 1484 nömrəli sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsində 1-ci Badamdar küçəsində 1 saylı evlərin qarşısında 3.0 x 5.0 kv.m ölçüdə bağ sahəsinin X2 (iddiaçının atası) adına sənədl əşdirilməsi qərara alınmışdır.

2. X4 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.

3. İddiaçı Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi, 1-ci Badamdar küçəsi, 1 saylı evlərin qarşısında yerləşən torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə cavabdehə müraciət etmişdir.

4. Cavabdeh müraciətin təmin olunmasından imtina etmiş və xx.xx.2017-ci il tarixli, **********93 nömrəli imtina məktubunda bildirmişdir ki, araşdırma zamanı sözügedən torpaq sahəsinin şosse yolunun kənarındakı yaşıllıq ərazisində (uşaq meydançasında) yerləşdiyi və torpaq sahəsinin sərhədlərinin şərti olması müəyyən edilmişdir.

5. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli, 3/10-7-159/2-151/3-1/1 nömrəli məktubda Bad amdar qəsəbəsi, 1-ci Badamdar küçəsi, 1 saylı evin qarşısında yerləşən bağ sahəsinin sökülməsinə və abadlıq işlərinin aparılmasına dair sərəncamın rayon İcra Hakimiyyətinin arxivində mövcud olmadığı qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

6. İddiaçı cavabdehə qarşı 10 oktyabr 2019-cu il tarixdə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 13 sentyabr 1998-ci il tarixli sərəncamına əsasən ayrılmış 3.0 x 5.0 kv.m ölçüdə mövcud bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X2 adına Bakı şəh ər Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 1484 nömrəli sərəncamına əsasən 3.0 x 5.0 kv.m ölçüdə ayrılmış mövcud bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 1484 nömrəli sərəncamına əsasən, Bakı şəhəri Badamdar qəsəbəsi, 1-ci Badamdar küçəsində 1 saylı evin qarşısında (3.0x 5.0) kv.m ölçüdə bağ sahəsi atası X1 adına sənədləşdirilmiş və sonuncu tərəfindən bağ sahəsi abadlaşdırılaraq, həyatının sonuna qədər həmin bağ sahəsindən qanuni qaydada istifadə edilmişdir. X7 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Sözügedən bağ sahəsi hal-hazırda onun istifadəsindədir.

9. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-378/2020 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 10/718 nömrəli ekspert rəyində göstərilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 23 sentyabr 1998-ci il tarixli, 1484 nömrəli sərəncamı ilə X3 Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci Badamdar küçəsi, 1 saylı evin qarşısında 3.0 x 5.0 metr ölçüdə ayrılmış bağ sahəsinin iş materiallarında olan yerləşmə cizgisinə uyğun olduğu müəyyən edilmişdir. Səbail rayon İcra Hakimiyyəti başçısının 23 sentyabr 1998-ci il tarixli, 1484 nömrəli sərəncamı ilə X3 ayrılmış bağ sahəsi ilə şosse yolun ara məsafəsinin 3.3 metr, həmin torp aq sahəsi ilə 1 saylı yaşayış evinin ara məsafəsinin isə 16.7 metr təşkil etdiyi müəyyən olunmuşdur. Tədqiq olunan torpaq sahəsinin faktiki olaraq Badamdar qəsəbəsində, Badamdar şossesinin (küçəsinin) kənarında, 1 saylı yaşayış binasının qarşısındakı sahədə (yaşayış binasından 16.7 metr aralı) yerləşdiyi müəyyən olunmuşdur. Lakin Badamdar şossesinin yaxınlığında ümumi istifadə olunan yaşıllıq ərazisinin planlı yerləşməsinə dair hər hansı sənəd, o cümlədən ayrıc aktı, plan-sxem və s. mülki iş materiallarına əlavə edilmədiyindən, X3 ayrılmış torpaq sahəsinin yaşıllıq ərazisi ilə üstüstə düşməsi müəyyən edilmədi.

10. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) 10 sentyabr 2020-ci il tarixli, 21(112)-378/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2019-cu il tarixli müraciətinə cavabdehin xx.xx.2019-cu il tarixli cavab məktubunda təqdim edilmiş torpağın yerləşmə cizgisində sahə və ölçülərin göstərilmədiyi, istinadlar və məsafələrin qeyd edilmədiyi, yerləşmə cizgisi ilə torpağın faktiki vəziyyətinin uyğunsuzluq təşkil etdiyi, bundan əlavə istinad edilən sərəncamda sahənin qeyd olunmadığı, torpaq sahəsinin yaşayış binası ilə şosse yolunun yaxınlığında ümumi istifadə olunan yaşıllıq ərazisi olduğu və sözügedən torpaq sahəsi ilə yaşayış binasının ara məsafəsinin nəzərə alınmadığı bildirilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab etmişdir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instans iyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.M.Ağayev /sədrlik edən və məruzəçi/, A.B.Nuriyeva və A.Ə.Hüseyn) xx.xx.2020-ci il tarixli, 2-1(103)1875/2020 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2-1(112)-378/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakiml ər: İ.Ə.Şəfiyev /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və R.S.Nəbizadə) xx.xx.2021-ci il tarixli, 2-1(102)-506/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1875/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

17. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəx sə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi iddianın həlli üçün bu normaya istinad etməmiş, işin hallarını həmin norma əsasında təhlil etməmişdir. İşə baxmış məhkəmələr işin qeyd olunan hallarını nəzərə almamış, iddiaçı ilə bu cür müzakirə aparıb, ona iddianın hüquqi əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtlərinə uyğunlaşdırılmış iddianın verilməsi üçün hüquqi yardım göstərməmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və X.A.Cəmilova) 14 iyun 2021-ci il tarixli, 21(103)-1722/2021 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2-1(112)-378/2021 nömrəli qərarı ləğv edilərək, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarında göstərilən hüquqi mövqedən çıxış etmişdir. d) birinci instansiya məhkəməsində ikinci icraat

20. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 23 sentyabr 1998-ci il tarixli, 1484 nömrəli sərəncamı ilə ayrılmış 15 kv.m ölçüdə bağ sahəsinin mərhum atası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulm asını xahiş etmişdir.

21. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, iddiaçı müvafiq tələbə dair ərizə ilə 15 noyabr 2019-cu il tarixdə cavabdehə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpağın təqdim edilmiş yerləşmə cizgisində sahə və ölçülər göstərilməmişdir və cizgi faktiki vəziyyət ilə uyğunsuzluq təşkil edir. Eyni zamanda, göstərilən torpaq sahəsinin yerləşmə cizgisində istinadlar və məsafələr qeyd edilməmişdir. Bundan əlavə, istinad edilən sərəncamda sahənin ölçüsü qeyd olunmamışdır.Sözügedən torpaq sahəsi yaşayış binası ilə şosse yolunun yaxınlığında ümumi istifadə olunan yaşıllıq ərazisidir və sözügedən torpaq sahəsi ilə yaşayış binasının ara məsafəsi nəzərə alınmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və vətə ndaşa 6 dekabr 2019-cu il tarixli cavab məktubu ünvanlanmışdır. Etirazda göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 21.1-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 7.1, 23-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli və 11 sentyabr 2015-ci il tarixli 298 nömrəli qərarlarına əsaslanaraq, İPM-in 48.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunmuşdur.

22. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) 10 mart 2022-ci il tarixli, 21(112)-134/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 23 sentyabr 1998-ci il tarixli, 1484 nömrəli sə rəncamı ilə X3 15 kv.m ölçüdə müvafiq bağ sahəsi istifadə üçün ayrılmamışdır, həmin bağ sahəsinin onun adına sənədləşdirilməsi qərara alınmışdır. Bu sərəncamdan sonra hər hansı “sənədləşmə”nin aparılması isə müəyyən olunmur. Həmçinin diqqət yetirilməlidir ki, sözügedən 15 kv.m ölçüdə torpaq sahəsinin X2 yaşayış şəraitinin yaxşılaşdırılması haqqında xahişi əsasında onun adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin ölçüdə torpaq sahəsinin sözügedən məqsədlə “ayrılması” mütənasib də sayılmır. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65.1.1-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati aktlar etibarsız sayılır.

24. Bundan başqa, iddiaçı şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1991-ci il noyabrın 9-dan 1 995-ci il dekabrın 19-dək qəbul edilmiş qərara deyil, RİH tərəfindən qəbul edilmiş 23 sentyabr 1998-ci il tarixli sərəncama istinad edir ki, bu qəbildən olan aktlar isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsi üzrə qeydiyyat üçün əsas qismində çıxış edə bilməz. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 23 sentyabr 1998-ci il tarixli, 1484 nömrəli sərəncamı ilə nəzərdə tutulan 15 kv.m bağ sahəsinin X3 məxsusluğu həmin aktın məqsədi baxımından müəyyən edilmir.

25. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. e) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və mə ruzəçi/, A.V.Tanrıverdiyev və İ.S.Şirinov) 3 noyabr 2022-ci il tarixli, 21(103)-2286/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2-1(112)-134/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, torpağın qanunvericiliklə xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsi nəzərdə tutulur. Konkret halda isə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin işə əlavə olunmuş 23 sentyabr 1998-ci il tarixli, 1484 nömrəli sərəncamda isə iddiaçının mərhum atası X2 adına 15 kv.m ölçüdə bağ sahəsinin hansı əsaslarla ayrıldığı müəyyən olunmur. Mübahisəli torpaq sahəsi ümumi istifadə də olan beşmərtəbəli yaşayış binasının qarşısında yaşıllıq ərazisində yerləşir. İşə əlavə olunmuş fotoşəkillərdən də bu mənzərə aydın görünür və iddiaçının özü tərəfindən də bu etiraf olunur. Cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubunda və iddia ərizəsinə etirazında da məhz qeyd olunan əsaslarla imtina cavabı verilmişdir.

28. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

29. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı kassasiya şikayətində əlavə olaraq qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarında yazılanlara əsasən izahatında guya atası X2 torpaq sahəsinin y anında yaşıllıq sahəsinin yerləşdiyini bildirmişdir. Bu doğru olmamış, əksinə, Səbail rayon İcra Hakimiyyətinin ünvanlandığı məktubda həmin torpaq sahəsinin yaxınlığında heç bir yaşıllıq sahəsinin salınmadığı göstərilmişdir. Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və əsassız qərar qəbul edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

30. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dö vlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka pred metinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007- ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadə də olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra h akimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlum atlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və öl çüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməs i imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qan unvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 33. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumu;... Maddə

12. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi... 12.3. Müvafiq icra ha kimiyyəti orqanı və bələdiyyələr tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar yaşıllıqların kadastrını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilir və həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilir.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələ bi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq m ünasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfi ndən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

40. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

42. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən hallarından göründüyü kimi, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının “mövcud bağ sahəsinin sənədləşdirilməsi barədə” 23 sentyabr 1998-ci il tarixli, 1484 nömrəli sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsində 1-ci Badamdar küçəsində 1 saylı evlərin qarşısında 3.0 x 5.0 kv.m ölçüdə bağ sahəsinin X2 (iddiaçının atası) adına sənədləşdirilməsi qərara alınmışdır. İddiaçı da həmin sərəncama istinad edərək qeyd edilən torpaq sahəsinin mərhum atasına məxsus olması barədə arayışın verilməsini tələb edir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən, torpaq sahələri xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə (müvəqqəti istifadəyə) və ya icarəyə verilir. Bu xüsusat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin müxtəlif bəndlərində “daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifa dəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar”, “daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri”, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında isə “ayrılmış torpaq sahələrinə dair sənədlər” kimi qeyd edilmişdir.

44. Lakin iddiaçının istinad etdiyi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının “mövcud bağ sahəsinin sənədləşdirilməsi barədə” 23 sentyabr 1998-ci il tarixli, 1484 nömrəli sərəncamında qeyd edilən torpaq sahəsinin mərhum atasının mülkiyyətinə, s ahibliyinə, istifadəsinə, icarəsinə verilməsi və ya ona ayrılması barədə hər hansı xüsusat qeyd edilməmiş, sadəcə olaraq, torpaq sahəsinin mərhumun adına sənədləşdirilməsi göstərilmişdir.

45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsinə dair cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur. Belə ki, mərhum X2 mülkiyyət hüququnun Dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın ona məxsus olması barədə müvafiq arayışın verilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsaslar olmadığından iddia tələbi əsassızdır.

46. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia edilən torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit edilən əsaslara dair hüquqmüəyyənedici sənədlərin mövcudluğu sübuta yetirilmədiyindən kassasiya şikayətinin dəlilləri əsassızdır.

47. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2022-ci il tarixli, 21(103)-2286/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar