Məhkəmə qərarları › İş №2-1(102)-694/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-694/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-694/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Zakir Quliyev – sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova və Elşanə Vəliyevadan ibarət tərkibdə, məhkəmə iclasının katibi Fuad Fərhadovun, iddiaçının nümayəndəsi Oruc Əzizovun və vəkili Ceyhun İsmayılovun, cavabdehin nümayəndəsi Mirhüseyn Hüseynovun və vəkili Gülnar Qulizadənin iştirakı ilə, Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)2324/2019 saylı qərarından kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə onun, ailə üzvlərinin Sumqayıt şəhərində məcburi köçkünlər üçün inşa edilmiş binalara köçürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli,2-1(81)-1984/2019 nömrəli (sədrlik edən hakim A.Abdullayeva) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməs inin xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 26 noyabr 2019-cu il tarixli 2-1(103)-2324/19 nömrəli (hakimlər – İ.Əhmədov sədrlik edən və məruzəçi, S.Seyidova və V.Məmmədov) qərarı iləİddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-1984/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın çıxarılması, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin hərəkətlərini qanunuz hesab edilməsi və İddiaçı və onun ailə üzvlərinin Sumqayıt şəhər ində məcburi köçkünlər üçün inşa edilmiş binalara köçürülməsi vəzifəsinin Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı cavabdeh Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə (üçüncü şəxs Sumqayıt rayon İcra Hakimiyyətinin iştirakı ilə) qarşı mənzillə təmin edilmə tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2324/2019 saylı qərarından cavabdeh tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kasasiya şikayəti verilmişdir. Cavabdeh kasasiya şikayətini prosessual müddət buraxılmaqla vermiş və prosessual müddətin bərpasına dair ərizə vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili G.Qulizadəkasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizədə qeyd edilənlərə uyğun çıxış edərək kasasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizənin təmin edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Hüseynov da vəkili G.Qulizadənin çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizənin təmin edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili C.İsmayılovkasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizədə qeyd edilənləri rədd edərək kasasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçınınnümayəndəsi O.Ə zizov da vəkili C.İsmayılovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, cavabdeh Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli, 2-1(103)-2324/2019 saylı qərarının surətini xx xxxxxx 2019-cu il tarixdə almışdır. Cavabdeh həmin qərardan xx xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti vermişdir. Göründüyü kimi, cavabdeh prosessual qanunvericilikdə nəzərdə tutulmuş kasasiya şikayətinin verilməsi mü ddətini 7 gün ötürmüşdür. Cavabdeh müddətin bərpası barədə ərizəsində qeyd etmişdir ki, Komitə Bakı Apelyasiya Məhkəməsinin qərarından narazı qaldığından xx xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)- 2324/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı poçt vasitsilə xx xxxxxx 2019-cu il tarixdə Komitəyə daxil olmuşdur. Həmin qərardan kasasiya verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq müddətdə 2019-cu il 31 dekabr - 2020-ci il 7 yanvar tarixləri arasında bayram günləri olduğundan və kasasiya şikayətinin verilməsi ilə bağlı sənədlərin tərtib olunması zərurəti ilə əlaqədar kasasiya şikayəti xx xxxxxx 2020-ci il tarixdə verilmişdir. Hesab edilir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən Azə rbaycan Respublikası İnzibati Prosessual 24-cu maddəsinə müvafiq olaraq bərpa edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair təqdim etdiyi ərizəsindəki dəlillər əsassızdır və formal xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 129.1.-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 129.2-ci maddəsinə görə müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Göründüyü kimi qanunvericiliklə prosessual müddətlər bayram günlərini də əhatə edir. Bu səbəbdən də belə dəlil 7 gün kasasiya şikayəti vermə müddətinin bərpası üçün əsas ola bilməz. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdeh üzrsüz səbəbdən 7 gün olan müddəti buraxmış və bu səbəbdən kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və kasasiya şikayəti mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İPM-nin 96.2 və 96.3-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Bakı Apelyas iya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2324/2019 saylı qərarından kasasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə cavabdehin ərizəsi təmin edilməsin. Cavabdehin kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar