Məhkəmə qərarları › İş №2-1(102)-694/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-694/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-694/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Nigar Rəsulbəyova - sədrlik edən və məruzəçi, İlqar Hüseynov, Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı təhsi l dövrünün və işlədiyi müddətin sosial siğorta stajına daxil edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-202/2021 nömrəli iş üzrə 8 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (Ş/V - ********, FİN –xxxxxxx1) xx.xx.1960-cı ildə Ağdaş şəhərində anadan olub, Sumqayıt şəhəri, MİK-18, ev 25, mənzil 28-də yaşayır.

2. İddiaçı 319083 nömrəli diploma əsasən 1975-1978-ci illərdə Minsk şəhəri 39 №-li orta texniki peşə məktəbində təhsil almışdır. İş materiallarında olan hərbi biletdən görünür ki, iddiaçı 23.05.1979-cu ildən 02.06.1981-ci ilə qədər S ovet ordu sıralarında hərbi xidmət keçmişdir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 04.09.1981-ci ildən 10.06.1992-ci ilədək Sumqayıt Trestində çilingər, 3-cü dərəcəli elektrik və 4-cü dərəcəli çilingər, 11.06.1992-ci ildən 02.11.1998-ci il tarixədək Sumqayıt dəmirbeton məmulat, istehsalat üzrə zavodunda 5-ci və 6-cı dərəcəli quraşdırmaçı-çilingər, 03.11.1998-ci ildən 01.10.2003-cü il tarixədək “Sumqayıt Elektrik Quraşdırma” ATS-də baş mexanik vəzifələrində işləmişdir.

3. İddiaçı yaşa görə güzəştli şərtlə əmək pensiyasının təyin edilməsi üçün 21.02.2019-cu il tarixdə Asan xidmətə ərizə ilə sənədlərini təqdim etmişdir. Ona 26.02.2019-cu il tarixdə Azərbaycan Respublikasının Cavabdeh1 tərəfindən ərizəsinə cavab olaraq bildirilmişdir ki, 12 il 6 ay güzəştli sığorta stajına qarşı ərizəçinin cəmi 10 il 9 ay 6 gün sosial sığorta stajı olduğundan və əmək kitabçasında qeyd olunan 4.9.198110.6.1992-ci il dövrün yoxlanılması mümkün olmadığından ona güzəştli şərtlə əmək pensiyası təyin edilməsi mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı ona 01.09.1975-ci il tarixdən 28.07.1978-ci il tarixədək Texniki peşə məktəbində təhsil aldığı müddət, 11.06.1992-ci il tarixdən 02.11.1998-ci il tarixədək dövrü güzəştli iş stajı hesab edilməsi, 03.11.1998-ci il tarixdən 01.10.2003-cü il tarixə və 01.08.2003-cü il tarixdən 01.12.2004-cü il tarixədək olan dövrləri sosial siğorta stajına daxil etməklə yaşa görə güzəştli şərtlə əmək pensiyasına hüququ yarandığı tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə ed ilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 1975-ci ildən 1978-ci ilədək Mingəçevir şəhər 39 saylı orta texniki peşə məktəbində təhsil müddətinin və 04 sentyabr 1981-ci il tarixdən 10 iyun 1992-ci il tarixədək işlədiyi müddətin sosial siğorta stajına daxil edilməklə ona 27 yanvar 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

6. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, yaşa görə güzəştli şərtlə əmək pensiyasının təyin edilməsi üçün 21.02.2019-cu il tarixdə Asan xidmətə ərizə ilə sənədlərini təqdim etmişdir. Ona 26.02. 2019-cu il tarixdə Azərbaycan Respublikasının Cavabdeh1 tərəfindən ərizəsinə cavab olaraq bildirilmişdir ki, 12 il 6 ay güzəştli sığorta stajına qarşı 10 il 9 ay 6 gün sosial sığorta stajı olduğundan ona güzəştli şərtlə əmək pensiyası təyin edilməmişdir. O, 11.06.1992-ci il tarixdən 02.11.1998-ci il tarixədək xüsusi zərərli əmək şəraitində Sumqayıt dəmir-beton məmulatları istehsalı üzrə zavodda 5-ci dərəcəli quraşdırıcı çilingər peşəsində işləmişdir. Müəssisə fəaliyyət göstərmədiyindən həmin müəssisədən güzəştli iş stajı barəsində arayış təqdim edə bilmir. Həmin dövrlər sosial sığorta stajına daxil olunmalıdır.

7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki,, iddiaçının 1 yanvar 2006-cı il tarixinə olan ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşk il edir. Belə olan halda iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

8. Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 04.09.1981-ci il tarixdən 10.06.1992-ci il tarixədək “Mərkəzidomnatəmir” tresti Sumqayıt TTQİ-də hal hazırki "xxxx" ASC-də metallurgiya zavodunda daimi işdə və tozlu şəraitdə təmiri ilə məşğul olan metal konstruksiyalı quraşdırıçı işləmişdir.

9. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2019-cu il, 21(085)-839/2019 nömrəli (sədrlik edən hakim Zaur Pirverdiyev) qərardadı ilə inzibati iş aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 5 avqust 2020-ci il tarixli, 2-1(112)532/2020 nömrəli (sədr lik edən hakim Şəlalə Həsənova) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 01.01.2006cı il tarixədək ümumi iş stajı 27 il 1 ay 10 gün təşkil etsə də, tələb olunan güzəştli iş stajı 10 il 9 ay 6 gün təşkil edir ki, bu da 12 il 6 aydan azdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 01.01.2006-cı ilə qədər zəruri olan güzəştli sığorta stajı 12 il 6 aydan az olduğundan iddiaçının tələbi əsassız olmaqla cavabdeh inzibati orqan tərəfindən onun müraciətinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi ba rədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2021ci il tarixli, 2-1(103)-202/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova -sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Xumar Mərdanova) qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi, iddiaçının 1975-ci ildən 1978-ci ilədək Mingəçevir şəhər 39 saylı orta texniki peşə məktəbində təhsil aldığı müddətin və 04 sentyabr 1981-ci il tarixdən 10 iyun 1992-ci il tarixədək işlədiyi müddət onun sosial siğorta stajına daxil edilməsi, iddiaçının 57 yaşdan, yəni 27 yanvar 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəli yi cavabdehin üzərinə qoyulmuşdur.

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 04.09.1981-ci il tarixdən 10.06.1992-ci il tarixədək (10 il 9 ay 6 gün) “Mərkəzidomnatəmir” tresti Sumqayıt TTQİ-də işlədiyi metal konstruksiyası quraşdırıcısı və 11.06.1992-ci il tarixdən 02.11.1998-ci il tarixədək (6 il 4 ay 22 gün) “Azərbaycan Respublikası Sumqayıt dəmir-beton məmulatı istehsalı üzrə r-n zavod”unda “5-ci və 6-cı dərəcəli quraşdırıcı çilingər” vəzifələrində işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələri n və göstəricilərin 2 saylı Siyahısının” “”Metallurgiya istehsalatı (qara metallar) adlanan İİİ bölməsinin 2040100a—14587 saylı şifrinə - metallurgiya avadanlığının təmir ilə daim məşğul olan metallurgiya zavodları avadanlığının quraşdırıcıları peşəsinə uyğundur. Buna görə də iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı bir dövr üzrə həm işlədiyi müəssisə (işəgötürən), hər iki dövr üzrə isə oxşar funksiyaların həyata keçirildiyi başqa müəssisə tərəfindən təsdiq olunur.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqd a və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. b bəndi. Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinet i tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 1993-cü il 21 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, v əzifələrin və göstəricilərin” 2 saylı Siyahısı: İİİ bölmə 2040100a—14587 saylı şifrinə - metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodları avadanlığının quraşdırıcıları.

20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu kon kret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlük də mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsin in qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir

24. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə Məhkəmə Kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının təhsil aldığı dövrün onun sığorta stajına daxil edilməsi mübahisələndirilməklə yanaşı, həmçinin ümumi iş stajının 25 ildən, güzəştli iş stajının 12 il 6 aydan az olması da bildirilir.

27. İş üzrə təqdim edilmiş sənədlərə əsasən, iddiaçıya məxsus diplomdan və hərbi biletdən görünür ki, o müvafiq olaraq 1975-1978-ci il tarixədək Minsk şəhəri 39 №-li orta texniki peşə məktəbində (3 il) təhsil almış, 23.05.1979-cu ildən 02.06.1981-ci ilə qədər (2 il 9 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir.

28. Belə ki, iş materiallarına əsasən iddiaçıya məxsus əmək kitabçası ndan müəyyən olunur ki, o, 04.09.1981-ci ildən 10.06.1992-ci ilədək (10 il 9 ay 6 gün), 11.06.1992-ci ildən 02.11.1998-ci ilədək (6 il 4 ay 22 gün), 03.11.1998-ci ildən 01.10.2003cü ilədək (4 il 10 ay 28 gün) müxtəlif müəssisələrdə müxtəlif peşələrdə çalışmış və onun ümumi iş stajı təhsil aldığı dövr (3 il), hərbi xidmətdə olduğu dövr (2 il 9 gün) və əmək kitabçasındakı məlumatlar (22 il 26 gün) nəzərə alınmaqla cəmi 27 il 1 ay 5 gün təşkil edir.

29. Həmçinin İş materiallarından görünür ki, İddiaçı 12 il 6 aydan çox zərərli sahədə işləməsini 04.09.1981-ci il tarixdən 10.06.1992-ci il tarixədək (10 il 9 ay 6 gün) “Mərkəzidomnatəmir” tresti Sumqayıt TTQİ-də işlədiyi metal konstruksiyası quraşdırıcısı və 11.06.1992-ci il tarixdən 02.11.1998-ci il tarixədək (6 il 4 ay 22 gün) “Azərbaycan Respu blikası Sumqayıt dəmir-beton məmulatı istehsalı üzrə r-n zavod”unda “5-ci və 6-cı dərəcəli quraşdırıcı çilingər” vəzifələrində işləməsi ilə əsaslandırır.

30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən “Sumqayıt dəmir-beton məmulatları istehsalatı üzrə rayonlararası zavod”un və "xxxx" ASC-nin (VÖEN **********) vergi orqanında hüquqi şəxs kimi nə vaxtdan qeydə alınması, hansı dövrə kimi fəaliyyətdə olması, eyni zamanda hazırda fəaliyyətinin olub-olmaması barədə məhkəməyə təfərrüatlı arayışın verilməsi, həmçinin Sumqayıt dəmir-beton məmulatlarının istehsalatı üzrə rayonlararası zavod”un və "xxxx" ASC-nin təsis sənədlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı müvafiq sorğular vermişdir.

31. Nəticədə apellyasiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" ASC 3465 saylı 25.10.2002-ci il tarixli şə hadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət 21.07.2005-ci il tarixdə ********** saylı VÖEN-lə vergi uçotuna alınmışdır. Vergi ödəyicilərinin uçot-baza məlumatlarına əsasən hazırda cəmiyyətin fəaliyyəti aktivdir. Hüquqi şəxslərin dövlət reyest məlumatlarında Sumqayıt dəmir-beton məmulatları istehsalatı üzrə rayonlararası zavod adlı hüquqi şəxs aşkar edilməmişdir. Hüquqi şəxslərin dövlət reyestr məlumatlarında Sumqayıt 1 nömrəli Dəmir-Beton Məmulatları zavodu adlı hüquqi şəxs aşkar edilmişdir. Həmin zavod İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakların İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 11 noyabr 2003-cü il tarixli 301 saylı sərəncamına əsasən "xxxx" ASC-yə (VÖEN **********) çevrilmişdir. Həmin sorğuya cavab məktubuna əlavə edilmiş çıxarışdan görünür ki, "xxxx" ASC 05.12.2003-cü ildə qeydiyyata alınmışdır. Bununla yanaşı "xxxx" ASC-nin 3465 saylı şəhadətnaməsindən görünür ki, ASC 25.10.2002-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, fəaliyyət növü “qanunvericiliklə müəyyən edilmiş qaydada metallurgiya sobalarının, qurğuların istehsalı və satışı ilə məşğul olmaq” kimi göstərilmişdir.

32. Həmçinin məhkəmə tərəfindən 08.07.2021-ci il tarixdə “Azərbaycan Respublikası Sumqayıt dəmir-beton məmulatı istehsalı üzrə r-n zavod”un özəlləşdirilibözəlləşdirilməməsi barədə məhkəməyə məlumat verilməsi və özəlləşdirilmə sənədlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmiş və həmin sorğuya cavab olaraq, Azərbaycan Resp ublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 02.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin 11.11.2003-cü il tarixli 301 saylı sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Tikinti Sənaye müəssisələri Kombinatının Sumqayıt 1 nömrəli Dəmir-Beton Məmulatları zavodunun "xxxx" ASC yaradılmış, 30.08.2005-ci il tarixdə cəmiyyətin səhmlərinin özəlləşdirilməsi tam başa çatmışdır. “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin 504 saylı 19.08.1999-cu il tarixli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş 12 saylı Dəmir-Beton Məmulatları zavodunun bazasında "xxxx" ASC yaradılmış, 14.02.2006-cı il tarixdə cəmiyyətin səhmlərinin özəlləşdirilməsi tam başa çatmışdır.

33. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının xüsusi staj kimi nəzərə alınmasını tələb etdiyi 1981-1992 və 1998-2003-cü illərdə işlədiyi müəssisələrin hüquqi varislərinin hazırda da mövcud olduğu və fəaliyyətlərinin aktiv olduğu (sənədlərdə belə göstərilir) göstərilsə də, həmin müəssisələrə göndərilmiş sorğular ünvan sahibinə çatmamış, həmin müəssisələr hüquqi ünvanlarında tapılmamış, aktiv fəaliyyətlərinin olmadığı səbəbindən iddiaçı barəsində həmin müəssisələrdən güzəştli arayışların verilməsi təmin olunmamışdır.

34. Eyni za manda apellyasiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 04.09.1981-ci il tarixdən 10.06.1992-ci il tarixədək “Mərkəzidomnatəmir” tresti Sumqayıt TTQİ-də hal hazırki "xxxx" ASC-də metallurgiya zavod avadanlıqlarının daimi, isti və tozlu şəraitdə təmiri ilə məşğul olan metal konstruksiyalı quraşdırıçı vəzifəsində işləmiş və göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının İİİ bölməsinin ******* yarımbölməsinin 14587 şifri ilə Güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun pensiya almaq hüququ verir. O, işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır.

35. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırarkən, iddi açının işlədiyi müəssisələrin hüquqi varislərinin hazırda mövcud olub, fəaliyyətlərinin sənəd üzərində aktiv olmasına baxmayaraq həmin müəssisələrin hüquqi ünvanlarında tapılmaması, aktiv fəaliyyətdə olmalarının məlum olmaması və buna görə də iddiaçı barəsində ətraflı güzəştli arayışların verilməsi təmin oluna bilmədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-703/20 saylı 18.11.2020-ci il tarixli icmal məktubunda qeyd olunanları nəzərə alaraq güzəştli arayışın oxşar sahədə fəaliyyət göstərən müəssisədən alınmasını məqsədəmüvafiq hesab etmişdir.

36. Sözügedən icmal məktubda qeyd edilmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmaması yoxlanılmalıdır. Zərurət yaranarsa bununla bağlı müvafiq dövlət qurumlarına sorğular verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varis olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırılmaqla iddiaçının işlə diyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər.

37. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək xüsusi iş stajı 04.09.1981-10.06.1992 və 11.06.1992-02.11.1998-ci illərdə polad konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı və dəmir-beton məmulatları ilə işləyən quraşdırıcı çilingər peşəsindəki stajı nəzərə alınmaqla 12 il 6 aydan artıqdır.

38. Beləliklə konkret mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının yuxarıda qeyd olunan tarixlərdə adı çəkilən müəssisələrdə işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının” “”Metallurgiya istehsalatı (qara metallar) adlanan İİİ bölməsinin 2040100a—14587 saylı şifrinə - metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodları avadanlığının quraşdırıcıları peşəsinə uyğundur.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın 17-20-ci bəndlərində qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olaraq qərar qəbul etmişdir.

40. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 8 dekabr 202 1-ci il tarixli, 2-1(103)-202/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

41. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 2-1(103)-202/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar