Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-695/2020 15.09.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: 50 yaşdan güzəştli şərtlərlə pensiyanın hesablanmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), X3, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üçün alınmamış əmək pensiyasının ona ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2710/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1959-cu ildə anadan olmuş, xx.xx.1983-cü il tarixindən xx.xx.1984cü il tarixinədək Qeyri standart avadanlıqların istəhsalı üzrə mexaniki emalatxanada elektrik qaynaqçısı, xx.xx.1987-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək Bakı stasionar dərinlik özüllər zavodunun 6 saylı sexində elektrik qaynaqçısı, xx.xx.1989-cu il tarixindən xx.xx.1993-cu il tarixinədək “X1” LSTB-nin 2 sayli Tikinti quraşdırma idarəsində elektrik qaynaqçısı, xx.xx.1998-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək “X1” İB-nin 2 sayli Tikinti Quraşdırma idarəsində elektrik qaynaqçısı, xx.xx.2007-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək H.Əliyev adına Bakı dərin özüllər zavodunun Özüllərin yığılması və quraşdırılması sexində elektrik qaynaqçısı peşəsində işləmişdir və BOS şelf MMC-də əmək müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixindən hal-hazıradək metalkonstruksiya işlərində əl ilə qaynaq apararan elektrik qaynaqçısı peşəsində işləyir.
2. İddiaçı Azərbaycan Respublikası DSMF-nin Qaradağ rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyası tərəfindən xx.xx.2017-ci il tarixində (57 yaşdan) yaşa görə ömürlük pensiya təyin edilmişdir
3. Pensiyanın 57 yaşdan təyin olunması ilə razılaşmayan iddiaçı DSMF-nin Qaradağ rayon şöbəsinə pensiya məbləğinin yenidən hesablanması və keçmiş müddət üçün alınmamış pensiya məbləğinin ödənilməsinin təmin olunması məqsədilə müraciət etmiş, cavabdeh orqan isə xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulduğundan iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 57 yaşında yaranmı ş və həmin tarixdən, yəni xx.xx.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının məbləğinin yenidən hesablanması və keçmiş müddət üçün alınmamış əmək pensiyasının ona ödənilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsini belə əsaslandırmışdır ki, 1977-ci ildə əmək fəaliyyətinə başlamış, 1983-cü ildən 2016-cı ilədək fasiləsiz olaraq Bakı Dərin Özüllər Zavodunda əmk şəraiti xüsusilə zərərli və ağır olan işdə qaynaqçı vəzifəsində işləmişdir və həmin işdə əmək fəaliyyəti 33 il təşkil edir. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci, 37.7-ci maddələri ona şamil edilərək 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
6. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək iş üzrə cavabdəh qismində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavabdehlər sırasından çıxarılaraq 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmiş və məhkəmənin xx xxx 2019-cu il tarixli qərardadına əsasən iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mü dafiəsi Nazirliyi cavbdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində inzibati icraata cəlb edilmişdir
7. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya 2016-cı ildə 57 yaşında yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, bu zaman onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə 12 il 6 aydan çox güzəştli sığorta stajının olmasını nəzərə almışdır. 50 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ xx.xx.2006-cı il tarixinə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda mövcud olmuşdur. Bu zaman vətəndaşın azı 20 il ümumi sığorta stajının olması və bu müddətin azı 10 ilini 1 nömrəli Siyahı üzrə güzəştli stajının olması tələb olunurdu. İddiaçı bütün fəaliyyət dövründə elektrik qaynaq çısı işləmişdir və həmin vəzifə sözügedən Siyahıda nəzərdə tutulmamışdır. Göstərilənlərə istinad edərək cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)2239/2019 nömrəli qərarına əsasən, iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası o halda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və 17.5-ci maddəsinə əsasən təyin edilə bilərdi ki, onun xx.xx.1997-ci il tarixinədək 20 il ümumi, 10 il xüsusi iş stajı olsun, lakin işdə olan sənədlərdən müəyyən edilir ki, onun xx.xx.1997-ci il tarixinədək 10 il xüsusi iş stajı olmamışdır.
10. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın tamamilə ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2710/2019 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)2239/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun xx.xx.1997ci ilə qədər azı 10 il güzəştli iş stajı olmalı idi. İddiaçı isə bütün fəaliyyəti dövründə elektrik qaynaqçısı işləmişdir və həmin peşə birmənalı olaraq Nazirlər Kabinetinin təsdiq etdiyi 1 saylı siyahıda nəzərdə tutulmamışdır. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 35-ci hissədə (Ümumi peşələr) öz əksini tapmiş “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” bəndinə uyğun gəlir və buna müvafiq olaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yarandığı xx.xx.2016-cı il tarixindən yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilmiş və bu zaman onun Azərbaycan Respublikası Nazirlər Kabinətinin təsdiq etdiyi xx xxxxxx 2007-ci il tarixli s iyahı üzrə 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli sığorta stajının olması nəzərə alınmışdır.
13. Məhkəmə qərarını cavabdeh xx.xx.2019-cu il tarixində, iddiaçı isə xx.xx.2019-cu il tarixində rəsmi qaydada əldə etmişdir.
14. İddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)- 2710/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddia çının xx.xx.2006-cı il tarixinədək azı 20 il sığorta stajına malik olması və bu müddətin azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olması, eləcə də 52 yaş həddinə çatması tələb olunur ki, qanunla müəyyən edilmiş göstərilən şərtlər hazırkı iş üzrə iddiaçıya münasibətdə ödənilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”na əsasən metalı isti vəziyyətdə plazma-qövs kəsməsilə məşğul olan qaz kəsiciləri 1110400a-11618 kodu altında əmək şəraiti zərərli olan peşə hesab olunur. Odur ki, onun xx.xx.2006-cı il tarixinədək güzəştli iş stajı 29 il təşkil edir. Beləliklə, 52 ya şı tamam olduğu tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən halları nəzərə almamış, maddi hüquq normalarını işin faktiki hallarına düzgün tətbiq etməmişdir.
16. İddiaçı kassasiya şikayətinin hüquqi əsası kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü, “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci, 27-ci, 37.7-ci, İnzibati Prosessual Məcəllənin 1.2-ci, 11.1-ci, 91-ci, 92-ci, Mülki Prosessual Məcəllənin 217.2-ci, 386-cı, 418.1-ci, Mülki Məcəllənin 375.1-ci maddələrinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. e) Məhkəmə icraatı iştirakçılarının izahatları 1
8. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQ UQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 22. “Əmək pensiyaları haqqında” AR Qanunu qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırınc ıiş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa gö rə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahisi”nda 35-ci hissədə (Ümumi peşələr) “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi öz əksini tapmışdır.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəb ul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
25. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİNİ N MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apel lyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İddiaçı kassasiya şikayətinin dəlillərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısında işlədiyi peşənin təsbit olunduğunu, bu səbəbdən də ona 52 yaşdan güzəştli şərtlərlə pensiya hesablanmalı olduğunu qeyd etsə də, məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçının iddia tələbi ona 50 yaşdan pensiyanın təyin edilməsi olmuş, apellyasiya instansiyası məhkəməsi də həmin tələbə hüquqi qiymət vermişdir.
30. Kassasiya instansiya məhkəməsi də iddiaçının tələbinə hazırkı qərarın 24-cü bəndində göstərilən normanın tələbləri baxımından şikayət həddində baxaraq apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Belə ki, qərarın 21-ci bəndində göstərilən normaların tələblərindən görünür ki, iddiaçıya onun tələb etdiyi 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.1997-ci ilə qədər azı 20 il ümumi iş stajı olması; b) İddiaçının xx.xx.1997-ci ilə qədər azı 10 il güzəştli iş stajı olması. İşin apellyasiya instansiyası məhkəməsində araşdırılan hallarından görünür ki, iddiaçının xx.xx.1997-ci ilə 19,6 il ümumi və 7 il xüsusi stajı olmuşdur. Bu da ona 50 yaşdan pensiya təyin olunması üçün kifayət deyil. Bundan başqa, onun işlədiyi peşə (elektrik qaynaqçısı) xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısında öz əksini tapmamışdır.
32. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ xx xxxxxx 2016-cı ildə 57 yaşında yaranmış və ona həmin tarixdən yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilmişdir və bu zaman onun Azərbaycan Respublikası Nazirlər Kabinətinin təsdiq etdiyi xx xxxxxx 2007-ci il tarixli siyahı üzrə 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli sığorta stajının olması nəzərə alınmışdır.
33. Göründüyü kimi cavabdeh inzibati orqanın iddiaçıya 50 yaşdan pensiyanın təyin edilməsindən imtinası əsaslıdır və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir.
34. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid ols a da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
35. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96, 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin olunm asın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2710/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.