Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-695/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, “rəngsaz” peşəsi (iş № 2-1(102)-695/22) Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(103)-2373/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1959-cı il tarixdə (AZE0*******, FİN:xxxxxxx4,) ünvan 1 ünvanında qeydiyyatdadır.
2. İddiaçı əmək fəaliyyətinə 1981-ci ildən başlamışdır. Bundan əvvəl isə xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə kimi hərbi xidmətdə olmuşdur. xx.xx.1998-ci ildən xx.x x.2014-cü ilə kimi Bakı Metropoliteninin “N.Nərimanov” adına elektrik deposunda rəngsaz olmaqla işləmişdir. "xxxx" QSC tərəfindən iddiaçıya verilmiş 2.9.2019-cu il tarixli və 3.12.2019-cu il tarixli arayışlarda onun həqiqətən, xx.xx.1998-ci il tarixindən xx.xx.2014cü il tarixə kimi Bakı Metropoliteni “N.Nərimanov” adına elektrik deposunda rəngsaz peşəsində işləməsi, 18.7.2014-cü ildən isə onun "xxxx" QSC-nin Depolar üzrə İş Departamentinin 3 saylı cari təmir sexində 5-ci dərəcəli rəngsaz peşəsində işləməsi qeyd olunmuşdur.
3. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının təqdim etdiyi "xxxx" QSC-nin tərəfindən verilmiş arayışda iş zamanı tətbiq edilən zərərli maddələr, onları təhlükəliliyi sinfi və həmin sinfin hans ı sənədlərə əsasən müəyyən edilməsi qeyd olunmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 21 sentyabr 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 57 yaşı tamam olan xx.xx.2016-cı il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, 1.5.1998-ci ildən 21.7.2014-cü ilə kimi Bakı Metropoliteninin “N.Nərimanov” adına elektrik deposunda rəngsaz olmaqla, 21 ildən çox tam iş rejimində zərərli iş şəraitdə ilə işləmişdir. Hazırda ümumi əmək stajı (hərbi xidmətdə olduğu dövr nəzərə alınmadan) 31 il, 7 ay, 17 gün təşkil edir. Qeyd olunan bu müddətlərin hamısına dair əmək kitabçada müvafiq qeydlər vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, 1 yanvar 2006-cı il tarixədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiya yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə verilir. 06 mart 2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəş tli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
6. Cavabdehin iddia ərizəsinə verdiyi imtinanın dəlilləri ilə ərizəyə dair imtinanın dəlilləri eynidir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)-1818/2021 saylı iş) 22 iyul 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya xx.xx.2016-cı il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi, iş materiallarına əlavə olunan əmək kitabçasının surətində qeyd olunan iş stajını həmçinin "xxxx" QSC-nin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi güzəştli arayışını və 21 iyul 2016-cı ilədək iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla hesab etmişdir ki, iddiaç ının 25 ildən artıq (35 il 7 ay 22 gün) ümumi iş stajı, həmçinin 12 il 6 aydan artıq (18 il 02 ay 20 gün) güzəştli iş stajı mövcud olmuşdur. iddiaçı xx.xx.1998-ci il tarixdən 18.7.2014-cü il tarixədək Bakı Metropoliteninin “N.Nərimanov” adına elektrik deposunda çalışdığı rəngsaz peşəsində, həmçinin xx.xx.2014-cü il tarixdən "xxxx" QSC-nin Depolar üzrə iş Departamentinin 3 saylı cari təmir sexində çalışdığı 5-ci dərəcəli rəngsaz peşəsində işlədiyi zaman istifadə etdiyi zərərli maddələr 3-cü Tez alışan mayelər sinfinə aiddir. İddiaçı 2017-ci il iyulun 1-dək 25 il sığorta stajına malik olduğundan və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulan işlərdə işlədiyindən, həmçinin xx.xx.2016-cı il tarixdə 57 yaşı tamam olduğundan, «Əm ək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2017-ci il iyulun 1-dək qüvvədə olan 9.1ci maddəsinə əsasən əmək pensiyası təyin edilməlidir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia təmin edilməməsi haqqında qərar qəbul etməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı İnzibati Məhkəməsinin mövqeyi razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X1 -məruzəçi, X2 və X6, 2-1(103)-2373/2021 saylı iş) 17 dekabr 2021-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
11. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırılması ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək q ərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 13. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənət xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan İşlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il sosial sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayı həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pen siya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ vardır.
14. Həmin Qanunun 9.1 və 9.8-ci maddələrinə və “Vətəndaşların pensiya təminatı haqqında" AR Qanununun 13-cü maddəsinin "b" bəndinə əsasən yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ağır olan işlər AR NK tərəfindən təsdiq olunan müvafiq siyahı üzrə müəyyən edilir. AR NK-nın xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının ümumi peşələr bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi müvafiq arayışda isə iş zamanı tətbiq edilən zərərli maddələr, onların təhlükəliliyi sinfi, və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edi lməsi qeyd olunmamışdır. Bu səbəbdən, iddiaçının işlədiyi vəzifə ilə müvafiq Siyahıdakı qeydlər eynilik təşkil etmir. Lakin, qeyd olunan hallara apellyasiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt-1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
17. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinin 01 avqust 1997-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tə rəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
19. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 20. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarix li 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 22. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının 33-cü bölməsində («Ümumi peşələr») 23200000-13450 kodu ilə təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar 23. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
24. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
25. İPM: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində m üvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kassas iya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
26. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün t ətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətin əsas dəlili ondan ibarətdir ki, iddiaçının idarəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunanlara əsasən 1.5.1998-ci ildən 21.7.2014-cü ilə kimi Bakı Metropoliteninin “N.Nərimanov” adına elektrik deposunda rəngsaz vəzifəsində İşlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisənin 4 dekabr 2020-ci il tarixli arayışına əsasən rəngsaz vəzifəsində iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən olunması qeyd olunmamışdır. Məhkəmə işəgötürən tərəfindən təqdim edilmiş 2020-ci il 22 oktyabr tarixli arayışına istinad edərək iddiaçının işlədiyi rəngsaz peşəsini pensiya hüququ verən təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsinə uyğunlaşdırmışdır. Lakin, bu zaman məhkəmə arayışı tərtib edən müəssisə tərəfindən arayışda qeyd edilən xüsusatların nəyə istinadən qeyd edilməsini araşdırmamış, həmin müəssisədə qeyd edilən peşələrdə çalışanları peşə fəaliyyətlərini tənzimləyən normativ-hüququ aktları müəyyənləşdirməmiş və onlara istinad etməmişdir.
30. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, iddiaçı əmək fəaliyyətinə 1981-ci ildən başlamışdır. Bundan əvvəl isə xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə kimi hərbi xidmətdə olmuşdur. 1.5.1998-ci ildən 21.7.2014-cü ilə kimi Bakı Metropoliteninin “N.Nərimanov” adına elektrik deposunda rəngsaz olmaqla işləmişdir. "xxxx" QSC tərəfində n iddiaçıya verilmiş 2.9.2019-cu il tarixli və 3.12.2019-cu il tarixli arayışlarda onun həqiqətən, 01.5.1998-ci il tarixindən 18.7.2014-cü il tarixə kimi Bakı Metropoliteni “N.Nərimanov” adına elektrik deposunda rəngsaz peşəsində işləməsi, 18.7.2014-cü ildən isə onun "xxxx" QSC-nin Depolar üzrə İş Departamentinin 3 saylı cari təmir sexində 5-ci dərəcəli rəngsaz peşəsində işləməsi qeyd olunmuşdur.
31. İddiaçının çalışdığı həmin peşə və vəzifələr "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının 33-cü bölməsində («Ümumi peşələr») 23 20000013450 kodu ilə təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar; güzəştli şərtlərlə pensiya hüququ verən peşələr sırasına daxil edilmiş, cavabdehin də istinad etdiyi, işəgötürən tərəfindən təqdim edilmiş arayışda iddiaçı 1.5.1998-ci il tarixindən 18.7.2014-cü il tarixinədək Bakı Metropoliteninin “N.Nərimanov" adına elektrik deposunda rəngsaz peşəsində çalışmışdır (zərərli iş şəraiti ilə). 18.7.2014-cü il tarixindən o, “Bakı Metropoliteni" QSC-nin Depolar üzrə iş Departamentinin 3 saylı cari təmir sexində 5-ci dərəcəli rəngsaz peşəsində işləyir (zərərli, qapalı iş şəraiti ilə). İddiaçının zərərli iş şəraitində əmək stajı 21 il 3 ay 28 gün təşkil edir. Müəssisədə zərərli istehsalat sahəsində iddiaçının rəngsaz kimi işlədiyi peş ənin təhlükəlilik dərəcəsini nəzərə alaraq zərərli iş şəraitinə görə 8% miqdarında əlavə ödəniş olunur. İşində istifadə etdiyi maddələr aşağıdakılardır: - Corella (sintetik parlaq boya), - Sintoş (sintetik oto boya), - Corella (sellülozik tiner həlledici). Həmin maddələr İİİ Tez alışan mayelər sinfinə aiddir ki, bunlar da “Yanar maye maddələr və ərimə temperaturu 60 dərəcə olan həll olan qatı maddələr” və “Alovlanma temperaturu 60 dərəcəni keçən maddələr”dir. Arayışdakı həmin məlumatları təkzib edən və ya mötəbərliyini şübhə altına alan hər hansı sübut cavabdeh tərəfindən təqdim olunmamışdır.
32. Hazırki qərarın 17, 18, 19, 20, 21 və 22-ci bəndlərində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi rəngsaz vəzifəsi əmək şərai ti xüsusilə zərərli və ağır olan işlərdə işləməsi kimi nəzərə alınmalıdır.
33. Beləliklə, iddiaçının 57 yaşı tamam olanadək 25 il ümumi stajı olmuş, o cümlədən bu vaxta qədər 12 il 6 ay güzəştli şərtlə pensiya hüququ verən peşədə işləməsi işdə olan mötəbər sübutla təsdiq edilmişdir.
34. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
35. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2373/2021 saylı, 17 dekabr 2021-ci il tarixli nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.