Məhkəmə qərarları › İş №2-1(102)-696/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-696/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-696/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: xüsusi notarius vəzifəsinin icrası ilə əlaqədar müvafiq alqı-satqı əməliyyatları üzrə vergi hesablanması barədə qərarın ləğv edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı ş əhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2-1(103)-3039/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının xidmət göstərdiyi xüsusi notarius vəzifəsinin icrası ilə əlaqədar müvafiq alqı-satqı əməliyyatları üzrə yaranmış vergi öhdəliyi ilə əlaqədar olaraq Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********6226500 nömrəli qərarına əsasən, iddiaçıya 1682,39 manat əsas, 615,22 manat faiz, 100 manat sanksiya olmaqla, ümumilikdə 2397,61 manat vergi borcu hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki olaraq ödədiyi, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun da təsdiq etdiyi məbləğin təkrar olaraq, ədalətsizliklə ondan alınmasına dair qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, faktiki olaraq ödədiyi, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun da təsdiq etdiyi məbləğin təkrar olaraq, ədalətsizliklə ondan alınmasına dair xx.xx.2019-cu il tarixli, **********6226500 nömrəli qəra rın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı təkrarən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, vergi borcunun tələb edilməsi ilə əlaqədar hərəkətləri qanunsuz hesab edilməklə, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********6226500 №-li qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə onu Bakı şəhəri Xətai rayon İcra və Pobasiya şöbəsinə çağıraraq bildirmişlər ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********6226500 nömrəli qərarına əsasən 1682,39 manat əsas, 615,22 manat fa iz, 100 manat sanksiya olmaqla, ümumilikdə 2397,61 manat vergi ödəməlidir. Qərarda göstərilən əsas borc onun tərəfındən notarius kimi fəaliyyət göstərdiyi vaxt, yəni xx.xx.2016-cı il tarixdə və xx.xx.2016-cı ildə müvafıq olaraq 8 və 9 nömrəli ödəniş tapşırıqları ilə "xxxx" ASC-yə ödənilmişdir. Bu barədə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun onun müraciəti əsasında verdiyi məktubu Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsinə təqdim etmişdir. Həmin məktubda Lokal Gəlirlər Baş İdarəsinin ondan tələb etdiyi pulun onun tərəfindən banka ödənildiyi təsdiq edilir və bildirilir ki, həmin məbləğ Azərbaycan Respublikası “Banklar haqqında” Qanununun 82-ci bəndinə uyğun olaraq ödəniş təqdim edilmiş rekvizitlər üzrə növbəlilik daxilində həyata keçiriləcəkdir.

6. Cavabdeh iddia ərizəsinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; həmcinin həmin Məcəllənin 23.1.16-cı maddəsinə əsasən, bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq nəzərdə tutulmuş başqa hüquqları həyata keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Yuxarıda qeyd edilən Vergi Məcəlləsinin müddəalarına əsasən, iddiaçının 2397,59 manat vergi borcuna görə “Tələbin icraya yönəldilməsi haqqında” qərar çıxarılmışdır. Belə ki, iddiaçının vergilər üzrə xx.xx.2018-ci il tarixə 1781,65 manat, xx.xx.2019-cu il tarixə isə 1682,39 manat, maliyyə sanksiyası üzrə 100 manat, faizlər üzrə 615,20 manat borcu olduğundan “Vergi borcunun ödənilməsinə dair” bildiriş göndərilmişdir. Bildirişdə vergi borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi bildirilmişdir. Lakin iddiaçı tərəfindən qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuş və borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Daha sonra dövlət büdcəsinə olan borcun məcburi qaydada alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada icra orqanına müraciət ediləcəyi barədə xx.xx.2019-cu il tarixli xəbərdarlıq göndərilmişdir. Lakin borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, Vergi Məcəlləsinin 23.1.6-cı və “İnzibati icraat haqqında” Qanunun 82-ci maddələrinin müddəalarına əsasən, vergi o rqanı borc tələbinin icraya yönəldilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********626500 saylı inzibati qərar qəbul etmiş və qərarın iddiaçının elektron qovluğuna göndərilməsi təmin edilmişdir. “Büdcə sistemi haqqında” xx.xx.2002-ci il tarixli, 358-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət büdcəsinə bütün daxilolmalar və ödəmələr, büdcədənkənar dövlət fondlarına haqlar (ödənişlər), büdcədənkənar dövlət fondları, dövlət təminatı ilə alınmış kreditlər üzrə əməliyyatlar və digər dövlət əməliyyatları qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə icra edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi daxilolmalar barədə reyestr və ödəniş sənədlərini 1 (bir) iş günü ərzində bank tərəfindən təqdim edilmiş məlumatlar əsasında ve rgi orqanına ötürür. Vəsaitin büdcəyə ödənildiyi tarix, onların xəzinə hesabına mədaxil edilməsi barədə ödəniş sənədlərində xəzinə orqanı tərəfindən qeyd edilən tarixdir. Belə ki, "xxxx" ASC ləğv edildiyindən vergi ödəyicisi tərəfindən ödənilmiş qeyd olunan vəsaitlər bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən dövlət büdcəsinə köçürülməmiş və dövlət büdcəsinin xəzinə hesabına mədaxil olunmamışdır. Bu səbəbdən də X1 tərəfindən həmin vəsaitlər barədə məlumat vergi orqanına təqdim edilmədiyindən iddiaçının şəxsi hesab vərəqəsində ödəniş kimi nəzərə alına bilməz. Həmçinin qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1085/2021 saylı qərarı (hakim Ş.Həsənova) ilə iddia təmin edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı xidmət göstərdiyi xüsusi notarius vəzifəsinin icrası ilə əlaqədar müvafiq alqı-satqı əməliyyatları üzrə yaranmış vergi öhdəliyini vaxtında və tam şəkildə partnyor olduğu bankın, yəni "xxxx" ASC-nin müvafiq hesabına köçürmüşdür. Lakin əməliyyat həyata keçirildikdən sonra "xxxx" ASC-nin lisenziyası ləğv edildiyindən həmin ödəniş məbləğinin təyina tı üzrə dövlət büdcəsinə köçürülməsi mümkün olmamışdır. Həmin məbləğ bankın ləğvedicisi tərəfindən qəbul edilmiş və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə uyğun növbəlik qaydasında ödəniləcəyi bildirilmişdir. Belə ki, iddiaçının hərəkətlərində vergi qanunvericiliyinin hər hansı müddəasının pozulması halı müəyyən olunmur və müvafiq vergi məbləğinin təyinatı üzrə dövlət büdcəsinə köçürülməməsi iddiaçının iradəsindən asılı olmamaqla onun təqsirindən baş verməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı vergi ödəyicisi kimi müvafiq əməliyyatlar üzrə ödədiyi vergi məbləğini təkrar ödəməyə məcbur edilə bilməz. Odur ki, vergi borcunun tələb edilməsi ilə əlaqədar cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilməklə xx.xx.2019-cu il tarixli, **********6226500 №-li qərar ləğv edilməlidir.

9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-3039/2021 nömrəli qərarı (hakimlər S.Bəktaşi - sədrlik edən və məruzəçi, A.Hüseynov və A.Hüseyn) ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1085/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya in stansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, “Büdcə sistemi haqqında” xx.xx.2002-ci il tarixli 358-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət büdcəsinə bütün daxilolmalar və ödəmələr, büdcədənkənar dövlət fondlarına haqlar (ödənişlər), büdcədənkənar dövlət fondları, dövlət təminatı ilə alınmış kreditlər üzrə əməliyyatlar və digər dövlət əməliyyatları qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə icra edilir.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi daxilolmalar barədə reyestr və ödəniş sənədlərini 1 (bir) iş günü ərzində bank tərəfindən təqdim edilmiş məlumatlar əsasında vergi orqanına ötürür. Vəsaitin büdcəyə ödənildiyi tarix, onların xəzinə hesabına mədaxil edilməsi barədə ödəniş sənədlərində xəzinə orqanı tərəfindən qeyd edilən tarixdir. Belə ki, "xxxx" ASC ləğv edildiyindən vergi ödəyicisi tərəfindən ödənilmiş qeyd olunan vəsaitlər bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən dövlət büdcəsinə köçürülməmiş və dövlət büdcəsinin xəzinə hesabına mədaxil olunmamışdır. Bu səbəbdən də X1 tərəfindən həmin vəsaitlər barədə məlumat vergi orqanına təqdim edilmədiyindən iddiaçının şəxsi hesab vərəqəsində ödəniş kimi nəzərə alına bilməz. Məhkəmənin əsaslandığı, vergi borcunun təyinatı üzrə dövlət büdcəsinə köçürülməməsinin iddiaçının iradəsindən asılı olmamaması ilə bağlı qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 55.1-ci maddəsində vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar qeyd olunmuşdur. Lakin, hazırkı iş üzrə belə hallar aşkar olunmur.

14. Bundan başqa, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, lakin üçüncü şəxs tərəfindən məhkəməyə ləğv prosesinin hansı mərhələsində olduğuna və ya uzun müddət ləğv prosesinin yekunlaşmamasına dair izahat və ya bununla bağlı məhkəməyə sənəd təqdim etməmişdir. Belə ki, ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğvetmə prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamal ıdır. Məhkəmə isə, həmin müddətin keçməsi, ləğvetmə prosesinin yenidən başlamasına səbəb olma məsələsini araşdırmamışdır.

15. Həmçinin, iddiaçı mübahisələndirdiyi xx.xx.2019-cu il tarixli **********626500 saylı qərarı uzun müddət keçdikdən sonra mübahisələndirmiş, bu da öz növbəsində hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

12. Xüsusi notariuslar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işi təşkil edir, notariat hərəkətləri, tutulan haqlar, büdcəyə keçirilən vergilər və digər ödəmələr barədə Azərbaycan Respublikasını n müvafiq icra hakimiyyəti orqanlarına hesabat və məlumat verirlər. Maddə

25. Vergilər və digər məcburi ödəmələr ödənildikdən sonra notariat hərəkətlərinin aparılmasına görə tutulan haqdan və bu Qanunun 20-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş xidmətlərə görə alınan haqdan qalan pul vəsaitləri xüsusi notariusun sərəncamında qalır. 18.“Banklar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 82.1 Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: Maddə 82.1.7. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər, büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər.

19. Azərbaycan Respublikası Vergilər Məcəlləsi Maddə 16.1.1 Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Maddə 16.1.11-6.3 notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Maddə 70.2 Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq e dilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Maddə 70.2-1 Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Maddə 82.1 bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi vergi bazasını, vergi dərəcəsini və vergi güzəştlərini əsas götürərək, hesabat dövrü üçün ödənilməli olan verginin məbləğini sərbəst surətdə özü hesablayır. Maddə 82.3 verginin məbləği bu Məcəllədə və ya ona müvafiq olaraq qəbul edilmiş qanunvericilik aktında müvafiq vergi üçün müəyyən edilmiş qaydada hesablanır. Maddə 82.4 müəyyən edilmiş müddətlərdə ödənilməli olan verginin məbləği vergi ödəyic isi və ya qanunla müəyyən edilmiş hallarda digər şəxs tərəfindən ödənilir (köçürülür). Maddə 83.1 bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Maddə 96.1 xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir. Maddə 99.3.10 xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar g östərilən xidmətlərə görə alınan haqlar qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir. 20.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyinə görə, hazırkı icraat çərçivəsində məhkəmə ak tının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə tərkibi işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıda kıları qeyd etməyi zəruri sayır.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xüsusi notarius kimi fəaliyyət göstərmiş və onun tərəfindən alqı-saqtı müqaviləsi üzrə notariat əməliyyatları ilə bağlı vergilərin köçürülməsi üçün "xxxx" ASC-yə təqdim edilmiş xx.xx.2016-cı il tarixli, 08 saylı və xx.xx.2016-cı il tarixli, 09 saylı ödəniş tapşırıqları bank tərəfındən qəbul edilsə də, xx.xx.2016-cı il tarixində "xxxx" ASC-nin lisenziyası ləğv olunduğu üçün bu ödənişlərin təyinatı üzrə bank tərəfindən köçürülməsi mümkün olmamışdır. Həmin məbləğlər bankın ləğvedicisi tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 77.1-ci maddəsinə uyğun olaraq mühasibat uçotu sənədlərində əks etdirilərək qəbul edilmiş və “Bankl ar haqqında” Azərbaycan Respublikası Qanunun 82-ci maddəsinə uyğun olaraq ödəniş təqdim edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən həmin notariat əməliyyatları ilə bağlı iddiaçının vergilər üzrə xx.xx.2018-ci il tarixə 1781,65 manat, xx.xx.2019-cu il tarixə isə 1682,39 manat, maliyyə sanksiyası üzrə 100 manat, faizlər üzrə 615,20 manat borcu olduğundan “Vergi borcunun ödənilməsinə dair” bildiriş göndərilmiş, sonradan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı qeyd olunan məbləğlərin aidiyyəti üzrə banka ödənildiyini, bankın lisenziyası ləğv edildiyi üçün əməliyyatların tam başa çatmadığını, buna görə də ödədiyi məbləğlərlə bağlı onun təkrarən vergiyə cəlb edilməsi barədə vergi orqanın hərəkətlərinin qanunsuz olduğunu iddia edərək, bu hərəkətləri və qərarı məhkəm ədə mübahisələndirmişdir.

27. İş materiallarında olan, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********250600 №-li, xx.xx.2018-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, iddiaçının xx.xx.2018-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 1781,65 manat, o cumlədən vergilər üzrə 1781,65 manat borcu vardır. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, göstərilən borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur.

28. İş materiallarında olan, vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, həmin borc bildirişi iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə oxunmuşdur.

29. İş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, məlum at üçün təkrarən bildirılir ki, xx.xx.2016-cı il tarixdə 1293,84 manat, xx.xx.2016-cı il tarixdə 969,30 manat alqı-satqı üzrə vergi məbləği X2 filialı tərəfindən ödənişə qəbul edilmişdir. Həmin ödəniş tapşırıqlarının icrası barədə bankın qeydinin olmasına baxmayaraq, həmin məbləğlər bu günə qədər şəxsi hesab vərəqəsində öz əksini tapmamışdır. Həmin məbləğlərin şəxsi vərəqəyə daxil olması üçün köməklik göstərilməsi xahiş edilir.

30. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********543200 nömrəli məktubdan görünür ki, ödənilmiş vəsait haqqında xx.xx.2018-ci il tarixli müraciətə baxılmışdır. Müraciətdə qeyd edilən vəsait barədə məlumat Maliyyə Nazirliyinin X1nə daxil olmamışdır. Ödənilmiş vəsaitlə bağlı aidiyyəti üzrə bank idarəsinə müraciət edilməsi tövsiyə olunm uşdur.

31. Eyni zamanda, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondunun iddiaçıya ünvanladığı **********741 №-li, xx.xx.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı tərəfındən alqı-satqı müqaviləsinə əsasən vergilərin köçürülməsı üçün banka təqdim edilmiş xx.xx.2016-cı il tarixli, 08 №-li və 29.01 2016-cı il tarixli, 09 №-li ödəniş tapşırıqları bank tərəfindən qəbul olunsa da, xx.xx.2016-cı il tarixində "xxxx" ASC-nin lisenziyası ləğv olunduğu üçün bu ödənişlərin köçürulməsi mümkün olmamışdır. Hesablardakı 2263,14 (iki min iki yüz altmış üç manat 14 qəpik) manat, 975,72 (doqquz yüz yetmış beş manat 72 qəpik) manat, 100 (bir yüz manat) manat və 5,69 (beş manat 69 qəpik) manat məbləğındə qalıqlar 20 iyul 2016-cı il tarixində 15763, 15764, 15765 və 15766 nömrələrı ilə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.1-maddəsinə uyğun olaraq mühasibat uçotu sənədlərındə əks etdirilmiş məbləğlərdə qəbul edilmişdir və Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 82-cı maddəsinə uyğun olaraq ödəniş təqdım edilmiş rekvizitlər üzrə növbəlilik daxilində həyata keçiriləcəkdir.

32. İş materiallarında mövcud olan, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********8 №-li, xx.xx.2019-cu il tarixli vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 2397,59 manat, o cümlədən vergilər üzrə 1682,39 manat, maliyyə sanksiyaları üzrə 100,00 manat, faizlər üzrə 615,20 manat borcu vardır. Vergi Məcəlləsinin 65.1-ci mad dəsinə əsasən, göstərilən borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunur.

33. Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, həmin borc bildirişi iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə oxunmuşdur.

34. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********181600 №-li “vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” qərardan görünür ki, iddiaçı tərəfindən vergi ödəyicinin aktivləri barədə məlumat müəyyən edilən müddətdə əsas olmadan təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən, 100 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır.

35. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********62650 0 №-li, xx.xx.2019-cu il tarixli tələbin icraya yönəldilməsi haqqında qərarın surətindən görünür ki, iddiaçı tərəfindən 1682,39 manat əsas, 615,22 manat faiz, 100,00 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 2397,61 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətə ödənilmədiyinə görə tələbkar Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********181600 nömrəli qərarları xx.xx.2019-cu il tarixdən icraya yönəldilmişdir. 36. "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı xx.xx.2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə "xxxx" ASC-nin iflas prosedurunun başlanmasına dair ərizə ilə müraciət edərək, bankın müf lis elan edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1541/2016 saylı qərarı ilə "xxxx" ASC-nin müflis elan edilməklə, iflas prosesinə başlanılması, "xxxx" MMC-nin banka ləğvedici təyin edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 154/2016 saylı qərardadı ilə ləğvedici dəyişdirilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. İddiaçı tərəfındən alqı-saqtı müqaviləsinə əsasən vergilərin köçürülməsi üçün banka təqdim edilmiş xx.xx.2016-cı il tarixli, 08 saylı və xx.xx.2016-cı il tarixli, 09 saylı ödəniş tapşırıqları bank tərəfındən qəbul edilsə də, xx.xx.2016-cı il tarixində "xxxx" ASC-nin lisenziyası ləğv olunduğu üçün bu ödənişlərin təyinatı üzrə köçürülməsi mümkün olmamışdır. Hesablardakı 2263,14 manat, 975,72 manat, 100 manat, 5,69 manat məbləğində qalıqlar 20 iyul 2016-cı il tarixində 15763, 15764, 15765 və 15766 nömrələri ilə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.1-ci maddəsinə uyğun olaraq, mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilmiş və həmin Qanunun 82-ci maddəsinə uyğun olaraq ödəniş təqdim edilmiş rekvizitlər üzrə növbəlilik qaydasında ödəniləcəkdir.

37. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı notariat əməliyyatları ilə bağlı vergi məbləğini "xxxx" ASC-nin müvafiq hesabına köçürmüş, əməliyyat həyata keçirildikdən sonra "xxxx" ASC-nin lisenziyası ləğv edildiyindən həmin ödəniş məbləğinin təyinatı üzrə dövlət büdcəsinə köçürül məsi mümkün olmamışdır. Vergi məbləğinin təyinatı üzrə dövlət büdcəsinə köçürülməsinin mümkün olmaması iddiaçının iradəsindən asılı olmamaqla onun təqsirindən baş verməmişdir.

38. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, iddiaçının hərəkətlərində vergi qanunvericiliyinin hər hansı müddəasının pozulması halı müəyyən olunmur.

39. Bundan başqa, cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2019-cu il tarixli **********626500 saylı qərarı uzun müddət keçdikdən sonra mübahisələndirmiş, bu da öz növbəsində hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir.

40. Məhkəmə tərkibi iddianın qaldırılması üçün müddətin ötürülməsi barədə cavabdehin kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, “İnzib ati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. M araqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.

41. Yuxarıda sadalanmış normalara görə, inzibati orqan inzibati aktı elektron üsulla göndərmək səlahiyyətinə malikdir, lakin mübahisə olduğu halda aktın təqdim edilməsi faktını və müddətini sübut etməlidir.

42. Bundan başqa, işdən görünür ki, iddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********6226500 №-li qərarını mübahisələndirir, lakin məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən inzibati aktın iddiaçıya lazımi qaydada çatdırılması müəyyən edilməmişdir. Belə ki, inzibati aktın iddiaçıya hansı tarixdə təqdim edilməsi və ya elan edilməsi, eyni zamanda oxunması faktı müəyyən olunmamış və cavabdeh tərəfindən bununla bağlı hər hansı sübut məhkəmələrə təqdim edilməmişdir.

43. Halbuki, iş materiallarında olan vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, xx.xx.2019-cu il tarixli vergi borcunun ödənilməsinə dair borc bildirişi iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində oxunmuş və iddia ərizəsi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur. Belə olan halda, iddiaçı tərəfindən inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddətin ötürülməsi barədə cavabdehin dəlili əsaslı hesab edilə bilməz.

44. Beləliklə məhkəmə tərkibi qeyd edir ki, kassasiya şikayətində qeyd edilən xüsusatlar apellyasiya instansiyası məhkəməsində də mübahisələndirilmiş, həmin hallar məhkəmə tə rəfindən ətraflı araşdırılmış və apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. 45.Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 21(103)-3039/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar