Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-697/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı iş üzrə Açar sözlər: iddia müddətinin bəpasından imtina edilməsi, iddianın mümkün hesab edilməməsi, apelyasiya şikayətinin mümkünlüyü zamanı apelyasiya şikayətinin hansı məhkəmə aktından verilməsinin müəyyən edilməsi, bununla bağlı məhkəmənin yardım etmə vəzifəsi, iddianın mümkünlüyünə təsir edən digər halların da araşdırılması vəzifəsi Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkib də, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2764/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı Azərbaycan Respublikası DİN Daxili Qoşunlara aid hərbi hissədə xidmət etmiş və hərbi hissə komandirinin xx.xx.2017-ci il taixli 284 saylı əmri ilə «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə ə sasən (xidməti uyğunsuzluğa görə) xx.xx.2017-ci il tarixdə vəzifəsindən azad edilərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun hərbi xidmətdən ehtiyata buraxılması barədə xx.xx.2017-ci il taixli 284 saylı əmrin ləğv olunmasını, eyni zamanda həmin iddia ərizəsində vəsatət verərək iddianın verilməsi üçün buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3442/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim - Z.M.Tağıyev) buraxılmış iddia müddətinin bərpa olunmasından imtina edilmiş və eyni tarixli qərardadla iddia mümkün sayılmamışdır. Məhkəmə müddətin bərpa olunma sından imtina barədə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı sözügedən əmrin vaxtında mübahisələndirilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iddianın mümkün sayılmaması barədə qərardadını isə onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında mübahisələndirilən inzibati aktdan 2017-ci ildən xəbərdar olduğunu, eyni zamanda hazırki iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğu üçün 30 günlük iddia müddətinin üzürlü səbəbdən ötürülməsi ilə bağlı ərizə vermədiyini bildirmiş, həmçinin məhkəmə tərəfindən ərizə verilməsi təklif edlsə belə iddiaçı tərəfindən bununla bağlı hər hansı ərizə məhkəməyə təqdim edilməmişdir. İddiaçı apelyasiya şikayət ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnziba ti-İqtisadi Məhkəməsinin 2-1(82)-3442/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadının ləğv olunmasını və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il taixli əmri xx.xx.2019-cu ildə almışdır və hazırki iddianı vermişdir. Yəni iddia müddətini ötürməmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2764/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər C.A.Yusifov (sədrlik edən və məruzəçi) V.M.Ağayev və A.B.Nuriyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3442/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş materialları ilə iddiaçının qanunla nəzərdə tutulan prosessual müddəti ötürməklə məhkəməyə müraciət etdiyi müəyyən edilir. İddiaçının özünün iddia ərizəsində şərh etdiklərindən aydın olur ki, hərbi xidmətdən ehtiyata buraxılması barədə xx.xx.2017-ci il tarixli əmrdən xəbəri olmuşdur. Onun işə əlavə olunmuş hərbi biletinin surətinin 10-cu qrafasında DİN Daxili Qoşunlar komandanının xx.xx.2017-ci il tarixli əmrinə əsasən hərbi xidmətdən ehtiyata buraxılması barədə qeyd vardır. xx.xx.2018-ci il tarixli ərizəsində də hərbi xidmətə bərpa olunması üçün X4 qəbulunda olduğunu bildirmişdir. Lakin hazırki ddia ərizəsi məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İPM-nin 24.4-cü maddəsinin tələbinə əsasən müddətin buraxılmasından 1 il ötdükdən sonra hətta müddətin bərpa olunması barədə ərizənin icraata qəbul edilməsi belə istisna olunur. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2764 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrdən xəbəri olması, şəxsə inzibati aktın verilməsini və ya elan edilməsini təsdiq etmir. Hərbi biletdəki qeyd inzibati orqanın inzibati aktı tərəfə təqdim etmək səlahiyyətindən azad etmir. Ümumiyyətlə bu qeyd elan etmə hesab edilə bilməz. Sözü gedən inzibati akt üzrə prosessual müddətin axımı elan etmə ilə deyil, təqdim etmə ilə başlayır. Belə ki, bu inzibati akt yalnız bir şəxsə ünvanlanmışdır. Bundan başqa, şəxsin hərbi xidmətə bərpa olunması üçün X4 qəbulunda olması onun inzibati akta yenidən baxılması üçün edilən şikayət kimi nəzərdən keçirilməlidir. Cavabdeh tərəfindən ona inzibati aktın verilməsini təsdiq edən nə bir qəbz, nə də ki, poçt sənədi təqdim olunmamışdır. Tərəflərin izahatları: İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən onların izahatları dinlənilməmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı və iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-3442 saylı iki qərardadı vardır. Həmin qərardadlar məzmunca bir-birindən fərqli olmaqla, biri müddətin bərpa olunması barədə ərizənin təmin olunmaması, ikincisi isə iddianın mümkün sayılmaması b arədədir. İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-3442 saylı qərardadının ləğv olunmasını xahiş etmişdir. Lakin iddiaçı xx.xx.2019-cu il tarixli qərardadlardan məhz hansının (müddətin bərpası barədə ərizənin təmin olunmaması və ya iddianın mümkün sayılmaması haqqında qərardadın) ləğv olunmasını tələb etdiyini şikayətində göstərməmişdir. Apelyasiya instansiya məhkəməsi də bu cür dəqiqləşdirmə aparmamış, apelyasiya şikayətinin mümkün sayılması barədə qərardad çıxararkən məhz hansı qərardaddan şikayət verildiyini müzakirə etməmiş, lakin şikayətə iddianın mümkün sayılmaması barədə qərardaddan verilmiş şikayət kimi baxmış və iddianın mümkün sayılmaması barədə qərardadı dəyişdirmədən saxlamışdır. Halbuki, apelyasiya şikayətinin dəlilləri daha çox iddia müddətinin bərpa olunması ilə bağlı məsələlərə aiddir. Nəzərə alınmalıdır ki, apelyasiyada icraat apelyasiya şikayəti əsasında başlanır. Ona görə də apelyasiya araşdırmasının istiqaməti və həcminin müəyyən olunmasında apelyasiya şikayətinin məzmunu (hansı qərarın hansı əsaslarla mübahisələndirilməsi və s.) əhəmiyyətli rol oynayır. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbitq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası İPM-nin məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələrini müəyy ən edən İPM-nin 48-ci maddəsi məhkəmə icaraatının effektivliyinin artırılması və icraatın tezləşdirilməsinin təmin edilməsi məqsədilə həmin Məcəllənin “məhkəmədə işin hallarının araşdırılması” prinsipinə riayət olunmasını tələb edir. Həmin normada deyilir ki, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Bu normanın tələbinə əsasən işin halları tələb edirdi ki, apelyasiya şikayətinin mümkünlüyü məsələsi həll olunarkən iddiaçının hansı qərardaddan şika yət verməsi aydınlaşdırılsın, ona apelyasiya şikayətini dəqiqləşdirməyi təklif etsin. Lakin bu cür yardım göstərilməmiş, zəruri prosessual müəyyənlik təmin olunmamışdır. Bundan başqa, iddiaçı 2018-ci ilin dekabr ayında yazdığı, iş materiallarının 3-cü səhifəsində olan ərizəsində qeyd etmişdir ki, işə bərpa olunması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir və ona işinə yanvar ayında baxılacağı bildirilmişdir. İşin bu halı tələb edir ki, iddiaçının bundan əvvəl sözügedən əmrin ləğv olunması barədə iddia ilə birinci instansiya məhkəməsinə müraciət edib-etməməsi, həmin müraciət əsasında hansı qərarın qəbul edilməsi və s. araşdırılsın. Çünki əgər iddiaçının həqiqətən də bundan əvvəl məhkəməyə müraciət etməsi və həmin müraciətinin mümkün sayılmaması və ya mahiyyəti üzr ə baxılıb qərar çıxarılması müəyyən edilərsə, bu hal hazırki iddianın mümkün sayılmamasının müstəqil əsasını təşkil edəcəkdir. Lakin işin bu əhəmiyyətli halı məhkəmələr tərəfindən araşdırılmamışdır. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün göndərilməlidir. İşə yenidən baxan məhkəmə İPM-nin 48-ci maddəsinə uyğun hərəkət etməklə iddiaçının hansı qərardaddan şikayət verməsini dəqiqləşdirməli, eyni zamanda sözügedən əmrin ləğv olnması barədə iddia ilə bundan əvvəl məhkəməyə müraciət edib-etməməsini, etmişdirsə hansı qərar çıxarıldığını araşdırmalı, işin hallarına uyğun qərar çıxartmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2764/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş materialları işə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-697/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-697/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver