Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-697/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər X2, X9, X4 iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər X2, X9, X4 iştirakı ilə) qarşı çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzəri nə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin iş üzrə xx xxxxxx 2021-ci il tarixli, 2-1(107)90/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2021-ci tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi, İşin halları
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh DƏDRX-nin 18 saylı Ərazi İdarəsində Şəhadətnamələrin qeydiyyat kitabında 9494 nömrəsi ilə qeydə alınmış Balakən rayon AİK-nın xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə JN-577A kod 40108038 saylı şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0.22 ha həyətyanı torpaq sahəsində 2001-ci və 2012-ci illərdə inşa etdiyi evlərinin altının torpaq sahələrinə verilmiş xx.xx.2014-cü il tarixli 0442299, xx.xx.2014-cü il tarixli ******* saylı, xx.xx.2014-cü il tarixli ******* və xx.xx.2014-cü il tarixli ******* saylı Çıxarışların etibarsız hesab edilməsi, həmin torpaqların naturada müəyyən olunması, evlərinin altındakı torpaqların ölçülüb plan cizgisinin verilməsi və bunun əsasında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, ona, Balakən rayon AİKnın xx.xx.1998-ci il tarixli 08 qərarına əsasən 0.22 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair onun adına JN-577A kod 40108038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. O, həmin torpaq sahəsində 2001-ci və 2012-ci illərdə iki fərdi yaşayış evi tikdirmişdir. Həmin torpaq sahəsi və yaşayış evlərinə dair Çıxarış almaq üçün cavabdeh orqana müraciət etdikdə ona məlum olmuşdur ki, onun istifadəsində olan torpaq sahəsinə başqa şəxsin adına çıxarış verilmişdir. O bununla bağlı cavabdeh orqana müraciət etsə də ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-75/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X3, X10, X6) “cavabdeh DƏDRX-nin 18 saylı Ərazi İdarəsində Şəhadətnamələrin qeydiyyat kitabında 9494 nömrəsi ilə qeydə alınmış Balakən rayon AİK-nın xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə JN-577A kod 40108038 saylı şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0.22 ha həyətyanı torpaq sahəsində 2001-ci və 2012-ci illərdə inşa etdiyi evlərinin altının torpaq sahələrinə verilmiş xx.xx.2014-cü il tarixli 0442299, xx.xx.2014-cü il tarixli ******* saylı, xx.xx.2014-cü il tarixli ******* və xx.xx.2014-cü il tarixli ******* saylı Çıxarışların etibarsız hesab edilməsi, həmin torpaqların naturada müəyyən olunması, evlərinin altındakı torpaqların ölçülüb plan cizgisinin verilməsi və bunun əsasında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin qənaətə gələrkən İnzibati Prosessual Məcəlləsinin 1.2, 35.1, 35.3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərinə, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərinə əsaslanmaqla belə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının mübahisəli torpaq sahəsinə və evə dair heç bir hüququnun olmadığı müəyyən olunmuş, lakin bundan sonra iddiaçı yenidən məhkəməyə müxtəlif məzmunda iddia verməklə artıq həllini tapmış məsələyə yenidən qiymət verməyə çalışmışdır ki, bu da yuxarıda göstərilənlərə əsasən yolverilməzdir.
5. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsini n xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-75/2020 nömrəli qərardadının ləgv edilməsini, iddianın mümkün sayılmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx xxxxxx 2021-ci il tarixli, 2-1(107)-90/2021 nömrəli (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Elçin Hüseynov) qərardadı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-75/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi və prosessual hüquq normaları tətbiq et məklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-75/2020 nömrəli qərardadı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kasasiya şikayətinin dəlilləri
8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona, Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə JN-577A kod 40108038 saylı şəhadətnamə əsasında mülkiyyətinə 0.22 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 20 ildir ki, onun istifadəsindədir. Bütün kommunal xətlər onun adına olmaqla və o gündən bu günə kimi həmin torpaq sahəsində yaşamaqla, torpaq vergisini və digər kommunal ödənişləri edir.
9. Eyni zamanda ləğv edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən Rayon Şöbəsinin 39 saylı xx.x x.2010-cu il tarixli arayışından da görünür ki, 0,22 ha torpaq sahəsi mülkiyyətində olmaqla şöbənin qeydiyyat kitabında qeydə alınmışdır. Lakin torpaq sahəsi qeydə alınarkən sıra nömrələnməsində 9494 olduğu halda, texniki səhv olaraq 9618 kimi göstərilmişdir. Lakin DƏDRX-nin şəhadətnamələrin qeydiyyat kitabında texniki səhv aradan qaldırılmaqla mülkiyyətin 9494 nömrəli sırada qeydə alınması barədə qeydiyyat kitabından çıxarış verilmişdir. 10. 2001-ci ildə o, həmin torpaq sahəsində bir mərtəbəli iki otaqlı, qiyməti təxminən 15.000 manat olan ev tikdi. Sonradan həmin evə dair ünvan aldı və yaşayış yeri üzrə həmin ünvanda qeydiyatdadır. Sonradan o, 0.22 ha torpaq sahəsini hasara almış və 2012-ci ildə orada yenidən iki mərtəbəli qiyməti 67.000 manat olan ikinci bir ev tikmişdir.
11. Bu yaxınla rda həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə çıxarış almaq qərarına gəldi, ona məlum oldu ki, qanuni istifadəsində olduğu torpaq sahəsi DƏDRX-nin faktiki qeydiyyatında olduğu halda, DƏDRX-i həmin torpaq sahəsini başqa bir şəxsin adına çıxarış vermişdir. Çıxarışı verərkən onun adına sonradan hazırlanmış şəhadətnamənin həqiqiliyini yoxlamamış üzərində qeydiyyat və verilmə tarixləri olmayan şəhadətnaməni araşdırmadan, DƏDRX-də keçirilən kompaniyadan yararlanaraq X1 adına çıxarış verməklə, qanuni qüvəsində və 20 il mülkiyyətində olan həmin torpaq sahəsi nəzərə alınmamış və DƏDRX-nin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan torpaq sahəsi və üzərində inşa etdiyi ümumi dəyəri 87.200 manat məbləğində olan evləri də əlindən alınmışdır.
12. Burada qanunsuzluğu dövlət orqanı olan DƏDRX-nin 18 saylı ərazi nümayəndəliyi edib ki, X3 18 saylı əraziyə çıxarış almaq üçün müraciət edərkən heç bir müayinə işləri aparmadan, araşdırmadan çıxarış vermişdir. 18 saylı Ərazi idarəsi həmin ərazidə mübahisənin olacağına şərait yaratmış, iddiaçının həmin mülkiyyət üzərində olan hüquqlarını görmüş şəhadətnamələrin qeydiyyat kitabında olan məlumatlarını qəsdən fərqli şəkildə təhrif edərək iddiaçı barədə müxtəlif cavablar vermişdir və ona görə də bilərəkdən mübahisənin yaranmasına şərait yaratmışdır və torpağa çıxarış verərkən həmin torpaq sahəsində iki evin olmasını görməməzliyə vurmuşdur.
13. DƏDRX-nin 18 saylı Ərazi İdarəsi təkrar olaraq ikinci bir qanunsuzluğa da yol vermişdir, belə ki, həmin torpaq sahəsində hər hansı bir qanunsuzluğu aşkar etmişdirsə o, zaman çıxarı şın verilməsini dayandırmalı və mübahisənin həll olunması üçün tərəflərə rəsmi məlumat verməli olduğu halda nədənsə buna məhəl qoymamışdır. Bununla da iddiaçının faktiki mülkiyyətində olan torpaq sahəsinin üzərindəki evlərinin dağılması təhlükəsini ortaya qoymuşdur.
14. Bütün yuxarıda göstərilənlər, əldə olunmuş qanuni sənədlər də onu deməyə əsas verir ki, Pirxiyevin adına 0,22 ha torpaq sahəsi verilməyib və bu barədə onu təsdiqləyən heç bir sənəd mövcud deyil. Hesab edir ki, mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsi 20 ildir ki, onun mülkiyyətində və istifadəsində olarkən kiminləsə torpaq sahəsi ilə üst-üstə düşmə halı olmamış və bu barədə heç bir mübahisə yaranmamış, 20 il müddətində kimsə həmin torpaq sahəsindən istifadə etdiyinə görə hər hansı bir münasibətini və şikayətini, etirazın ı bildirməmiş və bu hal da həmin ərazinin məhz ona məxsus olmasını bir daha sübut edir.
15. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli, 2-1(107)90/2021 nömrəli qərardadını ləğv edərək işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
17. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. (xx xxxx 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. Əsaslandırıcı hissə:
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
20. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mü bahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
21. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətindəki dəlilləri əsassız hesab edir.
22. Belə ki, məlum olduğu kimi, iddiaçı cavabdehə qarşı (üçüncü şəxslər X3, X10, X6) “cavabdeh DƏDRX-nin 18 saylı Ərazi İdarəsində Şəhadətnamələrin qeydiyyat kitabında 9494 nömrəsi ilə qeydə alınmış Balakən rayon AİK-nın xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə JN-577A kod 40108038 saylı şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0.22 ha həyətyanı torpaq sahəsində 2001-ci və 2012-ci illərdə inşa etdiyi evlərinin altının torpaq sahələrinə verilmiş xx.xx.2014-cü il tarixli 0442299, xx.x x.2014-cü il tarixli ******* saylı, xx.xx.2014-cü il tarixli ******* və xx.xx.2014-cü il tarixli ******* saylı Çıxarışların etibarsız hesab edilməsi, həmin torpaqların naturada müəyyən olunması, evlərinin altındakı torpaqların ölçülüb plan cizgisinin verilməsi və bunun əsasında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
23. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən üçüncü şəxslərə qarşı müxtəlif məhkəmələrdə demək olar eyni məzmunlu iddialara baxılıb. Məhkəmə araşdırmaları nəticəsində sübuta yetirilmişdir ki, Balakən rayon AİK-nin xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə Pirxiyev Fəxrəddin və onun ailə üzvlərinə Balakən rayonu Qazbinə kəndi ərazisindən 0,22 ha həyətyanı torpaq sahəsi verilmiş, h əmin torpaq sahəsinə keçmiş DTXK-nın Balakən rayon şöbəsi tərəfindən JN 577A KOD 40108038 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanmışdır.
24. İddiaçı birbaşa üçüncü şəxslərə məxsus çıxarışların etibarsızlığı məsələsini irəli sürür. Bu çıxarışların verilməsinə əsas olan X3 və onun ailəsinə məxsus JN 577A saylı şəhadətnamə və onun alqı-satqı müqavilələri ləğv edilmədən çıxarışların ləğv edilməsi qeyri-mümkündür. İddiaçı, F.Pirxiyevə məxsus JN 577A saylı şəhadətnamənin, alqı-satqı müqavilələrinin və çıxarışların ləğvi ilə bağlı iddialarla müxtəlif məhkəmələrdə iddia irəli sürmüş, amma iddiaları məhkəmələr tərəfindən təmin edilməmişdir. Bu haqda qəbul edilən qətnamə və qərarlar qanuni qüvvəyə minmişdir.
25. Belə ki, iddiaçı cavabdehlər (hazırkı iş üzrə üçüncü şəxslə r) X3, X10, X5 qarşı analoji tələblə Balakən rayon Məhkəməsində iddia qaldırmış, lakin Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(019)-1696/2016 nömrəli Qətnaməsi ilə iddia əsassız olduğundan təmin edilməmişdir. İddiaçı tərəfindən verilən apelyasiya və kasasiya şikayətləri müvafiq olaraq Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017ci il tarixli 2(107)-221/2017 nömrəli Qətnaməsi və Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-4958/2017 nömrəli Qərarı ilə təmin edilməmişdir.
26. Bundan başqa qeyd edilməlidir ki, Şəki Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərardadı ilə iddiaçı Balakən Bələdiyyəsinə, Balakən rayon İcra Hakimiyyətinə və X8 Komitəsinə qarşı mübahisənin predmeti olan torpaq sahəsi ilə əlaqədar hazırkı iddia ilə eyni məzmunlu iddianın qismən təmin edilməsi barədə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
27. Eyni zamanda xüsusi olaraq qeyd edilməlidir ki, Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli, 1(107)-158/2017 nömrəli hökmü ilə mübahisə predmeti olan torpaq sahəsidə daxil olmaqla, Fəxrəddin Pirxiyevin CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 1(091)-073/2017 nömrəli hökmü ləğv edilmiş, onun hərəkətlərində cinayət əməli olmadığından Fəxrəddin Pirxiyevə bəraət verilmiş və Ali Məhkəmənin Cinayət Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarı ilə barəat hökmü dəyişdirilməmişdir.
28. Bununla yanaşı Ba lakən rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-116/2018 nömrəli qətnaməsi ilə İddiaçı, cavabdehlər Fəxrəddin Pirxiyev, Qəzənfər Qurbanov, Emil Xoçberov, Havva Musayevaya qarşı əmlakın dəyərinin ödənilməsi barədə tələbi təmin (sözügedən işdə göstərdiyi əmlakları, hazırkı işdə olan əmlaklarla eynisini təşkil edir) edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Balakən rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin xx xxxxxxx 2018-ci il tarixli 2(102)-6373/2018 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır
29. Buna görə də apelyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
30. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bənd lərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
31. Beləliklə yuxarıda göstərilənlərdən göründüyü kimi, Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının mübahisəli torpaq sahəsinə və evə dair heç bir hüququnun olmadığı müəyyən olunmuş, lakin bundan sonra iddiaçı yenidən məhkəməyə müxtəlif məzmunlu iddialarla məhkəməyə müraciət etmişdir ki, bu da yuxarıda göstərilənlərə əsasən yolverilməzdir. Belə ki, bütün iddiaların predmeti son nəticə olaraq ev və torpaq sahəsinə bir başa aiddir, həmin predmet barəsində də qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarları var.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
33. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
34. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasas iya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə:
35. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli, 21(107)-90/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.