Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-697/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiyanın mümkünsüzlüyü, şikayətin imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Binəqədi rayon İcra hakimiyyətinə qarşı (üçüncü şəxslər: X2, X4 qızı və X3) kirayə müqaviləsinin bağlanılması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2877/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı və övladları - hazırkı iş üzrə üçüncü şəxslər F.Daşdəmirov və L.Daşdəmirova (Sultanzadə) ünvan 1 ünvanda qeydiyyatdadırlar. İddiaçı həmin mənzildə orderin verildiyi 1980-ci il tarixdən qeydiyyatda olmaqla yaşayır. Üçüncü şəxslər L.Sultanzadə və F.Daşdəmirov notariat qaydada təsdiq edilmiş ərizələrlə mənzilin addanada keçirilməsinə etiraz etməmişlər. Üçüncü şəxs N.Daşdəmirov isə 2015-ci il tarixdən həmin yaşayış yeri üzrə qeydiyyatdan çıxmışdır. Məhkəmədə əslinə baxış keçirilərək surəti əlavə edilmiş ərizədən də göründüyü kimi, üçüncü şəxs N.Daşdəmirov da mənzilə dair müqavilənin iddiaçının adına keçirilməsinə öz razılığını bildirmişdir.
2. İddiaçı qeydiyyatda olduğu və yaşadığı mənzilin yaşayış sahəsini kirayə müqaviləsinin dəyişdirilməsi və onunla yeni kirayə müqaviləsinin bağlanması ilə bağlı cavabdehə müraciət etmiş, müraciəti təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X2, X4 qızı və X3) qarşı “kirayə müqaviləsinin addan-ada keçirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2021 saylı 23 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, 190919 nömrəli 27 noyabr 1980-ci il tarixli orderin X1 adından İddiaçı adına keçirilməsi və İddiaçı ilə ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə dair kirayə müqavil əsinin bağlanılması öhdəliyi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.
5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2877/2021 nömrəli iş üzrə 24 dekabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: E.C.Kazımov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN DƏL İLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:
9. Cavabdehin kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şikayət vəkil tərəfindən imzalanmamışdır.
10. Bununla əlaqədar, cavabdehin verdiyi şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxılması 25 aprel 2022-ci il tarixinə təyin edilmiş, bu barədə, tərəflərə müvafiq məhkəmə bildirişi göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3 Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Ma ddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Bu Qərarın 11-12-ci bəndlərində qeyd edilən normaların tələbindən göründüyü kimi, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.
14. Cavabdehin şikayəti vəkil tərəfindən imzalanmadığından, müvafiq məhkəmə bildirişi göndərilməklə, qeyd olunan çatışmazlıq onun diqqətinə çat dırılmış, bu çatışmazlığın aradan qaldırılması, imzalanmış şikayətin təqdim edilməsi ona təklif olunmuş, əks halda şikayət üzrə kassasiyanın mümkün hesab edilməyəcəyi barədə məlumat verilmişdir. Bildirişdə qeyd edilən tarixədək cavabdehin vəkili tərəfindən imzalanmış kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilməmişdir.
15. Məhkəmə tərkibi hesab edir ki, belə olan halda, cavabdehin şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Odur ki, şikayətin qəbulundan imtina edilməlidir.
16. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2877/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.