Məhkəmə qərarları › İş №2-1(102)-697/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-697/2025

21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-697/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasından dövlət qulluqçusu pensiyasına keçirilmə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2568/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı məxsus xx.xx.1972-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilə qədər Qardabani rayonu, Qaratəhlə sovxozunda işçi, xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilə qədər Kirov Universitetinin hazırlıq kursunda dinləyici, xx.xx.1973-cü ildən xx.xx.1978-ci ilə qəd ər Kirov Universitetində Jurnalistika fakültəsində tələbə, xx.xx.1980-ci ildən xx.xx.1991-ci ilə qədər Dövlət Televiziya və Radio Yayımları Komitəsində müxbir və redaktor, xx.xx.1991-ci ildən xx.xx.2005-ci ilə qədər “Publistika” şöbəsinin, “İnsan və Qanun” şöbəsinin və “Hüquq” şöbəsinin müdiri, xx.xx.2005-ci ildən xx.xx.2011-ci ilə qədər Azərbaycan Teleradio Verilişləri QSC-nin “İqtisadiyyat proqramları şöbəsinin” müdiri və “İctimai-Siyasi proqramları” Baş redaksiyasının böyük redaktoru, xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilə qədər "xxxx" MMC-nın Azərbaycan Respublikasındakı filialında hüquqşünas, xx.xx.2014-cü ildən “Nicat” X1 Studiyasında direktor vəzifələrində işləmiş, ona 21 fevral 2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı ərizə ilə cavabdeh inzibati orqa na müraciət edərək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işlədiyi dövrü nəzərə alınmaqla ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzif ələrinə uyğunlaşdırılınası Siyahısı”nda nəzərdə tutulmadığından müraciətin təmin edilməsi mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının kiçik redaktor və redaktor vəzifələrinin dövlət qulluqçusu vəzifəsinə uyğun olduğunu nəzərə alaraq ona dövlət qulluqçusu kimi pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini arzulayır və bu halı onunla əsaslandırır ki, onun işlədiyi kiçik redaktor və redaktor vəzifələri dövlət qulluğuna aiddir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.

6. Cavabdeh iddia tələbinə etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-17562/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qərardadı ilə X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir.

8. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan SSR Dövlət Televiziya və Radio verilişləri Komitəsində 1982ci ilin aprel ayından 1983-cü ilin mart ayına qədər kiçik redakt or, 1983-cü ilin mart ayından 1991-ci ilin oktyabr ayınadək isə redaktor vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5206/2024 saylı, 01 mart 2024-cü il tarixli qərardadı ərizə icraata qəbul edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(112)-5206/2024 saylı qərarı ilə (hakim X5) iddia təmin edilmiş, Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 1982-ci ilin aprel ayından 1983-cü ilin mart ayına qədər kiçik redaktor, 1983-cü ilin mart ayından 1991-ci ilin oktyabr ayınadək isə redaktor vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla İddiaçı dövlət qulluqçusu k imi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

11. Məhkəmə Azərbaycan Respublikası X3 məhkəmə icraatı zamanı təqdim etmiş olduğu sorğuya cavab məktubuna əsaslanaraq qeyd etmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamə”yə əsasən Komitə ittifaq-respublika orqanı olmuş, daha sonra Azərbaycan SSR Nazirlər Sovetinin 26 iyun 1985-ci il tarixli 211 nömrəli Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Kom itəsi adlandırılmışdır. Dövlət Televiziya və Radio Verilişləri Komitəsi 26 iyun 1985-ci il tarixədək Azərbaycan SSR Nazirlər Sovetinin tabeliyində olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması barədə Siyahının 1.16-cı bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) Nazirlər Soveti yanında ba ş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaqrespublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında olan vəzifələr dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. Göründüyü kimi istənilən halda iddiaçının 26 iyun 1985-ci il tarixədək işlədiyi dövr mübahisəsiz olaraq dövlət qulluğu stajı kimi nəzərə alınır.

12. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2568/2024 nömrəli iş üzrə 25 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər X6 (məruzəçi), X9 və X10) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkə məsinin 01 mart 2024-cü il tarixli, 2-1(112)-5206/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

17. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əlavə hüququna əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqaniz min funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları malikdirlər (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla).

18. İddiaçının Dövlət Televiziya və Radio Yayımları Komitəsində işlədiyi dövrün bir hissəsi 18 oktyabr 1991-ci il tarix dən əvvəlki dövrlərə aiddir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda iddiaçının işlədiyi vəzifə və işlədiyi qurumda nəzərdə tutulan digər vəzifələr müvafiq siyahıda nəzərdə tutulmamışdır. Odur ki, iddiaçının dövlət qulluqçusu kimi pensiya təyin edilməsi ilə bağlı tələbi əsaslı hesab edilə bilməz.

19. B undan əlavə, X11 tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2020-ci il tarixli məktubda Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Komitəsində mövcud olan yaradıcı vəzifələrin uyğunlaşdırılması aparılmadığından həmin vəzifənin iş müddətinin dövlət qulluğu stajı kimi nəzərə alınmaması, eyni zamanda müvafiq məsələ ilə bağlı X3 səlahiyyətli orqan olmaması bildirilərək, sözügedən uyğunlaşdırılmanın aparılması səlahiyyətinin Nazirlər Kabinetinə aid olması qeyd edilmişdir.

20. Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş redaksiyasına əsasən dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında əlavə verilir. Lakin iddiaçının dövlət qulluqçusu kimi işlədiyini iddia etdiyi bütün dövrlər daxil edilsə belə, qanunvericiliyin tələbi ödənilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompen sasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; … 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: … 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qullu ğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaql a aşağıdakı qaydada müəyyən edilir: Əvvəlki redaksiya (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuşdur) 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; Qüvvədə olan redaksiya: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlə t məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına bax mayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

24. Kassasiya şikayəti vaxtında ver ilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Hazırkı işdə iddiaçının hüquqi marağı və ondan irəli gələn tələbi ona dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilməsinə yönəlmişdir.

27. İddia tələbini əsaslı hesab edən məhkəmələr bu qənaətə gəlmişlər ki, Azərbaycan SSR Nazirlər Sovetinin 26 iyun 1985-ci il tarixli 211 nömrəli Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin adı dəyişdirilərək Azərbaycan SSR Dövlət Televiziya və Rad io Verilişləri Komitəsi adlandırıldıqdan sonra Komitənin strukturunu müəyyən edən sənədlərin müvafiq qurumlara, o cümlədən X7 təqdim olunmamasında iddiaçının təqsiri olmadığından, Komitənin hər iki halda ittifaq-respublika orqanı olması mübahisəsiz olduğundan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 iyul 2022-ci il tarixli 03/10-164/3 nömrəli məktubundakı mövqeyinə görə- Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əsasnaməsinin, strukturunun (quruluşunun) və işçilərinin say həddinin Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunması sözügedən Komitənin mərkəzi icra hakimiyyəti orqanına bərabər statusda olmasına dəlalət etdiyindən, iddiaçının işlədiyi “kiçik redaktor”, “redaktor” vəzifələrinin proqram və verilişlər qrupuna aid olu b, Mərkəzi Televiziya Baş İdarəsinin işçisi televiziya proqramlarının yaradılmasında birbaşa iştirak edən redaksiya işçisi hesab olunduğundan, bu vəzifələr də Komitənin vahid sistemini təşkil edən və Komitənin funksiyalarının bilavasitə icrasını təmin edən vəzifələr qrupuna aid olduğundan həmin vəzifələrdə iş dövrü dövlət qulluqçusu stajı kimi nəzərə alınmalıdır.

28. Cavabdeh apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərarın əsassızlığı səbəbi ilə ləğv edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyas iya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində əks etdirdiyi mövqeyə qanunvericiliyin tələbinə uyğun olaraq münasibət bildirməyi məqsədə müvafiq hesab edir.

31. Kassasiya şikayətində iki hal mübahisələndirilir:

1. İddiaçının işlədiyi vəzifələrin dövlət qulluğu ilə bağlı olmaması;

2. Mübahisəli dövrlər dövlət qulluğu kimi qəbul edilsə belə, iddiaçının dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması üçün 15 il stajının olmaması. İddiaçının işlədiyi vəzifələrin dövlət qulluğu ilə bağlı olmaması

32. İddiaçı hesab edir ki, onun Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək kiçik redaktor, xx.xx.1983cü il tarixdən xx.xx.1986-cı il tarixədək redaktor, xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək sosial həyat şöbəsinə redaktor, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək televiziyanın ictimai-siyasi proqramlar baş redaksiyasına redaktor vəzifəsində işlədiyi müddət dövlət qulluğu kimi qəbul edilməlidir.

33. Cavabdeh iddiaçının mövqeyi ilə razılaşmayaraq etirazının hüquqi əsası kimi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na istinad edərək bildirir ki, həmin siyahıda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, redaktor və baş redaktor vəzifələri nəzərdə tutulmamışdır. Belə ki, əvvəllər dövlət orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin Siyahıya salınması Nazirlər Kabinetinin səlahiyyətinə aiddir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi adıçəkilən vəzifələr birbaşa Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 saylı Fərmanı və Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda öz əksini tapmamışdır. Lakin həmin vəzifələrin siyahıda olmaması iddiaçının tələbinin məhz bu əsasla rədd edilməsi üçün yetərli əsas sayıla bilməz. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İş üzrə materilallrdan görünür ki, iddiaçının müxtəlif dövrlərdə işlədiyi “kiçik redaktor” və “redaktor” vəzifələrinin Siyahıya salınması və dövlət qulluqçusu hesab edilməsi ilə bağlı əvvəllər müvafiq qurumların müsbət rəyləri olmuşdur. 35.Həmin rəylərə əsasən: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 iyul 2022-ci il tarixli 03/10-164/3 nömrəli məktubu - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ittifaq-respublika orqanı olması, Əsasnamənin, strukturunun (quruluşunun) və işçilərinin say həddinin Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunması sözügedən Komitənin mərkəzi icra hakimiyyəti orqanına bərabər statusunda olması qənaətinə gətirir. Bu səbəbdən müra ciətdə qeyd edilən vəzifələrin uyğunlaşdırılmasının Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarına dəyişiklik edilməsi yolu ilə həlli məqsədə uyğun hesab edilir. X3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlandığı 14 iyul 2022-ci il tarixli məktubu-Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında” Əsasnamənin 1-ci hissəsinə əsasən Komitə ittifaqrespublika orqanı olmuşdur. Həmin Əsasnamənin 3-cü hissəsinə əsasən Komitə respublika televiziya və radio yayımına bilavasitə nəzdində yaradılmış müəssisə Azərbaycan televiziya mərkəzi, Naxçıvan Muxtar SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, X12 Vila yəti İcraiyyə Komitəsinin Radio Verilişləri Komitəsi, şəhər və rayon yayım idarələri, tabeliyində olan müəssisə, təşkilat və digər qurumlar vasitəsilə rəhbərlik etmişdir. Həmin Qərara 2 nömrəli əlavə ilə “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturu” təsdiq edilmişdir. Sözügedən əlavəyə əsasən X4 (Plan-maliyyə şöbəsi, Mərkəzi mühasibat şöbəsi, Kadrlar xüsusi işlər şöbəsi, Maddi-texniki təminat şöbəsi, ümumi şöbə, İnzibati təsərrüfat şöbəsi, Əsas tikinti şöbəsi, İkinci şöbə) Azərbaycan televiziyası (AZTV), Azərbaycan radiosu (Azradio), Yerli televiziya və radio verilişləri Baş redaksiyası, Dövlət Komitəsinin musiqi kollektivləri, Texniki nəzarət şöbəsi, Komitənin tabeliyində olan müəssisə və təşkilat Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən Azərbaycan televiziyası və Azərbaycan radiosu, o cümlədən yuxarıda adıçəkilən digər qurumlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutularaq həmin komitənin vahid sistemini təşkil etdiyi və həmin qurumlar bilavasitə Komitənin funksiyalarının icrasını təmin etdiyi üçün sözügedən qurumlarda mövcud olmuş kiçik redaktor, redaktor, böyük redaktor, operator, diktor, filmoteka müdiri və s. vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasına etiraz olunmur (Qoşma: Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Komitəsi haqqında Əsasnamə 9 və rəq, 1 nüsxə).

36. Məktubların məzmunundan göründüyü kimi, səlahiyyətli dövlət orqanlarının iddiaçının işlədiyi “kiçik redaktor” və “redaktor” vəzifələrinin dövlət qulluqçusu hesab edilməsi ilə bağlı müsbət rəyləri mövcuddur.

37. Bundan əlavə, iddiaçı ilə birlikdə beş nəfərin Nazirlər Kabinetinə qarşı işlədikləri vəzifələrinin dövlət qulluğu vəzifələrinə uyğunlaşıdırlması ilə bağlı inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1213/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “İddiaçıların işlədikləri vəzifələrin dövlət qulluğu olması ilə bağlı pensiya təyinatı barədə müraciətlərinə baxılarkən müvafiq aidiyyəti dövlət orqanlarından onların işlədikləri dövrün dövlət qulluğu sayılması barədə rəylər alınmaqla mübahisə həllini tapa bilər.... Məhkəmə təcrübəsində əvvəllər dövlət qulluğunda işləmələri ilə əlaqədar pensiya təyin edilməsinə dair iddia tələbləri üzrə bir sıra işlərdə ayrı-ayrı vəzifələrin müxtəlif dövrlərdə dövlət qulluğu hesab edilib-edilməməsi barədə X7 sorğu edilərək Mərkəzin rəyi alındıqdan sonra mübahisə məhkəmə icraatı qaydasında yekun həllini tapmışdır”.

38. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Ali Məhkəmənin bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən dövlət qulluqçularının dairəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”ndakı Siyahı ilə məhdudlaşdırıla bilməz. Belə ki, həmin qərarlarda olan yanaşmaya əsasən, Siyahıda qeyd edilməyən RSFSR X17 Deputatları Sovetinin İcraiyyə Komitəsinin Ticarət İdarəsində baş arbitr və baş hüquqşünas vəzifəsi (2-1(1819/2022), Gürcüstan SSR-də rayon XDS sədri və digər vəzifələr dövlət qulluğu kimi nəzərə alınmışdır (2-1(102)-3037/2024).

39. Məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, iddiaçının işlədiyi vəzifə birbaşa Prezident Fərmanı və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahılarda mövcud olmasa belə, həmin vəzifənin dövlət qulluqçusu olması ilə bağlı məhkəmə icraatı qaydasında həllini tapa bilər.

40. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçının müxtəlif dövrlərdə işlədiyi “kiçik redaktor” və “redaktor” vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda birbaşa nəzərdə tutulmamasına münasibətdə apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd edir ki, 1991-ci il oktyabrın 18-dək olan dövrdə Azərbaycan SSR Nazirlər Soveti yanında baş idarənin, idarənin və dig ər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında və Azərbaycan SSR dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”ndakı Siyahı ilə məhdudlaşdırıla bilməz. Həmin Siyahıda xx.xx.2003-cü il tarixədək Təsnifat Toplusu qüvvəyə minənədək yuxarıda sadalanan idarələrdə və aparatlarda mövcud olan vəzifələr dəqiq göstərilməsə də, onların müəyyən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasının mümkünlüyü müəyyən edilmişdir. Hazırkı işdə iddiaçının müxtəlif dövrlərdə işlədiyi “kiçik redaktor” və “redaktor” vəzifələri adı çəkilən Siyahıda dövlət qulluqçusu vəzifələrinə uyğunla şdırılmasa da, Kollegiya hesab edir ki, iddiaçının konstitusion, sosial təminat hüququnun müdafiəsi baxımından ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi ilə bağlı müraciətinə baxılarkən işlədiyi vəzifələrin dövlət qulluğu olub-olmaması məsələsinə məhkəmə tərəfindən qiymət verilməsi və müvafiq hüquqi dəyərləndirmənin aparılması mümkündür.

41. X3 iş üzrə verdiyi xx.xx.2024-cü il rəydə iddiaçının 1982-1991-ci illərdə “kiçik redaktor” və “redaktor” vəzifələrində işlədiyi Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi və ya Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunu müəyyən edən sənədlərin Mərkəzdə mövcud olmadığı səbəbindən məsələyə dair rəy verilməsinin qeyri-mümkünlüyünün bildirilməsi, bu qərarın 35-ci bəndində əks ini tapmış X3 xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilən qoşmada Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Komitəsinin Əsasnaməsində Dövlət Televiziya və Radio Komitəsinin strukturu əksini tapması ilə bağlı istisna edə bilməz.

42. Həmçinin, Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 26 iyun tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mədəniyyət məsələlərinə dair Azərbaycan SSR hökumətinin qərarlarına edilən dəyişikliklər”in 3-cü və 4-cü bəndlərində Azərbaycan SSR Nazirlər Sovetinin 1971-ci il 10 may tarixli 149 nömrəli qərarının adında və mətnində “Nazirlər Soveti Dövlət Komitəsinin” sözləri “Dövlət Komitəsinin” sözləri ilə əvəz edilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 1971-ci il tarixli 10 may tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR D övlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamədə müvafiq dəyişikliklər aparılmışdır. Bununla da istər Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamə”yə, istərsə də həmin Əsasnamədə Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 26 iyun tarixli 211 nömrəli Qərarı ilə aparılmış dəyişikliklərə görə, Komitə ittifaq-respublika orqanı olmuş və Komitə respublikada televiziya və radio yayımına bilavasitə nəzdində yaradılmış müəssisələrə rəhbərlik etmişdir. Qeyd olunan Qərara 2 nömrəli əlavə ilə “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturu” təsdiq edilmiş və onun strukturunda Azərbay can televiziyası (AZTV) Komitənin strukturuna daxil olan qurum qismində nəzərdə tutulmuşdur. 43. “SSRİ Nazirlər Sovetinin 1984-cü il 07 mart tarixli 228 nömrəli qərarı və Azərbaycan SSR hökumətinin xalq təsərrüfatının qeyri-istehsal sahələri işçilərinin əməyinin ödənilməsi məsələlərinə dair qərarlarının qüvvədən düşmüş hesab edilməsi və onlara dəyişiklik edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1984-cü il tarixli 126 nömrəli Qərarının 9-cu bəndinə görə “Mərkəzi Televiziya Baş İdarəsinin işçilərinin, habelə müəlliflərin, ifaçıların, bədii- quruluşçu və televiziya sisteminin televiziya proqramlarının yaradılmasında birbaşa iştirak edən redaksiya işçilərinin əməyinin ödənilməsi şərtləri haqqında” SSRİ Nazirlər Sovetinin 1967-ci il 27 may tarixli 478 nömrəli qərarı qüvvədən düşmüş hesab edilmişdir.

44. Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçının xx.xx.1982-ci ildən televiziyanın “Tədris proqramları” qrupunda “kiçik redaktor”, xx.xx.1983-cü ildən televiziyanın “Sinifdənkənar və məktəbdənkənar tədris verilişləri” qrupunda “redaktor”, xx.xx.1986-cı ildən xx.xx.1991-ci ilədək Təbliğat baş redaksiyasının “Sosial həyat” şöbəsində işlədiyi “redaktor” vəzifələri Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin və həmin Komitənin adı Azərbaycan SSR Nazirlər Sovetinin 26 iyun 1985-ci il tarixli 211 nömrəli Qərarı ilə dəyişdirildikdən sonra Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturuna daxil olmuş, bundan sonra yeni yaranmış Komitənin strukturunu müəyyən edən sənədlər müvafiq qurumlara, o cümlədən X7 təqdim olunmasa da, adı çəkilən vəzifələr proqram və verilişlər qrupuna aid olduğundan və yuxarıda adları qeyd olunan- Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1984-cü il tarixli 126 nömrəli Qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 290 nömrəli xx.xx.1991-ci il tarixli Qərarının məzmununa görə Mərkəzi Televiziya Baş İdarəsinin işçisi televiziya proqramlarının yaradılmasında birbaşa iştirak edən redaksiya işçisi hesab olunurdu.

45. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 26 iyun 1985-ci il tarixli 211 nömrəli Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin adı dəyişdirilərək Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırıldıqdan sonra Komitənin strukturunu müəyyən edən sənədlərin müvafiq qurumlara, o cümlədən X7 təqdim olunmamasında iddiaçının təqsiri olmadığından, Komitənin hər iki halda ittifaq-respublika orqanı olması mübahisəsiz olduğundan, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əsasnaməsinin, strukturunun (quruluşunun) və işçilərinin say həddinin Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunması sözügedən Komitənin mərkəzi icra hakimiyyəti orqanına bərabər statusda olmasına dəlalət edir. Komitənin strukturuna daxil olan Azərbaycan televiziyası (AzTv) Komitənin vahid sistemini təşkil etmiş, televiziyanın redaktor personalı bilavasitə Komitənin funksiyalarının icrasını və mərkəzi aparatın səmərəli fəaliyyətini təmin etməkdən, eyni zamanda Əsasnamə ilə həvalə edilmiş funksiyaları həyata keç irməkdən ibarət olmuşdur. İddiaçının vəzifəsi üzrə icra etdiyi əmək fəaliyyəti Azərbaycan SSR Nazirlər Soveti Televiziya və X8 Komitəsinin strukturuna daxil olan Azərbaycan televiziyasının işinin həyata keçirilməsi ilə əlaqədar təminedici funksiyaların icrasından ibarət olduğu təsdiq olunur. Odur ki, iddiaçının işlədiyi vəzifələr Mərkəzi Televiziya Baş İdarəsinin işçisi olaraq televiziya proqramlarının yaradılmasında birbaşa iştirak edən redaksiya işçisi hesab olunduğundan, bu vəzifələr də Komitənin vahid sistemini təşkil edən və Komitənin funksiyalarının bilavasitə icrasını təmin edən vəzifələr qrupuna aid olduğundan həmin vəzifələrdə iş dövrü dövlət qulluqçusu stajı kimi nəzərə alınmalıdır.

46. Əvvəllər dövlət orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin Siyahıya salınmasın ın Nazirlər Kabinetinin səlahiyyətinə aid olması ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanının 1-ci bəndində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet,partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmiş, 2-ci bəndində isə qeyd edilmişdir ki, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. 47. 1 se ntyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanın 2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti 2007-ci il 15 may tarixli 77 nömrəli Qərar qəbul etmiş, həmin Qərarla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Bundan sonra Nazirlər Kabineti 16 yanvar 2008-ci il tarixli 5 nömrəli, 5 sentyabr 2008-ci il tarixli 203 nömrəli, 24 yanvar 2012-ci il tarixli 14 nömrəli, 04 aprel 2017-ci il tarixli 121 nömrəli, 29 iyul 2019-cu il tarixli 331 nömrəli və 7 iyul 2020-ci il tarixli 241 nömrəli qərarları ilə vəzifələrin uyğunlaşdırılması ilə bağlı 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarla təsdiq edilmiş siyahıya əlavələr etmişdir.

48. İddiaçı da Nazirlər Kabinetinə müraciət edərək vaxtilə işlədiyi vəzifələrin həmin Siyahıya əlavə edilməsini xahiş etmişdir. Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və X3 işdə olan məktublarının surət indən görünür ki, onlar Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan məktublarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının rəhbərinin 2022-ci il 23 iyun tarixli 17425/14659 aid nömrəli və 2022-ci il 28 iyun tarixli 17733 nömrəli dərkənarına uyğun olaraq iddiaçıların müxtəlif vəzifələrinin dövlət qulluğu stajı kimi nəzərə alınması barədə müxtəlif rəylərini Nazirlər Kabinetinin Aparatına göndərmişlər. İddiaçının müraciəti ilə bağlı yuxarıda qeyd edilən rəylərin alınmasına baxmayaraq Nazirlər Kabineti hər hansı qərar qəbul etməmiş və uyğunlaşdırma aparmamışdır.

49. Məhkəmə kollegiyası hesab edir ki, müvafiq uyğunlaşdırmanın aparılmaması şəxsin konstitusion, sosial təminat h üququnun müdafiəsi baxımından məhkəmə icraatı qaydasında hazırkı mübahisənin həllini istisna edə bilməz və etməməlidir. Bu baxımdan mübahisənin məhkəmə icraatı çərçivəsində həll edilməsi mövcud qanunvericiliyin tələbinə uyğun sayılmalıdır. Mübahisəli dövrlər dövlət qulluğu kimi qəbul edilsə belə, iddiaçının dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması üçün 15 il stajının olması

50. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Kadrlar və Xüsusi İşlər Departamentinə verdiyi sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, İddiaçı xx.xx.1980-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə ştatdankənar müəllif vəzifəsinə qəbul edilib (Əmr №29 k; xx.xx.1980- ci il), xx.xx.1982-ci ildən televiziyanın “Tədris proqramları” qrupuna kiçik redaktor vəzifəsinə qəbul edilib (Əmr №73 k; xx.xx.1982-ci il). xx.xx.1983-cü ildən televiziyanın “Sinifdənkənar və məktəbdənkənar tədris verilişləri” qrupuna redaktor vəzifəsinə keçirilib (Əmr №50 k; xx.xx.1983-cü il). xx.xx.1986-cı ildən Təbliğat baş redaksiyasının “Sosial həyat” şöbəsinə redaktor vəzifəsinə keçirilib (Əmr №78 k/l; xx.xx.1986-cı il). xx.xx.1991-ci il tarixdən Azərbaycan SSR X2 Komitəsi hüquqi şəxs kimi ləğv edilməsi və Azərbaycan X2 Şirkəti yaradılması ilə əlaqədar həmin şöbəyə redaktor vəzifəsinə keçirilib (Əmr № 25; xx.xx.1991-ci il). xx.xx.1991-ci ildən Azərbaycan Respublikası ƏM-nin 38-ci maddəsinin 1- ci bəndinə əsasən işdən azad edilib (Əmr №222 k/l; xx.xx.1991-ci il). xx.xx.1991-ci ildə n məhkəmənin 17 və 18 dekabr 1991-ci il qərarı ilə öz vəzifəsinə bərpa olunub (Əmr №65 k/l; xx.xx.1992-ci il). xx.xx.1992-ci ildən şöbə müdiri vəzifəsinə keçirilib (Əmr№ 87 k/l; xx.xx.1992-ci il). xx.xx.1995-ci ildən “İctimai Siyasi” proqram baş redaksiyasına həmin vəzifəyə keçirilib (Əmr № 436 k/i; xx.xx.1995-ci il). xx.xx.1997-ci ildən “İctimai-siyasi və iqtisadiyyat” redaksiyasının “İnsan və qanun” şöbəsinə müdir vəzifəsinə təyin edilib (Əmr №720 k/i; xx.xx.1997-ci il). xx.xx.2000-ci ildən “Hüquq” şöbəsinə həmin vəzifəyə keçirilib (Əmr №236 k/i; xx.xx.2000-ci il). xx.xx.2005-ci ildən Azərbaycan Respublikası ƏM-nin 70ci maddəsinin “a” bəndinə əsasən (müəssisənin ləğvi ilə əlaqədar) bağlanmış əmək müqaviləsinə xitam verilib (Əmr №053 k/i; xx.xx.2005-ci il). Azərbaycan Respublikası Prezide ntinin xx.xx.2005-ci il tarixli 213 saylı Fərmanına əsasən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkəti ləğv edilərək onun bazasında "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. xx.xx.2005-ci ildən televiziyanın “Xəbərlər və İctimai-siyasi Proqramlar” redaksiyasının “İqtisadiyyat proqramları” şöbəsinin müdiri vəzifəsinə qəbul olunub (Əmr №006 k/d; xx.xx.2005-ci il). xx.xx.2006-cı ildən televiziyanın “İctimai-siyasi proqramlar” baş redaksiyasına böyük redaktor vəzifəsinə keçirilib (Əmr №256 к/d; xx.xx.2006-cı il). xx.xx.2011-ci ildən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) bağlanmış əmək müqaviləsinə xitam verilib (Əmr № 203 к/d; xx.xx.2011-ci il).

51. Beləliklə, səlahiyyətli qurum tərəfindən təq dim edilmiş məktuba və iddiaçının əmək kitabçasına əsasən iddiaçı Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətində kiçik redaktor, redaktor kimi xx.xx.1982-ci ildən xx.xx.1991-ci ilədək, yəni təxminən 9 il işləmişdir.

52. Cavabdeh bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş redaksiyasına əsasən dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında əlavə verilir. Lakin iddiaçının dövlət qulluqçusu kimi işlədiyini iddia etdiyi bütün dövrlər daxil edilsə belə, 15 il stajın mövcudluğu ilə bağlı qanunvericiliyin tələbi ödənilmir.

53. Məhkəmə kollegiyası cavabdehin mövqeyi i lə razılaşmayaraq bildirir ki, hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən dövlət qulluğu stajına görə yaşa görə əmək pensiyasının təyin olunması üçün dövlət qulluğu stajının 15 il olması zəruridir. İddiaçının isə yaşa görə əmək pensiyası hüququ 2017-ci ilin fevral ayında yarandığından, onun dövlət qulluqçusu kimi pensiya almaq hüququnun yaranması üçün dövlət qulluğu stajının 5 il olması zəruridir. “Dövlət qulluğu haqqında” Qanunun xx.xx.2018-ci il tarixədək olan dəyişikliyə qədər redaksiyasında olan 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün döv lət qulluğu vəzifəsində minimum 5 il qulluq stajı tələb olunur. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək olan redaksiyasında şəxsin dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması üçün 5 il sığorta stajının tələb edildiyi təsbit edilmişdir.

54. Eyni zamanda məhkəmə kollegiyası hazırkı iş üzrə “qazanılmış hüquq konsepsiyası”nın tətbiq edilməsini zəruri hesab edir. Belə ki, oxşar işlər üzrə Ali Məhkəmənin digər qərarlarında da qeyd olunduğu kimi, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını t əsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

55. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşmasından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

56. Beləliklə, yuxarıda qeyd edilən halları ümumiləşdirən məhkəmə kollegiyası bildirir ki, iddiaçının tələbi əsaslıdır və onun rədd edilməsi üçün heç bir hüquqi əsas mövcud deyildir.

57. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2568/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar