Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-698/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iş üzrə (Açar sözlər: mənzillə təmin olunacaq şəxslərin siyahısına salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “ünvan 1 ünvanda yerləşən yataqxananın sökülməsindən sonra yeni tikiləcək binada onun mənzillə təmin olunacaq şəxslərin siyahısına salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dai r iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2021-ci il tarixli, 21(103)-2557/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası X1sı “Azərkontrakt” Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 9 saylı 31 yanvar 2019-cu il tarixli dublikat orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Azərmaşavadanlıq” İdarəsində mexanik vəzifəsində işləyən İddiaçı DKK “Azərkontrakt” Səhmdar Cəmiyyəti rəhbərliyinin, həmkarlar təşkilatının və mənzil məişət komissiyasının birgə qərarına əsasən ünvan 2 ünvanında yerləşən yataqxanada yaşayış sahəsi ilə təmin edilmişdir.
2. İddiaçıya məxsus AZE seriyalı 0******* saylı 20 dekabr 201 4-cü il tarixli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı yaşayış yeri Bakı şəhəri, Mayakovski küçəsi 8/9 saylı ev göstərilmişdir.
3. İddiaçı aid İİİ-JQ seriyalı ******* saylı 26 noyabr 1976-cı il tarixli SSRİ vətəndaşının pasportunun surətindən görünür ki, İddiaçı 13 dekabr 1976-cı ildən 25 noyabr 1977-ci il tarixədək, 15 dekabr 1977-ci ildən yaşadığı yer Mayakovski küçəsi 8/9 yataqxana qeyd edilmişdir.
4. Bakı şəhəri Nərimanov rayonu, Mənzil-Kommunal Təsərrüfat Birliyi 38 saylı Mənzil Kommunal İstismarı Sahəsinin 38/355 saylı 7 oktyabr 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Mayakovski küçəsi, 8/9 evdə pasport qeydiyyatındadır.
5. İddiaçı onun sökülmüş yataqxana olan mənzilinə görə yeni mənzillə təmin olunması üçün adının siyahıya salınması ilə bağlı cavabeh inzi bati orqana müraciət etmişdir.
6. Cavabdeh inzibati orqan tərəfindən ərizəçinin tələbinin təmin olunmasından imtina olunmuş və iddiaçıya ünvanlanmış İ37/5-071/5-t/2 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, V.Mayakovski küçəsi 8/9 ünvanında qəzalı vəziyyətdə olan yataqxana binasında onun qeydiyyatda olmağına və yaşamağına dair mövcud sənədlərdə uyğunsuzluq və çatışmazlıqların olduğuna görə mübahisə doğuran bu məsələnin hüquqi müstəvidə həll olunması üçün məhkəmə orqanlarına müraciət edə bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, “mənzillə təmin olunacaq şəxslərin siyahısına salınması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1956-cı ildə Qusar rayonunda anadan olmuş, 1970-ci ildə Bakı şəhərinə gəlmiş, 5 saylı Peşə məktəbində 2 il təhsil almış, oradan da o, təyinatla Qossnabın “Azərmaşavadanlıq İdarəsi”nə işləməyə göndərilmişdir. “Azərmaşavadanlıq idarəsi” onu Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 8/9 yerləşən yataqxanada 75 nömrəli bir otaqla təmin etmiş və həmin ünvana o, qeydiyyata salınaraq ilk pasport verilmişdir. O, 1974-cü ildə həmin ünvandan hərbi xidmətə çağırılmış, 1976-cı ildə hərbi xidmətdən qayıtmış və yenə də yataqxanada həmin otaqda yaşamağa başlamış, 1977-ci ildə evlənmişdir. Həmin ünvanda 1978, 1980, 1986-cı illərdə 3 oğlan övladı doğulmuşdur. 5 nəfərlə 1 otaqda qalmaq çətin olduğundan o, bir müddət kirayədə qalmalı olmuş, böyük oğlu 3 il 4 ay hərbi xidmətə olub qayıtdıqdan sonr a o, yenidən yataqxanadakı otaqlarına qayıtmaq istəmiş, lakin yataqxanaya gələndə ona verilmiş otaqda məcburi köçkünlərin məskunlaşdığını görmüşdür. Otağında məskunlaşan məcburi köçkünü çıxarda bilməmişdir. 2019-cu ilin əvvəllərində iş yoldaşları ona bildirmişlər ki, köçkünlər yataqxanadan çıxarılıb, onun otağı boşdur. O, yataqxanaya gəlmiş və görmüşdür ki, otağının pəncərələri sındırılıb, otaq özü isə zibilin içərisindədir. O, bu barədə MİS-nə müraciət etmiş, yataqxananın sökülməsi, yerində yeni bunanın tikiləcəyilə əlaqədar ona otağın təmirinə artıq pul xərcləməməsi bildirilmişdir. O, 75 nömrəli otağa olan hüquqlarını təsdiq edən sənədləri Mənzil İstismar sahəsinə təqdim etmiş, bir müddətdən sonra yataqxananın söküntüsü və yeni tikiləcək bina ilə məşğul olan hökümət işçiləri onu qəbul etmiş və ona yeni tikiləcək binadan mənzil almaq hüququ olan şəxslərin siyahısında onun adının olmadığı bildirilmişdir. O, 1972-ci ildə dövlət tərəfindən həmin ünvanda otaqla təmin edilmişdir, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. Lakin onun adı yeni tikiləcək binada mənzil alacaq şəxslərin siyahısına salınmamışdır. O, adının siyahıya salınması üçün ərizə ilə Bakı şəhəri Cavabdehə müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir.
9. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddiaçı Mayakovski küçəsindəki 8/9 ünvanda yerləşən yataqxanaya və onun mövcud olmayan 75 №-li mənzilinə mənzil hüquqlarının (istifadə, icarə, sərəncam, mülkiyyət və s.) yarandığını bildirirək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı mübahisələn dirdiyi yaşayış sahəsinə hansı hüquqlarının yaranmasını, pozulmuş hüquqlarının nədən ibarət olmasını və nədə ifadə olunmasını hüquqi normaları ilə əsaslandıra bilməmişdir. İddiaçının təqdim etdiyi “A” forması üzrə arayışa və SSRİ vətəndaşının İİİ JQ №-li 500460 saylı pasportuna əsasən onun 1976-cı il tarixdən qeyd edilən ünvanda yataqxanada guşə (qoyka) hüququ ilə qeydiyyatda olması onun həmin yataqxananın hər hansı bir otağına mənzil hüququnun yaranması anlamına gələ bilməz. Nərimanov RİH başçısının 109 saylı xx.xx.2019-cu il tarixli və 140 saylı xx.xx.2019-cu il tarixli sərəncamları ilə Mayakovski küçəsindəki 8/9 və 10 ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan yataqxana binalarının və ona bitişik ərazidə "xxxx" MMC tərəfindən sökülməsi, sakinlərin müəvəqqəti yaşayış sahələrinə köçürülmə si, köçürülmə ilə əlaqədar mənzil kirayə xərclərinin ödənilməsi, köçürülmə işlərinin təşkili, ərazinin hasara alınması vəzifəsi "xxxx" MMC-yə həvalə edilmişdir. Bu inzibati aktlarda söküntü ərazisində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçiləri, icarədarları və mülkiyyətçiləri barədə hər hansı siyahının tərtib edilməsi ilə bağlı məlumat yoxdur. Həmin vaxta qədər iş üzrə iddiaçının sözügedən yaşayış evinin hansı otağına və ya mənzilinə dair hər hansı hüquqmüəyyənedici sənədinin mövcudluğu barədə hər hansı bir məlumat olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 9 №-li order isə dublikatdır. Belə olan halda orderin əsli haradadır və arxiv arayışı nə üçün təqdim edilməmişdir. Digər tərəfdən iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ötən əsrin 80-ci i llərində sözügedən ünvanda yaşamış, ailə qurmuş və 3 övladı mübahisələndirdiyi yaşayış sahəsində dünyaya gəlmişdir. Belə olan halda onun ailə tərkibi barədə nə üçün məlumatlar yoxdur, onun 75-ci və ya digər mənzildə yaşaması barədə hər hansı bir hüquqmüəyyənedici sənədi, sərəncam, yaşayış sahəsini kirayə müqaviləsi və s. nə üçün yoxdur. İddiaçının belə bir hüquqularının mövcudluğu barədə iş materiallarında hər hansı bir sübut yoxdur. Qeyd edilənlərə əsasən iddiaçının nəinki mövcud olmayan 75 №-li otağın mübahisəli yaşayış sahəsinə Mayakovski küçəsindəki 8/9 ünvanında yerləşən yataqxanaya dair hər hansı bir mənzil hüquqları yaranmamış, bu hüquqların mövcudluğu iş materiallarında öz əksini tapmır.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1631/2020 saylı 13 fevral 2020-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-297/2021 saylı 17 iyun 2021-ci il tarixli qərarı ilə (Ş.Həsənova) iddia rədd edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi order 31 yanvar 2019-cu il tarixli, 9 №-li olmaqla “dublikat”dır və müraciəti əsasında X1 “Azərkontrakt” Səhmdar Cəmiyyətinin rəhbərliyi və Həmkarlar təşkilatının birgə iclasının 31 yanvar.2019-cu il tarixli, 9 saylı protokoluna əsasən verilmişdir. Məhkəmənin müvafiq sorğusu ilə həmin orderin əslinin əvvəllər mövcud olması barədə məlumatlar həmin qurumdan tələb edilsə də, qurum bu barədə təsdiqedici məlumatları məhkəməyə təqdim etməmişdir. İddiaçı Mayakovski küçəsi, 8/9 ünvanında qeydiyyatda olsa da onun 75 nömrəli mənzillə təmin olunması və həmin mə nzildən istifadə etməsi üçün vaxtı ilə işlədiyi müəssisə tərəfindən ona Azərbaycan Respublikasının həmin zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun sənədlər təqdim edilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Bununla da məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının adının müvafiq siyahıya daxil edilməsindən imtina etməsi qanunsuz olmamışdır.
13. İddiaçı apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2021-ci il tarixli, 2-1(103)-2557/2021 nömrəli qərarı ilə (hakimlər X.Cəmilova - sədrlik edən, M.Tağızadə və C.Yusifov) apellyasiya şikayəti təmin ed ilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)297/2021 nömrəli 17 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı kasasiya şikayəti verərək apellyasiya məhkəməsinin 1 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinə uyğun əsaslandırılmış və əlavə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-nin 12, 14.3, 87.6-cı maddələrin tələblərinə riayət edilməmiş və apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48, 51, 1 05, 107 və 108-ci maddələrin tələblərinə zidd qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 48 Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Maddə 51 Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətən daş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Maddə 106 Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Maddə 107 Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qəra rı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. 20. “İnzibati icraat haqqında” Qanun Maddə 11.Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarla r həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. (-). Maddə
61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (-) Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati ak t həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. (-)
21. İnzibati Prosessual Məcəllə Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadın ı) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1 Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kass asiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna b ilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin üzərinə düşən vəzifələri yerinə yetirməyərək, heç bir araşdırma aparmadan qərar qəbul etdiyini bildirmişdir. Məhkəmənin hüquqi mövqeyinə bu şəkildə qiymət verən cavabdeh tərəfindən nəzərə alınmalıdır ki, ilk növbədə cavabdeh özü obyektiv və hərtərəfli araşdırma prinsi pinə tabedir. Bu qərarın istinad olunan (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi) normanın tələblərinə əsasən inzibati orqan, o cümlədən də cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
28. Qanu nvericinin təsbit etdiyi bu tələblər eyni zamanda və həm də hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Nəzərə almaq lazımdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
29. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materiall arı əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir.
30. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda a parılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
31. Hazırkı mübahisədə iddiaçının iddiasının əsasını Azərbaycan Respublikası X1sı “Azərkontrakt” Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 9 saylı xx.xx.2019-cu il tarixli dublikat order təşkil edir. Həmin dublikat orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Azərmaşavadanlıq” İdarəsində mexanik vəzifəsində işləyən İddiaçı DKK “Azərkontrakt” Səhmdar Cəmiyyəti rəhbərliyinin, həmkarlar təşkilatının və mənzil məişət komissiyasının birgə qərarına əsasən ünvan 2 ünvanında yerləşən yataqxanada yaşayış sahəsi ilə təmin edilmişdir. İddiaçıya adı çəkilən dublikat orderin verilməsinə əsas 9 saylı 31 yanvar 2019-cu il tarixli protokol olmuşdur.
32. İşin hallarından müəyyən olunur ki, iddiaçının hazırkı iddianı qaldırmaqda əsas ist inad etdiyi sənəd X1 “Azərkontrakt” Səhmdar Cəmiyyətinin rəhbərliyi və Həmkarlar təşkilatının birgə iclasının xx.xx.2019-cu il tarixli 9 saylı protokoluna əsasən ona Mayakovski küçəsi, 8/9 ünvanında yerləşən yataqxanaya qeydiyyata düşmək üçün 75 nömrəli mənzilə verilmiş orderin dublikatıdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlində olan və hazırki iddianı qaldırmaqda əsas istinad etdiyi sənəd- dublikat order ona yaşayış sahəsinə qeydiyyata düşmək üçün verilmiş, həmin sənəd qanunvericiliyin tələbinə görə vətəndaşa yaşayış sahəsinə köçmək üçün əsas vermiş, lakin iddiaçı adı çəkilən mənzildə bir müddət yaşamış, sonradan 5 nəfərdən ibarət ailə tərkibi ilə həmin mənzildə yaşaması çətinləşdiyi üçün oranı 1986-cı ildə tərk etmiş və yuxarıda adı çəkilən Bakı şəhər Cavabdeh Başçısını n “V.Mayakovski küçəsi 8/9 və 10 №-li binaların "xxxx" MMC tərəfindən hasara alınması və sakinlərin köçürülməsi haqqında” 109 saylı xx.xx.2019-cu il tarixli sərəncamı qəbul edildiyi zaman və həmin sərəncama əsasən "xxxx" MMC tərəfindən müvafiq işlər görülərkən həmin mənzildə yaşamamışdır. Bu fakt nəinki iddiaçının özünün verdiyi izahat, həmçinin 3-cü şəxs "xxxx" MMC-nin vəkili Ceyhun Paşalının verdiyi izahatla da təsdiq olunur.
34. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının Bakı şəhər Cavabdeh Başçısının “V.Mayakovski küçəsi 8/9 və 10 №-li binaların "xxxx" MMC tərəfindən hasara alınması və sakinlərin köçürülməsi haqqında” 109 saylı xx.xx.2019-cu il tarixli sərəncamında nəzərdə tutulan “yataqxana binasında daimi yaşayan sakin” hesab olunmadığı üç ün onun mənzillə təmin olunacaq şəxslərin siyahısına salınmasını tələb etmək hüququ da yoxdur.
35. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin 1 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2021-ci il tarixli, 21(103)-2557/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.