Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-698/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka (bağ sahəsinə) dair hüquqların dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daş ınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “X4 Sumqayıt şəhəri, X1 ərazisində yerləşən 511 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(105)-363/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Kauçuk” X2 Heyətinin 01 saylı protokolundan çıxarışa əsasən, X7 23 avqust 1988-ci ildə “Kauçuk” Bağçılıq Yoldaşlığının üzvlüyünə qəbul edilmiş və onun adı üzvlərin adlı siyahısına daxil edilmişdir. Bunun əsasında X5 üzvlük kitabçası verilmişdir.
2. İddiaçı ilə X7 08 dekabr 1988-ci il tarixdə rəsmi nikaha daxil olmuş, sonuncu xx.xx.2008-ci ildə vəfat etmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən, mərhum əri X4 “Kauçuk” X2 Heyətinin iclasının xx.xx.1988-ci il tarixli, 01 nömrəli protokulundan çıxarışa əsasən əldə etdiyi 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasını, reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsini xahiş etmişdir.
4. Cavabdeh **********42 saylı, 18 sentyabr 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, 2 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən və elektron kadastr baza məlumatları araşdırılarkən digər şəxsə məxsus torpaq sahəsinin 511 nömrəli bağ sahəsinin yeri ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiyası məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kauçuk” X2 Heyətinin 01 saylı Protokolundan çıxarışa və bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasına əsasən, X4 Sumqayıt şəhəri, “Kauçuk” Bağçılıq Yoldaşlığının ərazisində yerləşən 511 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X7 ilə 1988-ci il tarixdə nikaha daxil olmuş, əri X7 29 mart 2008-ci il tarixdə vəfat etmişdir. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarışa əsasən, əri X5 23 avqust 1988-ci il tarixdə 511 saylı ünvanda yerləşən torpaq sahəsi verilmişdir. “Kauçuk” X2 Heyətinin 01 saylı Protokolundan çıxarışdan da görünür ki, X7 “Kauçuk" Bağçılıq Yoldaşlığının üzvlüyünə qəbul edilmişdir. Əri öləndən sonra həmin torpaq sahəsini öz adına keçirtmək üçün birinci növbəli vərəsə kimi müvafiq torpaq sahəsi ilə bağlı vərəsəlik şəhadətnaməsi almaqdan ötrü Sumqayıt şəhər 4 saylı Notariat ofisinə müraciət etmişdir. Sumqayıt şəhər 4 s aylı Notariat ofisində aparılan V-32/2009 saylı vərəsəlik işi üzrə birinci növbəli vərəsələr arasında olduğundan, 29 mart 2008-ci ildə vəfat etmiş X4 ünvan 1 ünvanda yerləşən torpaq sahəsi ilə bağlı, həmin əmlakın X5 məxsus olub-olmaması, müsbət olduğu halda, daşınmaz əmlakın dövlət reyestrindən texniki pasport, kadastr, çıxarış və əmlakın yüklü olub-olmaması barədə arayış verilməsi məsələsinə baxılması üçün Sumqayıt şəhər 4 saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə sorğu göndərilmişdir. Daha sonra, iddiaçı özü Sumqayıt şəhəri, Yaşma Bağlar ərazisində yerləşən, mərhum X4 “Kauçuk” X2 Heyətinin 01 saylı Protokolundan çıxarışa əsasən əldə etdiyi 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Müraciətinə cavab olaraq ona daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Halbuki, həmin torpaq sahəsi artıq 31 ildir ki, onların istifadəsindədir, onlar orada tikdikləri evdə uzun illərdir yaşayırlar, və bağ sahəsi faktiki olaraq onların mülkiyyətindədir.
7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir. Etirazın məzmunu imtina məktubu ilə eynilik təşkil edir.
8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim C.B.Məmmədov) 21 may 2021-ci il tarixli, 2-1(118)-42/2021 saylı qərarı ilə iddia təmin edilmiş, “Kauçuk” X3 Heyətinin 23 avqust 1988-ci il tarixli, 01 saylı Protokolundan çıxarışa və bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasına əsasən Sumqayıt şəhəri, ”Kauçuk” Bağçılıq ərazisində yerləşən 511 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində X4 adına qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının mərhum ərinə ayrılmış 511 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallar dan heç biri müəyyən olunmamışdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Ağayev-məruzəçi, H.Ç.Babayeva və İ.K.Dəmirov) 2-1(105)- 517/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2-1(118)-42/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin imtinasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi nin tələbləri baxımından əsassız olmasına dair məhkəmənin arqumenti qəbul edilə bilməz. Ona görə ki, qeyd edilən maddənin 15.1.1-ci bəndinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüququn həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmaması onu özündə ehtiva edir ki, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün istinad edilən qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, həmçinin torpaq sahəsinin planı və ölçüsünün əlavə olunması zəruridir. İddiaçının təqdim etdiyi sənədlərdə 511 saylı bağ sahəsi 522 və 498 saylı bağ sahələrinin ortasında yerləşsə də, məhkəmə kollegiyasının sorğusuna əsasən cavabdeh tərəfindən təqdim olunan kadastr xəritəsindən çıxarışdan açıq-aydın görünür ki, 511 saylı bağ sahəsi kimi iddiaçının faktiki istifadə etdiyi tor paq sahəsi 522 saylı torpaq sahəsinin yerində olmaqla Bağçılıq cəmiyyətinin sxematik planına uyğun olaraq 522 saylı torpaq sahəsi ilə deyil, 535 saylı torpaq sahəsi ilə həmsərhəd ölçüdə yerləşir. Bu da öz növbəsində onu ehtiva edir ki, iddiaçı özünə məxsus 511 saylı bağ sahəsinin yerini deyil, 522 saylı bağ sahəsinin ərazisini qanuni əsaslar olmadan tutmuşdur.
13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin təkrar məhkəmə baxışına qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər K.N.Bədəlov-məruzəçi, N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) 2-1(102)-288/2022 nömrəli, 01 fevral 2022-ci il tarixli qərarı ilə iddiaçının kasasi ya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının faktiki istifadəsində olan ərazinin koordinatları (zərurət yaranarsa, yerli baxış da həyata keçirilə bilər) ilə elektron baza məlumatlarındakı koordinatların müqayisəli təhlili ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etməli olduğu halda, bunu etməmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haq qında Əsasnamə”nin 3.0.29-cu maddəsində təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı birinci növbə vərəsələr arasındadır. Digər birinci növbə vərəsələrin olub-olmaması və onların qeyd edilən torpaq sahəsinə iddia edib-etməməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.T.Məmmədov-məruzəçi, Z.İ.Məmmədov və F.Ə.Məmmədov) 2-1(105)-363/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2-1(118)-42/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, cavabdehin iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin 511 deyil, 522 saylı to rpaq sahəsi olması barədə gətirdiyi arqument əsassızdır. Belə ki, iddiaçının nümayəndəsi-torpaq sahəsi ayrılmış Qulu Ağayevin qızı A.Bayramova, habelə “Kauçuk” Yoldaşlıq Bağçılıq Cəmiyyətinin sədri Q.Bayramov yerli baxış zamanı iddiaçının istifadə etdiyi torpaq sahəsinin məhz ayrılmış 511 saylı torpaq sahəsi olduğunu bildirmiş, verilmiş mütəxəssis rəyində də həmin 511 saylı torpaq sahəsində heç bir qeydiyyat aparılmadığı göstərilmişdir. Digər tərəfdən, 522 saylı torpaq sahəsi barədə də daşınmaz əmlakın dövlət reyestrində hər-hansı qeydiyyat aparılmadığından və həmin sahənin koordinatları məlum olmadığından, cavabdeh tərəfindən mərhum Qulu Ağayevin ailə üzvlərinin faktiki istifadə etdiyi torpaq sahəsinin 511 deyil, 522 saylı torpaq sahəsi olmasının hansı qaydada və hansı normalar əsasında m üəyyən edildiyi də aydın deyildir. Bundan başqa, təkrar apellyasiya baxışı zamanı iddiaçının vəkili və nümayəndəsi Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2099 saylı məktubunu təqdim edərək (həmin məktubda xx.xx.2008-ci ildə vəfat etmiş mərhum X4 miras əmlakına dair Sumqayıt şəhər 4 saylı Notariat ofisində xx.xx.2012-ci il tarixdə 2V/162 reyestr nömrə ilə vərəsəlik işi üzrə arvadı İddiaçı və oğlu X6 vərəsə kimi tanınaraq hər biri miras əmlakın ½ hissəsinə dair irs almaları barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi göstərilmişdir) iddiaçı ilə digər birinci növbə vərəsə olan oğlu arasında hər-hansı mübahisə olmadığını, inzibati qaydada qaldırılmış hazırkı iddianın isə müvafiq bağ sahəsinin iddiaçının deyil, məhz vərəsəlik hüquqlarının real laşdırılması üçün mərhum ərinin adına qeydiyyata alınması ilə bağlı olduğunu bildirmişdir.
18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayəti imtina məktubu və apellyasiya şikayəti ilə eyni məzmundadır. Şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi maddi hüquq normasının pozuntusuna yol vermişdir. Belə ki, torpaq sahəsinə müayinə baxışı keçirilərkən və elektron kadastr baza məlumatları araşdırılarkən, həmin torpaq sahəsinin digər şəxsə məxsus 522 nömrəli bağ sahəsinin yeri ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Belə olan halda isə, uyğunsuzluq olduğundan Ərazi İdarəsinin imtinası əsaslı və qanuni olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti v ə ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
22. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tu tulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayə ti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilm əməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Bununla bağlı, məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apell yasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından “Kauçuk” X2 Heyətinin 01 saylı Protokolundan çıxarışa və kollektiv bağçılıq yoldaşlığının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasına əsasən X5 ayrılmiş bağ sahəsinə hüququn mərhuma məxsus olması barədə müvafiq sənədin (həmin sahəyə dair hüququn qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın) verilməsi ilə bağlı məsələ Ali Məhkəmənin həmin iş üzrə göstərişləri nəzərə alınmaqla, apellyasiya məhkəməsi tərəfindən hərtərəfl i və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi iddianın əsaslılığı ilə bağlı müəyyən olunmuş hallara hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
30. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı mərhum ərinə ayrılmış bağ torpaq sahəsi üzərin də onun adına dövlət reyestrindən müvafiq sənədin verilməsinə nail olmaqdan ibarətdir.
31. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
32. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
33. Hazırkı qərarın 21-ci bəndində istinad edilən normaya görə 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırıl masının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
34. Hazırkı mübahisəyə münasibətdə iddiaçının mərhum ərinə “Kauçuk” X2 Heyətinin 01 saylı Protokolundan çıxarışa əsasən kollektiv bağçılıq yoldaşlığının üzvlərinin siyahısına müvafiq olaraq üzvlük kitabçası verildiyi iş üzrə materiallarla təsdiq olunur. Həmin sənəd bu qərarın 21-ci bəndində istinad olunan normada daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qismində təsbit edilmişdir. Bu baxımdan kollektiv bağçılıq yoldaşlığının üzvlərinin siyahısına müvafiq olaraq mərhuma verilmiş üzvlük kitabçası hüquqmüəyyənedici sənəd qismində qiymətləndirilməlidir.
35. İş üzrə materiallarda n görünür ki, X7 ona ayrılmış bağ sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan vəfat etmişdir. Bu səbəbdən iddiaçı onun varisi kimi bağ sahəsi üzərində hüququn onun mərhum ərinə məxsus olması barədə müvafiq sənədin verilməsini tələb etməkdə haqlı sayılmalıdır.
36. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7.1-ci bəndinə görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. İstinad olunan Təlimatın 7.2-ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəf indən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.
37. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh iddiaçının mərhum ərinin adına müvafiq çıxarışın verilməsindən imtina etməkdə haqlı sayıla bilməz və onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
38. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda gö stərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(105)-363/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.