Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-698/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3475/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti başçısının 07 avqust 2000-ci il tarixli, 730 nömrəli sərəncamı ilə “Apokey LTD” firmasının xx.xx.2000-ci il tarixli, 4A saylı məktubu nəzərə alınaraq Xətai rayonu, Gen.Mehmandarov küçəsindəki 2942q-2935a mə həllələrdə kottec tipli evlərin layihələşdirilməsi və tikintisi üçün 2 ha torpaq sahəsi istifadəyə verilmişdir.
2. Bakı şəhər Xətai rayonu İcra Hakimiyyəti başçısının 32 saylı, 27 fevral 2004-cü il tarixli sərəncamı ilə “Aqopey” LTD-nin rəhbərliyinin 21 saylı xx.xx.2003-cü il tarixli razılıq məktubuna əsasən M.Hadi küçəsi 7 saylı evin 39 saylı mənzilində yaşayan İddiaçı rayonun ərazisində “Apoqey” LTD firmasına məxsus ərazidən Gen.Mehmandarov küçəsi 2942-2935a məhəllələrdə 0,03 ha torpaq sahəsinin ayrılması və fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır.
3. Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi 2942q-2935a məhəllələrində İddiaçı məxsus mövcud yaşayış evinin “Memarlıq planlaşdırma bölməsi”ndən müəyyən olunur ki, İddiaçı sifarişi əsasında “Səadət” istehsal kommersiya şirkəti tərəfindən hazırlanmış memarlıq planlaşdırma bölməsi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuşdur.
4. İddiaçı Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2942q-2935a məhəllədə yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir.
5. Cavabdeh 13 fevral 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, xx.xx.2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanları nın səlahiyyətləri xaricindədir. Belə ki, “Torpaq islahatı haqqında” Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq ianələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşı nmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gen. Mehmandarov küçəsi 2942q-2935a məhəllələrdə yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin təsdiq edilmiş eskiz layihəyə uyğun vahid daşınmaz əmlak dövlət reyestrində onun adına qeydiyyata alınmaqla bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 730 saylı sərəncamı ilə Gen.Mehmandarov küçəsi, 2942q-2935a məhəllələrdə xx.xx.2003-cü il tarixli 11232 saylı inşaat pasportuna əsasən kotec tip li evlərin layihələşdirilməsi və tikintisi üçün 2 ha torpaq sahəsi “Apoqey” LTD-nin istifadəsinə verilmişdir. “Apoqey” LTD-nin rəhbərliyinin 21 saylı, xx.xx.2003-cü il tarixli razılıq məktubu əsasında Xətai Rayonu İcra Hakimiyyəti başçısının 32 saylı, xx.xx.2004cü il tarixli Sərəncamdan çıxarışına əsasən ona Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi 2942q-2935a məhəllədə yerləşən torpaq sahəsindən 0,03 ha torpaq sahəsi ayrılmış və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Qeyd edilən sərəncamla bağlı Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına müraciət edilmiş və 11 mart 2022-ci il tarixli, BA-01410-2022 nömrəli məktubla Xətai Rayonu İcra Hakimiyyəti başçısının 32 saylı, xx.xx.2004-cü il tarixli sərəncamından təsdiq edilmiş arxiv çıxarış ı ona təqdim edilmişdir. Həmin torpaq sahəsi üzərində eskiz layihəsinə uyğun olaraq tərəfindən fərdi yaşayış evi inşa edilmiş və hal-hazırda ailəsi ilə həmin ünvanda yaşayır. Sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin eskiz layihəsi, baş planı Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən möhür və imza ilə təsdiq edilmişdir. Həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi uzun müddətdir ki, mübahisəsiz olaraq təyinatı üzrə tərəflərindən istifadə edilir. Bakı şəhəri, Xətai rayonu, Gen. Mehmandarov küçəsi 2942q-2935a məhəllədə yerləşən torpaq sahəsindən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə onun adına çıxarışın və texniki pasportun verilməsi ilə bağlı q anunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlərlə rəsmi qaydada ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh ona müsbət cavab verməmişdir.
8. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7393/2023 saylı, 07 iyul 2023-cü il qərarı ilə (hakim X2) iddia təmin edilmiş, Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti başçısının 32 saylı xx.xx.2004-cü il tarixli Sərəncam ilə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi 2942q2935a məhəllələrdə yerləşən 0,03 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin təsdiq edilmiş eskiz layihəyə uyğun vahid daşınmaz əmlak kimi xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına qe ydiyyata alınmaqla bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3475/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X3 /məruzəçi/, X4 və X5) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7393/2023 saylı, 07 iyul 2023-cü il qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsassız və qanunsuz hesab edilməklə qeyd edilir ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq n ormalarının tələblərini pozmuş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 23-cü maddələrinin, eləcə də “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinin tələblərini nəzərə almamışdır.
16. Belə ki, xx.xx.2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Belə ki, “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu ma ddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Göründüyü kimi, iddiaçıya qanunamüvafiq qaydada hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
17. Daha sonra qeyd edilir ki, iddiaçı tərəfindən torpaq sahəsinə və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş Xətai rayon icra Hakimiyyəti başçısının 32 saylı sərəncamı xx.xx.2004-cü il tarixdə verilmişdir.
18. Bundan başqa, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi İdarənin elektron kadastr baza məlumatlarına əsasən “Apoqey” LTD-nin adına ayrılmış 2 ha ərazidən 320 metr şimalda, tamamilə fərqli sahədə yerləşir. (müvafiq faktla əlaqədar ortofoto görüntü şikayətə qoşma edilir) Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 730 saylı Sərəncamı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********1000010 nömrəli torpaq sahəsinin kadastr planı tərtib edilmişdir. Həmin kadastr planının koordinatları qoşma edilmiş ortofoto görüntüdə göstərilmişdir. Buradan da görünür ki, iddia olunan torpaq sahəsi “Apoqey” LTD-nin səla hiyyətləri daxilində olan ərazidə yerləşmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə
8. Daşınmaz əmlak üzər ində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; Maddə
15. Hüquqların dövlət qeydiyyatından imt ina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq qərara alıram: 1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində h üquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallar da 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. X10 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şi kayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. İddia tələbindən görünür ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Gen. Mehmandarov küçəsi 2942q-2935a məhəllələrdə yerləşən 0,03 ha to rpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin təsdiq edilmiş eskiz layihəyə uyğun vahid daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını tələb edir.
28. İstər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək onun tərəfindən verilmiş tələbi təmin etmişlər.
29. Lakin cavabdeh məhkəmələrin gəlmiş olduqları nəticəni qanunvericiliyin tələblərinə zidd olduğunu bildirərək iddianın təmin edilməməsi ilə bağlı həm apelyasiya instansiyası məhkəməsinə, hazırda isə kassasiya instansiyası məhkəməsinə şikayətlə müraciət etmişdir.
30. Cavabdeh qeyd etmişdir ki, xx.xx.2001-ci il tarixdən sonra fərdi yaşayış ev i tikmək məqsədilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Belə ki, “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Göründüyü kimi, iddiaçıya qanunamüvafiq qaydada hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
31. Cavabdehin dəlili il ə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, mübahisəli torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ilkin olaraq 2001-ci il yanvarın 1dən əvvəl, yəni xx.xx.2000-ci il tarixdə ayrılmış (iş vər 50) və xx.xx.2004-cü il tarixdə isə həm ilkin istifadəçinin, həm də hazırki iddiaçının ərizələri və qarşılıqlı razılaşmaları nəzərə alınmaqla həmin torpaq sahəsinin bir hissəsi (0.03 ha) fərdi yaşayış evinin inşa edilməsi üçün İddiaçı adına rəsmiləşdirilmişdir.
32. Beləliklə, torpaq sahəsi cavabdehin qeyd etdiyi kimi xx.xx.2001-ci il tarixdən sonra deyil, xx.xx.2000-ci il tarixdə ayrıldığından “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinin müddəaları hazırki halda tətbiq edilə bilməz.
33. Cavabdehin digər dəlili iddiaçı tərəfindən torpaq sahəsinə və fərdi yaşayış evinə dair “Daşın maz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməməsi ilə bağlıdır. Qeyd edilir ki, iddiaçı tərəfindən təqdim edilmiş Xətai rayon icra Hakimiyyəti Başçısının 32 saylı sərəncamı xx.xx.2004-cü il tarixdə verildiyindən həmin sərəncam hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz.
34. Məhkəmə kollegiyası cavabdehin bu yanaşmasını da qanuni və əsaslı qəbul etmir. Belə ki, “Daşınmaz əmlakın dövlət reye stri haqqında” Qanunun 8.0.9.1.1-ci maddəsinin tələbinə əsasən icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı olmalıdır.
35. İş materiallarından görünür ki, iddiaçı yuxarıda qeyd edilən sənədlərin hər birinə malik olmaqla onları təqdim etmişdir. Belə ki, hazırki torpaq sahəsinə münasibətdə istifadə hüququnu təsdiq edən sənəd Bakı şəhər İcra Hakimiyyəti başçısının 07 avqust 2000-ci il tarixli, 730 nömrəli və onun əsasında qəbul edilmiş Bakı şəhər Xətai rayonu İcra Hakimiyyəti başçıs ının 32 saylı, 27 fevral 2004-cü il tarixli sərəncamlarını göstərmək olar.
36. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün tələb edilən digər sənəd müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihədir.
37. İş materiallarında belə bir layihənin mövcudluğu aydın şəkildə görünür. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi 2942q-2935a məhəllələrində İddiaçı məxsus mövcud yaşayış evinin “Memarlıq planlaşdırma bölməsi”ndən müəyyən olunur ki, İddiaçı sifarişi əsasında “Səadət” istehsal kommersiya şirkəti tərəfindən hazırlanmış memarlıq planlaşdırma bölməsi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuşdur.
38. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərarların hüquq müəyyənedici sənəd olduğu qeyd edilmişdir.
39. Məhkəmə kollegiyası bildirir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 07 avqust 2000-ci il tarixli, 730 nömrəli sərəncamı hüquqmüəyyənedici sərəncam olduğundan və xüsusi ilə vurğulamalı h al-2001-ci ilin yanvar ayının 1-dək qəbul edildiyindən bu sənəd şərtsiz olaraq hüquqların dövlət qeydiyyatı üçün əsas sayılmalıdır.
40. Kassasiya şikayətində mübahisələndirilən digər məsələ iddia olunan torpaq sahəsinin sərəncamdakı torpaq sahəsindən fərqli yerdə yerləşməsi ilə bağlıdır. Qeyd edilir ki, iddia olunan torpaq sahəsi idarənin elektron kadastr baza məlumatlarına əsasən “Apoqey” LTD-nin adına ayrılmış 2 ha ərazidən 320 metr şimalda, tamamilə fərqli sahədə yerləşir. (müvafiq faktla əlaqədar ortofoto görüntü şikayətə qoşma edilir) Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 730 saylı Sərəncamı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********1000010 nömrəli torpaq sahəsinin kadastr planı tərtib edilmişdir. Həmin kadastr planını n koordinatları qoşma edilmiş ortofoto görüntüdə göstərilmişdir. Buradan da görünür ki, iddia olunan torpaq sahəsi “Apoqey” LTD-nin səlahiyyətləri daxilində olan ərazidə yerləşmir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş İddiaçı sifarişi ilə “X1” tərəfindən tərtib edilmiş 93 №-li 07 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 2942q-2935a məhəllələrində iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi 300 kv. metr torpaq sahəsinin ərazinin ortofotoplanşet xəritə materialı və inzibati ərazinin elektron xəritə məlumatları üzərində dəqiqləşdirilməsi işləri aparılmışdır. Torpaq sahəsinin naturada coğrafi yerləşməsinə görə ərazinin ortofotoplanşet xəritə materialı və inzibati ərazinin elektro n xəritə məlumatlarına əsasən Xətai Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 32 nömrəli Sərəncamından çıxarışa əlavə olunan planda əks olunan 300 kv. metr torpaq sahəsi ilə üst-üstə düşməsi, eynilik təşkil etməsi müəyyən olunmuşdur. Dəqiqləşdirilən torpaq və fərdi yaşayış evi xüsusi coğrafi informasiya sistemləri vasitəsilə tərtib olunan plan və sxemdə aydın şəkildə göstərilmişdir.
42. Bundan əlavə mütəxəssis rəyinə əlavə olunmuş Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 2942q-2935a məhəllələrində İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi 300 kv. metr torpaq sahəsinin plan-sxemində iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi 300 kv. metr torpaq sahəsinin koordinatları aşağıdakı kimi qeyd olunmuşdur.: 1)X=412154.697 Y=4468181.646 2)X=412155.448 Y=44 68166.644 3)X=412135.262 Y=4468165.827 4)X=412134.519 Y=4468180.867
43. Eyni zamanda iş materiallarından görünür ki, Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 32 nömrəli sərəncamına əlavə edilmiş sxemdəki torpaq sahəsi (iş vər 84) cavabdehin təqdim etdiyi fotodakı torpaq sahəsinin yeri ilə eynidir (iş vər 172).
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir. Apely asiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları pozulmamışdır.
45. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
46. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3475/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.