Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-699/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ İş № 2-1(102)-699/2020 (Açar sözlər: kassasiyanın mümkünlüyü) Azərbaycan Respublikası 25.02.2020 Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “icra məmurunun tutduğu vəzifəyə uyğunsuzluğu barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 sentyabr tarixli 2-1(103)2302/2019 nömrəl i qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Cavabdeh icra məmuru x təqdim olunan sənədlərin araşdırılması nəticəsində tutduğu vəzifəyə uyğunsuzluğu barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 iyul tarixli 2-1(82)-2333/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 sentyabr tarixli 2-1(103)-2302/2019 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmı şdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. İddiaçının və vəkilinin nəzərinə çatdırılmışdır ki, işin materiallarına görə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 sentyabr tarixli qərardadı iddiaçıya 2019-cu il 2 oktyabr tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkil ilə təmin olunma barədə ərizəni iddiaçı 2019-cu il 14 noyabr tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra məhkəməyə təqdim edilmişdir. Prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsasland ırılmış vəsatəti məhkəməyə təqdim etməyi təklif olunmuşdur. Şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə işdə iştirak edən şəxslərin iştirakı ilə baxılması 2020-ci il 25 fevral tarixə təyin edilmiş, icraatın iştirakçılarına bu barədə məlumat verilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili məhkəmə iclasında çıxış edərək şikayət üzrə kasasiyanın mümkün sayılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə baxmağı və qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsin in mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 2019-cu il 12 sentyabr tarixli qərardadı iddiaçıya 2019-cu il 2 oktyabr tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkil ilə təmin olunma barədə ərizəni iddiaçı 2019- cu il 14 noyabr tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra məhkəməyə təqdim edilmişdir. Beləliklə, prosessual müddət ötürülmüşdür. Prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyinə dair sübutlar və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatət məhkəməyə təqdim olunmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 90, 96.2, 96.3-cü maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 sentyabr tarixli 2-1(103)-2302/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan i mtina edilir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-699/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-699/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver