Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-699/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Balakən rayonu Katex Bələdiyyəsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi, şikayət üzrə apelyasiya icraatının mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştira kı ilə, İddiaçı Balakən rayonu Katex Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (xxxx üçüncü şəxs olmaqla) üçüncü şəxs xxxxnın adına tərtib edilmiş 01.04.2019-cu il tarixli A seriyalı xxxx nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)118/2021 saylı 05 fevral 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Balakən rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli qərarına əsasən, kənd təsərrüfa tı məhsullarının istehsalı məqsədilə 0.54 ha (1792R nömrəli planşetlə 2585.56 kv.m, 1792 nömrəli planşetlə 1306 kv.m və 1792A nömrəli planşetlə 1480.08 kv.m) torpaq sahəsi X1 və X3 birgə mülkiyyətinə verilmiş və bununla bağlı JN1792 kod 40105018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı hazırlanmışdır. 2. xxxx (əvvəlki soyadı xxxx) xxxx JN-1792 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nda 1792R planşet nömrəsi ilə qeyd olunan məqsədli istifadə növü əkin olan 2585.56 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə (bundan sonra DƏDRX-nin 18 saylı Ərazi İdarəsi yazılacaq) müraciət etmiş, lakin sonuncu bundan imti na etmiş və 08.02.2018-ci il tarixli məktubla bildirmişdir ki, torpağa mülkiyyət hüququna dair JN-1792 kod 40105018 nömrəli dövlət aktının 1792R nömrəli planşet hissəsində qeyd olunan 0.2585 ha torpaq sahəsi barədə məlumatlar İdarədə mövcud olan elektron baza xəritələrində BEF torpağı kimi öz əksini tapmışdır. Həmçinin, Katex Bələdiyyəsinin 02.02.2018-ci il tarixli 13 nömrəli məktubunda 0.26 ha torpaq sahəsinin qardaşı X4 istifadəsində olan ərazi olduğu qeyd edilmişdir. 3. xxxx cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair JN seriyalı 1792 nömrəli dövlət aktında 1792R planşet nömrəsi ilə qeyd olunan məqsədli istifadə növü “əkin” olan 2585.56 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində onun və məhrum anası X1 h üquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir.
4. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01.08.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, torpağa mülkiyyət hüququna dair JN seriyalı 1792 nömrəli dövlət aktında 1792R planşet nömrəsi ilə qeyd olunan məqsədli istifadə növü əkin olan 2585.56 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçı xxxx və məhrum anası X1 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
5. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra qərardan çıxarış icra edilməsi üçün cavabdeh DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə göndərilmişdir. Qərarın icrası ilə əlaqədar olaraq, DƏDRX-ni n 18 saylı Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 01.04.2019cu il tarixli A-xxxx nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədi verilmişdir.
6. İddiaçı cavabdehə müraciət edərək, xxxxnın adına verilmiş 01.04.2019-cu il tarixli A-xxxx nömrəli «Torpaq sahəsinin planı və ölçüsü»nün ləğv edilməsini və dövlət aktındakı koordinatlara uyğun yeni sənədin verilməsini xahiş etmişdir.
7. Cavabdeh 28 oktyabr 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, «Torpaq sahəsinin planı və ölçüsü» sənədi məhkəmə qərarı əsasında verildiyinə görə onun ləğv edilməsi İdarənin səlahiyyətləri daxilində deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məh kəməsindəki icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs xxxxnın adına tərtib edilmiş 01.04.2019-cu il tarixli, A seriyalı xxxx nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpağa mülkiyyət hüququna dair JN1792 nömrəli dövlət aktındakı koordinatlara əsasən, xxxxnın torpağı başqa yerdə olduğu halda, cavabdeh torpağı sürüşdürərək bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin üstünə işləmişdir. Halbuki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01.08.2018-ci il tarixli qərarında torpağın sürüşdürülüb başqa yerdən verilməli olması qeyd edilməmişdir.
10. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir. Etirazın əsaslarını imtina məktu bunda qeyd edilənlər təşkil edir.
11. Şəki İnzibati Məhkəməsinin 2-1(116)364/2020 saylı, 20 fevral 2020-ci il tarixli qərarı ilə (hakim:V.K.Qasımov) iddia təmin edilməmiş, iş üzrə prosessual xərclərin iddiaçıya aid edilməsi, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 86.40 manat xərcin ondan alınaraq «xxxx» MMC-yə ödənilməsi qərara alınmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, hazırda mübahisələndirilən A seriyalı xxxx nömrəli, 01.04.2019-cu il tarixli «Torpaq sahəsinin planı və ölçüsü»ndə 0.2585 ha torpaq sahəsinin koordinatları JN-1792 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nın 1792R nömrəsi ilə qeyd olunan 2585.56 kv.m torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür, yəni «Torpaq sahəsinin planı və ölçüsü» Katex Bələdiyyəsinə deyil, xxxxna və X2 məxsus olan torpaq sahəsinə tərt ib edilmiş, hər hansı kənaraçıxmaya yol verilməmişdir. Ona görə də cavabdeh həmin sənədi ləğv etməməkdə haqlı olmuşdur.
13. İddiaçı həmin qərardan apelyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə vermişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-206/2020 saylı, 24 iyul 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: R.R.Rəfiyev və R.Ə.Əliyev) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2-1(116)-364/2020 saylı qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
15. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozaraq iddianın mümkünlük şərtlərini yoxlamadan, Balakən rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli 01 nömrəli qərarının hazırda qüvvədə olmasını nəzərə almadan iddia tələbini mümkün saymış, eyni zamanda iddia tələbinin dəyişdirilməsinə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı iddiaçıya bu barədə hüqüqi yardım göstərməmişdir.
16. Apelyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1880/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: İ.Ə.Şəfiyev, hakimlər: Z.M.Quliyev və R.S.Nəbizadə) iddia çının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-206/2020 saylı, 24 iyul 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş apelyasiyanın mümkünlüyü əsaslarının yoxlanması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayəti vermə müddətini ötürdüyü, müddətin bərpa olunması barədə ərizə yazdığı halda bu məsələni araşdırmamış, 06.05.2020-ci il tarixli qərardadında da buna qiymət verməmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
19. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-118/2021 saylı, 05 fevral 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: G.Q.Abbasov, hakimlər: M.M.Hüseynov və E.Ş.Hüseyno v) Şəki İnzibati Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 21(116)-364/2020 nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında iddiaçının ərizəsi təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti mümkün sayılmamışdır.
20. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsində göstərdiyi hal müddətin ötürülməsi səbəbinin üzrlü səbəb hesab edilməsi üçün əsas ola bilməz.
21. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək onun ləğv edilməsini və işin baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞT İRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
22. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, şikayətin gecikdirilmə səbəbi dünyada, eləcə də respublikada olan pandemiya ilə bağlı olmuşdur. Bələdiyyənin hüquqlarını müdafiə edən vəkil riskli yaş qrupuna daxil olduğu üçün TƏBİB tərəfindən edilmiş məsləhətə əsasən yaşadığı evdən çıxmamışdır.
23. Bundan əlavə, bələdiyyənin nümayəndəsi çox ağır şəkər xəstəsidir və həmin dövrdə, yəni mart 2020-ci il tarixdən aprel 2020-ci il tarixədək evdə həkim nəzarəti altında müalicə olunmuşdur. Məhz yuxarıda qeyd edilən səbəblərdən apelyasiya şikayəti vermə müddəti ötürülmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. Üçüncü şəxs xxxx kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
25. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
26. Cavabdeh 21 aprel 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək kassasiya şikayəti ilə bağlı hər hansı əlavələrinin olmadığını bildirmiş və nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.
27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi müm kün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəz ərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 85.1 Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSA SİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
31. İş materiallarından görünür ki, hazırkı iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qərarının surəti iddiaçı Katex Bələdiyyəsinə 28.02.2020-ci il tarixli məktubla göndərilmiş, 28.02.2020-ci il tarixdə poçt müəssisəsinə verilmiş və 04.03.2020-ci il tarixdə “Osmanov” soyadlı şəxsə təqdim olunmuşdur. İddiaçının 28.04.2020-ci il tarixdə imzalanmış apellyasiya şikayəti Şəki İnzibati Məhkəməsində 04.05.2020-ci il tarixdə qeydiyy atdan keçmişdir. İddiaçının qərardan şikayət vermə müddətinin axımı 04.03.2020-ci il tarixdən başlanmışdır. Beləliklə, apelyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş 30 (otuz) günlük müddətin iddiaçı tərəfindən ötürülməsi mübahisəsizdir.
32. İddiaçı özü də müddətin ötürülməsini mübahisə etmir. Mübahisələndirilən hal müddətinin ötürülməsinin üzürlü və ya üzürsüz səbəblərdən baş verməsi ilə bağlıdır. İddiaçı bu barədə ərizə verərək müddətin ötürülməsi səbəblərinin üzrlü hesab edilərək bərpa olunmasını xahiş etmiş, yuxarıda qeyd edildiyi kimi, apelyasiya instansiyası məhkəməsi ərizəni təmin etməmişdir.
33. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq onu əsaslı hesab edir.
34. Qeyd olunmalıdır ki, elan olunmuş karantin rejimi vətəndaşların və y a inzibati orqanların məhkəmələrə müraciət etməsinə, apelyasiya şikayəti təqdim etməsinə maneə olan hal deyildir. Karantin müddəti ərzində fiziki və hüquqi şəxslərin ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin poçt vasitəsilə və ya elektron şəkildə qəbulu təmin olunmuşdur. Hazırkı iş üzrə iddiaçı da göstərilən qaydalara uyğun olaraq məhkəmə qərardadından apelyasiya şikayəti verə bilərdi. Odur ki, iddiaçının bu barədə dəlili əsassızdır.
35. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı apellyasiya şikayətini Şəki İnzibati Məhkəməsinə şəxsən təqdim etməmiş, apellyasiya şikayətini Katex Bələdiyyəsinin ərazisində yerləşən Balakən rayonu Katex kəndində fəaliyyət göstərən poçt müəssisəsi vasitəsi ilə göndərmişdir. Bu hal apelyasiya şikayəti göndərilmiş zərfin üzərindəki möhürlə təsdiq edilir. 3
6. Daha sonra iddiaçı bildirir ki, bələdiyyənin nümayəndəsi çox ağır şəkər xəstəsidir və həmin dövrdə, yəni mart 2020-ci il tarixdən aprel 2020-ci il tarixədək evdə həkim nəzarəti altına müalicə olunmuşdur. Məhz yuxarıda qeyd edilən səbəblərdən apelyasiya şikayəti vermə müddəti ötürülmüşdür.
37. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, əvvəla iddiaçı mart 2020-ci il tarixdən aprel 2020-ci il tarixədək xəstə olması barədə hər hansı bir sənəd təqdim etməmişdir, digər tərəfdən kassasiya şikayətinə əlavə edilmiş yeganə tibbi arayışda isə bələdiyyə sədrinin 2019-cu ilin iyun ayında əməliyyat olunduğu qeyd edilmişdir.
38. Bütün bu hallar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı kassasiya şikayəti vermə müddətini heç bir üzrlü səbəb olmadan buraxmışdır.
39. Məhkəmə ko llegiyası həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında bildirdiyi hüquqi mövqeyinin göstərilməsini zəruri hesab edir. Həmin qərarda bildirilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.
40. Məhkəmə kollegiyası hesab edir ki, ərizədə göstərilən dəlillər prosessual müddətin ötürülməsi səbəbinin üzürlü hesab ed ilməsinə əsas vermir. Odur ki, apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət iddiaçı tərəfindən üzürsüz səbəblərdən ötürüldüyündən apelyasiya instansiyası məhkəməsi iddiaçının şikayəti üzrə аpelyаsiyа icraatını mümkün saymamaqda haqlı olmuşdur.
41. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-118/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tari