Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-699/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy inin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2-1(103)-2422/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus NZ seriyalı, ******* nömrəli hərbi bilet ilə müəyyən olunmuşdur ki, İddiaçı 10 may 1980-cı il tarixdən 1 iyul 1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus İT-İ seriyalı, № ******* saylı əmək kitabçası ilə müəyyən edilmişdir ki, iddiaçı 19 yanvar 1979-cu ildən 3 dekabr 1979-cu ilədək 26 Komissar a dına Bartaz üzümçülük sovxozunda 1 saylı briqadada fəhlə işləmiş, 3 dekabr 1979-cu ildə həmin sovxozda sürücü təyin edilmiş, 28 aprel 1980-ci ildə sürücü vəzifəsindən azad edilmiş, 9 noyabr 1982-ci ildə Zəngilan rayon heyvan xəstəlikləri ilə mübarizə stansiyasında Çöpədərə-Baytar sahəsinə sürücü təyin edilmiş, 30 sentyabr 1985-ci ildə sürücü vəzifəsindən azad edilmiş, 26 noyabr 1985-ci ildə 86 saylı Xüsusi İdarənin Mincevan 2 saylı məntəqəsinə qazmaçı köməkçisi vəzifəsinə təyin edilmiş, 17 yanvar 1989-cu il tarixdə ştatın ixtisara salınması ilə əlaqədar tutduğu vəzifədən kənarlaşdırılmış, 28 mart 1989-cu ildə X16 Ordubad sahəsində operator köməkçisi vəzifəsinə qəbul edilmiş, 3 may 1989-cu ildə Bartaz sahəsində yol fəhləsi vəzifəsinə keçirilmiş, 1 avqust 1991-ci il tarixdə DSU sexinə qroxot ovşik vəzifəsinə keçirilmiş, 1 dekabr 1994-cü il tarixdə “Aztəmirenerjimexanikləşdirmə” İdarəsinin Əli-Bayramlı sahəsində istilik elektrik stansiyalarının boru və qazanxana sexlərinin istilik mexaniki avadanlığının təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmiş, 1 aprel 1997-ci ildə köçürmə yolu ilə “Təmirmexanikləşdirmə” sexinə (Əli-Bayramlı sahəsi) mexanikləşdirmə üzrə çilingər peşəsinə qəbul edilmiş (1 fevral 1998-ci il tarixdə Sumqayıt mexaniki yığma və boru əymə sahəsi “Təmirmexanikləşdirmə” sahəsi ilə birləşdirilərək Sumqayıt “Mexanizasiyaların təmiri mexaniki yığma və boru əymə” sexi adlandırılmışdır (Əli-Bayramlı sahəsi), bu sahədə qazan və turbin avadanlığının təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş, 15 may 2002-ci ildə işdən azad olunmuş, 16 may 2002-ci ildə "xxxx" ASC "xxxx" MMC-də Kran yolları və kompressor təsərrüfatı sexinin Əli-Bayramlı sahəsinə qazan və qaz turbin avadanlıqlarının təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş, 2 yanvar 2003-cü ildə "xxxx" ASC-nin 27 dekabr 2003-cü il tarixli əmrinin icrası ilə əlaqədar "xxxx" MMC-nin Kran yolları və kompressor təsərrüfatı sexinin Əli-Bayramlı sahəsi Əli-Bayramlı DRES-in tərkibinə daxil olduğu üçün elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri mexaniki emalatxana sahəsinin tabeliyinə verilmiş, 1 avqust 2006-cı ildə həmin sexdə 6-cı dərəcəli çilingər işinə keçirilmiş, 6 fevral 2009-cu ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, 9 fevral 2009-cu ildə "xxxx" ASC-də Sənaye Tİ 3 saylı tikinti sahəsinə (Şirvan) betonçu vəzifəsinə təyin edilmiş, 1 iyun 2009-cu ildə cənub layihəsinin tikinti sahə sinə quraşdırıcı çilingər vəzifəsinə keçirilmiş, 14 sentyabr 2011-ci ildə həmin layihənin MA və MKQ sahəsinə quraşdırıcı çilingər keçirilmiş, 1 fevral 2013-cü ildə Sənaye, tikinti və istehsal idarəsinin Lerik quraşdırma sahəsinə quraşdırıcı çilingər keçirilmiş, 12 fevral 2014-cü ildə Mexaniki, hidrotexniki və elektrik avadanlıqlarının quraşdırılması sahəsinə quraşdırıcı çilingər keçirilmiş, 1 may 2014-cü ildə Quraşdırma sahəsinə quraşdırıcı çilingər keçirilmiş, 5 yanvar 2015-ci ildə MAQİ-nin turbin avadanlıqlarının quraşdırılması sexinə quraşdırıcı çilingər keçirilmiş, 2 mart 2015-ci ildə MAQ və T İdarəsi adlandırılmış, 8 yanvar 2016-cı ildə həmin idarənin 2 saylı İQ sahəsinin quraşdırma bölməsinə quraşdırıcı çilingər keçirilmiş, 8 iyun 2017-ci ilə həmin idarənin həmin sahəsinin quraşdır ma bölməsinə quraşdırıcı çilingər peşəsinə keçirilmiş, 3 iyul 2017-ci ildə həmin idarənin 1 saylı İQ sahəsinin quraşdırma sahəsinə quraşdırıcı çilingər peşəsinə keçirilmiş, 7 avqust 2019-cu ildə əmək müqaviləsinə xitam verilmiş, 11 avqust 2019-cu ildə "xxxx" MMC-nin Quraşdırma Sazlama İdarəsinə çilingər vəzifəsinə təyin edilmiş, 1 oktyabr 2019-cu ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, 2 oktyabr 2019-cu ildə "xxxx" ASC "xxxx" MMC-də ES üzrə avadanlıqların təmiri, quraşdırılması və saxlanması idarəsi, modul tipli ES-də mexaniki avadanlıqlar üzrə təmir-quraşdırma və sazlama xidmətinə çilingər vəzifəsinə işə qəbul edilmişdir. 3. "xxxx" QSC İnfrastruktur Departamenti 2 nömrəli X10 26 sentyabr 2019-cu il tarixli, 28 nömrəli arayışı ilə müəyyən olunmuşdur ki, iddiaçı 1 avqust 1991-c i ildən 31 dekabr 1993-cü ilə qədər Azərbaycan Dəmir Yolu X12 qroxotçu (şadaraçı) vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar, 12 saylı qərarı ilə təsdiq edilmiş müvafiq siyahıya uyğun olaraq “Özül materialların hasilatı, yenidən emalı və nəql edilməsi” bəndinə əsasən güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Həmin vəzifədə iş stajı 2 il 5 ay təşkil edir. 4. "xxxx" QSC İnfrastruktur Departamenti 8 nömrəli saatlı Yol Sahəsinin 4 iyun 2019cu il tarixli, 219 saylı arayışı ilə müəyyən olunmuşdur ki, iddiaçı 4 yanvar 1994-cü il tarixdən Azərbaycan Dəmir Yollarının 8 nömrəli Saatlı yol distansiyasında əmək fəaliyyətinə başlamışdır. 4 yanvar 1994-cü il tarixdən Baş Şirvan məntəqəsinə yol mantyoru işinə qəbul edilmişdir. 5 yanvar 1995-ci il t arixdən işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş müvafiq siyahıya uyğun olaraq magistral dəmir yolunun əlaqə şəbəkəsinin işçiləri güzəştli şərtlərlə pensiya hüququna malikdir.
5. Azərbaycan Respublikası "xxxx" ASC “X11 Stansiyası” MMC-nin 27 avqust 2019cu il tarixli, 20/206/17/138 saylı güzəştli arayışı ilə müəyyən olunmuşdur ki, iddiaçı 2 yanvar 2003-cü ildən 6 fevral 2009-cu ilə kimi “X11 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin sexinin işini təmin edən mexaniki emalatxana sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa g örə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü fəslinə əsasən elektrik çilingərləri güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 6. "xxxx" QSC İnfrastruktur Departamenti 2 nömrəli X10 31 oktyabr 2019-cu il tarixli, 29 nömrəli arayışı ilə müəyyən olunmuşdur ki, iddiaçı 28 mart 1989-cu ildən 3 may 1989cu ilə qədər Azərbaycan Dəmir Yolu X16nun Ordubad sahəsində 2-ci dərəcəli operator köməkçisi vəzifəsində işləmişdir. 3 may 1989-cu ildən həmin zavodun Bartaz sahəsinə operator köməkçisi vəzifəsindən 2-ci dərəcəli yol fəhləsi vəzifəsinə dəyişdirilmişdir. 3 may 1989-cu ildən 1 avqust 1991-ci ilə qədər 2-ci dərəcəli yol fəhləsi vəzifəsində işləmişdir. 7. "xxxx" ASC-nin 30 may 2019-cu il tarixli, 01-ZP/431 saylı güzəştli arayışı i lə müəyyən olunmuşdur ki, iddiaçı 1 aprel 1997-ci ildən 15 may 2002-ci ilədək “Azərenerji" Dövlət Şirkətinin İstehsalat-Təmir Müəssisəsinin Əli-Bayramlı Təmir Mexanikləşdirmə sahəsində və Sumqayıt Mexaniki yığma və boruəymə sahəsində Qazan və Turbin Avadanlıqlarının təmiri üzrə çilingər, 9 fevral 2009-cu ildən halhazırkı dövrədək "xxxx" ASC-nin Sənaye Tikinti İdarəsinin 3 Saylı Tikinti sahəsində betonçu, “Cənub Layihə”-nin Lerik tikinti sahəsində quraşdırıcı çilingər, Mexaniki, Hidrotexniki və X1 sahəsində quraşdırıcı çilingər, X2 və Təmiri İdarəsinin Turbin Avadanlıqlarının Quraşdırılması sexində quraşdırıcı çilingər və 1 Saylı Tikinti Quraşdırma Sahəsinin Quraşdırma bölməsində quraşdırıcı çilingər işləmişdir. Göstərilən peşələr, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2 007ci il tarixli, 12 nömrəli Qərarının 24-cü və 29-cu fəsillərinə əsasən X4xana, turbin (buxar-qaz turbini) avadanlıqlarının təmiri, yanacagötürmə avadanlığına və onların işini təmin və xidmət edən çilingərlərin və bina, qurğu və digər obyektlərin inşası, qurulması, texniki təchizati, bərpası və təmiri üzrə quraşdırıcı çilingərlərin işi bilavasitə zərərli peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 15 il, 5 ay, 8 gün təşkil edir. "xxxx" ASC-nin 23 yanvar 2002-ci il tarixli, 13 saylı əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx" ASC-nin 12 fevral 2004-cü il tarixli, AÜ 032 saylı əmrinə əsasən, "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin 4 mart 2005-ci il tarixli, AÜ 040 nömrəli əmrinə əsasən isə "xxxx" MMC adlandırılmışdır. Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin 9 oktyabr 2008-ci il, 323 nömrəli Sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır. 8. "xxxx" ASC-nin 13 yanvar 2020-ci il tarixli, 01-ZP/07 saylı “İşin xarakteri haqqında” arayışı ilə müəyyən olunmuşdur ki, iddiaçı 1 aprel 1997-ci ildə "xxxx" Dövlət Şirkətinin İstehsalat-təmir müəssisəsinin Qazan və Turbin Avadanlıqlarının Təmiri üzrə Əli-Bayramlı Təmir Mexanikləşdirmə sahəsində çilingər peşəsinə işə qəbul edilmiş, 1 fevral 1998-ci ildə Qazan turbin avadanlıqlarının təmiri sahəsində çilingər dərəcəsi verilmiş, 1 iyul 2000-ci ildə həmin sahədə 5-ci dərəcəli çilingər dərəcəsi verilmiş və 15 may 2002-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-c u maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. 16 may 2002-ci ildə "xxxx" ASC-nin "xxxx" MMC-nin Kran Yolları və kompressorlar təsərrüfatı sexinin Əli-Bayramlı sahəsinə Qazan və Qazanxana avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsinə işə qəbul edilmişdir. 2 yanvar 2003-cü ildə "xxxx"ASC-nin AÜ/193 №-li, 27 dekabr 2003cü il tarixli Əmrinin icrası ilə əlaqədar olaraq Əli-Bayramlı sahəsinin Qazan və Qazanxana avadanlıqlarının təmiri sahəsinin işçiləri enerji sisteminin işinin fasiləsiz idarə olunması və Elektrik Stansiyasında təmir işlərinin operativ şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Əli-Bayramlı Dövlət Rayon X3 emalat-xanasının tabeçiliyinə verilmişdir. 9 fevral 2009-cu ildə "xxxx" ASC-nin Sənaye Tikinti İdarəsinin Şirvan 3 nömrəli Tikinti sahəsinə be tonçu peşəsinə işə qəbul edilmiş, 1 iyun 2009-cu ildə həmin sahədə quraşdırıcı çilingər peşəsinə keçirilmiş, 14 sentyabr 2011-ci ildə Mexaniki Avadanlığın və Metal konstruksiyaların quraşdırılması sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər peşəsinə keçirilmiş, 7 avqust 2019-cu ilədək X5 Tikinti sahəsinin 1 nömrəli Tikinti İdarəsində, 2 Sayli Tikinti Quraşdırma Sahəsində, 1 Saylı Tikinti Quraşdırma Sahəsində quraşdırıcı çilingər peşəsində işləmiş və 7 avqust 2019cu ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən peşə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 24-cü fəslinə əsasən X4 və Qazanxana avadanlıqlarının təmiri üzrə çilingərlərin işi (İddiaçı əmək fəaliyyəti 1 aprel 1997-ci ildən 2 yanvar 2003-cü ilədək dövrü əhatə edir) bilavasitə zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 6 il, 8 ay, 26 gün təşkil edir.
9. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
10. Cavabdeh 24 dekabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edildiyini bildirmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi 15 fevral 1979-cu il tarixli, İT-İ seriyalı ******* nömrəli əmək kitabçasında 28 mart 1989-cu il – 1 dekabr 1994-cü il tarixləri arasındakı dövr ərzində Azərbaycan Dövlət Dəmir yolu Ordubad sah əsində operator vəzifəsində, 1 dekabr 1994-cü il – 1 aprel 1997-ci il tarixləri arasındakı dövr ərzində “Azərenerjimexanizasiya” idarəsinin Əli-Bayramlı sahəsində çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Bundan başqa, "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol Sahəsinin ona dair 4 iyun 2019-cu il tarixli, 219 nömrəli arayışında 4 yanvar 1994-cü il – 5 yanvar 1995-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə yol mantyoru vəzifəsində işlədiyi göstərilmişdir. Qeyd olunan məlumatların və adıçəkilən müəssisələr tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı tərəflərindən aidiyyəti üzrə 9 aprel 2020-ci il və 6 mart 2020-ci il tarixlərində sorğular verilmişdir. Eyni zamanda, COVİD-19 virusunun yayılmasının qarşısının alınması məq sədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejimində güzəştli iş stajı ilə bağlı hazırda müvafiq yoxlama aparılması mümkün olmaması haqqında 16 aprel 2020-ci il tarixində mərkəzi filial tərəfindən iddiaçının ünvanına məktub göndərilmişdir. 9 aprel 2020ci il tarixli sorğuya daxil olmuş müvafiq cavabda “Azərenerjimexanizasiya” idarəsinin ƏliBayramlı sahəsinin arxiv sənədlərinin dövlət arxivinə təhvil verilmədiyi üçün adıçəkilən müəssisədə onun əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edəcək hər hansı sənəd aşkar edilmədiyi bildirilmişdir. 6 mart 2020-ci il tarixli sorğularına isə bugünədək heç bir cavab verilməmişdir. Buna görə də, 28 mart 1989-ci il – 1 aprel 1997-ci il tarixləri arasındakı dövrü iddiaçının əmək stajına d axil etmək mümkün olmadığından, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (18 il 2 ay) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
11. İddiaçı 4 fevral 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 57 yaşının tamam olduğu 20 iyul 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 19 yanvar 1979-cu il tarixdə 26 Komissar adına Bartaz üzümçülük sovxozunda 1 saylı briqadada fəhlə təyin edilmiş, 3 dekabr 1979-cu il tarixdə həmin sovxozda sürücü təyin edi lmiş, 28 aprel 1980-cı il tarixdə Zəngilan rayon hərbi komissarlığının göndərişi əsasında hərbi xidmətə getmiş, ona görə də sürücülükdən azad edilmişdir. İddiaçı 9 noyabr 1982-ci il tarixdə Zəngilan heyvan xəstəlikləri ilə mübarizə stansiyasında Çöpədərə-Bartaz sahəsinə sürücü təyin edilmiş, 30 noyabr 1985-ci il tarixdə həmin vəzifədən azad olunmuş, 26 noyabr 1985-ci il tarixdə 86 nömrəli Xüsusi idarədə qazmaçı vəzifəsinə təyin edilmiş, 17 yanvar 1989-cu ildə ixtisara düşmüş, 28 mart 1989-cu il tarixdə X12 2-ci dərəcəli operator vəzifəsinə qəbul edilmiş, 1 avqust 1991-ci il tarixdə üçüncü dərəcə ilə DSU sexinə qroxotovşik peşəsinə keçirilmişdir. İddiaçı 1 dekabr 1994-cü il tarixdə “Azərenerqomexanizasiya” idarəsinə istiləşdirmə üzrə çilingər vəzifəsinə qəbul edilmiş, 1 aprel 1997-ci il tar ixdə köçürmə yolu ilə Təmirmexanikləşdirmə sexinə mexanikləşdirmə üzrə çilingər peşəsinə qəbul edilmiş, 1 fevral 1998-ci il tarixdə Sumqayıt Mexanizasiyaların təmiri, mexaniki yığma və boru əymə sexində çilingər peşəsinə keçirilmiş, 15 may 2002-ci ildə işdən azad olunmuşdur. 16 may 2002-ci ildə "xxxx" ASC-nin Kran yolları və kompressorları təsərrüfatı sexinin Əli-Bayramlı sahəsinə çilingər peşəsinə qəbul edilmiş, 9 fevral 2009-cu ildə "xxxx" ASC-də betonçu vəzifəsinə qəbul edilmiş, 1 iyun 2009-cu il tarixdə çilingər vəzifəsinə keçirilmiş, 7 avqust 2019-cu il tarixə qədər müxtəlif dərəcələr üzrə çilingər peşəsində işləmişdir. İddiaçı 14 avqust 2019-cu ildə "xxxx" MMC-də çilingər vəzifəsinə təyin edilmişdir. İddiaçı cavabdehə müraciət edərək güzəştli şərtlərlə ona pensiya təyin olunması barə də müraciət etmiş, lakin cavabdeh heç bir əsas göstərmədən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir.
13. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
14. Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-4099/2021 nömrəli qərarı (hakim X6) ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 20 iyul 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajının 25 ildən az (18 il 2 ay) ol duğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh iddiaçının 28 mart 1989 – 1 aprel 1997-ci il tarixləri arasındakı dövrü əmək stajınıza daxil etməyin mümkün olmadığını bildirsə də, əmək kitabçasına əsasən həmin dövrlərdə iddiaçı 28 mart 1989-cu ildə X16 Ordubad sahəsində 2-ci dərəcəli operator köməkçisi vəzifəsinə qəbul edilmiş, 2 may 1989-cu ildə Bartaz sahəsində 2-ci dərəcəli yol fəhləsi vəzifəsinə keçirilmiş, 1 avqust 1991-ci il tarixdə üçüncü dərəcə ilə DSU sexinə qroxotovşik peşəsinə keçirilmiş, 1 dekabr 1994-cü il tarixdə “Aztəmirenerjimexanikləşdirmə” Əli-Bayramlı sahəsində istilik elektrik stansiyalarının boru və qazanxana sexlərinin istilik mexaniki avadanlığının təmiri üzrə 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmi ş, 1 aprel 1997-ci ildə köçürmə yolu ilə Təmirmexanikləşdirmə sexinə (Əli-Bayramlı sahəsi) mexanikləşdirmə üzrə 3-cü dərəcəli çilingər peşəsinə qəbul edilmişdir. Beləliklə, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir. Həmçinin əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Yuxarıda qeyd olunan tarixlər və hərbi xidmət müddəti nəzərə alındıqda, 1 yanvar 2006-cı il tarixədək iddiaçının 26 il 2 ay 21 gün ümumi sığorta stajına malik olduğu müəyyən edilmişdir. Odur ki, cavabdehin imtinası əsassızdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd etmişdir ki, iddiaçı 26 noyabr 1985-ci ildən 17 yanvar 1989-cu ilədək 86 saylı Xüsusi İdarənin Mincevan 2 saylı prorab məntəqəsinə qazmaçı köməkçisi vəzifəsində, 1 avqust 1991-ci ildən 31 dekabr 1993-cü ilədək Azərbaycan Dəmir Yolu X12 qroxotçu (şadaraçı) vəzifəsində, 4 yanvar 1994-ci il tarixdən 5 yanvar 1995-ci il tarixədək Azərbaycan Dəmir yolunun Saatlı yol distansiyasında yol mantyoru, 1 dekabr 1994-cü il tarixdən 1 aprel 1997-ci ilədək “Aztəmirenerjimexanikləşdirmə” Əli-Bayramlı sahəsində istilik elektrik stansiyalarının boru və qazanxana sexlərinin istilik mexaniki avadanlığının təmiri üzrə çilingər, 1 aprel 1997-ci ildən 15 may 2002-ci ilədək "xxxx" Dövlət Şirkətinin İstehsalattəmir müəssisəsinin Qazan və Turbin Avadanlıqlarının Təmiri üzrə Əli-Bayramlı Təmir Mexanikləşdirmə sahəsində çilingər, 16 may 2002-ci ildən 9 fevral 2009-cu ilədək "xxxx" ASC-nin "xxxx" MMC-n in Kran Yolları və kompressorlar təsərrüfatı sexinin Əli-Bayramlı sahəsinə Qazan və Qazanxana avadanlıqlarının təmiri üzrə çilingər vəzifələrində işləmişdir (14 il 05 ay). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edi lmişdir. İddiaçının işlədiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur (Mincevan 2 saylı prorab məntəqəsinə 3-cü dərəcəli qazmaçı köməkçisi - İ Bölmə Dağ-mədən işləri, bənd 1 Açıqda dağ-mədən işləri və yer səthində işlər («a» fəhlələr), kod 2010100a-17495 yer səthi işlərində qazmaçılar; Azərbaycan Dəmir Yolu X12 qroxotçu (şadaraçı) vəzifəsi - İ Bölmə Dağ-mədən işləri, bənd 3 - özül materialının hasilatı, yenidən emalı və nəql edilməsi («a» fəhlələr), kod 2010300a-11765 şadaraçılar; Azərb aycan Dəmir yolunun Saatlı yol distansiyasında yol montyoru - XXVİİİ Bölmə. Nəqliyyat, bənd 1 - Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər, kod 23001000-19825 magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları; “Aztəmirenerjimexanikləşdirmə” Əli-Bayramlı sahəsində istilik elektrik stansiyalarının boru və qazanxana sexlərinin istilik mexaniki avadanlığının təmiri üzrə çilingər, "xxxx" Dövlət Şirkətinin İstehsalat-təmir müəssisəsinin Qazan və Turbin Avadanlıqlarının Təmiri üzrə Əli-Bayramlı Təmir Mexanikləşdirmə sahəsində çilingər, "xxxx"ASC-nin "xxxx" MMC-nin Kran Yolları və kompressorlar təsərrüfatı sexinin ƏliBayramlı sahəsinə Qazan və Qazanxana avadanlıqlarının təmiri üzrə çilingə r - Xİİİ Bölmə. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı («a» fəhlələr), kod 2140000a- 18455 qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərlər). Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və peşələr qeyd olunan Siyahıya uyğundur və 1 yanvar 2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 14 il 05 ay). İddiaçının təqdim etdiyi iş yerindən arayışlarda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Beləliklə, 1 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək sta jı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən iddiaçının 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
16. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2-1(103)-2422/2021 nömrəli qərarı (hakimlər X9-sədrlik edən və məruzəçi, X7 və X8) ilə Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəmə sinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. kassasiya şikayətinə etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Re spublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmışdır.
24. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhk əmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmə dən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasi ya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymət ləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2-1(103)-2422/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.