Məhkəmə qərarları › İş №2-1(102)-699/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-699/2023

04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-699/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-440/2022 nömrəli, 5 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-635F KOD 30317018 saylı şəhadətnamə ilə Quba rayon Dövlət Notariat Kontorunun 17 fevral 2005-ci il tarixli 4-ə-105 saylı müqaviləsi ilə satılmış 0,40 hektar torpaq sahəsi (fərdi yaşayış evi, həyətyanı sahə) İddiaçı torpağa mülkiyyət hüququ qeydə alınmı şdır.

2. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdehə müraciət etmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə ərizənin icrasından imtina edərək ona istinad etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı iddiaçının müraciət etdiyi JN-635F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydə alınmamışdır. Quba rayonu, Qəçrəş kəndində həyətyanı torpaq sahəsi verilmiş su byektlərin adlı siyahısında iddiaçının adı qeydə alınmamışdır. “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dəki cizgi elektron məlumat bazasında olan xəritəyə əsasən naturada faktiki istifadə vəziyyətindən fərqlidir. Torpaq sahəsinin faktiki koordinatları elektron məlumat bazasında olan xəritə üzərində kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə kəsişir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 11 fevral 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 0,40 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsasl andırmışdır ki, Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 0.40 hektar torpaq sahəsini Quba rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2005-ci il tarixli 4-Ə-105 reyestrli alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçisindən satın almışdır. Torpaq sahəsi xx.xx.2005-ci il tarixdə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində onun mülkiyyətinə qeydə alınaraq, adına torpağın mülkiyyətə verilməsinə dair JN-635F KOD 30317018 saylı şəhadətnamə verilmiş, bununla da torpaq sahəsinə dair mülkiyyətçi hüquqları əmələ gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan ə mələ gəlir. Qanunvericilikdə həyata keçirilmiş dəyişiklikdən sonra, daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış sayıldığından, xx.xx.2022-ci il tarixdə müvafiq hərəkətləri edib, çıxarış verməsi üçün müraciət etdiyi cavabdeh **********44 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə müraciətindən imtina etmişdir. İddiaçı iddia ərizəsində cavabdehin imtina məktubunun məzmununa istinad edərək göstərir ki, şəhadətnamənin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazİ İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydə alınmaması onun iradəsindən asılı olmayan səbəbdən, hansısa məmurun öz vəzifə öhdəliyini düzgün icra etməməsi ilə bağlı olduğundan, bu hal onun artıq qeydə alınmış mülkiyyət hüququnun pozulması üçün əsas ola bilməz. Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 0.40 hektar torpaq sahəsini Quba rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2005-ci il tarixli 4-Ə-105 reyestrli alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçisindən satın almış və xx.xx.2005-ci il tarixli qeydiyyat həmin alqı-satqı müqaviləsinə əsasən aparılmışdır. O, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə aparılmış və hüquqi qüvvəsini saxlayan qeydiyyata əsasən hazırda daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsini və şəhadətnamədə əksini tapan sxem əs asında texniki pasportun verilməsini istədiyindən, cavabdehin torpaq sahəsinin naturada faktiki istifadə vəziyyətinə əsaslanması qanunsuz olmuşdur. Sadalanan hallar, üçüncü şəxslərin ona qarşı və ya onun üçüncü şəxslərə qarşı müvafiq iddia ilə müraciət etməsinə əsas olmaqla, xx.xx.2005-ci il tarixdə aparılmış və hüquqi qüvvəsini saxlayan qeydiyyata əsasən hazırda daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə maneə olmamışdır. Belə ki, imtinasında istinad etdiyi "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən cavabdeh yalnız torpağın mülkiyyətə verilməsinə dair JN-635F KOD 30317018 saylı şəhadətnamədə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamalı idi. Bundan başqa, 29 iyun 2004-cü il tarixdə 713-İİQ saylı qanunla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilsə də, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə aparılmış qeydiyyat öz hüquqi qüvvəsini saxladığından, satın aldığı və mülkiyyətçi hüquqlarının əmələ gəldiyi torpaq sahəsinə dair əlavə araşdırmaya ehtiyac olmamış, cavabdehin imtinasında qeyd edilənlər müvafiq hərəkətlərin aparılmasından imtina üçün səbəb ola bilməzdi.

6. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddiaçının müraciətinə verilən imtinada göstərilənlər təşkil etmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim L.E.Mirzəyeva) 14 mart 2022-ci il tarixli, 2-1(118)-1111/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək JN-635F KOD 30317018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0, 40 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, sözügedən şəhadətnamə ilə qeydiyyata alınmış 0,40 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur. İddiaçı sözügedən torpaq üzərində mülkiyyət hüququnun qeydiyyata alı nmasını deyil, yeni nümunəli çıxarış verilməsi niyyətindədir və 10 mart 2005ci ildə qeydə alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Apellyasiya icraatı zamanı iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Quba rayonu, Qəçrəş kəndində yerləşən 0,3870 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-440/2022 nömrəli, 5 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: Z.T. Məmmədov -sədrlik edən, H.Ç. Babayeva və F.Ə. Məmmədov) Bakı İnzibati Məhkəməsinin 2-1(118)-1111/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qərarı dəyişdirilmiş, JN-635F KOD 30317018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 0,3870 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması, çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, iddiaçının adına qeyd alınmalı olan torpaq sahəsinin ölçüsünü faktiki müə yyən etməmişdir. İddiaçı iddia ərizəsində torpaq sahəsinin ölçüsünü şəhadətnaməyə istinadən 0,40 ha qeyd etmiş, lakin yuxarıda istinad edilən müayinə aktında və mütəxəssis rəyində torpaq sahəsinin sənəd üzrə 0.40 ha olsa da, faktiki ölçüsünün 0,3870 ha olduğu müəyyən edilmişdir.

13. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə dövlət reyestrindən çıxarışla yanaşı “texniki pasport”un da verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, qanunvericiliyə əsasən torpaq sahələrinə dair texniki pasport deyil “torpaq sahəsinin planı və ölçüsü” sənədi verildiyindən iddia həmin məzmunda təmin edilməlidir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı d eyildir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətində göstərmişdir ki, JN-635 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydə alınmaması, Quba rayonu, Qəçrəş kəndində həyətyanı torpaq sahəsi verilmiş subyektlərin adlı siyahısında hüquq sahibinin adı qeydə alınmamış, JN-635 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə d air Şəhadətnamə”dəki cizgisi elektron məlumat bazasında olan xəritəyə əsasən naturada faktiki istifadə vəziyyətindən fərqli olması, torpaq sahəsinin faktiki koordinatları elektron məlumat bazasında olan xəritə üzərində kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri ilə kəsməsi müəyyən edilmişdir. Bununla yanaşı, JN-635F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nın verilməsinə əsas kimi göstərilmiş 17 fevral 2005-ci il tarixli, 4Ə-105 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabı Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin xx.xx.2021-ci il tarixli arayışına əsasən arxivə təhvil verilməmişdir. Sözügedən alqı-satqı müqaviləsi ümumiyyətlə məhkəməyə təqdim edilməmiş, belə müqavilənin olması isə şübhə altındadır. “Da şınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə əsasən cavabdeh tərəfindən haqlı olaraq imtina vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati icraat haqqında” Qanun: Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab ol unur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə

4. Əvvəllər yaranmış hüquqların tanınması Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və b ağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Maddə 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: Maddə 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Maddə 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; Maddə 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; Maddə 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; Maddə 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; Maddə 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

19. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqınd a” Əsasnamə: 1.1. 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəm iyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb e dilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

26. Avropa İnsan Hüquq ları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

29. Hazırki qərarın 17-ci bəndinin tələblərindən göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmaması üçün olan və alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir.

30. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır.

31. İşin məhkəmələr tərəfindən araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasın ı istisna edən hər-hansı hal müəyyən edilməmişdir. İddiaçının istifadəsində olan torpaq sahəsinin sənəd üzrə və naturadakı koordinatları daşınmaz əmlakın dövlət reyestrində digər şəxslərin adına qeydə alınmış torpaq sahələri ilə üst-üstə düşmür. Faktiki istifadə vəziyyəti üzrə koordinatların şəhadətnamədə göstərilmiş cizgilərdən fərqli olması, konfiqurasiya fərqliliyi isə cavabdeh tərəfindən qeydiyyat prosesində aradan qaldırılmalı olan hallardır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, JN-635F KOD 30317018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun istinad olunan maddələrinə əsasən müvafiq torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün əsas qismində çıxış etdiyindən, habelə həmin şə hadətnamə elektron baza məlumatlarında öz əksini tapdığından cavabdehin imtinasında və kassasiya şikayətində göstərilən dəlillər iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe baxımından JN-635F KOD 30317018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5 və 10.2.1-ci maddələrinə əsasən, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyya tının aparılması üçün əsasdır və cavabdehin həmin qeydiyyatı aparmaqdan imtina edilməsi ilə bağlı istinad etdiyi hallar həmin qanunun 15-ci maddəsində nəzərdə tutulmadığından əsaslı deyildir.

34. Odur ki, cavabdeh kassasiya şikayəti əsassız olduğundan rədd edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-440/2022 nömrəli, 5 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 noyabr 2022-ci il tarixli, 2-1(105)-440/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar