Məhkəmə qərarları › İş №2-1(102)-7/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-7/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-7/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MTK-nın cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin verilməsi barədə sərəncamın ləğv edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: Əmlak Məsələləri Dövlət Xidməti, X4) “torpaq sahəsinin verilməsi barədə sərəncamın ləğv edilməsi” tələbinə dair inz ibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 aprel tarixli, 2-1(103)-335/2021 nömrəli qərarından üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında“ 2017-ci il 13 iyul tarixli, 112 saylı sərəncamı ilə Suraxanı və Xətai rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylı məhəllələrdə yerləşən 2,30 ha torpaq sahəsi hündürmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmişdir.

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhər İcra Hakimiyyəti başçısına ünvanlandığı 2018-ci il 16 avqust tarixli, **********88 saylı məktubunda qeyd edilmişdir ki, dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinə nəzarət məqsədilə komitənin əməkdaşları tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakı şəhəri, Suraxanı rayonu, General Mehmandarov küçəsi, 35 ünvanında yerləşən Müdafiə Nazirliyinin "xxxx" hərbi şəhərciyinin istifadəsində olmuş və Komitənin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına təhvil verilmiş 3.92 ha ərazinin hasara alınması faktı müəyyən edilmişdir. Bununla bağlı aparılan araşdırma zamanı sözügedən ərazinin Bakı Şəhər İcra Hakimiyyəti başçısı nın 2017-ci il 13 mart tarixli, 111 və 112 saylı sərəncamları və 2017-cı il 21 aprel tarixli, 38 saylı və 2017-ci il 4 may tarixli, 49 saylı Ayrıc aktları əsasında hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə müvafiq olaraq "xxxx" Mənzil-Tikinti Kooperativinə və İddiaçı MMC-yə icarə əsasında ayrılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.16.1-ci yarımbəndinə əsasən, müvafiq ərazidə dövlət əmlakının qorunmasının təşkil edilməsi, dövlətin mülkiyyət hüququnun pozulması faktlarına qarşı tədbirlərin həyata keçirilməsi yerli icra hakimiyyətlərinin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli, 586 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı olmadan dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılmasına yol verilmir. Göstərilənləri və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, yuxarıda qeyd olunan ünvanda yerləşən dövlətə məxsus torpaq sahəsində hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə "xxxx" MTK-ya və İddiaçı MMC-yə verilmiş müvafiq sərəncamların ləğv edilməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir.

3. İddiaçınə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 13 mart tarixli, 112 saylı sərəncamının ləğv edilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, 2018-ci il 30 avqust tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 2018-ci il 16 avqust tarixli, **********88 saylı məktubu nəzərə alınaraq, İddiaçınə Suraxanı və Xətai rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347 və 2348 saylı məhəllələrdə yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 13 mart tarixli, 112 saylı sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2018-ci il 18 dekabr tarixdə Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348-ci məhəllələrində yerləşən 3.8 ha boş torpaq sahəsinin İddiaçı MTK-nın istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin 2017-ci il 13 mart tarixli, 112 saylı sərəncamının ləğv edilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin 2018-ci il 30 avqust tarixli, 414 saylı sərəncamının ləğv edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Mənzil-Tikinti Kooperativinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 13 mart tarixli, 112 saylı sərəncamının ləğv edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, 2018-ci il 30 avqust tarixli sərəncamının ləğv edilməsi və həmin sərəncam əsasında ləğv edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında“ 2017-ci il 13 iyul tarixli, 112 saylı sərəncamının icrası istiqamətində aparılmış digər sənədləşdirmə işlərinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 24 avqust tarixli məhkəmə iclasında iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “R.A.N” kiçik müəssisəsinin Bakı şəhəri, Xə tai rayonu, Nobel prospekti, 2207-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 8.0433 hektar olan torpaq sahəsinin geri qaytarılması məqsədilə məhkəməyə müraciət edilmiş, həmin mübahisənin nəticəsi olaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə barışıq sazişi bağlanmış və həmin iş üzrə iddiaçı tərəfə dəymiş zərərin müqabilində Bakı şəhərinin Xətai və Suraxanı rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 məhəllələrində yerləşən 3.8 ha boş torpaq sahəsi cavabdeh tərəfindən təklif edilmiş, bundan əlavə gələcəkdə yerdə qalan 6.433 ha. boş torpaq sahəsinin hündürmərtəbəli binaların tikintisi məqsədilə veriləcəyinə dair öhdəlik götürülmüşdür. Belə ki, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2016-cı il 30 noyabr tarixli, 2-1(88)-3705/2016 saylı qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti ilə yaranmış mübahisənin nəticəsində bağlanmış barışıq sazişi təsdiq edilmiş, həmin barışıq sazişinin şərtlərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti yuxarıda qeyd edilən torpaq sahəsinin ayrılması üçün 2017-ci il 13 mart tarixli, 112 saylı sərəncamı qəbul etmişdir. Həmin sərəncam əsasında Bakı Şəhər İcra Hakimiyyəti ilə 2017-ci il 29 iyun tarixli, 1350 saylı icarə müqaviləsi bağlanmış və torpaq sahəsi 49 il müddətinə icarəyə verilmişdir. İddiaçı tərəfindən torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının inşasına başlamaq üçün bütün sənədləşmə işləri tamamlanmış, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2017-ci il 11 may tarixli, 13256 saylı inşaat pasportu, 17/38 saylı, 2017-ci il 21 aprel tarixli ayrıc aktı, Bakı Şəhər İcra Ha kimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2018-ci il 27 mart tarixli, 18/03-8/761 nömrəli məktubu və 2018-ci il 2 mart tarixli, 37/36-00278 saylı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintiyə X6 tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2018-ci il 20 aprel tarixli, 18/04-188 saylı məktubu ilə təsdiq olunmuş eskiz layihəsi əldə edilmişdir. Bütün sənədləşmələr başa çatdıqdan sonra tikintiyə başlanılmışdır. Lakin ərazini təhlükəsizlik qaydalarına müvafiq olaraq hasarladıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları tərəfindən işlərə müdaxilələr olunmuş, iddiaçı tərəfindən tikintiyə dair bütün sənədlərin nüsxələri komitənin səlahiyyətli şəxslərinə təqdim olunmasına baxmayaraq heç bir məhkəmə qərarı olmadan iddiaçı tər əfin inşa etdiyi hasarlar sökülməyə başlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci il 21 sentyabr tarixdə iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış məktubda qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin hündürmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün icarə əsasında "xxxx" MTK-nın və İddiaçı MMC-nin istifadəsinə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin 2017-ci il 13 mart tarixli, 111 və 112 saylı sərəncamlarının müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyətinin 2018-ci il 30 avqust tarixli, 415 və 414 saylı sərəncamları ilə ləğv edildiyi bildirilmişdir. Həmçinin, Bakı Şəhər İcra Hakimiyyətinin 2018-ci il 17 sentyabr tarixli bildirişində də həmin sərəncamın ləğvi ilə əlaqədar 1350 saylı, 2017-ci il 29 iyun tarixli m üqaviləyə xitam verildiyi qeyd edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 414 saylı sərəncamı tamamilə əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, həmin sərəncamları qəbul edərkən Bakı Şəhər İcra Hakimiyyəti iddiaçı tərəfin hüquqlarını pozmuş, bu barədə heç bir xəbərdarlıq etmədən və heç bir əsas olmadan, müvafiq barışıq sazişinin və məhkəmə qərarının şərtlərini pozaraq, əvvəlki sərəncamları ləğv etmişdir. İddia ərizəsində iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 109.8-ci maddəsinə, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə istinad edilmişdir. Cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəm əsinin 2020-ci il 11 sentyabr tarixli, 2-1(112)-1276/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 13 mart tarixli, 112 saylı sərəncamının ləğv edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, 2018-ci il 30 avqust tarixli sərəncamı ləğv edilmiş və həmin sərəncam əsasında ləğv edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün iddiaçıya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında“ 2017-ci il 13 iyul tarixli, 112 saylı sərəncamının icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri bərpa edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, - Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 13 mart tarixli, 112 saylı sərəncamının ləğv edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, 2018-ci il 30 avqust tarixli sərəncamı qəbul edilərkən cavabdeh tərəfindən qanunla nəzərdə tutulmuş qaydada inzibati icraat aparılmamış, sərəncam inzibati icraat haqqında hüquq normalarının tələblərinə riayət edilməməklə qəbul olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlanmış 2018-ci il 22 iyun tarixli təhvil-qəbul aktında göstərilən ümumi sahəsi 732 kv.m olan t ikinti sahəsinin İddiaçı MTK-nın istifadəsinə verilmiş ayrıc aktı ilə göstərilən torpaq sahəsində yerləşmədiyi müəyyən olunmuşdur. "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlanmış 2018-ci il 22 iyun tarixli təhvil-qəbul aktına əsasən, “Qaraçuxur-1a” hərbi şəhərciyinin torpaq sahəsinin İddiaçı MTK-nın istifadəsinə verilmiş ayrıc aktı ilə göstərilən torpaq sahəsində yerləşmədiyi müəyyən olunmuşdur. "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlanmış 2018-ci il 22 iyun tarixli təhvil-qəbul aktına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş cizgidə göstərilən torpaq sahə sinin İddiaçı MTK-nın istifadəsinə ayrıc aktı ilə göstərilən torpaq sahəsinin ölçüləri və texniki göstəriciləri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Beləliklə, müvafiq ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26257 nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3705/2016 nömrəli, 2016-cı il 30 noyabr tarixli, Bakı şəhər İcra Hakimiyyəti hündür mərtəbəli binaların tikintisi məqsədilə nəzərdə tutulmuş Bakı şəhəri Xətai rayonu Nobel prospekti 2207-ci məhəllə ünvanında yerləşən "R.A.N” kiçik müəssisəsinə məxsus olmuş ümumi sahəsi 8.0433 ha olan torpaq sahəsinin müqabi lində Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 məhəllələrində yerləşən 3.8 ha. boş torpaq sahəsini hündür mərtəbəli binaların tikintisi məqsədilə və yerdə qalan 6.433 ha boş torpaq sahəsini hündür mərtəbəli binaların tikintisi məqsədilə tərəflərin qarşılıqlı razılığı əsasında X5 və ya onun yazılı razılığı əsasında üçüncü şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən olunmuş qaydada sərəncam verməyi öz üzərinə öhdəlik götürməsi barədə barışıq sazişinə əsasən iş üzrə icraata xitam verilməsinə dair qərardadda ondan apellyasiya şikayətinin verilməsi müddəti və qaydası haqqında tərəflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada izah verilmiş, “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumata əsasən və iş materiallarından da göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3705/2016 nömrəli, 2016-cı il 30 noyabr tarixli qərardadından apellyasiya şikayəti verilməmiş, qərardad qanuni qüvvəsini almışdır. Lakin həmin iş üzrə cavabdeh tərəf qanuni qüvvəsini almış məhkəmə qərardadının şərtlərinə uyğun olaraq verdiyi sərəncamı bu barədə məhkəməyə müraciət etmədən qanunvericiliyin tələblərinə zidd olaraq ləğv etmişdir. Həmçinin Mübahisələndirilən sərəncamda heç bir normaya istinad edilməmiş, sərəncamın hüquqi əsası göstərilməmiş, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini tənzimləyən, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə yerli icra hakimiyyətinin başçısına öz sərəncamlarını ləğv etmək səlahiyyəti verilməmişdir.

11. Cavabdeh qərarı mübahisələndirməmişdir.

12. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 aprel tarixli, 2-1(103)-335/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 11 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, üçüncü şəxsin nümayəndəsi mübahisəli torpaq sahəsinin dövlət əmlakı olması ilə bağlı dövlət reyestrindən çıxarışı təqdim etmişdir ki, həmin çıxarışda ünvan kimi ünvan 4nvan isə iddiaçıya ayrılmış torpaq sahəsinin ünvanı ilə eynilik təşkil etmir. Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 13 iyul tarixli, 112 saylı sərəncamın ləğv edilməsi barədə 414 saylı, 2018-ci il 30 avqust tarixli sərəncamı 1 illik müddət ötürüldükdən sonra qəbul edilməklə yanaşı, “İnzibati icraat haqqında” qanunun 68.2-ci maddəsində qeyd edilən əsasların heç biri mövcud olmamışdır.

15. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti həmin qərardan kassasiya şikayəti və ona əlavə verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN, ONA KASSASİYA İNSTANSİYASİNDA İCRAAT QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ a. kassasiya şikayətinin dəlilləri

16. K assasiya şikayətində qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 2017-ci il 13 mart tarixli, 112 nömrəli sərəncamı ilə iddiaçının icarəsinə verilmiş, Suraxanı və Xətai rayonlarının sərhədlərində, Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347 və 2348 saylı məhəllələrdə yerləşən 2,30 ha torpaq sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Qaraçuxur-1 A” hərbi şəhərciyinin ərazisinə aid olmuşdur. Bakı Apellyasiya Məhkəməsi işin bu halına münasibətdə yanlış və qeyri-obyektiv dəlillərə əsaslanaraq, iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin hərbi şəhərciyin ərazisinə düşmədiyini qeyd etmişdir. Bununla bağlı apellyasiya instansiyası məhkəm əsi birinci instansiya məhkəməsində işin baxılması zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 28 dekabr tarixli, 26257 nömrəli ekspert rəyinə əsasən iddiaçıya icarəyə verilmiş torpaq sahəsinin “Qaraçuxur-1A” hərbi şəhərciyinin ərazisi ilə üst-üstə düşmədiyini qeyd etmişdir. Halbuki, qeyd edilən ekspert rəyinin əsassız və qeyri-mötəbər olduğu apellyasiya şikayətində məhkəmənin nəzərinə çatdırılmışdır. Belə ki, qeyd edilən ekspert rəyində tədqiqatın "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinin əsasında aparıldığı qeyd edilmişdir. Rəydən görünür ki, ekspert onun qarşısında qoyulmuş sualların cavablandırılması üçün heç bir tədqiqat aparmamış, yalnız mütəxəssis rəyinin mətnini olduğu kimi rəyin tədqiqat və nəticə hissəsində qeyd e tməklə kifayətlənmişdir. "xxxx" MMC-nin mərzçəkmə işlərini həyata keçirməyə səlahiyyətinin olmadığı və bu səbəbdən həmin təşkilatın mütəxəssis rəyinə əsaslanan ekspert rəyinin də qeyriobyektiv olduğu məhkəmənin diqqətinə çatdırılmışdır. Bununla əlaqədar olaraq apellyasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 may tarixli, 185 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsi Qaydalarının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərə müvafiq sertifikatın verilməsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən həyata keçirildiyi, həmçinin qeyd edilən Qaydaların 3.10- cu, 3.12-ci, 3.13-cü və 4.1-ci bəndlərinə əsasən uyğunluğun qiymətləndirilməsi zamanı müraciət edən hüquqi şəxslərin kadastr mühəndislərinin və fiziki şəxslərin (kadastr mühəndislərinin) nəzəri və praktiki biliklərinin qiymətləndirilməsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən yaradılmış komissiya tərəfindən həyata keçirildiyi və Qaydaların 3.15-ci bəndi ilə müəyyən edilmiş əsaslar olmadığı halda sertifikat verildiyi, "xxxx" MMC-yə isə Xidmət tərəfindən müvafiq sertifikat verilmədiyi, bu səbəbdən həmin təşkilatın müvafiq mütəxəssis rəyinin verilməsi səlahiyyətinə malik olmadığı qeyd edilmişdir. Beləliklə, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi mütəxəssisin qanunsuz rəyi əsasında tərtib edildiyindən, həmin ekspert rəyinin əsaslılığına və mötəbərliyinə ciddi şübhələr olmuşdur.

17. Apellyasiya instansiyası məhkəməsi qərarında cavabdeh tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin ünvanının Suraxanı və Xətai rayonlarının sərhədlərində, Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347 və 2348 saylı məhəllələrdə yerləşən 2,30 ha torpaq sahəsi kimi qeyd edildiyini, “Qaraçuxur 1A” hərbi şəhərciyin ünvanının isə təhvil-təslim aktında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Anten meydançası kimi qeyd edildiyini bildirmiş, bununla ünvanlar fərqli olduğuna görə həmin əmlakların da eyni ərazidə yerləşmədiyini əsaslandırmağa çalışmışdır. Bununla əlaqədar bildirilməlidir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya icarəyə verilmiş torpaq sahəsinin ünvanının sərəncamda fərqli göstərilməsi qeyd edilən torpaq sahələrinin üst-üstə düşməməsi qənaətinə gəlmək üçün əsas ola bilməz və torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi mötəbər ekspert rəyi ilə müəyyənləşdirilə bilər. Bundan başqa, Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 3.2-ci və 3.2.1-ci bəndlərinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə ünvan verilir. Beləliklə, qeyd edilən qanunvericilik normalarına əsasən cavabdehin iddiaçının icarəsinə verilmiş torpaq sahəsinə ünvan vermək səlahiyyəti olmamışdır və qeyd edilən torpaq sahəsinə ünvanı yalnız yerli icra hakimiyyəti orqanının müraciəti əsasında Əmlak Məsələləri Dövlət Komitəsi verə bilərdi.

18. Cavabdeh qanunvericiliyə zidd olaraq torpaq sahəsinin ünvanını özbaşına müəyyən edərək sərəncamda qeyd etmiş və məhkəmə də yerli icra hakimiyyəti orqanının hansı məlumata əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin ünvanını fərqli qeyd etdiyini, həmin ünvanı necə müəyyənləşdirdiyini araşdırmadan, ünvanların formal olaraq fərqli olmasını əsas gətirməklə torpaq sahələrinin üst-üstə düşmədiyini qeyd etmişdir. Xidmətin nümayəndəsi yuxarıda qeyd edildiyi kimi, daşınmaz əmlaklara ünvan verilməsi səlahiyyətinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə aid olduğunu, iddiaçıya ayrılmış torpaq sahəsinin cavabdeh tərəfindən necə müəyyənləşdirildiyinin ona məlum olmadığını bildirmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsindəki icraat zamanı Xidmətin nümayəndəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilmiş "Qaraçuxur 1A” hərbi şəhərciyinin əmlakının 2020-ci ildə özəlləşdirildiyini və iddiaçının həmin özəlləşdirilmiş əmlakın cavabdeh tərəfindən onun icarəsinə verildiyini əsas gətirərək Bakı İnzibati Məhkəməsində Xidmətə qarşı özəlləşdirmənin ləğvi barədə iddia qaldırdığını, bununla da qeyd edilən əmlakların eyni olduğunun iddiaçı tərəfindən təsdiq edildiyini məhkəmənin nəzərinə çatdırmış, məhkəmə isə işin bu halını araşdırmamış və qərar qəbul edərkən bunu nəzərə almamışdır. Məhkəmənin ünvanların sənədlərdə fərqli qeyd edilməsinə əsaslanaraq mübahisəli torpaq sahələrinin üst-üstə düşmədiyini bildirməsi əsassızd ır. Çünki, əgər iddiaçının icarəsinə verilmiş torpaq sahəsi ilə hərbi şəhərciyin ərazisi üst-üstə düşməsəydi hazırda bununla bağlı məhkəmə mübahisələri də mövcud olmazdı. Yuxarıda şərh edilənlərdən göründüyü kimi, apellyasiya İnstansiyası məhkəməsi bunun üçün kifayət qədər əsas və mötəbər sübut olmadan iddiaçıya icarəyə verilmiş torpaq sahəsinin hərbi şəhərciyin ərazisindən ayrılmadığını qeyd etməklə apellyasiya şikayətini əsassız hesab etmişdir. 19. “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisi nin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. “Torpaq icarəsi haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli, 116 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət mülkiyyətində olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər hallarda Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Eyni zamanda, həmin zaman qüvvədə olmuş Əmlak Məsələləri Dövlət Komitəsinin Əsasnaməsinin 3.0.15-ci bəndinə əsasən struk turuna daxil olan qurum vasitəsilə dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaqlarını icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmək, digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək həmin Komitənin səlahiyyətlərinə aid olmuşdur. Beləliklə, yerli icra hakimiyyəti orqanı dövlət mülkiyyətində olan torpaq sahəsini Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi alınmaqla icarəyə ve rə bilərdi ki, belə bir rəyin alınmaması da cavabdehin 2017-ci il 12 mart tarixli sərəncamın qanunsuz olduğunu təsdiq edir. Beləliklə, Bakı Şəhər İcra Hakimiyyəti Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq rəyi alınmadan, Komitə tərəfindən müvafiq yerquruluşu sənədləri tərtib edilmədən, həmçinin torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən torpaq sahəsini 2017-ci il 13 mart tarixli, 112 nömrəli sərəncamla iddiaçının icarəsinə vermişdir ki. bu da həmin sərəncamın qanunsuz olduğuna görə ləğv edilməsini zəruri edir.

20. Bundan başqa, cavabdehin X5 istifadəsinə verməyi öhdəsinə götürdüyü Bakı şəhəri, Xətai və Suraxanı rayonlarının sərhədlərində, Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348-ci məhəllələrdə yerləşən 3,8 ha boş torpaq sahəsi həmin vaxt Azərbaycan Respublika sı Müdafiə Nazirliyinin balansında olmuş “Qaraçuxur-1A” hərbi şəhərciyinə məxsus olmuşdur və həmin hərbi şəhərciyini əmlakın da yuxarıda qeyd edildiyi kimi 2018-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilmişdir. Bakı Şəhər icra Hakimiyyəti hərbi şəhərciyə məxsus torpaq sahəsini hər hansı şəxsin istifadəsinə vermək səlahiyyətinə malik olmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 məhəllələrində yerləşən torpaq sahəsi ümumiyyətlə Müdafiə Nazirliyinin heç bir zaman balansına verilməmiş və Nazirliyə məxsus olan hər hansı bir əmlak orada mövcud olmamışdır. Belə ki, Müdafiə Nazirliyinin Mənzil İstismar Sahəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi arasında bağlanmış 2018-ci il 22 iyun tarixli aktın 1969-cu ildə inşa edilmiş 704.8 kv.m sahəsi olan tikili həmin ərazidə mövcud deyil. Bundan əlavə xidmətin nümayəndəsi qeyd etdiyi kimi əgər bura guya yer altı məxfi hərbi hissə olsaydı heç bir zaman Mənzil İstismar Sahəsinin balansında ola bilməzdir. Belə ki, bu kateqoriyadan olan obyektlər N saylı hərbi hissələrə məxsus olur və məxfi hərbi hissələrin ətrafı 1970-ci illərdən qəbiristanlıq kimi istifadə olunmamışdır. Mübahisəli ərazinin Müdafiə Nazirliyinin heç bir zaman balansında olmaması eyni zamanda Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi arasında bağlanmış 2018-ci il 22 iyun tarixli akta əlavə edilmiş heç bir topoqrafik tələblərə cavab verməyən amma hər iki təşkilatın imza və möhürləri ilə təsdiq edilən sxemlə də sübuta yetirilir. Belə ki, həmin sxemin ikinci səhifəsinin sağ aşağı küncündə həmin ərazinin ayrılmasına dair hər hansı bir qərarın olmadığı bildirilmişdir. Bundan əlavə, akta əlavə edilmiş sxemdə hər hansı bir ölçü vahidləri mövcud deyil və sxemin birinci səfhəsinin yuxarı hissəsində sxemin 2010-cu ilin dekabr ayında tərtib olunduğu qeyd edilir. Belə olan halda həmin ərazidə olan 1969-cu ildə inşa edilmiş tikili və torpaq sahəsinin ölçülərinin göstəriciləri saxtalaşdırılmaqla aparılmışdır. Beləliklə, kassasiya şikayəti təmin olunmalı və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 aprel tarixli qəra rı dəyişdirilmədən saxlanılmalıdır. c. kassasiya instansiyası məhkəməsindəki icraat

22. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2021-ci il 18 noyabr tarixli, 2-1(102)-1581/2021 nömrəli qərardadı ilə X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Torpaq icarəsi haqqında” Qanun: Maddə 10.2. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. 24. “Torpaq icarəsi haqqı nda” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 nömrəli Fərmanı:... 2.3. həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər hallarda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirirlər;...

25. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üç ün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası m əhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

29. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 13 iyul tarixli, 112 saylı sərəncamı ilə Suraxanı və Xətai rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylı məhəllələrdə yerləşən 2,30 ha torpaq sahəsi hündürmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmiş, daha sonra Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sözügedən sərəncamla ayrılmış torpaq sahəsinin vaxtilə Müdafiə Nazirliyinin "xx xx" hərbi şəhərciyinin istifadəsində olmuş, Bakı şəhəri, Suraxanı rayonu, General Mehmandarov küçəsi, 35 ünvanında yerləşən və Komitənin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına təhvil verilmiş ərazi olmasına istinad edərək sərəncamın ləğvini Bakı şəhər İcra Hakimiyyətindən xahiş etmiş, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, 2018-ci il 30 avqust tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 2018-ci il 16 avqust tarixli, **********88 saylı məktubu nəzərə alınaraq, İddiaçınə Suraxanı və Xətai rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347 və 2348 saylı məhəllələrdə yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqınd a Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 13 mart tarixli, 112 saylı sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir.

30. İddiaçı isə hazırkı iş üzrə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, 2018-ci il 30 avqust tarixli sərəncamını onun qanunsuz olması əsası ilə mübahisələndirir.

31. Göründüyü kimi, mübahisələndirilən sərəncamın qəbul edilməsinin əsasında iddiaçıya ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin balansında olması və həmin torpaq sahəsinin ayrılması barədə sərəncam vermək səlahiyyətinin icra hakimiyyətinə olmaması dayanır.

32. İşə baxan apellyasiya instansiyası məhkəməsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, 2018-ci il 30 avqust tarixli sərəncamının q anunsuz olması ilə bağlı hüquqi mövqeyini belə əsaslandırmışdır ki, sərəncam qəbul edilərkən inzibati icraatın tələblərinə riayət edilməmiş, iddiaçıya ayrılan torpaq sahəsinin yerləşdiyi ünvanla (Suraxanı və Xətai rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylı məhəllələr) Müdafiə Nazirliyindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına təhvil verilmiş ərazinin ünvanı (ünvan 10arında olan 2019-cu il 28 dekabr tarixli, 26257 saylı ekspert rəyi ilə torpaq sahələrinin üst-üstə düşməməsi müəyyən edilmişdir.

33. Məhkəmə tərkibi hesab edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən obyektiv araşdırma prinsipinin tələblərinə əməl edilməmiş, iş üzrə tam və hərtərəfli araşdırılma aparılması təmin olunmamışdır.

34. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

35. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid sənədlərin, faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.

36. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışa əsasən (İİ cild: iş v. 30) Müdafiə Nazirliyindən ƏMDK-nin İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına təhvil verilmiş hərbi şəhərciyin ərazisi Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 35 qeyd edilmişdir (hazırda həmin torpaq sahəsi üçüncü şəxsX3 alğı-satqı qaydasında satılmışdır). Bundan əlavə, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə ƏMDK-nın İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi arasında bağlanmış təhvil-təslim aktında (İ cild: iş v. 44) “Qaraçuxur-1a” hərbi şəhərciyinin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Anten meydançası ünvanında yerləşməsi qeyd olunmuşdur. İddiaçıya ayrılmış torpaq sahəsinin isə Bakı şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 13 iyul tarixli, 112 saylı sərəncamında Suraxanı və Xətai rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylı məhəllələrdə yerləşməsi qeyd olunmuşdur.

37. Yuxarıda qeyd edilən sənədlərdə ünvanların bir-birindən fərqlənməsi onların üst-üstə düşməməsi barədə birmənalı nəticəyə gəlməsinə əsas vermir. Belə ki, torpaq sahələrinin üst-üstə düşməsi məsələsinə düzgün qiymət verilməsi üçün iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları (həmçinin iddiaçının faktiki istifadəsində olan sahənin koordinatları) ilə Əmlak Məsələləri Dövlət Xidmətinin, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan ( vaxtilə Qaraçuxur-1a” hərbi şəhərciyinin ərazisi olmuş) torpaq sahəsinin koordinatlarının üst-üstə düşübdüşməməsi istiqamətində araşdırma aparılmalıdır. İş materiallarında olan və aşağı instansiya məhkəmələrinin istinad etdiy i Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2019-cu il 28 dekabr tarixli, 26257 saylı ekspert rəyində ("xxxx" MMC-nin mütəxəssis rəyinə istinad edilmişdir) sözügedən torpaq sahələrinin üst-üstə düşməməsi qeyd olunsa da, mütəxəssis rəyinin verilməsi zamanı torpaq sahələrinin koordinatlarının hansı qaydada müqayisə edilməsi və ya ümumiyyətlə müqayisə edilməsi məsələsinə toxunulmamış, gəlinən nəticə əsaslandırılmamışdır.

38. Bundan əlavə, kassator tərəfindən məhkəməyə Məhkəmə Ekspertizası Mərkəzinin 10/5347 nömrəli, 2021-ci il 12 noyabr tarixli rəyi təqdim edilmiş, həmin rəydə torpaq sahələrinin üst-üstə düşdüyü qeyd olunmuşdur. Məhkəmə kollegiyası sözügedən ekspert rəyini əvvəllər işə baxılarkən tədqiq olunmamış yeni sübut olduğunu nəzərə alır və ona apellyasiya məhkəməsi tərəfindən təkrar baxışda qiymət verilməli olmasını hesab edir.

39. Həmçinin, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçı barəsində qəbul edilmiş əlverişli inzibati aktın ləğvi zamanı inzibati icraatın qaydalarına riayət edilməməsinə istinad edərək mübahisələndirilən sərəncamın qanunsuz olması nəticəsinə gəlmişdir.

40. Məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə in zibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır.

41. İPM-nin 70.1-ci maddəsi inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda inzibati aktın ləğvinin mümkünlüyünü qeyd edir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə inzibati icraatın tələblərinin pozulmasını cavabdeh tərəfindən qəbul edilən mübahisələndirilən sərəncama təsir edib-etməməsi baxımından qiymətləndirməli və gəldiyi nəticəni əsaslandırmalı idi.

42. Beləliklə, işə baxan apellyasiya instansiyası məhkəməsi işin hallarını ətraflı araşdırmadan torpaq sahələrinin üst-üstə düşməməsi nəticəsinə gəlmiş, bununla da obyektiv araşdırma prinsipini pozmuşdur.

43. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi torp aq sahələrinin üstüstə düşməsi məsələsini ətraflı araşdırmalı, əgər belə bir hal olarsa mübahisələndirilən sərəncamın qanuniliyinə, yəni sözügedən torpaq sahəsinin ayrılması ilə bağlı icra hakimiyyətinin səlahiyyətli olması məsələsinə kassatorun da istinad etdiyi Torpaq Məcəlləsinin 51.6-cı maddəsi, “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyaya aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın və sərəncamın qəbul edildiyi vaxt qüvvədə olan Əmlak Məsələləri Dövlət Komitəsinin Əsasnaməsinin 3.0.15-ci bəndinin tələbləri baxımından qiymət verilməlidir. 44.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şə xs Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 aprel tarixli, 2-1(103)-335/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Hakimlər: İlqar Hüseynov (xüsusi rəylə) Rahib Nəbizadə Kəmaləddin Bədəlov İddiaçı MTK-nın cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (№ 2-1(102)-7/2022) hakim İlqar Hüseynovun XÜSUSİ RƏYİ Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinin əsasları ilə bağlı məhkəmə tərkibi üzrə həmkarlarımın qənaəti ilə aşağıdakı səbəblərə görə razı deyiləm. Həmkarlarım qeyd edirlər ki,...apellyasiya instansiya məhkəməsi iddiaçı barəsində qəbul edilmiş əlverişli inzibati a ktın ləğvi zamanı inzibati icraatın qaydalarına riayət edilməməsinə istinad edərək mübahisələndirilən sərəncamın qanunsuz olması nəticəsinə gəlmişdir (39). Məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun (bundan sonra mətndə - İİQ) inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır (40). İPM-nin 70.1-ci maddəsi inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda inzibati aktın ləğvinin mümkünlüyünü qeyd edir. Belə olan halda, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə inzibati icraatın tələblərinin pozulmasını cavabdeh tərəfindən qəbul edilən mübahisələndirilən sərəncama təsir edib-etməməsi baxımından qiymətləndirməli və gəldiyi nəticəni əsaslandırmalı idi (41). Hesab edirəm ki, həmkarlarımın istinad etdikləri hallar apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi üçün özü-özlüyündə yetərli əsaslar kimi çıxış etmir. İddiaçının cavabdeh tərəfindən inzibati icraata nəinki cəlb olunmadığı, hətta mübahisələndirilən sərəncamla bağlı inzibati icraatın aparılmadığı, sərəncamda inzibati orqanın g əldiyi nəticənin əsası kimi hər hansı maddi hüquq normasına istinad olunmadığı, buradan, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş sərəncamın qanunsuz olduğu və iddiaçının hüquqlarını pozduğu aşkardır (İPM-in 70.1-ci maddəsi). İİQ-nin 67.1-ci maddəsinin məzmununa görə, inzibati aktın qanunsuz sayılması üçün inzibati orqan tərəfindən, istər inzibati icraat haqqında hüquq normalarının, istərsə də maddi hüquq normalarının, - onlardan hər hansı birinin ayrılıqda pozulması yetərlidir. İnzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə (İİQ-nin 51.1-ci maddəsi) və onların dinlənilmə hüququnu təmin etməyə (İİQ-nin 21.2-ci maddəsi) borcludur. Həmin normaların tələbləri inzibati orqan tərəfindən təmin olunmayıb. Buradan, iddiaçının barəsində qəbul edilmiş sərəncam İİQ-nin 67.1-ci maddəsinə əsasən, artıq formal-hüquqi baxımdan qanunsuz sayılmalıdır. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda inzibati aktın ləğvinin mümkünlüyü ilə bağlı tələbə gəldikdə, nəzərə alınmalı idi ki, inzibati icraat qaydalarının yuxarıda qeyd olunan tərzdə pozulduğu, qanunla məcburi hesab olunan formal-hüquqi tələblərin inzibati orqan tərəfindən təmin olunmaması iddiaçını öz hüquqlarını müdafiə etmək imkanından qeyd-şərtsiz məhrum etmişdir. Digər tərəfdən, məhkəmə qərarında apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi göstərilmiş, araşdırılmas ı zəruri hesab olunan işin hallarının (xüsusilə də, mübahisəli torpaq sahəsinin yerləşmə vəziyyəti, ünvanı və s.) inzibati icraat zamanı araşdırılması ilə də fərqli qərarın qəbulu imkanı istisna deyildi. Başqa sözlə, inzibati icraat qaydalarının tələblərinin təmin olunduğu halda da mütləq hazırkı məzmunda sərəncamın qəbul olunacağı barədə qənaətlə qeyd-şərtsiz razılaşmaq mümkün deyil. Beləliklə, işin mövcud və aşkar mübahisəsiz halları (o cümlədən, mübahisələndirilən sərəncamın inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması nəticəsində qəbul edildiyinin müəyyənliyi) nəzərə alınmaqla inzibati icraatın tələblərinin pozulmasının mübahisələndirilən sərəncamın qəbuluna təsirini hazırkı icraatda qiymətləndirmək mümkün idi. Bundan başqa, hətta mübahisələndirilən 2018-ci il 30 avqust tarixli, 414 saylı sərəncamla ləğv edilən 2017-ci il 13 mart tarixli, 112 saylı sərəncamın qanunsuz olduğu qəbul edildikdə belə, cavabdeh inzibati orqan həmin sərəncamı (iddiaçı üçün əlverişli inzibati aktı) yalnız İİQ-nin 67-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv edə bilərdi (İİQ-nin 67.4-67.8-ci maddələri). İİQ-nin 67.5-ci maddəsinin tələbinə görə, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın lə ğv olunmasına yol verilmir. İİQ-nin 67.6-cı maddəsinin tələbinə görə, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İİQ-nin 67.7-cı maddəsinə görə, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. 67.6-cı maddədə qeyd olunan və etimadın qorunması hüququna istinadı istisna edən hallardan hər hansı biri hazırkı işdə mövcud deyil. Əksinə, 2017-ci il 13 mart tarixli, 112 saylı sərəncamın bilavasitə icra hakimiyyəti orqanının təklifinə əsasən bağlanmış barışıq sazişi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası qaydasında qəbul edildiyi nəzərə alındıqda, iddiaçı həmin sərəncamın məzmununun qanuniliyinə etimad göstərməkdə haqlı olmuşdur. Çünki bu etimadın əsasında hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq onun ən azından iki qolunun – icra və məhkəmə hakimiyyətinin iradəsi aşkar olaraq var idi. İİQ-nin 67.8-ci maddəsinə görə, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. İddiaçının icarəsinə 2017-ci ildə verilən torpaq sahəsi ilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2020-ci il 26 oktyabr tarixdə üçüncü şəxs X2 torpaq sahələrinin üst-üstə d üşdüyü qəbul edildikdə belə, 2017-ci ildə qəbul edilmiş əlverişli inzibati aktın başqa şəxslərin (hazırkı halda, üçüncü şəxs V.İsmayılovun) hüquqlarına və ya qanunla qorunan maraqlarına ziyan vurduğu, - ən azından əldə etmənin ilkinliyinə görə, - istisna edilir. Əksinə, dövlət mülkiyyətində olan torpaqların idarə olunmasında dövlətin maraqlarını təmsil edən Əmlak Məsələləri Dövlət Xidməti alıcıya (üçüncü şəxs V.İsmayılova) üçüncü şəxslərin hüquqlarından azad əşya vermək öhdəliyi daşıyırdı (Mülki Məcəllənin 572.1-ci maddəsi). Həmin əşya isə Əmlak Məsələləri Dövlət Xidmətinin də iştirakçı olduğu, 2018-ci il 18 dekabr tarixdən başlanmış hazırkı iş üzrə məhkəmə icraatının gedişatı zamanı (2020ci il 26 oktyabr tarixdə) – mübahisə həll olunmamış satılmışdır. 2017-ci il 13 mart tarixli, 112 say lı sərəncamın dövlət maraqlarına ziyan vurma imkanına gəldikdə, hazırkı işdə dövlətin maraqlarını təmsil edən cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti həmin şərtə də əsaslana bilməzlər. Belə ki, mübahisəli torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2020-ci il 26 oktyabr tarixdə alğı-satqı müqaviləsinə əsasən üçüncü şəxs X1 nəzərə alındıqda, torpaq sahəsi üzərində dövlətin mülkiyyət hüququna xitam verilməsi ilə müqayisədə həmin torpaq sahəsinin dövlətin mülkiyyətində saxlanmaqla iddiaçının icarəsinə verilməsi dövlət maraqlarına ziyan vurma kimi qiymətləndirilə bilməz. 2017-ci il 13 mart tarixli, 112 saylı sərəncamın ictimai maraqlara ziyan vurduğunu göstərən hal işdə yoxdur. Nəhayət, İİQ-nin 67.12-ci maddəsinin tələbinə görə, qanun suz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Normanın məzmunu və işin faktiki halları nəzərə alınmaqla, mübahisələndirilən 2018ci il 30 avqust tarixli, 414 №-li sərəncamda iddiaçı üçün əlverişli qanunsuz inzibati aktın (2017-ci il 13 mart tarixli, 112 saylı) ləğv olunmasını şərtləndirən hal kimi Əmlak Məsələləri Dövlət Komitəsinin 2018-ci il 16 avqust tarixli, **********88 №-li məktubunda göstərilənlərə istinad olunursa, həmin hallar, yəni “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 3.16.1ci bəndinin və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 №-li Fərmanının məzmunu cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə o, 2017-ci il 13 mart tarixli, 112 saylı sərəncamı qəbul edərkən də məlum idi. Beləliklə, İİQ-nin 67.12-ci maddəsinin tələbinə görə, cavabdeh 2017-ci il 13 mart tarixli sərəncamı 1 illik müddət keçdikdən sonra ləğv edə bilməzdi. İşdən göründüyü kimi, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti ona qarşı irəli sürülmüş iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını mübahisələndirməmiş, qərardan apellyasiya şikayəti üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmişdir. Həmin şikayətin cavabdeh tərəfindən müdafiə olunduğuna dair işdə məlumat yoxdur. Eyni ilə, apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmişdir. Həmin şikayətin də cavabdeh tərəfindən müdafiə olunduğuna dair işdə mə lumat yoxdur. Məhkəmə tərkibi hazırkı iş üzrə məhkəmə aktlarının cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmədiyi halda, icraatda üçüncü şəxs qismində iştirak edən Əmlak Məsələləri Dövlət Xidmətinin həmin məhkəmə aktları ilə hansı hüquqlarının pozulduğunu, həmin aktları mübahisələndirməyə nə dərəcədə haqqı çatdığını qərarda əsaslandırmamışdır. Bu işdə Əmlak Məsələləri Dövlət Xidmətinin hər hansı subyektiv hüquqlarının pozulmasından danışmaq olmaz. Burada, subyektiv hüququ olan biri varsa, o da, dövlətin özüdür. Dövlət isə bu icraatda digər icra hakimiyyəti orqanı – Bakı şəhər İcra Hakimiyyəti vasitəsilə təmsil olunub. Məhkəmə tərkibi qərarın hüquqi əsası kimi istinad etdiyi (22) “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən, dövlət mülkiyyətində olan kən d təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. “Torpaq icarəsi haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli, 116 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət mülkiyyətində olan torpaqlara münasibətdə Azərbay can Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər hallarda Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Qeyd olunmalıdır ki, istinad edilən “Torpaq icarəsi haqqında” Qanun dövlət mülkiyyətində olan torpaqların dövlətin adından icarəyə verilməsi barədə qərar qəbul etmək səlahiyyətini yerli icra hakimiyyətlərinə də vermişdir. Buradan, hazırkı iş üzrə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş, mübahisəli torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair 2017-ci il 13 mart tarixli, 112 saylı sərəncamı yararsız (əhəmiyyətsiz) olmamış, ləğv edilənə qədər hüquqi qüvvəsini saxlamış və hüquqi cəhətdən etibarlı olmuş, aid olduğu şəxslər üçün hüquqi nəticələr yaratmışdır (İİQ-nin 64.1 və 64.2-ci maddələri). “Torpaq icarəsi haqqında” Qanunun 8-ci maddəsinə (İcarə münasibətlərinin subyektləri) əsasən, Azərbaycan Respublikası adından icarə münasibətlərində öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər. Hazırkı halda, Azərbaycan Respublikası adından icarə münasibətlərində Bakı şəhər İcra Hakimiyyəti iştirak etmişdir. Digər tərəfdən, İPM-in 35.1-ci maddəsinin məzmunundan çıxış edərək nəzərə alınmalıdır ki, İPM subyektiv hüquqların müdafiəsi məqsədilə qəbul edilib. Bu hüquqlar, ilk növbədə fərdi şəxslərin hüquqları kimi başa düşülməlidir. Ancaq, inzibati orqanlar, məsələn, səlahiyyətlər barəsində mübahisə edirlərsə, o zaman, bu mübahisələr inzibati məhkəmə icraatı qaydasında deyil, inzibati orqanların iyerarxiyası çərçivəsində, icra hakimiyyətinin daxilində həll edilməlidir (İİQ-nin 4-cü maddəsi). Beləliklə, iddia çıya münasibətdə "xaric"ə yönələn fəaliyyət göstərmiş və ya göstərməli olan inzibati orqan cavabdeh qismində çıxış edə bilər. İnzibati məhkəmə icraatı zamanı "üçüncü" inzibati orqanların icraata cəlb edilməsi barədə də düşünmək olar. Lakin bu imkandan o vaxt istifadə oluna bilər ki, müvafiq inzibati orqanın öz hüquqları olsun (məsələn, bələdiyyələr). Hər hansı bir "üçüncü" inzibati orqanın sadəcə inzibati qərarın qəbulunda və ya "xaric"ə yönələn digər fəaliyyətin həyata keçirilməsində iştirak etməsinə dair səlahiyyətinin olması həmin orqanın inzibati məhkəmə icraatında iştirakını təmin etməyə əsas vermir. Bununla bağlı belə bir mövqedən çıxış edilməlidir ki, inzibati məhkəmə icraatının gedişində üçüncü inzibati orqanla mövqelərin razılaşdırılması (uzlaşdırılması) cavabdeh inzibati orqanın işidir. Hazırkı halda, dövləti məhkəmə icraatında təmsil edən cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, məhkəmə qərarını mübahisələndirməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti isə subyektiv hüququnun pozulduğunu iddia edə bilməz. O, hazırkı mübahisədə belə hüquqa malik deyil, yaxud bilavasitə onun özünə məxsus olan hüquq hazırkı mübahisənin predmeti deyil. Yuxarıda qeyd olunduğu kimi, bu hüquq dövlətə məxsusdur və o, hazırkı icraatda digər icra hakimiyyəti orqanı vasitəsilə təmsil olunub. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü ilə bağlı isə belə mövqedən çıxış etmək olar ki, onun apellyasiya şikayətindəki tələbi apellyasiya instansiyası məhkəməsinin qərarı ilə təmin olunmadığından həmin qəra rdan kassasiya şikayəti vermək hüququ yaranmışdır. Bu qənaət, İPM-in 90.2-ci maddəsindən irəli gəlir: apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Beləliklə, cavabdeh məhkəmə qərarlarını mübahisələndirmədiyindən, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin isə mübahisə predmeti barədə subyektiv hüquqa malik olmadığı aşkar müəyyən edildiyindən, buradan, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinə də zərurət olmadığından, şikayət rədd edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalı idi. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar