Məhkəmə qərarları › İş №2-1(102)-7/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-7/2023

13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-7/2023 13.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 55 yaş 6 aydan yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “55 yaş 6 aydan yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2022-ci il tarixli, 2-1(103)646/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1 iyul 1962-ci il tarixdə doğulmuş və 1 yanvar 2018-ci il tarixdə 55 yaş 6 ayı tamam olmuşdur. İddiaçı əmək kitabçasında qeyd edilən xx.xx.1980-xx.xx.1987-ci illərdə Quba Rayonlararası X9, xx.xx.1987-xx.xx.1988-ci illərdə Saatlı rayonu C.Cabbarlı adına şəhər 3 saylı orta məktəbində, xx.xx.1989-xx.xx.1996-cı illərdə “Orient” kiçik müəssisəsində, xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Bakı şəhəri Binəqədi rayonu 90a nömrəli Uşaq Bağçasında və xx.xx.1998-xx.xx.2013-cü illərdə Bakı şəhəri Binəqədi rayonu 99 nömrəli məktəbdə işləmişdir.

2. Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 145 saylı Mənzil-kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 532 nömrəli arayışdan görünür ki, İddiaçı beş uşaq doğub 8 yaşadək tərbiyə etmişdir:

1. X6,

2. X4,

3. X5, 4.İsmayılov Elşən Bayramqulu oğlu və

5. X2.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh 7 oktyabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etdiyini bildirmiş və qeyd etmişdir ki, ərizəçinin əmək kitabçasında qeyd edilən xx.xx.1980-c i il tarixdən xx.xx.1987-ci il tarixədək Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyətinin arxiv sənədləri saxlanılmadığı, xx.xx.1989-сu il tarixdən xx.xx.1996-cı il tarixədək müstəqil “Oriyent” kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmadığı üçün həmin dövrlər üzrə sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəbdən də həmin illər qanunvericiliyə müvafiq olaraq sosial sığorta stajına daxil edilməmişdir. Təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçının iş stajı xx.xx.2006-cı il tarixədək 11 il 9 ay, xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək 7 il 3 ay, ümumilikdə, 19 il olmaqla, qanunla tələb edilən müddətdən (25 ildən) azdır. Eyni zamanda, onun fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018- ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, xx.xx.2006-cı il tarixədək olan sığorta stajına uyğun (19 il) sığorta kapitalı 14084,70 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 30 oktyabr 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1962-ci ildə anadan olmuş, xx.xx.1980-ci ildən xx.xx.1987-ci ilədək Quba rayonlararası X9 xadimə kimi əmək fəaliyyətinə başlamış və buna dair əmək ki tabçası açılaraq müvafiq qeyd aparılmışdır. xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Saatlı rayonu C.Cabbarlı adına şəhər 3 saylı orta məktəbində xadimə işləmiş, xx.xx.1989-cu il tarixdən xx.xx.1996-cı il tarixədək “Orient” kiçik müəssisəsində kadrlar üzrə müfəttiş kimi fəaliyyət göstərmişdir. xx.xx.1998-ci ildən xx.xx.1998-ci il tarixədək Binəqədi rayonu 90a saylı Uşaq bağçasında tərbiyəçinin köməkçisi, xx.xx.1998-ci ildən xx.xx.2013-cü il tarixədək Binəqədi rayonu 99 nömrəli məktəbdə texniki işçi olaraq çalışmışdır. xx.xx.2020-ci il tarixdən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların pensiya yaşı 57 yaş müəyyən edildiyindən, xx.xx.2020-ci il tarixdə yaşa görə pensiyanın təyin olunması üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. DSM F-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli, **********5 saylı məktubu ilə pensiya təyinatından imtina edilmişdir.

7. Cavabdeh iddia tələbinə qarşı imtina məktubunun məzmununa uyğun yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1980-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyətində arxiv sənədlərinin saxlanılmadığı, xx.xx.1989-cu il tarixdən xx.xx.1996-cı il tarixədək müstəqil “Orient” kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəbdən də həmin illər qanunvericiliyə müvafiq olaraq sosial sığorta stajına daxil edilməmişdir. Tə qdim edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçının iş stajı xx.xx.2006-cı il tarixədək 11 il 9 ay, xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək 7 il 3 ay, ümumilikdə isə 19 il olmaqla qanunla tələb edilən müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (12704,15 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir.Bu əsaslardan da yaşa görə əmək pensiyasının təyin edilməsi mümkünsüzdür.

8. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2416/2021 nömrəli qərarı (hakim X15) ilə iddia təmin edilmiş, iddiaçıya 55 yaş 6 ayı tamam olduğu vaxtdan, yəni xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci i nstansiya məhkəməsi hesab etmişdir ki, istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. İddiaçı xx.xx.1980-xx.xx.1987-ci illərdə Quba rayonlararası X9, xx.xx.1987-xx.xx.1988-ci illərdə Saatlı rayonu C.Cabbarlı adına şəhər 3 saylı orta məktəbində, xx.xx.1989-xx.xx.1996-cı illərdə “Orient” kiçik müəssisəsində, xx.xx.1998ci il tarixdən xx.xx.1998-ci il tarixədək Bakı şəhəri Binəqədi rayonu 90a nömrəli Uşaq Bağçasında və xx.xx.1998-xx.xx.2013-cü illərdə Bakı şəhəri Binəqədi rayonu 99 nömrəli məktəbdə işləmişdir. Beləliklə, iddiaçının əmək kitabçasına görə iş stajı 25 ildən artıqdır. İnzibati orqan tərəfindən iddiaçını n sığorta stajı xx.xx.1980-xx.xx.1987 və xx.xx.1989-xx.xx.1996-cı illərə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. İş materiallarına da iddiaçının 5 uşaq doğmasına dair hər bir uşağın doğum haqqında şəhadətnamələri əlavə edilmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı iddiaçının 8 yaşınadək tərbiyə etdiyi uşaqlarından birinin sağlamlıq imkanının məhdud olması müəyyən edilmişdir. Belə ki, İddiaçı tərbiyə etmiş olduğu oğlu mərhum 1982-ci il təvəllüdlü İsmayılov Elşən Bayramqulu oğlunun əlillik dərəcəsi olması müəyyən edilməsə belə, bu hal iddiaçının həmin oğlunun sağlamlıq imkanının məhdud ol masını inkar edə bilməz. Həmçinin Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X16 Ərazi Bölmələrini İdarəetmə Birliyi Saatlı Rayon X3 Elşən Bayramqulu oğlu ilə bağlı sorğu göndərilmiş və sorğuya xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İsmayılov Elşən Bayramqulu oğlu 1982ci il tarixdən Saatlı rayon X1 şöbəsində “Uşaq serebral iflici, mikrosefaliya tetroplegik forma, fiziki –psixi inkişafdan geri qalma” diaqnozu ilə dispanser qeydiyyatında olmuş və 27 sentyabr 1993-cü il tarixdə evdə vəfat etmişdir. İsmayılov Elşən Bayramqulu oğlu sağlamlıq imkanı məhdud olduğundan sosial müavinət almışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haq qında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın müddəaları əsasında xx.xx.2018-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qadınların yaş həddi 60 il 06 ay müəyyən edilsə də, iddiaçının 25 ildən çox ümumi stajının olduğu və onun 5 uşaq doğub 8 yaşınadək tərbiyə etdiyi müəyyən olunduğundan, “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsi ona tətbiq olunmalıdır. Belə olan halda, iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2018-ci il tarixİndən 55 yaş 6 ayından yaranır.

10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2022-ci il tarixli, 2-1(103)-646/2022 nömrəli qərarı (hakimlər X19 (sədrlik edən və məruzəçi), X12 və X7) ilə Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı etira z təqdim edərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadın ların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər 8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa gö rə əmək pensiyası hüququ vardır 17. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...

18. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 19. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Maddə 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

20. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktını n qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanun vericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Belə ki, cavabdeh iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1980-ci il tarixdən xx.xx.1987-ci il tarixədək işlədiyi Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyətində arxiv sənədlərinin saxlanılmaması, eləcə də xx.xx.1989-cu il tarixdən xx.xx.1996-cı il tarixədək müstəqil “Orient” kiçik müəssisəsinin faktiki və arxiv sənədlərini əldə edə bilməməsi və bunun üzərindən həmin dövrlər üzrə sosial sığorta stajının araşdırılmasının imkan xaricində olması səbəbindən həmin illəri iddiaçının sosial sığorta stajına daxil etməmiş və nəticədə onun xx.xx.2019-cu il tarixinə 19 il, yəni tələb olunan 25 ildən az mübahisələndiirlməyən sosial sığorta stajına malik olduğu üçün iddiaçıya əmək pensiyasının təyinatından imtina etmışdir.

28. Bununla bağlı ilk növbədə qeyd etmək lazımdır ki, iddiaçının həmin dövrlərdəki əmək fəaliyyəti iş materiallarında olan və mötəbərliyi mübahisələndirilməyən iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə və bu Qərarın 16-18-ci bəndlərində istinad olunan hüquq normalarına ə sasən, şəxsin iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İşçinin əmək fəaliyyəti haqqında əsas sənəd əmək kitabçası hesab edilir.

29. Nəzərə almaq lazımdır ki, iddiaçının işlədiyi mübahisələndirilən dövrün nəzərə alınmamasına rəğmən, iddiaçıya aid əmək kitabçasının həmin dövrə aid qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədl ərin və ya məlumatların tələb olunması qadağandır.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

30. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin aşkar olunmaması, eləcə də əmək kitabçasında qeyd edilmiş məlumatların qarşılıqlı yoxlanılmasının hər hansı səbəbdən (məsələn, müəssisənin sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması və ya arxivə təhvil verilməməsi səbəbindən) mümkün olmaması iddiaçının təqsirli davranışı kimi qiymətləndirilə və bunun üzərindən onun ziyanına təfsir oluna bilməz. Həmçinin nəzərə almaq lazımdır ki, həmin halın mövcudluğu belə özü-özlüyündə qanunvericilikdə pensiya h üququnun təmin edilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də ondan ibarətdir ki, əmək kitabçasında qeyd edilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması, iddiaçının təqsiri ilə bağlı olmadığından, onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olan nəticələr doğura bilməz.

31. Beləliklə, əmək kitabçasında qeyd edilən və cavabdeh tərəfindən mübahisələndirilən iş illəri nəzərə alındıqda, iddiaçının tələb olunan 25 il sosial sığorta stajını topladığı və yuxarıda istinad olunan normalarla müəyyən edilmiş yaş həddinə (55 yaş 6 ay) çatdığı, bu baxımdan da yaşa görə əmək pensiyası hüququnun yarandığı mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunur. Odur ki, iddiaç ı xx.xx.2018-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

33. Nəticə etibarı ilə, məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 12 may 2022-ci il tarixli, 21(103)-646/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar